Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə41/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   37   38   39   40   41   42   43   44   ...   124

 Azərbaycan tolerantlıq modelinə təsir edən dini-mədəni amillər 
115 
ya təyin etməklə mümkündür. Şübhə yoxdur ki, dinlərarası sülh, dini tolerantlıq 
ənənələri ilə zəngin olan bölgə və ölkələrin tarixi təcrübəsi din-inanc fərqliliklərinə 
dayanan təzyiq, qarşıdurma və münaqişələrin həlli üçün böyük əhəmiyyət daşıyır. 
Xüsusilə son bir əsrdə hikmət və əxlaqi dəyər kimi tolerantlığı dünyanın itkisi 
adlandırmaq heç də mübaliğə olmaz. Dini, irqi, etnik fərqliliklərə qarşı anlayış  və 
hörmətin universal dəyər olaraq təşviq edilməsi istiqamətində bir çox nüfuzlu bey-
nəlxalq təşkilatın apardığı fəaliyyətlər bu boşluğun açıq göstəricisidir. 
Bunu diqqətə aldıqda çoxsaylı millət, din və konfessiyaların sülh şəraitində bir-
likdə yaşamasına dair uzun tarixi təcrübəsinə əlavə olaraq hazırki siyasi-ictimai isti-
qaməti ilə özünəməxsus dini tolerantlıq modeli formalaşdırmış Azərbaycanın bu ta-
rixi mirasının araşdırılması dünyada din, etnik kimlik və irq əsaslı münaqişələrin 
həllinə öz töhfəsini verə bilər. Azərbaycanın daxili və xarici siyasətində sülhün təmi-
ni və bərpası istiqamətində atılan mühüm addımlar, bununla bağlı olaraq millətlər-
arası və dinlərarası dialoqun inkişafına verilən böyük önəm sayəsində, son dövrlərdə 
beynəlxalq aləmdə Azərbaycanın dini tolerantlıq modelinin tədqiqinə, nümunə götü-
rülməsinə və yayılmasına dair artan təkliflər müşahidə olunur.
5
 
Azərbaycanda dini tolerantlığa dair statistik göstəricilər həm  əhalinin böyük 
əksəriyyətini (96%) meydana gətirən müsəlman məzhəbləri, həm də müsəlmanlarla 
digər din mənsubları arasındakı  əlaqələrin qarşılıqlı hörmət üzərində qurulduğunu 
bariz  şəkildə göstərir. Beynəlxalq araşdırma qurumu Pew Research Center 
tərəfindən 2012-ci ildə aparılan Dünya Müsəlmanları: Birlik və Fərqlilik adlı sorğu 
nəticələrinə əsasən, Azərbaycan məzhəblərarası tolerantlığa görə müsəlman ölkələr 
                                                 
5
 Məsələn, 13 Noyabr 2013-cü ildə Avropa Parlamentində “Sərhəd tanımayan insan hüquqları” 
(HRWF) dərnəyinin təşkilatçılığı ilə “Azərbaycanda xristianlar, yəhudilər və digər dini azlıqlar: 
İslam dini azlıq olan qeyri-müsəlmanların hüquqları ilə təzad təşkil edirmi?” mövzulu iclasda 
dərnəyin sədri Willy Fautre Azərbaycanda dini camaatlar arasında, eləcə  də dini qurumlarla 
dövlət orqanları arasındakı münasibətlərə dair aparılan tədqiqatların nəticəsində 95%- yaxın 
əhalisi müsəlman olan Azərbaycanın dünyəvi bir ölkə olduğunu, bütün dinlərin bərabər 
hüquqlara sahib olduğunu, dini liderlər arasında hər hansı bir rəqabət olmadığını, antisemitizm 
olmadığını vurğulayaraq Azərbaycanın Müsəlman dünya üçün bir model olduğunu bildirmişdir 
(Sözügedən hesabatla əlaqəli 
ətraflı 
məlumat üçün bxn. 
 
http://www.academia.edu/5201189/Non-Muslim_Minorities_in_Azerbaijan_a_Secular_State
 ). 
Hesabatın ardından Avropa Parlamentinin macarıstanlı vitse-prezidenti Laszlo Surjan 
Azərbaycan modelinin Ərəb Baharını yaşayan münaqişə ölkələri üçün, həmçinin 
İslamafobiya ilə mübarizədə Qərb ölkələri üçün faydalı nümunə olacağına olan təmənni-
sini ifadə etmişdir. (bxn. 
http://fidesz-eu.hu/news_display/azerbaijana 
_model_of_peaceful_co_existence_of_islam_ and_minority_religions/
), Mövzu ilə  əlaqəli 
ayrıca baxın: İsmayılov, Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz, s. 40-46. 


 Elnurə Əzizova  
116 
arasında birinci yerdədir. Sorğunun nəticələrinə görə Azərbaycan cəmiyyətində 
şiələri müsəlman hesab edənlərlə etməyənlərin nisbəti 97/2%, sünniləri müsəlman 
hesab edənlərlə etməyənlərin nisbəti isə 91/7%-dir ki, bu göstərici sorğuda iştirak 
etmiş digər 22 müsəlman ölkə ilə müqayisədə  məzhəblərarası münasibəti göstərən 
ən yüksək müsbət göstəricidir.
6
 
Azərbaycanda müsəlman əhalinin digər din mənsublarına qarşı münasibətininin 
göstəriciləri də, ölkənin dini tolerantlıq modeli kimi qəbul edilməsinə əsas verəcək 
səviyyədədir. Belə ki, Dini Araşdırmalar Mərkəzinin 2014-cü ildə apardığı “Azər-
baycanda İslam” adlı sorğu nəticələrinə əsasən, ölkə əhalisinin ənənəvi olaraq Azər-
baycanda yaşamış yəhudi və xristianlara qarşı münasibəti müsbətdir. Bu statistikaya 
görə, respondentlərin ümumilikdə 89.9%-inin xristianlara, 88.5%-nin isə yəhudilərə 
qarşı müsbət fikirdədir.
7
 
 
Dövlət-din münasibətlərinin tənzimlənməsi 
Hüquq və bərabərliyin təmini çərçivəsində dini tolerantlıq heç bir etnik, dini, etiqadi, 
mədəni və sosial fərq qoyulmadan bütün insanların anadangəlmə sahib olduqları 
xüsusiyyətləri qəbul etmək, onlara bu sahələrin inkişafında mane olmamaq, müdaxilə 
etməmək və inkişaflarına bərabər səviyyədə imkan vermək hüququnu ehtiva edir. İnsanın 
əsas hüquqları  çərçivəsində sayılan mühüm sahələrdən biri kimi inanc/din azadlığının 
təmin olunması istiqamətində Azərbaycan qanunvericilik tarixi mühüm mərhələlərdən 
keçib. Azərbaycan Respublikasının Konstitusiyasının “Bərabərlik hüququna” həsr olun-
muş 25-ci maddəsində irqindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, 
siyasi və ictimai görüşlərindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlığının 
dövlət tərəfindən təminat altına alındığı bildirilir. İnsan və  vətəndaş hüquq və 
azadlıqlarının irqi, milli, dini, cinsi, əqidəvi, siyasi və sosial mənsubiyyətə görə məhdud-
laşdırılması qadağan olunur. Konstitusiyanın “Vicdan azadlığına” həsr olunmuş 48-ci 
maddəsində isə hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, tək və ya toplu 
şəkildə bir dinə etiqad etmək və yaxud etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə 
etmək və yaymaq hüququ, ictimai qaydanı pozmayan və ictimai əxlaqa zidd olmayan dini 
mərasimlərini yerinə yetirmək hüququnun təmin olunduğu bildirilir. Konstitusiyanın hər 
iki bəndi Azərbaycan vətəndaşlarının dinindən və etiqadından asılı olmayaraq inanc, dini 
düşüncə və ibadətlərinin bərabər şəkildə təmin olunmasına zəmanət verir.
8
 
                                                 
6
 World’s Muslims: The Unity and Diversity, s. 132. 
7
 Azərbaycanda İslam, s. 17, Bakı 2014. 
8
 Azərbaycan Respublikasının Konstitusiyası, Qanun, 2005, s. 10, 16-17. 


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə