Gülnarə Həsənova
338
zamanda uşaqların əksəriyyəti qeyd edirdi ki, valideynləri onları başa düşmürlər.
Bizim, digər insana qarşı bütün münasibətlərimiz onu dərk etməkdən asılıdır, belə ki,
anlayış cəmiyyətin bütün münasibətlərinin əsasını təşkil edir» [9, s.7]. Zaxarov A.I.
uşaqlar və yeniyetmələr arasında nevrozların baş verməsinin səbəblərini araşdırarkən,
mühim faktı qeyd edib: «Ailədə, əksər hallarda,
xroniki olaraq, baş verən münaqişələr
- uşaqlar üçün psixiki zədələnmə və eləcə də düzgün tərbiyə olunmamasının
mənbəyidir. Uşaq, özünə qarşı münasibətlə razılaşmaması, inad etməsi, ifrat həyəcan
ya da ləngimələrlə təsir edə bilir, amma valideynlər arasında baş verən münaqişələrə,
birbaşa münaqişənin nəticəsinə təsir etmək imkanı verilmir..» [13, s. 141].
Bizi maraqlandıran problemin bəzi aspektləri Azərbaycan psixoloqlarının
A.A.Əlizadə [4], A.N.Abbasov [1] tərəfindən aparılan tədqiqatlarda
ailənin psixoloji-
pedaqoji aspektləri, etik prinsipləri, davranış normaları və Azərbaycan ailələrində
uşaqların inkişafı və formalaşmasında milli xüsusiyyətlər araşdırılmışdır. Məsələyə
kliniki psixologiya aspektindən, yəni ailələrə yardım etmək, uşaqlar arasında, ər-arvad
münasibətlərində ciddi problemləri olan ailələrə yardım etmək və s.
bu kimi məsələlər
N.V.İsmayılov tərəfindən araşdırılmışdır [6
]. Ailə problemlərinə həsr olunmuş
N.Z.Çələbiyevin [3] kitabı, psixoloqların çox böyük marağına səbəb olmuşdur.
«Ailəyə psixoloji yardım», «Ailə terapiyasının sualları» bölməsində təcrübi
xüsusiyyətli, dəyərli materiallar, ailələrə məsləhətin verilməsi və diaqnostikası
zamanı bizə kömək edir. Təcrübi psixologiya, hazırda sağlam psixikalı insanın
formalaşmasına yönədilmiş psixologiyadır. L.Ş.Əmrahlının bu sahədəki işi böyük
əhəməyyət kəsb edir. O, əsərində qeyd etdiyi kimi, «müasir məktəbin
aktual
problemlərindən biri də - usağın sağlam psixoloji inkişafıdır» [5, s.292], uşaq heç bir
emosional çətinliyi olmayan, sağlam mühitdə, şəraitdə formalaşmalıdır.
Bu problem,
L.M.Qurbanovanın [7], da işində ailə, münaqişələr və onların həlli yollarına aid ayrı-
ayrı suallara baxılmışdı, ailə ilə işləyən psixoloqun tətbiq etdiyi psixodiaqnostika,
psixoprofilaktikanın xüsusiyyətləri araşdırılmışdır. Psixoloqun işi ilə bağlı olan
kompleks tədbirlərin keçirilməsinə dair R.V.Cabbarovun [2] monoqrafiyası da qeyd
olunmalıdır. Ulyam Qlasserin nəzarət nəzəriyyəsinə istinad edən reallığın, elmi
terapiya- məsləhət təcrübəsinə kömək edir. R.V.Cabbarovun ailələrlə iş prosesindəki
çox illik yanaşma təcrübəsi, monoqrafiyada da işıqlandırılmışdır. Əlbəttə ki,
Azərbaycanda reabilitasiya və innovasiya mərkəzlərində aparılan
işləri qeyd etməmək
olmaz. Böyük bir kollektivin apardığı işin nəticələri əsasında «Uşaq inkişafı
metodikası» [8], adlı monoqrafiya hazırlandı (layihənin rəhbəri Leyla İmanova), və
2016-cı ildə Yardım Fondu tərəfindən nəşr olunmuşdur.Bu tədqiqatın yaxşı cəhəti,
müxtəlif mərkəzlərin materiallarının sistemləşdirilməsi, inklyuziv mərkəzlərdə xüsusi
münasibət tələb edən uşaqlarla iş təcrübəsinin paylaşılması, eyni zamanda ailədə
inkişafdan geri qalan, fiziki qüsurlu və s. uşaqların valideynlərinə tövsiyələrin
verilməsi kimi mövzular əhatə olunmuşdur. Bu problemin
bəzi aspektlərinin psixoloji
ədəbiyyatda öyrənilməsini işıqlandıraraq, kiçik yaşlı məktəblilərin ailədə tərbiyəsi
üslubunun aşkarlanması istiqamətində eksperimental tətqiqatın bəzi anlarını nəzərdən
keçirtdik.
Kiçik yaşlı məktəblilərin emosional dəyişkənliyinin formalaşmasında ailənin rolu
339
İbtidai sinif şagirdlərindən 68 nəfəri seçdik. Biz işi elə təşkil etmişdik ki, ilkin
mərhələdə sinifdə müşahidə apardıq. Hər sinifdə fərqli səviyyədə aqressiya, həyəcan
müşahidə olunan məktəbli qrupunu təsbit etdik. Bunun
üçün müxtəlif metodika -
rəsmli testlər tətbiq etdik: «Kaktus» [15], «Mövcud olmayan heyvan testi» [11],
«Mənim ailəm» [18]. Hazırlıq mərhələsi yolu ilə ailədə problemləri ehtimal olan
məktəbli qrupunu seçdik. Buna əsaslanaraq, biz işin ikinci mərhələsinə keçərək,
emosional mühitdə çətinlikləri olan ailələrlə işi təşkil etdik. Bu məqsədlə, təxmin
etdiyimiz psixoloji problemləri olan ailələri seçdik. Növbəti mərhələdə qısa
müddət
ərzində ailədə uşağın tərbiyə formaları ilə bağlı uşaqla ünsiyyət qurulması çətinliyinin
səbəbini müəyyənləşdirərək, valideynlər üçün metodikalar seçildi. Bu mərhələdə
valideynlərlə iş prosesində, valideyn münasibətlərini müəyyənləşdirən A.Y.Varqa və
V.V.Stolinin [16, 236-242] test-sorğusu tətbiq edildi.
«Kaktus» rəsm testinin nəticələrinə əsasən, məktəblilərdə aşağıdakı xüsusiyyətlər
aşkarlanmışdı: həyəcan - 21 (30,8%), təcavüz - 15 (22%), eqosentrizm – 11 (16,1%),
ekstraversiya – 14 (20,5%), introversiya – 7 (10,2%). «Mövcud olmayan heyvan»
testinin göstəriciləri,
bizi bir qədər düşündürdü. Beləki, 68 məktəblidən 38 təcavüzün
müxtəlif formalarında (yüksək təcavüzkarlıq (14 nəfər), verbal təcavüzə meyillik (11
nəfər), əsəbləşərək təcavüz (7 nəfər), təcavüzdən qorxaraq və müdafiə təcəvüzü (6
nəfər).
Tədqiqat zamanı, «Mənim ailəm» metodikasının tətbiqi zamanı uşaqların ailədə
müəyyən çətinliklərin olması aşkarlandı.
Göstəricilərə əsaslanaraq, 42 nəfərdən ibarət
qrup formalaşdırdıq. A.Y.Varqa və V.V.Stolin tərəfindən hazırlanmış ailə
münasibətlərinin test-sorğusuna görə nəticələr aşağıdakı kimidir: (cədvəl 1)
Cədvəl 1.
A.Y.Varqa və V.V.Stolinin ailə münasibətlərinin
test-sorğusunun (AMS) nəticələri:
Valideyn münasibətinin tipi
Kiçik yaşlı məktəblilər (42)
Qəbul - imtina
17 (40,4 %)
Simbioz
10 (23,8 %)
Avtoritar hipersosiallaşma
8 (19 %)
Balaca
uğursuz
5(11,9 %)
Kooperasiya
2 (4%)
Göründiyi kimi kiçik yaşlı məktəblilərdə, valideyn münasibətinin tipində «qəbul
- imtina» birinci yerdədir. Qeyd etmək lazımdır ki, valideynlərlə fərdi söhbət edərkən,
uşaqların davranışını izləyərək, valideynlərin uşağa qarşı zidd münasibətlərini qeyd
etdik. Bir qism valideynlər uşaqlarını olduğu kimi qəbul edərək, onlara simpatiya
bəsləyirlər, digərləri isə övladlarının heç bir işə yaramadığını, bacarıqsız olduqlarını
və həyata uyğunlaşmadığını bildirirlər. Bütün bunlar testləşdirmədə təsdiqlənmişdi,