Mehdiyeva Mədinə Arif qızı
348
hərəkətsizliyini yaradan yaradıcılıq üçün də təkan ola bilər. İnformasiya-
kommunikasiya texnologiyalarının gələcək tədqiqata ehtiyacı olan psixi
proseslərə
təsirinin bütün bu aspektləri daha dərindən öyrənilməlidir.
İnformasiya texnologiyalarının tətbiqi bəşəriyyətin sosial-tarixi inkişaf
perspektivlərini, fərdi taleyini, bu qlobal tarixi prosesdə yerinə və roluna radikal
şəkildə təsir edir. Bu şərtləri təhlil edən V.A. Pleshakov rəqəmsal, mobil və internet
texnologiyalarının inkişafı ilə əlaqəli beşinci informasiya və texnoloji inqilabı (1990-
cı illər)
qeyd edir
.
Onun fikrincə, əgər insanlığın təkamülü təkamül baxımından
informasiya inqilabı (kiberevolution) mərhələsinə giribsə, onda cəmiyyətin
inkişafının yeni bir mərhələsi baş verir - insan kiberinqilablaşma dövrü [9].
İnternet İKT-nın ən vacib forması kimi. İnternet bütün dünya üzrə əlaqə
yaratmalarda olan maneələri aradan qaldırmışdır. Belə ki, ani müddətdə hər bir
məlumat coğrafi, mədəni, siyasi sərhədlər bilmədən dərhal insanın ixtiyarında olur.
İnternet müxtəlif xalqların bir-birləri ilə birbaşa ünsiyyət yaratmasına səbəb
olmuşdur. İnternetdə saytların yaranması ilə daxildə və xaricdə insanlar arasında olan
sədlər aradan qalxdı. Bütün insanlar öz aralarında əlaqələr yaratmaq imkanı əldə
etdilər. İnternetdən istifadə etməklə insanlar yeni kitabları, jurnalları və qəzetləri
oxumaq imkanı əldə edirlər.
İnternet artıq gündəlik iş vərdişinə çevrilmişdir. Belə ki,
bəziləri özlərinin
xatirələrini belə gündəlik olaraq İnternetdə qeyd edir.
Qeyd edək ki, İnternetə çıxış həm də mobil telefonlar vasitəsilə həyata keçirilir.
Az vaxtda mobil telefonlar elə sürətlə yayıldı ki, artıq bu sahədə də seçim çox genişdir.
Belə ki, indi elə bir adam, hətta kiçiklər belə mobil telefonlarla gəzir. Kompüterlərin
yayılması və istifadəsi mobil telefonlara eyni vaxta təsadüf edir. Kompüter telefondan
əvvəl məktəblərin, universitetlərin,
dövlət idarələrinin, ümumi mərkəzlərin ixtiyarına
verilmişdir. Bununla belə onlar mənzillərə o qədər də geniş surətdə yol tapmamış və
yayılmamışdır və yalnız iş yerlərində istifadə olunur (amma bu proses sürətlə davam
edir).
Bununla belə geridə qalmış ölkələrin əksəriyyəti iqtisadi çətinliklər və
informasiya qıtlığından əziyyət çəkir. Onlar üçün birinci növbədə informasiya
vasitələrini gücləndirmək lazımdır: telefon, dövlətin İnternetdən istifadəsinin
gücləndirilməsi, xüsusi sahələrdə iştirakı artırma, İnternet xidməti sahəsində bazarı
qaldırma, bütün sakinlər üçün elektron poбt ünvanları yaratma imkanı, məktəblərə,
universitetlərə, kitabxanalara və s. elmi-tədqiqat müəssisələrə daxil olmaq üçün
imkanların açılması, uzaq məsafədən müşahidə etməklə inkişaf
etməkdə olan
ölkələrin müəyyən sahələrinə sərmayə qoyma və s. işlər asanlıqla İnternet vasitəsilə
həyata keçirir və bu imkan həmin ölkələr üçün çox vacibdir.
İnternetdən istifadə etməklə insanların onlara edəcək təsirləri təyin etmək üçün
fərdi, ictimai, iqtisadi, siyasi, mədəni və s. məsələlərə fikir vermək lazımdır.
Fərdi məsələdə əsas odur ki, əldə olunan hər bir məlumat yeniyetmə üçün faydalı
olsun. Oradan aldığı biliklərin hansı ictimai və ya ideoloji qruplara aid olmasını təyin
etmək üçün gərək pedaqoq, psixoloq ya da sosioloq olsun.
İnternet və psixi proseslər
349
Yeniyetmələr istifadə etdikləri saytları adətən azad surətdə seçirlər. Etiraf
etməliyik ki, həmin saytların cavanlara təsiri mənfi də olur. Belə ki,
müşahidələr
göstərir ki, İnternet yeniyetmələrin psixoloji durumuna, rəftarına ciddi təsir göstərir.
Təbii ki, onların rəsmi qaydada tərbiyəsini İnternetdən alan biliklər də formalaşdırır.
Həm də İnternetdən istifadə edən işgüzar insanların əksəriyyəti öz fəaliyyətlərini
yeniyetməlik dövründən başlayıb.
Cavanlar İnternetdən istifadə etməklə, özlərinə faydalı olan bəzi şeylərdən
məhrum olurlar. Bu maneələr bir neçə şəkildə ola bilər. Məsələn cinsə, əks cinslərə
qarşı daxili tələbatın itməsi və s. Bu kimi problemlər təcrübədən keçirilmişdir. Bu
maneələr
böyük və çətin olarsa, cavanların da problemləri o qədər çətin olacaq.
Problemlərə dair psixoloji biliklər ümumi xarakter daşıyır. Yeniyetmələrin rəftarının
müşahidəsi, cavanlarla və valideynlərlə olan müsahibələr, klinik xəstəxanaların
təcrübələri sayəsində olduqca faydalı üsullar həmin problemlərin həlli üçün təklif
olunur.
Pedaqogika və sosiologiya da cavanların problemlərinin həllində yardımçı ola
bilər. Onların biliklərini də istifadə etməklə cavanların cismani, şəxsiyyətlə bağlı, ailə,
ictimai əlaqələrlə bağlı, təhsil, peşə, mədəni, dini, əxlaqi problemlərini həll etmək
olar. Bu üsulla lazımi proqramlar, tədbirlər həyata keçirilə bilər və onlar cavanların
problemlərini bir qədər azaldar. Qeyri-rəsmi tərbiyə ilə bağlı fəaliyyət növləri və ya
proqramlardan kənar fəaliyyət sahələri cavanların problemlərinin həllində böyük rol
oynaya bilər.
İnsanlar İnternetdən istifadə etməklə müxtəlif icmaların və qrupların
üzvləri
olmaqla fərqli adət, ənənələrin, əxlaqi və ictimai dəyərlərin təsiri altına düşürlər. Bu
məsələlər onların şəxsiyyətlərində öz əksini tapır və nəticədə onların düşüncəsində
tamamilə fərqli əxlaqi, ictimai və iqtisadi baxışlar meydana gəlir. İctimai dəyərlər və
normalar də bundan yaxa qurtara bilmir. Bu işdə planlaşdırılan əsas məsələ insanın
mühitdən asılılığı və insanların buna hazır olmamasıdır. Bəziləri özlərini bunlara qarşı
qoyurlar. Bu məsələdə mənəvi-psixoloji amillər mühüm rol oynayır. Həmin
amillərdən adətən daha çox qorxu, təşviş, nigarançılıq, planlaşdırma, başqaları ilə
əlaqə yaratmadan çəkinmə, peşə və əqidə problemləri,
daxili təzadlar, mənəvi
sarsıntılar və s. hallar müşahidə olunur.
İnternetdən istifadə tədricən artır və insanlar günbəgün onun təsiri altına düşürlər.
Xüsusilə bu təsir onların fikirlərində, əqidələrində, əxlaqında, rəftarında özünü büruzə
verir. Yaşlılardan fərqli olaraq uşaqlar bunlara daha çox aludədirlər. təəssüflər olsun
ki, bu gün İnternetdən istifadə həm də cinayətlərə, əxlaqi
pozğunluqlara və başqa
mənfi hallara də rəvac verir. Həmin hallar həm də İnternetdən istifadə edən uşaqların
tərbiyəsinə də bəzən təsir edir və bütün insanlar arasında yayılmaqla əqidəsi zəif,
iradəsiz insanları öz təsiri altına alır.
İKT və İnternet-asılılıq.
“İnternet asılılığı” müasir asılılıq (Modern addicition) adlandırmışlar. Həqiqətdə
internet asılılığı narkotik maddələr və digər asılılıq yaradıcı işlərlə eyni cərgədə durur.