Mehdiyeva Mədinə Arif qızı
350
Düzdür bu asılılığın cismi problemləri az olsada amma yaratdığı ictimai problemlər
baxımından digər asılılıq növləri ilə demək olarki eyniyyət təşkil edir.
Davranışlarına cavabdeh olmamaq, guşəneşin
olmaqdan doğan xoşagəlməz
əlamətlər, ictimai inziva, peşə və təhsildən soyumaq internetə asılılığın xoşagəlməz
asılılıqlarıdır. İnternet asılılığı olan insanlar üçün digər bir sıra əlamətlər də göstərilir
ki, o cümlədən çətinliklərdən yayınmaq, günahkarlıq hissi, iztirab, pərişanlıq, ailə
üzvlərini və dostları təkrarən aldatmaq İnternetə asılılığın əlamətlərindən hesab
olunur.
Kəmiyyət səbəbi: İnternetdən istifadə saatlarının çox olması meyarı üzrə bir sıra
araşdırmalar aparılmışdır ki, nümunə üçün “Texas universitetində” 351 tələbə
arasında aparılan araşdırmadan məlum oldu ki, həftə ərzində onlar orta həddə 11 saaat
internet ilə məşğul olmuşlar [11].
Keyfiyyət səbəbləri: İnternet asılılığını tərif edərkən kəmiyyət amilindən də daha
mühüm olan amil iş əsnasında “keyfiyyət amili” hesab olunur. Həqiqətdə insanların
çoxu “iyirmi” saatdan çox İnternet ilə məşğul olsalar da heç bir problem yaşamırlar.
Araşdırmalardan
məlum olur ki, bəzi İnternet çalışmaları (oyun, tanışlıq) daha çox
asılılıq yaradır. Ümumiyyətlə götürdükdə o vaxt ki İnternet ilə məşğul olmaq həyatın
digər sahələrinə əhəmiyyətin azalmasına gətirib çıxararsa “xəstəlik” (anormal)
halətinə çevrilir.
Psixoloqlar hələ qəti qərara gələ bilməyiblər ki, bu fenomeni necə adlandırsınlar.
Bəziləri onu “İnternetə asılılq pozuntusu” adlandırırlar, amma bir çoxları isə İnternet
onların həyatlarına daxil olmazdan öncə öz kompüterlərindən asılı vəziyyətə
düşmüşlər. Bəziləri isə şiddətlə öz kompüterlərindən asılı vəziyyətə düşmüş və
İnternetə heç bir meyil göstərmirlər. Bəlkə də biz bu fenomeni “kompüterə asılılıq”
adlandırmalıyıq [12].
Texnologiya asılılığı zarafat deyil
Habelə bəzi insanların video oyunlara qarşı olan asılılıq və bağlılığını da unutmaq
olmaz. Təsviri oyunlar da kompyuterlərdir və ya elə kompyuterlərdir ki, çoxlu
işlənməyə ehtiyacı vardır. Ancaq eyni zamanda da kompyuterlərdir. Telefon
barəsində də bunu söyləmək olar. İnsanlar telefon asılılığına da düçar olurlar.
Bu təkcə
qərb ölkələrinə aid deyil. Kompyuterlər də olduğu kimi telefonlar da texnoloji
cəhətdən geniş formada yaranmışlar. Bəlkə də onları kompyuter əlaqələrinin
cərgəsinə aid etmək olar ki, tədqiqatçılar onu internet fəaliyyəti kimi qələmə almışlar
(onları SMS adlandırırlar).
Virtual aləm asılılığı
Yaxın zamanlarda təsviri kompyuter, telefon və texnologiya mümkündür ki bir
yerdə cəmlənsin və bunulada daha çox asılılıq əmələ gətirsin. Məcazi fəza asılılığı
bəzisində oyun və rəqabətdən, bəzilərində ictimai tələbatdan
və bəzilərində isə işə
asılılıqdan əmələ gəlirlər. Elə isə mümkündür ki, təfavütlər zahiri xarakter daşısın. İş
İnternet və psixi proseslər
351
və oyuna asılılıq sən deyən elə də geniş yayılmadığı üçün bu barədə olan geniş
məqalələr toplusuna da rast gəlinməmişdir.
Bu mövzular daha aktuallıq kəsb etmir. İndi yazılan məqlaələr əsasən internet
asılığı barəsində dövr edir.
İnternet asılılığı.
İKT ilə bağlı psixoloji asılılıq növləri çoxdur. Onlardan biri də İnternet-asılılıqdır.
Bu pozuntunun adı müxtəlif formada səslənir o cümələdən, İnternetə davranış
asılılığı, İnternetdən xəstəlik istifadəsi, İnternetdən həddən artıq istifadə və s. kimi
tanınır.
Bütün istifadəçilərin İnternet asılılığına düçar olması mümkün olsa da bəziləri
daha çox əziyyət çəkirlər. Adətən daha çox asudə vaxtları olanlar,
evdə daha çox vaxt
keçirənlər, şagirdlər asudə vaxtlarında məxsusən də yay fəslində bu xəstəliyə tutulma
ehtimalları vardır. Cinsi mənsubiyyət də İnternetə asılılıq ölçüsü və istifadə növünü
təsir altına salır. Kişilər İnternetdə daha çox qüdrət, vəzifə, hakimiyyət və cinsi arzular
axtarışındadırlar. Qadınlar isə dostluq və himayə əlaqələri, aşiqanə və özlərini
digərlərindən qoruya bilən himayəedici axtarışındadırlar. Son bir neçə ilə ərzində
dünyada baş verən dəyişikliklər sırasında həm də yeni texnologiyalarının həyatımıza
daxil olması və onların istifadəsinin çoxalmasıdır.
Amma kompyuter əsrinin
başlanması ilə müxtəlif tipli proqramların yaranması və bunun da məntiqi nəticəsi
olaraq İnternetin istifadəyə verilməsindən sonra “İnternet asılılığı” meydana gəldi.
Mütəxəssislər qeyd edirlər ki, insanı dostlarından və ailəsindən uzaqlaşdıran,
onda davranış və şəxsiyyət pozuntuları yaradan İnternetdən həddən artıq və xəstəlik
formasında istifadə etmək “İnternet asılılığı” adlanır.
Tədqiqatçılar spirtli içkilər, narkotik maddələr, qumar və s.
düşgünləri kimi
asılılıq yaranan insanları araşdırarkən bu nəticəyə gəldilər ki, bu insanlar kompüterdən
daha çox istifadə edənlərdir ki, onlarda bu yeni texnologiyaya tərəf meyillənmə vardır.
Çünki ilk öncə nəzərə çarpırdı ki, bu asılılıq daha çox proqramistlər, hard disk və nərm
disk yazanlar arasında müşahidə edilməsi idi.
O zaman kompüter istifadəçilərinin sayı çox az idi
və bu yeni texnologiya təkcə
ordu və böyük maliyyə mərkəzlərində yerləşirdi. Elə bu səbəblərə görə “İnternet
asılılığı” elə də ciddi əhəmiyyət kəsb etmirdi. Amma hal-hazırda hər gün kompüter
və İnternet istifadəçilərinin sayı artmaqda davam edir. Həmin artım arxasınca bu
texnologiyaya nisbət asılılığı olan insanların sayı getdikcə artmağa başladı.
İnternet asılılıq xəstəliyi o insanlara şamil edilir ki, uzun zaman və davamlı olaraq
kompüter oyunlarına vaxtını sərf edib və İnternetdə qrup şəklində olan müzakirələrdə
iştirak edir. Deməli bu texnologiyadan o, asılı vəziyyətə düşmüdşür. Bu insanlar öz
barəsində olan bütün hadisələrdən xəbərsiz olub, iştahdan kəsilir, öz dostlarından
uzaqlaşır və davranışında problemlər meydana çıxır.
Tədqiqatlar
sübut edir ki, həddən artıq kobud rəftar, davranış adərtlərinin
dəyişilməsi, şəxsi gigiyena qaydalarına fikir verməmək, cəmiyyətdə iştirak etməyə