Microsoft Word Elmi Mecmue 24-son doc


SPİNOZANIN FƏLSƏFƏSİNDƏ İNTUİTİV İDRAK



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə2/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   2   3   4   5   6   7   8   9   ...   124

 

SPİNOZANIN FƏLSƏFƏSİNDƏ İNTUİTİV İDRAK   
(SCİENTİA İNTUİTİVA) PROBLEMİ 
Zaur Firidun oğlu RƏŞİDOV ............................................................................... 211 
 
QƏDİM VƏ ORTA DÖVRLƏRDƏ KOSMOSENTRİZM  
PROBLEMİNƏ MÜNASİBƏT 
Günay Kazım qızı ZEYNALOVA........................................................................... 225 
 
İSLAM VE HIRİSTİYANLIKTA DÜNYA ÂHİRET DENGESİ 
Ayhan İŞIK............................................................................................................. 239 
 
РЕЛИГИЯ КАК ДУХОВНЫЙ ФАКТОР 
ОБЩЕСТВЕННОЙ ЖИЗНИ 
Нармина Эльдар гызы МИКАИЛОВА .............................................................. 255 
 
MAX WEBER`İN DİN SOSİOLOJİSİ 
Daşdemir MAHMANDAROV ............................................................................... 271 
 
YENİYETMƏLƏRİN DOSTLUĞUNDA YAŞ  
XÜSUSİYYƏTLƏRİNİN NƏZƏRƏ ALINMASI 
Arzu CAVADOVA.................................................................................................. 297 
 
ИНТЕРНЕТ И ПОЛИТИКА В КОНТЕКСТЕ  
ИХ ВЗАИМОДЕЙСТВИЯ 
L.T. FAYRUŞİNA .................................................................................................. 307 
 
YENİ MƏHƏBBƏT DASTANLARININ BƏZİ  
POETİK ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
Cəmilə Çiçək (İSBƏNDİYAROVA) ...................................................................... 315 
 
ANTİK DÖVR FƏLSƏFƏSİNDƏ  VƏTƏNDAŞ  
CƏMİYYƏTİ İDEYASI 
Fərhad Baloğlan oğlu HƏSƏNZADƏ .................................................................. 335 
 


 

ZİYƏDDİN GÖYÜŞOVUN ETİKASINDA  
FƏZİLƏT PROBLEMİ 
Həsənov RƏHİM.................................................................................................... 343 
 
İRAN TELEVİZİYASINDA XƏBƏR PAYLANMASI  
MƏSƏLƏLƏRİ 
Hüseyn Nüsrət oğlu ZOLQƏDR, Ali TOLEİ ....................................................... 355  
 
 


 
Mövlana Cəlaləddin Rumidə qadın 

 
 
MÖVLANA CƏLALƏDDİN RUMİDƏ QADIN 
 
Q.T.Məmmədəliyeva 
BDU-nun baş müəllimi 
 
 
Açar sözlər: Mövlana Cəlaləddin Rumi, sufilik, Məsnəvi, qadın, ilahi gözəllik. 
Ключевые  слова:  Мовлана  Джалаладдин  Руми,  суфизм,  Маснави,  жен-
щина, божественная красота. 
Key words: Mawlānā Jalāl ad-Dīn Rūmī, Sufism, Masnavi, woman, the Divine 
Beauty. 
 
Sufi dünyagörüşündə qadının xüsusi yeri vardır. İslam tarixi boyunca çox sayda 
qadın sufinin olması bunu sübut edir. Belə ki, təsəvvüf tarixində Rabiətül-Ədəviyyə 
(ö. 185/801 [?]), imam Həsənin nəvəsi Həsən ibn Zeydin qızı Seyyidə Nəfisə (ö. 208 
/ 824), Nişapurlu Fatimə (ö. 849/ 234/235), Aişə əl-Mənnubiyyə (ö. 655/1257 [?]), 
Aişə əl-Bauniyyə (ö. 922/1516) və bir çox başqa sufi qadınlardan bəhs olunur. Tür-
kiyəli tədqiqatçı Hatice Çubukcunun “İlk Dönem Hanım Sufiler” (İstanbul:  İnsan 
yayınları, 2006) adlı əsərində təkcə hicri təqvimi ilə ilk dörd əsrdə (miladi təqvimi 
ilə VII-XI əsrlər) yaşamış 120 sufi qadından bəhs olunur.  
Təsəvvüf tarixində Həkim Sənai kimi əsərlərində qadınlara qarşı antipatiya ele-
mentləri olan sufilərə rast gəlsək də, başda İbn Ərəbi olmaqla (9, 272, 426-435) çox 
sayda sufi mütəfəkkir öz düşüncə sistemlərində qadına müsbət yer vermişlər. Böyük 
sufilərin əsərlərinə diqqət yetirildikdə onların qadına baxışının birmənalı olmadığını 
görürük. Qadın elementinə xüsusi və uca bir məqam verən düşüncələrlə yanaşı, qa-
dını “keçici dünya zövqləri” ilə eyniləşdirən görüşlərə də rast gəlmək mümkündür. 
Bənzər paradoksal münasibətə böyük sufi şair və mütəfəkkir Mövlana Cəlaləddin 
Ruminin (1207-1273) də əsərlərində rast gəlmək mümkündür.  
Mənbələr Mövlananın ailəsində qadının xüsusi yerinin olduğunu bildirir. Belə 
ki “Sultanül-üləma” (alimlərin sultanı) kimi tanınan atası Bəhaəddin Vələd çox kiçik 
yaşlarında öz atasını itirmiş, onun təhsili ilə anası məşğul olmuşdur. Rəvayətə görə, 
anası atasının kitabxanasını göstərərək “Məni atana bu kitabxana səbəbilə verdilər. 
O, bu əsərləri oxuyaraq dünya və məna elmlərini öyrənmişdi.” – demiş, beləcə kiçik 


 Q.T.Məmmədəliyeva 

Bəhaəddini elm öyrənməyə ruhlandırmışdı. Mövlananın öz anası Möminə Xatunun 
da onun həyatında müstəsna yeri olmuşdur (1, 105). Ruminin müridləri arasında da 
Nizam Xatun (Fəxrünnisa) kimi qadın müridlər olmuşdur. 
Hər halda ailəsində qadınların mühüm mövqeyi Mövlanann da düşüncə sistemi-
nə öz təsirini göstərmişdir. Belə ki, ona görə qadınlıq və kişilik zahiri bir xarakter 
daşıyır, batində isə onlar vəhdət təşkil edirlər. Mövlana əslində qadın və kişi ayrılığı-
nın mahiyyət baxımdan deyil, formal baxımdan olduğunu bildirir. Kainatdakı zahiri 
kəsrətin (çoxluğun) arxasındakı vəhdəti axtaran bu sufi mütəfəkkir kişi vəya qadın 
olmasından asılı olmayaraq, bütün insanların, hətta bütün varlıqların eyni ilahi həqi-
qətin təcəllasından ibarət olduğunu bildirir. O, Yaradan müraciətlə belə deyir: 
 
یيوت کي نآ دوش کي نوچ نز و درم 
اھکي هک نوچ 
یيوت کنآ دش وحم 
 
Kişi və qadın bir olanda, o bir Sənsən 
Bir də yox olanda, qalan yalnız Sənsən (7, 87). 
 
Ona görə  vəhdət aləmində ikilik aradan qalxar. Beləcə kişi və qadın arasında 
ontoloji baxımdan fərq də qalmaz: 
 
اھدنبور ناتب زا هدوبرردنا ناقشاع

نز و درم یاھ شقن دشابن تدحو رد کناز 
Aşiqlər gözəllərin üzlərindən örtüləri götürüblər, 
Çünki vəhdətdə kişi-qadın fərqi yoxdur (5, 46). 
 
Məsnəvinin başqa bir yerində isə bu misralara rast gəlirik: 
 
تسين قوشعم نآ تسا قح وترپ 
تسين قولخم اييوگ نآ تسا قلاخ 
“Haqqın nurudur o, məşuq deyil, 
Yaradandır sanki o, məxluq deyil” (7, 118). 
 
Mövlanaya görə qadın incə bir varlıq olması baxımından Haqqın təcəlligahıdır:  
 قيقع نوچ بل و وربا و لاخ و ور 
هدرپ زا تفات قح اييوگ
 
قيقر ی
 
Üz, xal, qaş və əqiq kimi dodaq, 
Sanki incə bir pərdədən parlamışdır Haqq (7, 778). 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə