Səbinə Ələsgər qızı Nemətzade
330
sərhədlərini
və çata biləcəyi zənginliyi, sahib olduğu zövqü, onun ədəb və
dünyagörüşünü göstərir, əsərin sənət dəyərini müəyyən edir.
Naxışın icrasındakı hünər sənət sahiblərinə aiddir. Naxış işlənəcək yerə uyğun
dizayn edilməlidir. Çünki, naxışın mükəmməl olması, onu meydana gətirən hər bir
elementlə birlikdə yerinə uyğun olması ilə mümkündür. Təzyini sənətlərdə istifadə
edilən naxışlar, quruluş formaları baxımından pano (lövhə) xüsusiyyəti daşıyan
naxışlar, ulama (Səhifə kənarlarında, yazıların ətrafında
bir-birinə bağlanaraq davam
edən motivlərdən meydana gələn bəzəmə tərzi) və həndəsi naxışlar deyilən üç qrupda
cəmlənirlər. Pano (lövhə) xüsusiyyəti daşıyan naxışlar sərhədi müəyyən edilmiş bir
sahə içərisində başlayar və bitər. Bu naxış tipinin quruluş formasına görə qeyri-
simmetrik (sərbəst), simmetrik, dönmə hərəkəti göstərən naxışlar (çərxi-fələk) olmaq
üzrə növləri vardır. Əlyazma kitabların zahiriyyə, sərlövhə, surə başı, fəsil başı
təzhiblərində əksər hallarda simmetrik lövhə naxışlarına üstünlük verilmişdir.
Dizaynındakı nəhayətsiz genişləmə xüsusiyyəti kainatın
sonsuzluğu içində sənətin və
sənətkar təxəyyülünün böyüklüyünü xatırladan səhifə kənarı naxışların
əlyazmaçılıqdakı ən gözəl nümünələri kitab qabı və zahiriyyə səhifəsi, kürsü
təzhibində rast gəlinir.
XII-XIV əsrlərdə bütün İslam ölkələrinin kitab sənətində və digər bəzəmələrdə
hökm sürən həndəsi naxışlar dövrünün simvolu halına qəlmişdir. Bu əsrlərdə həndəsi
nizamla cizilən naxışlardan biri olan “zəncirək”dən çox istifadə edilmişdir. (5, 62)
Həndəsi naxışlar kvadrat, düzbucaqlı, üçbucaq, dairə, poliqon, paxlava və ulduz
kimi formaların birləşməsiylə əmələ gələn və kainatın sonsuzluğuna işarət edən
motivlər olaraq istifadə olunmuşlar. Sərhədlərinin başlanğıc və bitiş nöqtələri
müəyyən olmayıb, bəzən bitkisəl və rumi motivləri ilə birlikdə işlənirdilər.
Bu cür
bəzəmələrdə yenə də həndəsi formalar kompozisiyanın önəmli elementləri olaraq
görülür. (2, 20)
Yuxarıda qeyd edildiyi kimi, pano (lövhə) xüsusiyyəti daşıyan naxışların quruluş
formasına görə üç növü vardır ki, onlardan biri geniş dini-fəlsəfi anlamda icra edilən
çərxi-fələkdir.
Çarx (çərx), əski ədəbiyyatda geniş bir məna çərçivəsində və həmçinin müxtəlif
tərkiblərlə istifadə edilən kəlimədir.
Yerinə və istifadəsinə görə dar mənada göy, göy gübbəsi, səma, fələk və çarxdan
başlayıb
geniş və məcazi çərçivədə dəhr, dünya, dövran, aləm, taleh, bəxt, qəzavü-
qədər, hətta əcəl mənalarını ehtiva edir.
Təzhibin ana mövzusu naxışdır. Naxışı da formalaşdıran motivlərdir. Motivlərin
zənginliyi və müxtəlifliyi dekorotiv sənətlərimizin yüz illər boyunca yüksək bir
səviyyəyə çatmasını təmin etmişdir. Türk bəzəmə sənətində gördüyümüz bu motiv
müxtəlifliyinin ən önəmli səbəblərindən birisi İslam dininin rəsm və heykəl
sənətlərinə qoyduğu qadağadır. Türk sənətkarlar bütün yaradıcı güçlərini bəzəmə
sahəsində sıxlaşdıraraq həddindən artıq dərəcədə təbiətdən
qaynaqlanan abstraksiya
və üslublaşdırmaya yönəlmişlər. Təbiəti heç dəyişdirmədən təqlid etmək yerinə, onu
Təzhib sənətində naturalist və bestiar motivlər
331
üslublaşdırmağı uyğun görmüşlər. (2, 17) Bu da Allahın tək bir yaradıcı varlıq olması
prinsipinə, yəni, “tövhid” anlayışına əsaslanır.
Təzhibdə istifadə olunan əsas motivlər
naturalist,
bestiar, mücərrəd və
simvolik
motivlərdir.
Naturalist motivlər:
Xatayi – stilizə yarpaq, cücərti və çiçəklərin bir-birinə dolaşması ilə meydana
gələn bir təzhib motividir. Türk-İslam təzyinatında ən mühüm motivlərdən olan
Xətayi həm müxtəlifliyi ilə seçilir, həm də ən çox istifadə olunan motivlərdəndir.
Çin və Orta Asiyanın təsiri altında
meydana gələn, çox zaman mənşəyi müəyyən
olunmayacaq dərəcədə stilizə edilmiş çiçəklərdir. Üslublaşdırılmış çiçəklərin hansı
çiçəyə bənzədiyi haqqında qəti bir qənaətə gəlmək çətindir. Bəzi qaynaqlarda
Xatayilər həm çiçəklərin, həm də yarpaqların stilizə edilməsinə deyilir.Yarpaq
stilizələri gerçəyə daha yaxındır. (1, 49)
Xatayi motivi Türk-İslam təzhib sənətində əhəmiyyətli yerə malikdir və bu
sənətin təməlini təşkil edir. Bu motiv, başlıca olaraq cəmiyyətin milli-dini inancını,
zövqünü, ənənələrini özündə daşıyaraq, əlyazmaların bədii tərtibatının əsas
xüsusiyyətlərindən birinə çevrilmişdir. Xatayi motovi,
sənət və mədəniyyət
dünyasında rəğbətlə qarşılanır.
Yarpaq. Sənət tarixçiləri, dövrümüzün məşhur müzəhhibələrindən olan Prof.Dr.
Çiçək Derman və Dr. İnci A. Birol haqlı olaraq bitki qaynaqlı motivləri
sinifləndirməyə yarpaq ilə başlamağı daha məqsədə uyğun hesab edirlər. Çünki,
bitkilər aləmində bioloji strukturuna görə mühüm vəzifələr daşıyan yarpaq şəkil
baxımından da müxtəlifliklərə malikdir. Bu səbəblə də, tarix boyunca sənətkarlara
ilham qaynağı, sənət əsərlərinə də mövzu olmuşdur. Xüsusilə təbiətə aşiq olan şərqli
sənətkarlar əlində sanki dilə gəlmiş, rəng və şəkil zərafətiylə həyatilik qazanmışlar.
(6, 17)
Pənc. Xətayi qrupundan pənc adıyla bilinən
motivlər bitki mənşəli olub, bəzi
çiçəklərin quşbaşı görüntüsünün stilizə edilərək, cizilməsiylə əldə edilmişdir. “Pənc”
sözünün farscadan tərcüməsi “beş”dir. Yarpaq sayına görə bir yarpaqlıdırsa, yek bərg,
iki yarpaqlı – dü bərg, üç yarpaqlı – se bərg, dörd yarpaqlı – çahar bərg, beş yarpaqlı
– pənc bərg, altı yarpaqlıdırsa, şeş bərg deyilmişdir. (6, 47; 3, 38)
Əsasən beş yarpaqlı daha çox işləndiyinə görə zamanla pənc bərg termini daha
çox
istifadə edilmiş, daha sonra isə bərg kəliməsi atılmış, bu motivlərə qısa bir şəkildə
pənc deyilmişdir.
Qönçəgül – açmamış çiçək mənasını ifadə edir. Tam açılmamış bir çiçəyin yan
görünüşünün üslublaşdırılmış şəklidir. Ən bəsit gönçəgüldə belə tac və çanaq
yarpaqları aydın görünür. Məşimə və toxumlar ya heç görünməz vəya qismən görünər.
Gönçəgül motivi xətayi motivinin ilk addımları kimidir. (3, 40)
Yarı üslublaşdırılmış çiçəklər. Təbiətdəki çeşidlərini müəyyən edəcək şəkildə
stilizə edilmiş çiçəklərdir.