Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə36/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   32   33   34   35   36   37   38   39   ...   124

 Səbinə Mirzəyeva  
100 
də xristianlığın başlıca mərkəzlərindən biri idi. Hirənin əsl sakinlərini "ibad" adı ilə 
tanınmış tayfa təşkil edirdi (4,213) Cürci Zeydan özünün "Tarixu-l-ərəb qablə-l-
islam" kitabında belə bir fikir söyləyir: "Hirə sakinlərinin "əsil özəyini ibad" (qullar, 
kölələr) təşkil edirdilər".  İbadların mənşəyi haqda müxtəlif fikirlər mövcuddur. 
Bəziləri deyirlər ki, "ibad" deyərkən ümumiyyətlə hiyrə xristianları nəzərdə tutulur-
lar.  Əslində isə onlar ərəb mənşəli qəbilələrdən törənənlərdir ki, Hirədə xristianlıq 
zəminində birləşmişlər, lakin bütün bunlara baxmayaraq nə yəhudilik, nə də xristian-
lıq  ərəblər arasında bütpərəstlik  ənənələrini sarsıda bilməmişdi (9,89) Bütpərəstlik 
ərəb təfəkkürdə  dərin kök salmış,  ərəb qəbilələrinin həyat tərzində  dərin iz burax-
mışdı. Başlıca ziyarət yeri olan Kəbə hələ də bütlərin qorunduğu yer olaraq qalırdı. 
Zəvvarlar həcc mövsümündə onları ziyarət etməyə can atır, bütlərin  ətrafında 
bazarlar qurur hər tayfa öz bütünü müqəddəsləşdirərək onunla öyünür, ona qurbanlar 
kəsir, fal oxları atırdılar. Həmişə öz sərbəstliyi ilə  fərqlənən  ərəb təfəkkürü, bu 
sərbəstliyə xələl gətirə biləcək hər bir ibadətlər və qanunlar çərçivəsinə girməkdən 
qəti imtina edərək,  əcdadlarının dinini davam etdirməyi və  sərbəst həyat sürməyi 
üstün tuturdular. Ərəblərin səhranın sərt şəraitində formalaşmış olan kobud, aman-
sız, lakin azad həyat tərzi, bu azadlığı azacıq belə məhdudlaşdıra biləcək hər hansı 
qanunlar məcmusuna boyun əyməkdən imtina edirdi. Kənardan gələrək  ərəblərin 
arasında məskən salmış  əcnəbi carçıların gətirmiş olduğu yad dinlərə  ərəblər ikrah 
hissi ilə yanaşırdılar. Məkkədə hökmranlıq edən ilk tayfa - Əmaliqə, sonra isə Cür-
hüm tayfası idi. İbrahim peyğəmbər övladı  İsmaili - anası Hacərlə birlikdə burada 
sakin etmiş, Hacər burada İsmaili Cürhümdən olan bir qadınla evləndirmişdi. Sonra 
İbrahim iki dəfə Məkkəni ziyarət etmiş, ikinci dəfə ziyarət edərkən Allah-təala ona 
Beyti tikməyi əmr etmişdir. Böyük ərim selindən sonra Xüzaə tayfası da Məkkəyə 
yollanaraq, onun ətrafında məskən salır. Məkkə ibadətgahına rəhbərlik uğrunda çə-
kişmədə Cürhümilər məğlub olduqdan sonra Xüzaə Beytə rəhbərliyi ələ ala bilmiş-
dir. Burada birinci hökmdar Ömər bin Lüheyy olmuşdur. Rəvayətə görə, o İbrahimin 
hənif dinini dəyişərək burada bütpərəstliyi yaymışdır. Hicaz bölgəsində bütpərəstlik 
xüsusilə dərin kök salmışdır. Bunu qeyd etmək kifayətdir ki, xüsusi məşhur olan iki 
Qüreyş məbədinin (Səfa və Mərvə) hər ikisi daş adı daşıyırdı İbn Hişam ibn İshaqa 
istinadən yazır ki, Bənu israil tayfasına Məkkə darısqallıq edərək müxtəlif tayfalar 
buradan köçərkən, hərəmə ehtiram əlaməti olaraq özləri ilə bir parça daş aparardılar. 
Müqəddəsləşdirilərək ilahilik səviyyəsinə qaldırılan daşlar həm sabit, həm də 
daşınılan olurdu. Sabit daşlar haqqında İbn Səəd yazır: "Adəm həcc ziyarəti edərək 
qara daşı Əbu Qubeysə qoydu. Bu daş qaranlıq gecələrdə Məkkə əhlinə işıq verirdi. 


 
İslam hüququnun yaranmasından qabaq Ərəbistan yarımadasında  etnik və əqidəvi durum 101 
İslamın zühuruna dörd il qalmış Qüreyş onu Əbu Qübeysdən düşürtdü. "Cahiliyyə 
ədəbiyyatından məlum olur ki, yəqus bütünü ərəblər özləri ilə qəbilələrarası mühari-
bələrə aparardılar. Ət-Təbərinin yazdığına görə Əbu Süfyan Ühüd döyüşünə özü ilə 
Lat və Üzza bütlərini götürmüşdü. Hətta Bədr döyüşündə o, Peyğəmbərə xitabən 
qışqırırmış: "İlla ləna üzza və la üza ləkum" (Üzza yalnız bizimlədir, sizin qüdrətiniz 
yoxdur) (6,34) Ərəbistanın siyasi-mədəni mərkəzi olan Məkkə bütpərəstliyin beşiyi 
idi. Bayram günləri Məkkənin dar küçələri xüsusilə izdihamlı olur, müxtəlif 
qəbilələrin rəhbərləri  əlvan rənglərə boyanmış  dəvələri buraya gətirir, Qüreyş 
qadınları  dəf çalır sevinc sədaları ucaldırdılar. Deyilənlərə görə,  ərəblər, bir vaxt 
Nuh qövmünün qəbul etmiş olduğu bütləri seçmişdilər.  Əmicin  Lüheyy bütləri 
Kəbəyə daxil etdikdən sonra Hüzeyl tayfası Siva-şiddət, Məzhəc qəbiləsi Yəqus - 
mərifət, Yəuq - zəhmət və çətinlik, Nisr isə qüvvət və sürət rəmzi sayılırdı. İslama-
qədərki Məkkədə Kəbə daşından başqa, müxtəlif tayfa və qəbilələri təmsil edən üç 
yüzdən artıq bütün olması və burada zəmzəm quyusunun mövcud olması buranı az 
qala ümumərəb ziyarətgahına çevirmiş və burada hər bir tayfa öz məbuduna sitayiş 
etmək imkanı əldə etmişdi. 
İlahiyyat elmləri sahəsində "Fətrə" anlamı ilə peyğəmbərlər arasında baş vermiş 
fasilə  nəzərdə tutulur. Tarixçilərin fikrincə, məhz bu fasilə dövründə  ərəblərin 
yaddaşında sabiq nəsillərlə varislik əlaqəsi kəsilmiş  və onların təfəkkür tərzinin 
başlıca xüsusiyyətini "biliksizlik" (cəhl), "şəkk və şübhə" (reyb) təşkil etməyə başla-
mışdır. Bu dövrün səciyyəvi əlamətləri Quranda "cahiliyyə təkəbbürü" (26, 48/26), 
"cahiliyyə hökmü" (26, 5/50), "cahiliyyə açıq-saçıqlığı'" (26, 33/33) kimi insanlığa 
yaraşmayan xüsusiyyətlərlə  səciyyələndirilir. Bu xüsusiyyətlər cahiliyyə  təfəkkür 
tərzini və  dəyərlər sistemini islam mənəviyyatı prinsipləri ilə ziddiyyət təşkil edən 
mənəvi dəyərlər sistemi kimi səciyyələndirməyə əsas verir. Mütəxəssislər islamdan 
qabaqkı  ərəblərin mədəni həyatını xarakterizə edərək onu "bədəvi" sosial-mədəni 
həyatı adlandırmışdır. Məsələn, rus-sovet şərqşünası P.A.Gryazneviç yazır ki. 
"Qəbilələr arasında təsərrüfat formaları və etiqadlar sahəsində  kəskin fərqlərə bax-
mayaraq islamdan qabaqkı ərəbistan bənzər mənəvi- hüquqi normalara və dünyagö-
rüşü sisteminə malik olan vahid etnik-mədəni ümumilik təşkil edirdi ki, bu ümumi-
liyi şərti olaraq "bədəvilik" (bədavə) adlandırmaq olar: “Doğrudan da, guya cahiliy-
yə dövrünə xas olmuş bir sırf "ərəb" dünyagörüşü sistemi haqqında danışmaq düz-
gün olmazdı. Belə ki, islamın zühuru ərəfəsində ərəblərin öz etnik ümumiliyi haq-
qında şüur və təsəvvürləri sosial əlaqələr məcmusunun tamamilə başqa səviyyəsin-
dən - "bədəvilik" səviyyəsindən qidalanmaqda idi. Nəzərdən qaçırmaq olmaz ki, bu 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə