İslam hüququnda qadının şahidliyi
365
insandan insana,
vəziyyətdən vəziyyətə, mühitdən-mühitə dəyişir. Yoxsa, buradakı
illət şahidin qadın olmasınamı bağlanılmalıdır?!
Məsələn, evinə oğru girmiş və bu oğurluğa da iki qadın şahidi olan bir kəsə bu
şübhələri səbəb göstərərək bu məsələdə qadınlar şahidlik edə bilməzmi deyilməlidir?!
Məzhəb alimlərinin qadınların şahidliyinə məhdudiyyət gətirmədə ən əsas dəlili
Bəqərə surəsinin 282-ci ayəsidir. Ayənin tərcüməsi belədir:
“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borc verib aldıqda, onu
yazın! Bunu aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi
kimi yazmaqdan boyun qaçımasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək
yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin. Əgər borclu
səfeh
və ya zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman onun vəkili ədalətlə
deyib yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa,
razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri
(şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər dəvət olunduqları zaman
boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər
yazmağa ərinməyin!”
68
Gördüyünüz kimi bu ayə vədəli borcların yazılmasıyla əlaqəlidir. Vədəli
borcların yazılması da cumhura görə məndubdur.
69
Yəni buradakı “yazın” əmri nədb
ifadə edən bir tövsiyə və irşaddır.
İbn Teymiyyə (v. 728/1327) bu ayədə keçən məsələlərin və bundan sonrakı ayədə
olan rehin/girov
ilə əlaqəli hökmün irşad, tövsiyə xarakterli olduğunu qeyd edir. Ona
görə bu hökmlər haqların qorunması üçün tövsiyə edilmişdir. Haqların qorunmasını
təmin edən şeylər başqa, hakimin ona istinadən hökm verdiyi xüsuslar isə başqadır.
Hökmün sabit olma yolları/isbat vasitələri iki kişi və ya bir kişi və iki qadın şahiddən
daha çoxdur. Quranda keçməməsinə rəğmən hakim nükul ilə də hökm verir.
70
Ayədə keçən qadınların şahidliyi ilə əlaqəli cümlənin tövsiyə içərisində başqa bir
tövsiyə olması daha çox məqsədə uyğundur. Buradakı tövsiyə xarakterli əmrlərin
icərisindən birini seçib bu qətiyyət/vücub ifadə edir deməmiz doğru olmaz.
İbn Qəyyim də İbn Teymiyyədən bunları nəql edir: “Bir qadın şahid və iddiaçının
andı ilə hökm verilə bilər. Çünki, təhəmmül anında birinin unutmaması üçün iki qadın
bir kişiyə bərabər sayılmışdır. Əda anında isə belə bir şey yoxdur. Quran və sünnədə
iki qadının şahidliyi ilə hökm verilməz deyə bir qeyd də yoxdur. Təhəmmül anında
iki qadının şahid tutulması əmri ondan azı ilə hökm verilməz mənasına gəlməz. Allah
(c.c.) borclarda iki kişinin, iki kişi olmazsa, bir kişi və iki qadının şahid tutulmasını
əmr edir. Buna baxmayaraq bir şahid və iddiaçının andı, nükul, rədd kimi digər isbat
vasitələri ilə də hökm verilir.”
71
68
əl-Bəqərə, 2/282
69
Allahın (c.c.) edilməsini bağlayıcı bir tərzdə tələb etmədiyi və ya tərk edilməsini
pisləmədiyi fellər
(Zekiyyüddin Şaban,
e.a.ə., s. 244).
70
Mahmud Məhəmməd Şəltut, Məhəmməd Əli Sayis,
Muqaranətul-Məzahib fil-Fiqh, Mətbəətu
Məhəmməd Əli Sabih və övladihi bil-Əzhər, 1953, s.130.
71
İbn Qəyyim,
e.a.ə., I, s. 83.
Əmir Kahayev
366
Hayreddin Karaman da vədəli borclanma ilə əlaqəli olan ayə haqqında bunları
qeyd edir: “Ayədə qadın şahidin iki olmasının səbəbi bariz bir şəkildə ifadə edildiyinə
görə, buradan “qadının dəyər və insanlıq baxımından kişidən aşağı olması” kimi bir
nəticəni çıxarmaq mümkün deyil. Buradakı səbəb dəyər və ya üstünlüklə bağlı
olmayıb, tamamilə “unutma, səhv etmə, yanılma” ilə əlaqəlidir. Məqsədi də haqqın,
ədalətin bərqərar olmasıdır. Əbu Davud və İbn Macənin rəvayət etdiyi “Bədəvinin
mədəni/şəhərli haqqında şahidlik etməsi caiz deyil”
72
hədisi də bu şəkildə başa
düşülməlidir. Burada şahidliyi qəbul edilməyən qadın deyil, kişidir.
Bunun səbəbi isə
bədəvinin bilgi baxımından ədalətin bərqərar olmasına, haqqın ortaya çıxmasına
vəsilə olmasının məhdud olmasıdır. Belə olunca burada araşdırılması gərəkli olan
məsələ, qadının bəzi mövzularda şahidliyinin tək başına yetərli olmamasının
səbəbidir. Bu səbəb əbədiyyən onunla bərabər olacaq bəzi xüsusiyyət və vəsflərinəmi,
yoxsa bəzi zaman və şərtlər daxilində olan, bəzilərində isə olmayan vəsflərinəmi
bağlıdır? Əgər hökmə təməl təşkil edən səbəb sabit, dəyişməyən bir vəsf isə hökmün
davam etməsi təbiidir. Yox, əgər zamandan zamana,
məkandan məkana dəyişirsə,
hökm də dəyişməlidir. Məsələn, hədisdə keçən bədəvinin şəhərə yerləşdiyini, təhsil
səviyyəsinin yüksəldiyini, yaxud şəhərə yərləşmədiyi halda mətbuat vasitələri ilə elm
və irfanını artırdığını düşünək. Bu təqdirdə hökm dəyişəcək,
onun şahidliyi məqbul
və caiz sayılacaqdır. Qadının tək başına şahidliyinin yetərli olmamasının səbəbi
müvəqqəti, yoxsa əbədidirmi?”
73
Müəllif bu suala cavab vermək üçün ciddi
araşdırmalara ehtiyac olduğunu deyir.
Ayənin nazil olduğu dövrdə ümumiyyətlə ərəb cəmiyyəti ümmi (oxuma-yazma
bilməyən) idi. Kişilər ticarətlə məşğul olmasına rəğmən qadınların ticari həyatla heç
bir əlaqəsi yox idi. Buna görə də ayə iki qadın şahidin olmasını əmr etmişdir. Bu
vəziyyət dəyişərsə, yəni qadın oxuma-yazma bilərsə və ictimai həyatdakı rolu artarsa
hər halda hökmün dəyişməsindən bəhs etməmiz yanlış olmaz. Çünki,
hökmlər illətləri
ilə bərabər mütaliə edilir. İllət ortadan qalxınca hökmün olmaması təbiidir. Amma bu
illət hər hansı bir zamanda və ya hər hansı bir yerdə olarsa, onunla bərabər hökm də
olmalıdır. Ümumi bir qayda olaraq həmişə xatırlamalıyıq ki, müəyyən müddət ərzində
bir hökmün illəti dünyanın bir bölgəsində qismən və ya tamamən ortadan qalxa bilər,
ancaq başqa bir yerdə qala bilər. Qadınların şahidliyi ilə əlaqəli hədisləri də bu
çərçivədə ələ ala bilərik.
NƏTİCƏ
Mühakimə hüququndakı isbat vasitələri ədalətin, haqqın bərqərar olması
üçündür. Şahidlikdən də məqsəd budur. Şahidlərin
cinsiyyətinə gəlincə, bir çox
72
Əbu Davud, Aqdiyyə, 17; İbn Macə, Əhkam, 30.
73
Hayreddin Karaman, “Kadının Şahitliği, Örtünmesi ve Kamu Görevi”,
İslami Araştırmalar, X/4, 1997,
s. 273–274.