Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə3/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   2   3   4   5   6   7   8   9   ...   124

 
Mövlana Cəlaləddin Rumidə qadın 

Sufi ədəbiyyatında bəzi qadınlar ilahi eşqin simvolu kimi qəbul edilmişlər. Bu qa-
dın obrazlarının ən məşhuru Leyli obrazıdır. Leyli zahirən bəşəri eşqi təmsil etsə də
əslində ilahi eşqin simvolik ifadəsidir. Böyük şairimiz Məhəmməd Füzuli “Leyli və 
Məcnun” poemasının əvvəlindəki rübailərin birində bu həqiqəti belə ifadə etmişdir: 
 
Tutsam tələbi-həqiqətə rahi-məcaz, 
Əfsanə bəhanəsilə ərz etsəm raz, 
Leyli səbəbilə vəsfin etsəm ağaz, 
Məcnun dili ilə etsəm izhari-niyaz (3, 10). 
 
Mövlana da öz əsərlərində Leyliyə xüsusi qiymət vermiş, onu bəşəri bir eşq əf-
sanisinin qəhrəmanı kımi deyil, ilahi eşgin təcəlligahı kimi qəbul etmişdir: 
 
لھج ز ار نونجم دنتفگ ناھلبا 
لھس تسھ ،نادنچ تسين يليل نسح 
ابرلد نارازھ دص یو زا رتھب 
مھ تسھ
 
ام رھش ردنا هام نوچ
 
یم نسح و تسا هزوک تروص تفگ 
یم ميادخ یم
 
یو شقن زا دھد
 
بارش نآ نکيل و ينيب يم هزوک 
باوصان مشچ هب ديامنن يور 
 
Cahil əbləhlər Məcnuna dedilər: 
Leylinin elə də gözəlliyi yoxdur. 
Ondan daha sevimli ayüzlü minlərcə gözəl var. 
Dedi ki: Surət kuzədir, gözəlliksə mey
Allah onun surətindən mənə içirir mey. 
Sən kuzəni görürsən, lakin o şərab, 
Düz olmayan gözə görünməz (7, 887). 
 
Rumi qadına təkcə metafiziki kontekstdə yanaşmır. O, həm də bir ana kimi 
qadının qiymətli olduğunu və hər bir insanın öz anasına borclu olduğunu vurğulayır: 
 
ميرك ناك دش نآ زا دعب ردام قح 
ميرغ وت نينج زا ار وا درك 
Kərim olan Allahdan sonra haqqı gələndir ana, 
Ki səni körpəliyindən borclu etmişdir ona (7, 367). 


 Q.T.Məmmədəliyeva 
10 
Lakin qeyd etmək lazımdaır ki, qadına verilən yüksək dəyərlə yanaşı, bir çox 
sufi mütəfəkkirdə olduğu kimi, Mövlananın  əsərlərində  də qadınlara qarşı zahirən 
paradoksal kimi görünən mənfi fikirlərə rast gəlirik. Belə ki, o, əsərlərində qadınla-
rın bəzi zəif psixoloji xüsusiyyətlərinə də toxunur. Məsələn, onların kişilərə nisbətlə 
daha inadkar olduğunu irəli sürür. “Fihi ma fih” adlı əsərində dünya ilə qadın arasın-
da belə bir bənzərlik qurur: 
“Qadın nədir, dünya nə? İstər de, istər demə. O, nədirsə, yenə odur; tutduğunu bu-
raxmaz.” Bu fikirlərin davamında Rumi qadınların başqa bir xüsusiyyətinə də diqqət 
çəkərək “Qadına gizlən deyə əmr etdikcə, onda özünü göstərmə istəyi meydana çıxar” 
(6, 34). Məsnəvinin müxtəlif yerlərində də bənzər mövqeyə rast gəlmək mümkündür: 
 
نز ز نم طوبھ رخآ و لوا 
 متشگ نوچ و حور مدوب کنوچ
ندب
 
راثع رد فسوي یراز نيا ونشب 
یب بوقعي نآ رب اي
 
رآ محر لد
 
نانز زا اي منک ناوخا زا هلان 
 نانج زا مدآ وچ مدندنکف هک  
 
“Qadındır səbəbi ilk və son enişimin, 
Ruh ikən necə oldu bədənə büründüm mən. 
Ya bu düşkün Yusifin ahu-zarın dinlə, 
Ya da o qəmli Yaquba rəhm elə. 
Qardaşlardanmı fəryad eləyim, yoxsa qadınlardanmı, 
Adəm kimi cənnətdən düşmüşəm mən” (7, 1050). 
 
Bu beytdə Mövlana Adəmin cənnətdən dünyaya düşməsinin günahını Həvvaya 
və onun timsalında qadınlara aid edir. Bəzi tədqiqatçılar Mövlananın və digər sufilə-
rin qadınlarla əlaqəli mənfi ifadələrini yaşadıqları mühitlə əlaqələndirirlər (10, 55). 
Məşhur  şərqşünas Annamari Şimmel (Annemarie Schimmel) isə bunu sufilikdəki 
“nəfs” məfhumu ilə əlaqələndirir. Təsəvvüfdə nəfs süfli dünyəvi arzuların və mənfi 
xüsusiyyətlərin mənbəyi hesab olunur. Nəfs  ərəb dilində qadın cinsindədir. Bu ba-
xımdan sufilər simvolik mənada qadındakı zəifliklərlə nəfs arasında əlaqə qurmuş-
lar. Nəfs də qadın kimi öz hiylələri ilə saf ruhu tələyə salmağa çalışır və beləcə onu 
dünyəvi həyatın əsirinə çevirir. Maraqlıdır ki, buna bənzər fikirlərə xristian mistiklə-
rində də rast gəlmək mümükündür (9, 428-429). Lakin qeyd etmək lazıdır ki, Rumi-


 
Mövlana Cəlaləddin Rumidə qadın 
11 
nin qadınla əlaqəli bu ifadələri onun qadınlara verdiyi həqiqi qiymətdən çox, simvo-
lik məna daşıyır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi o, ilahi eşqin təcəlligahı he-
sab etməklə qadına yüksək qiymət vermişdir. 
Nəticədə qeyd etmək mümkündür ki, Mövlana Cəlaləddin Rumi ümumilikdə in-
sanlara məxsus bəzi mənfi xüsusiyyətlərə kişilərə nisbətən daha hissi varlıqlar olma-
ları səbəbilə qadınlarda daha çox rast gəlindiyini qəbul etsə də, ilahi ad və sifətlərin 
təcəlligahı kimi qəbul etdiyi qadınlara çox böyük dəyər vermiş  və bunu müxtəlif 
əsərlərində dönə-dönə vurğulamışdır (8). Mövlananın qadınlara qarşı bu müsbət mü-
nasibəti onun düşüncələrinə əsaslanan Mövləviyyə təriqətində də davam etdirilmiş-
dir. Belə ki, Təsəvvüf təriqətinin əksəriyyətindən fərqli olaraq Mövləvilikdə qadınlar 
şeyxlik məqamına qədər yüksələ bilmişlər. Bu təriqətdə Mövlananın oğlu Sultan 
Vələdin qızı Mütəhhərə Abidə Xatuna qədər gedib çıxan və “İnas Çələbiləri” kimi 
tanınan bir qol mövcud olmuşdur (4, 67). 


 Q.T.Məmmədəliyeva 
12 
 
İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT 
 
1.  Çelebi Celaleddin B. Hz. Mevlânâ’nın Eserlerinde Kadın Konusuna  Kısa Bir 
Bakış. II.  Milletlerarası Mevlana Kongresi,  3-5  Mayıs 1990 [Selçuk 
Üniversitesi]. 1991. 
2.  Çubukcu Hatice. İlk Dönem Hanım Sufiler. İstanbul: İnsan yayınları, 2006 
3.  Füzuli Məhəmməd. Leyli və  Məcnun.  Əsərləri 6 cilddə (II cild). tərtib edən: 
Həmid Araslı. Bakı: Şərq-Qərb 2005. 
4.  Gölpınarlı AbdülbakiMevlana Celaleddin. İstanbul 1959. 
5.  Rumi Mövlana Cəlaləddin. Divani-kəbir. haz. Abdülbaki Gölpınarlı, Eskişehir. c. 4. 
6.  Rumi Mövlana Cəlaləddin. Fihi ma fih. trc. Abdülbaki Gölpınarlı. 
http://www.recepsen.com/Hz.-Mevlana-Fihi_Ma-fih.pdf 
7.  Rumi Mövlana Cəlaləddin. Məsnəviyi-mənəvi
http://www.sufism.ir/books/download/farsi/mathnavi/Masnavi.pdf 
8.  Savab Faruq. Zən əz didegahe Mövlanaye-Bəlx, 
http://www.ariaye.com/dari8/zan/sawab.html 
9.  Schimmel Annemarie. Mystical Dimensions of Islam.  Chapel Hill : The 
University Of North Carolina 1975 
10.  Yılmaz Ömer. Hıristiyan Mistik ve İslam Tasavvuf Geleneğinde Kadın İmgesi 
ve Evlilik Konusuna Kısa Bir Bakış. Eskişehir Osmangazi Üniversitesi Sosyal 
Bilimler Dergisi. Aralık 2012 13(2). Eskişehir 2012. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə