Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə137/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   133   134   135   136   137   138   139   140   ...   156

Gülnarə Həsənova
  
338 
zamanda uşaqların  əksəriyyəti qeyd edirdi ki, valideynləri onları başa düşmürlər. 
Bizim, digər insana qarşı bütün münasibətlərimiz onu dərk etməkdən asılıdır, belə ki, 
anlayış cəmiyyətin bütün münasibətlərinin əsasını təşkil edir» [9, s.7]. Zaxarov A.I. 
uşaqlar və yeniyetmələr arasında nevrozların baş verməsinin səbəblərini araşdırarkən, 
mühim faktı qeyd edib: «Ailədə, əksər hallarda, xroniki olaraq, baş verən münaqişələr 
- uşaqlar üçün psixiki zədələnmə  və eləcə  də düzgün tərbiyə olunmamasının 
mənbəyidir. Uşaq, özünə qarşı münasibətlə razılaşmaması, inad etməsi, ifrat həyəcan 
ya da ləngimələrlə təsir edə bilir, amma valideynlər arasında baş verən münaqişələrə, 
birbaşa münaqişənin nəticəsinə təsir etmək imkanı verilmir..» [13, s. 141]. 
Bizi maraqlandıran problemin bəzi aspektləri Azərbaycan psixoloqlarının 
A.A.Əlizadə [4], A.N.Abbasov [1] tərəfindən aparılan tədqiqatlarda ailənin psixoloji-
pedaqoji aspektləri, etik prinsipləri, davranış normaları  və Azərbaycan ailələrində 
uşaqların inkişafı və formalaşmasında milli xüsusiyyətlər araşdırılmışdır. Məsələyə 
kliniki psixologiya aspektindən, yəni ailələrə yardım etmək, uşaqlar arasında, ər-arvad 
münasibətlərində ciddi problemləri olan ailələrə yardım etmək və s. bu kimi məsələlər 
N.V.İsmayılov tərəfindən araşdırılmışdır [6].  Ailə problemlərinə  həsr olunmuş 
N.Z.Çələbiyevin [3] kitabı, psixoloqların çox böyük marağına səbəb olmuşdur. 
«Ailəyə psixoloji yardım», «Ailə terapiyasının sualları» bölməsində  təcrübi 
xüsusiyyətli, dəyərli materiallar, ailələrə  məsləhətin verilməsi və diaqnostikası 
zamanı bizə kömək edir. Təcrübi psixologiya, hazırda sağlam psixikalı insanın 
formalaşmasına yönədilmiş psixologiyadır. L.Ş.Əmrahlının bu sahədəki işi böyük 
əhəməyyət kəsb edir. O, əsərində qeyd etdiyi kimi, «müasir məktəbin aktual 
problemlərindən biri də - usağın sağlam psixoloji inkişafıdır» [5, s.292], uşaq heç bir 
emosional çətinliyi olmayan, sağlam mühitdə, şəraitdə formalaşmalıdır. Bu problem, 
L.M.Qurbanovanın [7], da işində ailə, münaqişələr və onların həlli yollarına aid ayrı-
ayrı suallara baxılmışdı, ailə ilə  işləyən psixoloqun tətbiq etdiyi psixodiaqnostika, 
psixoprofilaktikanın xüsusiyyətləri araşdırılmışdır. Psixoloqun işi ilə bağlı olan 
kompleks tədbirlərin keçirilməsinə dair R.V.Cabbarovun [2] monoqrafiyası da qeyd 
olunmalıdır. Ulyam Qlasserin nəzarət nəzəriyyəsinə istinad edən reallığın, elmi 
terapiya- məsləhət təcrübəsinə kömək edir. R.V.Cabbarovun ailələrlə iş prosesindəki 
çox illik yanaşma təcrübəsi, monoqrafiyada da işıqlandırılmışdır.  Əlbəttə ki, 
Azərbaycanda reabilitasiya və innovasiya mərkəzlərində aparılan işləri qeyd etməmək 
olmaz. Böyük bir kollektivin apardığı  işin nəticələri  əsasında «Uşaq inkişafı 
metodikası» [8], adlı monoqrafiya hazırlandı (layihənin rəhbəri Leyla İmanova), və 
2016-cı ildə Yardım Fondu tərəfindən nəşr olunmuşdur.Bu tədqiqatın yaxşı cəhəti, 
müxtəlif mərkəzlərin materiallarının sistemləşdirilməsi, inklyuziv mərkəzlərdə xüsusi 
münasibət tələb edən uşaqlarla iş  təcrübəsinin paylaşılması, eyni zamanda ailədə 
inkişafdan geri qalan, fiziki qüsurlu və s. uşaqların valideynlərinə tövsiyələrin 
verilməsi kimi mövzular əhatə olunmuşdur. Bu problemin bəzi aspektlərinin psixoloji 
ədəbiyyatda öyrənilməsini işıqlandıraraq, kiçik yaşlı  məktəblilərin ailədə  tərbiyəsi 
üslubunun aşkarlanması istiqamətində eksperimental tətqiqatın bəzi anlarını nəzərdən 
keçirtdik. 


Kiçik yaşlı məktəblilərin emosional dəyişkənliyinin formalaşmasında ailənin rolu
  
339 
İbtidai sinif şagirdlərindən 68 nəfəri seçdik. Biz işi elə təşkil etmişdik ki, ilkin 
mərhələdə sinifdə müşahidə apardıq. Hər sinifdə fərqli səviyyədə aqressiya, həyəcan 
müşahidə olunan məktəbli qrupunu təsbit etdik. Bunun üçün müxtəlif metodika - 
rəsmli testlər tətbiq etdik: «Kaktus» [15], «Mövcud olmayan heyvan testi» [11], 
«Mənim ailəm» [18]. Hazırlıq mərhələsi yolu ilə ailədə problemləri ehtimal olan 
məktəbli qrupunu seçdik. Buna əsaslanaraq, biz işin ikinci mərhələsinə keçərək, 
emosional mühitdə  çətinlikləri olan ailələrlə  işi təşkil etdik. Bu məqsədlə, təxmin 
etdiyimiz psixoloji problemləri olan ailələri seçdik. Növbəti mərhələdə qısa müddət 
ərzində ailədə uşağın tərbiyə formaları ilə bağlı uşaqla ünsiyyət qurulması çətinliyinin 
səbəbini müəyyənləşdirərək, valideynlər üçün metodikalar seçildi. Bu mərhələdə 
valideynlərlə iş prosesində, valideyn münasibətlərini müəyyənləşdirən A.Y.Varqa və 
V.V.Stolinin [16, 236-242] test-sorğusu tətbiq edildi. 
«Kaktus» rəsm testinin nəticələrinə əsasən, məktəblilərdə aşağıdakı xüsusiyyətlər 
aşkarlanmışdı: həyəcan - 21 (30,8%), təcavüz - 15 (22%), eqosentrizm – 11 (16,1%), 
ekstraversiya – 14 (20,5%), introversiya – 7 (10,2%). «Mövcud olmayan heyvan» 
testinin göstəriciləri, bizi bir qədər düşündürdü. Beləki, 68 məktəblidən 38 təcavüzün 
müxtəlif formalarında (yüksək təcavüzkarlıq (14 nəfər), verbal təcavüzə meyillik (11 
nəfər), əsəbləşərək təcavüz (7 nəfər), təcavüzdən qorxaraq və müdafiə  təcəvüzü (6 
nəfər). 
Tədqiqat zamanı, «Mənim ailəm» metodikasının tətbiqi zamanı uşaqların ailədə 
müəyyən çətinliklərin olması aşkarlandı. Göstəricilərə əsaslanaraq, 42 nəfərdən ibarət 
qrup formalaşdırdıq. A.Y.Varqa və V.V.Stolin tərəfindən hazırlanmış ailə 
münasibətlərinin test-sorğusuna görə nəticələr aşağıdakı kimidir: (cədvəl 1) 
 
Cədvəl 1. 
A.Y.Varqa və V.V.Stolinin ailə münasibətlərinin  
test-sorğusunun (AMS) nəticələri: 
 
Valideyn münasibətinin tipi 
Kiçik yaşlı məktəblilər (42) 
Qəbul - imtina 
17 (40,4 %) 
Simbioz 
10 (23,8 %) 
Avtoritar hipersosiallaşma  
8 (19 %) 
Balaca uğursuz 
 5(11,9 %) 
Kooperasiya 
 2 (4%) 
 
 Göründiyi kimi kiçik yaşlı məktəblilərdə, valideyn münasibətinin tipində «qəbul 
- imtina» birinci yerdədir. Qeyd etmək lazımdır ki, valideynlərlə fərdi söhbət edərkən, 
uşaqların davranışını izləyərək, valideynlərin uşağa qarşı zidd münasibətlərini qeyd 
etdik. Bir qism valideynlər uşaqlarını olduğu kimi qəbul edərək, onlara simpatiya 
bəsləyirlər, digərləri isə övladlarının heç bir işə yaramadığını, bacarıqsız olduqlarını 
və həyata uyğunlaşmadığını bildirirlər. Bütün bunlar testləşdirmədə təsdiqlənmişdi, 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə