Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə133/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   129   130   131   132   133   134   135   136   ...   156

İbrahimova Diyanə Rəşid qızı
  
326 
ziddiyyəti  əksər hallarda modanın traktovkasının müxtəlifliyini və qarşıdurmasını 
izah edir, onun bu və ya digər tərəflərinin birinci dərəcəli əhəmiyyətini qeyd edir.  
Moda dəyərlərini təhlil etdiyimiz zaman maraqlı bir sual yaranır; ümumiyyətlə 
denotativ dəyərlər modanın strukturuna daxildirmi? Balzakın “modada yalnız modanı 
görmək ağılsızlıqdır” fikri ilə sualı cavablandırmaq olar. Əslində yuxarıda qeyd 
edilənlər və bir çox dəyərlər özü – özlüyündə modaya aid deyildir. Lakin onlar 
modanın strukturuna və moda davranışına aid qeyd etdiyimiz digər komponentlərlə 
birgə daxil edilə və çıxarıla bilər. 
Bildiyimiz kimi moda cəmiyyətin  əksər sahələrinə nüfuz edərək, insanın 
həyatında müəyyən izlər buraxır. İnsanların modaya münasibəti son dərəcə mürəkkəb 
olmaqla yanaşı həm də maraqlıdır. Onlar çox vaxt modaya öz həyati problemlərinin 
həlli vasitəsi kimi baxırlar. 
Moda – vaxtaşırı dəyişik və kütləvi davranış nümunələrinin dövri xüsusiyyətinə 
səbəb olan tənzimləyicidir. O, cəmiyyətin inkişaf dinamikasını müəyyən edən müasir 
insan cəmiyyətinin əsas komponenti kimi nəzərdən keçirilir.  
Modanın mahiyyətini daha geniş şəkildə nəzərdən keçirdikdə onun strukturunda 
dəyərlər və onun komponentləri fərqləndirildiyini görə bilərik. 
Moda müxtəlif sosial sistemlərə  məxsus olub qlobal xassə daşıyıraq həyat 
fəaliyyətin sosial fonu kimi çıxış edir. Modanın burada əsas vəzifəsi ictimai sistemi 
sabitləşdirmə və həyat fəaliyyəti nümələrinin yayılmasıdır. Lakin moda, özündə əks 
etdirdiyi dəyərləri digərləri ilə  əvəzləyərək, ictimai təbəqəni dağıdan destruktiv 
element kimi də  çıxış edə bilər. Belə olan halda moda əhəmiyyətli dərəcədə 
aktivləşdirici təsir göstərir. Bu baxımdan moda dəyərlərinin sosial – psixoloji 
təhlilinin aparılması zəruridir.  
 
 
ƏDƏBİYYAT SİYAHISI: 
 
1.  E. Qasımova. Dəbin meydana gəlmə yolları // Mədəniyyət dünyası, Elmi-
nəzəri məcmuə, XXII buraxılış, Bakı: 2011, s.145-148 
2.  Килошенко М, Психология моды: теоретический и прикладной 
аспекты, Москва:2009 
3.  Гофман А.Б. Мода и люди: новая теория моды и модного поведения.- 
М.: Наука, 1994.160с. 
4.  T.İbrahimov. Müasir moda sənəti. Bakı: 2007, 110s. 
5.  N. R. Yunusov, Müasir modanın inkişaf tendensiyaları, Bakı: 2006 
6.  Балдано И.Ц. Мода ХХ века: энциклопедия. М: «олма-пресс», 2002. 
 
 
 


Moda dəyərlərinin psixoloji təhlili
  
327 
 
REZUME 
 
MODA DƏYƏRLƏRİNİN PSİXOLOJİ TƏHLİLİ
 
 
İbrahimova Diyanə Rəşid qızı 
BDU, Sosial və pedaqoji psixologiya  
kafedrasının dissertantı 
 
Müəllif məqalədə moda dəyərləri və onun kompomentlərindən  ətraflı  şəkildə 
bəhs edərək modanın insanların həyatında nə dərəcə aktual olmasını qeyd edir. Gözəl 
geyinməyi bacarmaq bu bir sənət və elmdir. Dəbdəbəli geyinməyi bacarmaq isə maddi 
vəziyyət deyil, məhz zövqdən asılıdır.  
Məqalədə moda cəmiyyətin inkişaf dinamikasını müəyyən edən müasir insan 
cəmiyyətinin  əsas komponenti kimi nəzərdən keçirilir. Məqalədə eyni zamanda 
modanın strukturunun, eləcə də onun elementi olan moda dəyərlərinin təhlil edilərək 
moda dəyərlərinin komponentlərinin hər biri ayrı –ayrılıqda nəzərdən keçirilmişdir. 
 
 
РЕЗЮМЕ 
 
ПСИХОЛОГИЧЕСКИЙ АНАЛИЗ ЦЕННОСТИ МОДЫ 
 
Ибрагимова Диана Рашид к.  
Диссертант Бакинского  
Государственного Университета 
 
Автор статьи рассказывает о ценности моды и её компоненты, подчеркивая 
актуальность  моды  в  жизни  людей.  Умение  красиво  одеваться  это  наука  и 
искусство,  которыми  сможет  овладеть  каждый  человек.  Модно  одеваться  не 
зависит от материального благосостояния, а зависит целиком от вкуса.  
В статье рассматривается мода как ключевая составляющая современного 
человеческого общества, определяющая динамику развития общества. В статье 
также  анализируется  структура  моды,  а  также  ее  элементы,  и  каждый  из 
компонентов модных ценностей рассматривается отдельно. 
 
 
 


İbrahimova Diyanə Rəşid qızı
  
328 
 
ABSTRACT 
 
PSYCHOLOGICAL ANALYSIS OF FASHION VALUES 
 
Ibrahimova Diyana Rashid 
 
BSU, dissertant of the Department of Social and Pedagogical Psychology 
The author of the article speaks about fashion values, its composers and note`s 
important role of fashion in the life of people. To be able to wear beautifull is an art 
and a science. To be able to wear luxury dosen`t depend on the material, but depends 
on pleasure.  
The article considers the fashion industry as a key component of modern human 
society, which defines the dynamics of society's development. The article also 
analyzes the fashion structure of fashion as well as its elements, and each of the 
components of fashion values has been reviewed separately. 
 
 
Çapa tövsiyə etdi:  p.f.d. M.N.Eyyubova 
 
 


Təzhib sənətində naturalist və bestiar motivlər
  
329 
 
 
TƏZHİB SƏNƏTİNDƏ NATURALİST VƏ  
BESTİAR MOTİVLƏR 
 
Səbinə Ələsgər qızı Nemətzade  
 ilahiyyat elmləri üzrə fəlsəfə doktoru  
 Azərbaycan Milli Elmlər Akademiyası  
Elm Tarixi İnstitutunun  
elmi işlər üzrə direktor müavini 
 
Bu iş Azərbaycan Respublikasının  
Prezidenti yanında Elmin İnkişafı Fondunun  
dəstəyi ilə yerinə yetirilmişdir. 
Grant № EİF-Mob-5-2014-2(17)-14/09/5 
 
 
Açar sözlər: Təzhib, İslam, əlyazma, motiv, bestiar, naturalist. 
Key words: Illumination (Tazhib), Islam, manuscript, motif, bestiar, naturalist. 
Ключевые  слова:  Освещение,  ислам,  рукопись,  мотив,  бестиарий, 
натуралист.  
 
İslamın doğuşuyla başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə 
yanaşı tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, 
ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, 
Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər 
görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin 
təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhiblədən Həzrəti Əli olmuşdur. 
İslamın ilk üç əsrində Quranın surə sonlarına həndəsi şəkildə bəzəmələr, ornamentlər 
vardır. Quran və elmi kitabların hər növündə bəzəmə nümunələrinə rast gəlinir.  
Əlyazma əsərlərində ən zəngin təzhib, kitabların zəhriyyə hissəsində, mətnlərin 
kənar başlıqlarında, surə  əvvəlində  və mövzu hissələrinin aralarında, kitabın son 
səhifəsində xətimmə və ya kətəbə hissəsində yerləşir.  
Təzhibdə, bəzəmə  sənətində naxış, motiv, fiqur, kompazisiya, üslub və 
üslublaşdırma əsas amillərdir. 
Naxış  əvvəllər boyalı  şəkillərə, miniatürlərə verilən ad idi. Əlyazma kitablara 
rəngli olaraq çəkilən şəkillərə miniatür və ya xürda naxış, naxış vuranlara da nəqqaş 
deyilirdi. Buna təsvir və şəbih yazmaq da deyilirdi. Naxış vuranlar nəqqaşla yanaşı, 
musəvvir, şəbihnüvis adlarını da alırdılar.  
Təzyini sənətlərin bütün sahələrində olduğu kimi təzhib sənətində  də naxış 
bəzəmək məqsədiylə görülən dizaynın cizgilərlə ifadəsidir. Sənətkarın xəyal gücünün 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə