Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə134/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   130   131   132   133   134   135   136   137   ...   156

Səbinə Ələsgər qızı Nemətzade
  
330 
sərhədlərini və çata biləcəyi zənginliyi, sahib olduğu zövqü, onun ədəb və 
dünyagörüşünü göstərir, əsərin sənət dəyərini müəyyən edir. 
Naxışın icrasındakı hünər sənət sahiblərinə aiddir. Naxış işlənəcək yerə uyğun 
dizayn edilməlidir. Çünki, naxışın mükəmməl olması, onu meydana gətirən hər bir 
elementlə birlikdə yerinə uyğun olması ilə mümkündür. Təzyini sənətlərdə istifadə 
edilən naxışlar, quruluş formaları baxımından pano (lövhə) xüsusiyyəti daşıyan 
naxışlar, ulama (Səhifə kənarlarında, yazıların ətrafında bir-birinə bağlanaraq davam 
edən motivlərdən meydana gələn bəzəmə tərzi) və həndəsi naxışlar deyilən üç qrupda 
cəmlənirlər. Pano (lövhə) xüsusiyyəti daşıyan naxışlar sərhədi müəyyən edilmiş bir 
sahə içərisində başlayar və bitər. Bu naxış tipinin quruluş formasına görə qeyri-
simmetrik (sərbəst), simmetrik, dönmə hərəkəti göstərən naxışlar (çərxi-fələk) olmaq 
üzrə növləri vardır.  Əlyazma kitabların zahiriyyə, sərlövhə, surə başı, fəsil başı 
təzhiblərində  əksər hallarda simmetrik lövhə naxışlarına üstünlük verilmişdir. 
Dizaynındakı nəhayətsiz genişləmə xüsusiyyəti kainatın sonsuzluğu içində sənətin və 
sənətkar təxəyyülünün böyüklüyünü xatırladan səhifə  kənarı naxışların 
əlyazmaçılıqdakı  ən gözəl nümünələri kitab qabı  və zahiriyyə  səhifəsi, kürsü 
təzhibində rast gəlinir.
 
XII-XIV əsrlərdə bütün İslam ölkələrinin kitab sənətində və digər bəzəmələrdə 
hökm sürən həndəsi naxışlar dövrünün simvolu halına qəlmişdir. Bu əsrlərdə həndəsi 
nizamla cizilən naxışlardan biri olan “zəncirək”dən çox istifadə edilmişdir. (5, 62) 
Həndəsi naxışlar kvadrat, düzbucaqlı, üçbucaq, dairə, poliqon, paxlava və ulduz 
kimi formaların birləşməsiylə  əmələ  gələn və kainatın sonsuzluğuna işarət edən 
motivlər olaraq istifadə olunmuşlar. Sərhədlərinin başlanğıc və bitiş nöqtələri 
müəyyən olmayıb, bəzən bitkisəl və rumi motivləri ilə birlikdə işlənirdilər. Bu cür 
bəzəmələrdə yenə  də  həndəsi formalar kompozisiyanın önəmli elementləri olaraq 
görülür. (2, 20) 
Yuxarıda qeyd edildiyi kimi, pano (lövhə) xüsusiyyəti daşıyan naxışların quruluş 
formasına görə üç növü vardır ki, onlardan biri geniş dini-fəlsəfi anlamda icra edilən 
çərxi-fələkdir.  
Çarx (çərx), əski ədəbiyyatda geniş bir məna çərçivəsində və həmçinin müxtəlif 
tərkiblərlə istifadə edilən kəlimədir. 
Yerinə və istifadəsinə görə dar mənada göy, göy gübbəsi, səma, fələk və çarxdan 
başlayıb geniş və məcazi çərçivədə dəhr, dünya, dövran, aləm, taleh, bəxt, qəzavü-
qədər, hətta əcəl mənalarını ehtiva edir. 
Təzhibin ana mövzusu naxışdır. Naxışı da formalaşdıran motivlərdir. Motivlərin 
zənginliyi və müxtəlifliyi dekorotiv sənətlərimizin yüz illər boyunca yüksək bir 
səviyyəyə çatmasını təmin etmişdir. Türk bəzəmə sənətində gördüyümüz bu motiv 
müxtəlifliyinin  ən önəmli səbəblərindən birisi İslam dininin rəsm və heykəl 
sənətlərinə qoyduğu qadağadır. Türk sənətkarlar bütün yaradıcı güçlərini bəzəmə 
sahəsində sıxlaşdıraraq həddindən artıq dərəcədə təbiətdən qaynaqlanan abstraksiya 
və üslublaşdırmaya yönəlmişlər. Təbiəti heç dəyişdirmədən təqlid etmək yerinə, onu 


Təzhib sənətində naturalist və bestiar motivlər
  
331 
üslublaşdırmağı uyğun görmüşlər. (2, 17) Bu da Allahın tək bir yaradıcı varlıq olması 
prinsipinə, yəni, “tövhid” anlayışına əsaslanır. 
Təzhibdə istifadə olunan əsas motivlər naturalistbestiar, mücərrəd  simvolik 
motivlərdir. 
Naturalist motivlər: 
Xatayi – stilizə yarpaq, cücərti və çiçəklərin bir-birinə dolaşması ilə meydana 
gələn bir təzhib motividir. Türk-İslam təzyinatında  ən mühüm motivlərdən olan 
Xətayi həm müxtəlifliyi ilə seçilir, həm də ən çox istifadə olunan motivlərdəndir. 
Çin və Orta Asiyanın təsiri altında meydana gələn, çox zaman mənşəyi müəyyən 
olunmayacaq dərəcədə stilizə edilmiş çiçəklərdir. Üslublaşdırılmış çiçəklərin hansı 
çiçəyə  bənzədiyi haqqında qəti bir qənaətə  gəlmək çətindir. Bəzi qaynaqlarda 
Xatayilər həm çiçəklərin, həm də yarpaqların stilizə edilməsinə deyilir.Yarpaq 
stilizələri gerçəyə daha yaxındır. (1, 49) 
Xatayi motivi Türk-İslam təzhib sənətində  əhəmiyyətli yerə malikdir və bu 
sənətin təməlini təşkil edir. Bu motiv, başlıca olaraq cəmiyyətin milli-dini inancını, 
zövqünü,  ənənələrini özündə daşıyaraq,  əlyazmaların bədii tərtibatının  əsas 
xüsusiyyətlərindən birinə çevrilmişdir. Xatayi motovi, sənət və  mədəniyyət 
dünyasında rəğbətlə qarşılanır. 
Yarpaq. Sənət tarixçiləri, dövrümüzün məşhur müzəhhibələrindən olan Prof.Dr. 
Çiçək Derman və Dr. İnci A. Birol haqlı olaraq bitki qaynaqlı motivləri 
sinifləndirməyə yarpaq ilə başlamağı daha məqsədə uyğun hesab edirlər. Çünki, 
bitkilər aləmində bioloji strukturuna görə mühüm vəzifələr daşıyan yarpaq şəkil 
baxımından da müxtəlifliklərə malikdir. Bu səbəblə  də, tarix boyunca sənətkarlara 
ilham qaynağı, sənət əsərlərinə də mövzu olmuşdur. Xüsusilə təbiətə aşiq olan şərqli 
sənətkarlar əlində sanki dilə gəlmiş, rəng və şəkil zərafətiylə həyatilik qazanmışlar. 
(6, 17) 
Pənc.  Xətayi qrupundan pənc adıyla bilinən motivlər bitki mənşəli olub, bəzi 
çiçəklərin quşbaşı görüntüsünün stilizə edilərək, cizilməsiylə əldə edilmişdir. “Pənc” 
sözünün farscadan tərcüməsi “beş”dir. Yarpaq sayına görə bir yarpaqlıdırsa, yek bərg, 
iki yarpaqlı – dü bərg, üç yarpaqlı – se bərg, dörd yarpaqlı – çahar bərg, beş yarpaqlı 
– pənc bərg, altı yarpaqlıdırsa, şeş bərg deyilmişdir. (6, 47; 3, 38) 
Əsasən beş yarpaqlı daha çox işləndiyinə görə zamanla pənc bərg termini daha 
çox istifadə edilmiş, daha sonra isə bərg kəliməsi atılmış, bu motivlərə qısa bir şəkildə 
pənc deyilmişdir. 
 
Qönçəgül – açmamış çiçək mənasını ifadə edir. Tam açılmamış bir çiçəyin yan 
görünüşünün üslublaşdırılmış  şəklidir.  Ən bəsit gönçəgüldə belə tac və çanaq 
yarpaqları aydın görünür. Məşimə və toxumlar ya heç görünməz vəya qismən görünər. 
Gönçəgül motivi xətayi motivinin ilk addımları kimidir. (3, 40) 
Yarı üslublaşdırılmış çiçəklər. Təbiətdəki çeşidlərini müəyyən edəcək şəkildə 
stilizə edilmiş çiçəklərdir. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə