Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
31
başında canlanma yaşanacağı`
9
inancıdır. Buna görə də bütün ümidsizlik və
bədbinliklərə rəğmən
müsəlmanlar səbirlə, inamla bu canlanması gözləmişlər.
Nəticədə müslümanların əlində İslamdan, İslam ənənəsindən və bütün cəhətləri ilə
birlikdə İslam tarixindən başqa bir şey qalmamışdır. Tənqid olunmasına baxmayaraq
ənənəvi İslam da müsəlmanlar üçün yeganə çıxış yolu olmuşdur. Fazlur Rəhmana
görə modernizmdən əvvəl meydana çıxan islahat hərəkətlərinin müştərək xüsusiyyəti
müsəlman cəmiyyətlərin əxlaqi baxımdan pozulması, buna qarşı tədbir kimi
müsəlmanların İslamı əslinə qaytarma və dinə sonradan qarışan xurafələri təmizləmə
cəhdidir.
10
İslami oyanış
İki əsrdən bəri İslam dünyasının oyanma cəhdində olduğunu demək mümkündür.
Başqa
sözlə desək, son iki əsr boyunca İslam dünyası İslamı yenidən anlama,
yozumlama və yaşama yolu axtarışında olmuşdur. Bu axtarış bəzən `dinin ihyası`,
bəzən `şəriətə qayıdış`, bəzən `islami oyanış`, bəzən `biliyin islamlaşdırılması`, bəzən
də `yeni İslam modeli` şəklində özünü göstərmişdir. Bu kimi təşəkküllərdə gizli yad
əllərin rolu ilə bağlı mülahizələri bir kənara qoyaraq, məsələnin zahiri görünüşünün
təhlili haqqında qeydlərə nəzər salsaq, İslam dünyasındakı bütün bu çalışıb-
çapalamaların qərblə üz-üzə gəldikdən sonra başladığını demək olar. İslam
dünyasının özünü tənqid etməyə, dinin əsas mənbələri daxil olmaqla
hər şeyi yenidən
gözdən keçirməyə başlamasında məhz qərbin böyük təsiri olmuşdur. Ən azından son
yüzillikdə yetişən müsəlman mütəfəkkirlərin böyük əksəriyyətinin məhz qərb
dünyasında təhsil aldığını və ya qərbdə yaşadığını, qərblə yaxın təmasda olduğunu
xatırlamaq bunun üçün kifayətdir. Qərbin təsirinin müsbət vəya mənfi olmasını bir
kənara qoyaraq, İslam dünyasında baş verənlərə nəzər saldıqda görürük ki, ənənəvi
İslam bütün daxili və xarici təsirlərə baxmayaraq müsəlmanın qəlbinin ən
dərinliklərində yaşamağa davam etmişdir. Bu əsnada o,
həyatda qalmaq üçün öz
köklərindən bəslənmişdir. Müsəlmanlar keçmişdəki şan-şöhrətli günlərinin geri
gələcəyi ümidini ən çarəsiz göründükləri zamanlarda belə itirməmişlər. Eyni kökdən
bəsləndiyini iddia etsələr də mühafizəkar-modernist, irrasional-rasional şəklində
qruplaşan müsəlmanların mübarizəsi mühafizəkar-irrasional olanların üstünlüyü ilə
sonlanmışdır. Bu da müasir dövrdə müsəlmanların İslama bağlanmaları və
radikallaşmaları ilə nəticələnmişdir.
11
Qərbə qarşı reaksiya yaxud qərbin təsiri ilə formalaşan yeni islami anlayış
metodu əsasən bilik mərkəzli olmuşdur. Bu, İslam dünyasında
müasir təhsil siteminə
bələd olan yeni gənc nəsil tərəfindən mənimsənsə də əksəriyyəti təşkil edən `təhsilsiz
kütlələr`ə uyğun gəlməmişdir. Bunun nəticəsində bu kütlələr radikal ritorikaların
9
“Şübhəsiz, Allah hər yüzilliyin başında bu ümmətə dinini yeniləyəcək bir mücəddid göndərəcəkdir”
(Əbu Davud, Məlahim, 1).
10
Rahman F, İslami Yenilenme Makaleler I.
(tərc. Adil Çiftçi). Ankara: Ankara Okulu, 2004, s.81.
11
Hanafi H. The Origin of Modern Conservatism and Islamic Fundamentalism, p. 101; Ercins, G. (2009).
Küreselleştirici modernliğin bir antitezi: Fundamentalizm // Uluslararası İnsan Bilimleri Dergisi, s. 667.
i.f.d., dos. Mübariz Camalov
32
inkişafı üçün əlverişli mühitin yaranmasına kömək etmişdir. Bu kimi cərəyanların
xarakteristik xüsusiyyəti bəzən gün işığına çıxsalar da ümumiyyətlə yeraltı fəaliyyət
göstərmələridir. Bu isə nəzarət imkanının olmadığı və təhlükənin sezilmədiyi
şəratinin yaranmasına gətirib çıxarır.
Modernləşmə prosesi XX əsrdə bütün cəmiyyətlərə fərqli
mahiyyətdə və
dərəcədə olsa da təsir etmişdir. Bu təsir hər bir cəmiyyətdə özünəməxsus reaksiyalar
meydana gətirmişdir. Bunların ən əhəmiyyətlilərindən biri də, şübhəsiz, dini
radikalizmdir. İslam dünyasında fundamentalist cərəyanların təşəkkül tarixi İslamın
ilk əsrlərindəki əhli-hədis anlayışının yaranmasına qədər geri aparılsa da dini
radikalizmin ən sərt nümunələrinə XX əsrdə rastlanmışdır. İslam dünyasında dini
radikalizm sələfi düşüncə ilə yaxından əlaqəli olub, demək olar ki, eyni mənalı sözlər
kimi istifadə olunur. Bununla birlikdə dini radikalizmin əsas dinamikası ihya
hərəkatlarıdır. İslam dininin dəyişən dünya şərtlərinə reaksiyası kimi İslamın yenidən
canlanması mənasında işlədilən ihya hərəkatlarının radikalizmə çevrilməsi yaxud ona
təkan verməsi məsələsinə keçmədən əvvəl İslamm dünyasında meydana çıxan ihya
hərəkatlarına qısaca toxunmaq lazımdır.
12
İhya sözü ərəb dilində `həyat` kökündən törəmiş olub diriltmək, canlandırmaq,
oyatmaq kimi mənalara gəlir.
13
Adətən ihya sözü
dini terminologiyada təcdit, reform,
təcəddüd, islahat terminləri ilə eyni mənada istifadə olunur. İhya sözünün termin
mənası M.Aydının təqdim etdiyi ən geniş məzmunlu tərifə görə “İhya İslamı bidət və
xurafatlardan və hər nə şəkildə olursa olsun tərkibinə girmiş bütün xarici ünsürlərdən
təmizləyərək saf halını təyin etmək, `tarixi İslam`ın arxasındakı `ilk dövr İslamı`nın
inanc və tətbiqlərini canlandırmaq, onu Qur`an və sünnədəki orijinal forması ilə
yenidən müəyyənləşdirib insanların istifadəsinə təqdim etməkdir”
14
. Bu tərifdə diqqət
çəkən ən mühüm nöqtə İslama yad ünsürlərin daxil olduğunun qəbul edilmiş
olmasıdır. Bu yad ünsürlərdən xilas olma yolu kimi İslamın yarandığı ilk dövrdəki din
anlayışının yenidən canlandırılması məqsəd qoyulur. İhya hərəkatının çıxış yeri,
şübhəsiz, İslamdır, yəni müsəlmanların böyük əksəriyyəti özlərini ihya məfhumuna
yaxın
hiss edirlər
15
. Buna bağlı olaraq Jhon O. Vollun Fəzlur Rəhmanın
fundamentalizm haqqında fikrini nəql etdiyi tezisində belə deyilir: `Əgər bir insan
İslamın əsaslarını həyata tətbiq etmək istəyirsə, o bir fundamentalistdir və əgər bu
belədirsə, bütün yaxşı müsəlmanlar fundamentalistdirlər`.
16
Bu anlayışın ilk izlərini
12
Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri (Gazali, İbn Teymiye,
Birgivi ve Muhammed
İbn Abdulvahhabın ihyacı yönlerine kısa bir bakış) // EKEV Akademi Dergisi. 2001, № 1, s. 25.
13
Lisanul-ərəb: XIV c., Beyrut. 1963, s. 211-212.
14
Aydın M.S. Fazlurrahman ve İslam modernizmi // İslami Araştırmalar. 1990, № 4, s. 275.
15
Rahman F. İslam. Ankara: Ankara okulu yayınları, 2008, s. 269; İşcan M. Gazalinin ihya ve ıslah
düşüncesine genel bir bakış // Diyanet İlmi Dergisi. 2011, № 3, s. 117.
16
Öz S. Sosyolojik bir olgu olarak dini ihya hareketleri, s. 191; Voll J. Modernizm ve fundamentalizm:
İslam tarihinde yenilenme ve reform / İslam ve Modernizm: Fazlur Rahman tecrübesi, İstanbul: İstanbul
Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı Yayınları, 1997, s. 231.