Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə34/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   30   31   32   33   34   35   36   37   ...   124

 
Klassik kəlam ədəbiyyatında rəddiyyə ənənəsi və nümunələri 
93 
aid əsərlərindən biri olan Təsbitu dəlaili-n-nübüvvə peyğəmbərliyi inkar edən Mək-
kəli müşriklərə, həzrət Muhəmmədin (s.a.s.) peyğəmbərliyini qəbul etməyən xristian 
və yəhudilərə, peyğəmbərlik əqidəsini bütünlüklə rədd edən Bərahimə və Dəhriyyə-
yə qarşı İslamın irəli sürdüyü nübüvvət anlayışını müdafiə etmək üçün qələmə aldı-
ğını ifadə edir.
12
  
Son dövrlərdə isə  Bəhailik, Vəhhabilik, Qadiyanilik axımlarına qarşı yazılmış 
əsərlərə rast gəlmək mümkündür.  
Görüldüyü kimi müsəlman kəlamçılar sadəcə digər məzhəblərə və dinlərə deyil, öz 
məzhəblərindən olan düşüncə adamlarına qarşı da etirazlar irəli sürmüşlər. Bu, İslamda 
olan düşüncə azadlığı və yaradılmış sərbəst düşüncə və elmi mühitə dəlalət edir. 
Rəddiyyə  əsərlərində istifadə olunan əsas metod, etiraz edilən məsələlərin 
ziddiyyətlərini, dəlillərinin çürük olduğunu məntiq qaydalarına  əsasən ortaya 
qoyaraq müxaliflərin yanlış söylədiyi nəticəsinə varmaqdır. Burada dəlili boşa 
çıxarma və iddianı yox etmək üçün cədəl, nəzər, istidlal metodundan, formal 
məntiqdən istifadə olunur. Fəlsəfə ilə  kəlamın məzc olduğu dövrdən etibarən 
rəddiyyə müəllifləri də ağıldan və əqli dəlillərdən geniş istifadə etməyə başlamışlar. 
                                                 
12
 Ətraflı məlumat üçün bax: Tahirova A. Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti 
rədd edən mülhid cərəyanlardan Bərahimə  və ona verilən cavablar // BDU-nun İlahiyyat 
fakultəsinin «Elmi məcmuəsi» № 09, Bakı: Nurlar, 2008 (aprel), s. 67-83. 


 Adilə Tahirova    
94 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.
  əl-Əmin, Muhsin. Əyanuş-Şiə. I-XI cild, Beyrut, 1983. 
2.
  ən-Nəsəfi, Əbu-l-Muin. Təbsıratu-l-ədillə, təhqiq edən: Claude Salame, Dəməşq 
1990. 
3.
  ən-Nəşşar, Əli Sami. Nəşətul-fikril-fəlsəfi fil-İslam. I-III cild, Qahirə, 1977. 
4.
  əs-Sadr Həsən. Təsisuş-Şiə li ulumil-İslam. Beyrut, 1981. 
5.
  ət-Tusi, Əbu Cəfər. Fihrist. Beyrut, 1983. 
6.
  Gimaret D. Radd // Encyclopaedia of Islam 2 (EI2), Leiden, 1979, VIII/363. 
7.
  Hançerlioğlu, Orhan. Felsefe Ansiklopedisi. İstanbul, 1978, 5/308. 
8.
  İbn Nədim. Fihrist, Beyrut, 1994. 
9.
  Kahveci, Niyazi. Şia ve Mutezilenin reddiye literatürü üzerine çalışma // Dini 
Araştırmalar, cilt: 8, səh. 23, 69-91. 
10.
 Kutluer,  İlhan. Akıl ve İtikad (Kelam-felsefe ilişkileri üzerine araştırmalar),  İz 
yayıncılık, İstanbul 1998. 
11.
 Qazı Əbdülcabbar. əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, Qahirə 1962-1965. 
12.
 Nəcaşi. Rical. I-II, Beyrut, 1988. 
13.
 Sinanoğlu, Mustafa. Reddiye // TDV İslam Aniklopedisi, İstanbul, 2007, 
XXXIV/516-521. 
14.
 Tahirova Adilə // Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən 
mülhid cərəyanlardan Bərahimə  və ona verilən cavablar // BDU-nun İlahiyyat 
fakultəsinin «Elmi məcmuəsi» № 09, Bakı: Nurlar, 2008 (aprel), s. 67-83. 
15.
 Tahirova Adilə // Şiə  kəlam elminin ortaya çıxması  və inkişafı // BDU-nun 
İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 5, Bakı: Nurlar, 2006, səh. 105-118. 


 
Klassik kəlam ədəbiyyatında rəddiyyə ənənəsi və nümunələri 
95 
XÜLASƏ 
Məqalə klassik kəlam ədəbiyyatında rəddiyyə  ənənəsindən və nümunələrindən 
bəhs edir. Rəddiyyə bir düşüncə və ya fikrə etiraz etmə məqsədini daşıyır. Məqalədə 
rəddiyyələrin yazılış tərzi, metodu da tədqiq edilir. Burada rəddiyələr mövzusuna və 
onları yazan müəllifin məzhəbinə görə təsnifata tabe tutularaq nümunələr verilmiş-
dir. Məzhəblər tarixi və kəlam elmlərində önəmli yer tutan rəddiyyə ənənəsinin son 
dövrdəki nümunələri məqalənin tədqiqat obyekti xaricində qalmışdır. Təbii ki, 
klassik dövrdə yazılan rəddiyələrlə günümüzdə yazılmış rəddiyyə nümunələri metod 
baxımından fərqlidir. Bu məsələyə qısaca təmas edilsə də geniş yer verilməmişdir. 
 
RESUME 
The article inludes refutations (raddiya) in early Islamic literature and its 
examples. Refutation is the term used for criticisizing some idea of a person or 
group and answering them especially in early Islamic theology. The types and 
methods of the works are investigated in this article. It is focused mainly on the 
works written in early Islamic theology. In this article they are grouped according to 
the content or writer’s believe. The works written in modern Islamic literature differ 
significantly.  
 
РЕЗЮМЕ 
Статья  посвящена  опровержениям  в  период  ранней  исламской  теологии. 
Опровержение  (раддия)-  термин  используемый  для  опровержения  и  критики 
"возражений"  со  стороны  групп  или  людей.  В  статье  исследуются  методы  и 
свойства  присущие  этим  работам.  В  статье  они  сгруппированы  по  типам 
контекста  и  вере  автора.  Работы-опровержения  авторов  позднего  периода 
исламской теологии не являются объектом тщательного обсуждения в данной 
статье. 
 
 
Çapa tövsiyə etdi:                i.f.d.A.M.Şirinov
 



 
İslam hüququnun yaranmasından qabaq Ərəbistan yarımadasında  etnik və əqidəvi durum  97 
UOT 28 –İSLAM 
 
İSLAM HÜQUQUNUN YARANMASINDAN ƏVVƏL 
ƏRƏBİSTAN YARIMADASINDA ETNİK VƏ ƏQİDƏVİ DURUM  
 
i.f.d. dosent Mirzəyeva Səbinə Həmid qızı  
Bakı Dövlət Universiteti Dillər kafedrası  
mirzoyeva76@ mail.ru  
 
 
Açar sözlər: qəbilə, ada, iman, ailə, Ərəbistan 
Keywords: tribe, peninsula, belief, family, Arabia. 
Ключевые слова: племя, полуостров, верование, семья, Аравия. 
 
Bəzi müasir tarixçilər "ərəb" kəlməsinin mənşəyini açıqlayarkən adətən bu sözü 
"səhra" məfhumu ilə bağlayır və bununla Ərəbistan yarımadasının səhra bölgələrinin 
sakinlərini, Şam və Sinay yarımadası bədəvilərini nəzərdə tutduqlarını iddia edirlər. 
Belə bir fikir yaranır ki, "ərəb ölkələri" dedikdə Asiyanın cənub-qərbində yerləşən 
torpaqların bir hissəsi - bir tərəfdən Qırmızı dəniz, cənubdan Hind okeanı və şərqdən 
ərəb körfəzini əhatə edən torpaqları nəzərdə tutulur. Lakin ərəblərin bir vaxt yaşamış 
olduqları torpaqların bütünlüklə  səhradan ibarət olduğunu hesab etmək düzgün 
deyildir. Buranın dağlıq, qumsal, münbit, düzən, yüksəklik və aran yerləri olmuşdur. 
Buna görə  də, tarixçilər ta qədimdən bu bölgəni Tihamə, Hicaz, Nəcd, Yəmən və 
Urudə (sahil boyu) hissələrinə bölürdülər. Sahilboyu torpaqlar və xüsusən də Yəmən 
ərazisi torpaqlarının münbitliyi və  məhsuldarlığı ilə  fərqlənirdi. Belə ki, cənubda 
Hədrəmautu,  şərqdə isə  əl-İhsanı,  qərb sahili boyu Tilal və Küsbeyn olmaqla bu 
məhsuldar  ərazini bütünlükdə "bilad əl-ərəb  əs-səidə" (xoşbəxt  ərəb ölkələri) 
adlandırırdılar. Bu bölgənin sakinlərini "ərəb" adlandırılır və onlar Sam bin Nuhun 
adı ilə  əlaqələndirilərək sami xalqlardan biri hesab olunurdu. Lakin bunu da qeyd 
etmək lazımdır ki, sami adlandırılan millətlərin hamısı doğrudan da, Sam nəslindən 
deyildir... Samilərin  əsl vətəni indiki ərəb ölkələri olmuş,  ərəb dili isə  əsil sami 
dillərə  ən yaxın olan dildir. Ən məşhur  ərəb qəbilələri - Yəməndə sakin olmuş 
Həmir və  Kəhlani-Qəhtanilər və yaxud "əl-ərəb  əl-aribə” (əsil  ərəblər) hesab 
olunurlar. Tarixçilərin fikrincə, onlar qədimdə  Fərat boyundan köçərək,  əvvəllər 
Yəmənin Kəhlan bölgəsində sakin olmuş, sonra səhraya səpələnərək, Sənanın 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə