Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə132/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   128   129   130   131   132   133   134   135   ...   156

İbrahimova Diyanə Rəşid qızı
  
324 
terminindən istifadə etməmiş, hadisəni digər kontekstdə təhlil etmişdir. Belə ki, “nə 
yenidirsə, o, yaxşıdır”, “nə köhnədirsə, o yaxşıdır” qaydalarına əməl edənlərin qapalı 
daxili aləmdə yaşadıqlarını qeyd edirdi [5, s.74]. 
Müxtəlif siniflərin iştirak etdiyi sosial təbəqələrin, sənət qruplarının, demoqra-
fiklik kateqoriyalarının və s. daxil olduğu universallıq modanın kütləvilik əlamətidir. 
Moda müxtəlif sosial sistemlərə məxsus olub qlobal xassə daşıyır
.  
Universallıq elə bir ifadədir ki, “moda”nın hərəkətində hansısa kütlə ilə bağlı
 
ol-
masından asılı olmayaraq dövlətlərarası sərhədləri yaxşı qət edir. Bu da öz
 
növbəsində 
müasir kütləvi istehsal, kommunikasiya vasitələrinin inkisafı, mədəni
 
əlaqələr və s. 
ilə bağlıdır.
 
Müasirlikdən və universallıqdan fərqli olaraq üçüncü, modanın məkan və
 
zaman 
çərçivəsində  məhdud olmayan davamlı, dəyərli nümayişidir. Müxtəlif
 
mədəniy-
yətlərin tamamilə fərqli olmasına baxmayaraq onun insanın həyatında
 
bioloji kökləri 
vardır. Etoloqların apardığı çoxsaylı  tədqiqatlara  əsasən heyvanların
 
davranışının 
nümayiş etdirilməsinin mühüm əhəmiyyətə malik olduğu məlum
 
olmuşdur. Dav-
ranışın nümayiş aspektləri özünü hələ  bəşəri tarixin erkən
 
mərhələlərində biruzə 
vermişdir. Onlar çox saylı tədqiqatlar nəticəsində ibtidai
 
insanın geyimini rəqslərə, 
bəzək əşyalarına, tatuirovkaya istinadən izah etmişlər.
 
Moda – kommunikasiya və informasiyanın insanlar arasında birindən
 
digərlərinə 
ötürmə formalarından biridir. Kommunikasiya prosesində moda
 
istirakçılarının bir- 
birini tanıması, görməsi, özünü digərinə  təqdim etməsi və
 
onlarla tanış olmasına 
ehtiyac vardır. Bu baxımdan nümayişin mühüm
 
əhəmiyyəti vardır. “Adamı geyiminə 
görə qarşılayır, ağlına görə
 
yola salırlar” atalar sözünü xatırlamaq yerinə düşərdi. 
Aydındır ki, burada əsas diqqət ikinci hissəyə
 
yönəlmişdir, lakin ikinci hissə özü – 
özlüyündə məna yükünü daşıyır, bununla belə o geyimə görə qəbul edilir. Bu, geyimin 
qısa müddətli
 
görünməsi, yəni nümayişin kommunikasiyaya mühüm dərəcədə  təsir 
göstərməsini
 
bir daha təsdiq edir. Buradan da bir tərəfdən ünsiyyət subyektinin tez və 
adekvat
 
qiymətləndirilməsi, digər tərəfdən isə tez bir zamanda öz “mənliyinin” 
ekspessiv
 
nümayişinə olan tələbini aydın görmək olar [4, s.38].
  
Modanın dəyərlərində nümayişkəranəliliyin olması nəzəriyyəçilərin eləcə də, adi
 
təfəkkürlərdə tamamilə haqlı olaraq insan həyatının səthi tərəflərinə aid edilir.
 
Həqiqətən moda anlayışında “görünmək” və “göstərmək”  əslində üst – üstə düşür.
 
Moda dərində və gizli qala bilməz. O, mütləq göz qarşısında olmalıdır. Əgər moda
 
iştirakçısı öz arzusu ilə seçilmək istəyirsə və ya əksinə seçilmək, görünmək
 
istəmirsə, 
fərqi yoxdur, o, “görünməməzliyi” müəyyən yolla nümayiş etdirməlidir.
 
Çox güman 
ki, nümayiş  dərinləşdikcə, fərdlərlə sosial qruplar arasındakı
 
kommunikasiya vaxtı 
uzandıqca nümayişin əhəmiyyəti azalır.
  
Modanın digər “daxili” dəyəri oyundur. Nümayişə oxşar oyun
 
mədəniyyətin 
universal elementlərini təmin edir. Hələ Platon onun dəyərini sübut
 
edərək qeyd 
etmişdir ki, insan eyni zamanda oyunçu və oyuncaqdır. O, oyuna
 
təhkim edilmişdir 
və oynamalıdır. Başqa sözlə, “oynamaqla yaşamaq lazımdır” [2, s.85].
 
Məlumdur ki, 
bəzi incəsənət nəzəriyyəçiləri hesab edirlər ki, oyun bədii yaradıcılıq
 
əsiridir. F.Siller 


Moda dəyərlərinin psixoloji təhlili
  
325 
isə bunu insanın fəaliyyətinin spesifikliyi kimi qiymətləndirirdi [3, s. 126].
 
Holland 
mədəniyyətşünası I.Xoyzinqanın fikrincə isə, oyun könüllü xassə daşıyır və adi, real 
həyatdan kənarda qalır. Oyun estetika sahəsi ilə bağlıdır və onunla kəsişir. Onun 
fikrincə, müasir cəmiyyətdə oyunun elementi asağı düşür. Oyun öz evristik, axtarışlı 
xassəsi ilə seçilir, onun münasibəti bayram dolu dünya ilə bağlıdır [5, s.239].
 
Məlumdur ki, ingilis dilində iki müxtəlif görünüşlü oyunları işarə etmək üçün eyni 
sözdən istifadə edilir: play – heç bir qaydası olmayan sərbəst oyun və məhdud qanun 
– qaydaya əsaslanan, əvvəlcədən müəyyən edilmiş oyun. Modada bütün qeyd edilən 
oyun növlərinə və onların əlavələrinə rast gəlmək olar. Modanın strukturunda oyun 
dəyərlərinin iştirak etməsi, modanın
 
qismən estetik təzahür kimi geniş yayılması və 
izah olunması ilə bağlıdır. Bu
 
vəziyyətlə bağlı olaraq moda oyunun formasında 
gənclərin sosial norma və dəyərlər ilə ünsiyyətlərinin yaranmasını əmələ gətirir. 
 
Beləliklə, modanın bütün iştirakçıları eyni standarta əməl edirlər, onlar eyni 
daxili dəyərlərlə  işarə edilir. Lakin bu dəyərlərin vahidliyi arxasında yuxarıda 
göstərildiyi kimi müxtəliflik gizlənir. 
 
Moda istirakçılarının kütləsi müxtəlif qlobal mənsubiyyətə bölünmüşdür ki, onlar 
da müxtəlif dövlətlər, ruhani və milli mədəniyyətlərdən ibarətdir. Bunlara müxtəlif – 
sosial – iqtisadi, demoqrafik, professional, mədəni və i. a. sosial – qruplar xasdır. 
Bütün moda istirakçılarını standartların və atributların dəyəri səviyyəsində birləşdirən 
amorf və diffuz daxilində kütləvi və özünü dərk etmə kimi bütöv denotativ dəyərin 
son səviyyəsində özünəməxsus cəhdləri və maraqları olan çox sayda dəqiq özünü dərk 
edən qrupların olması aşkar edilir. Bunlara uyğun olaraq moda istirakçıları bu və ya 
digər “moda”nı və işarə edilən atribut dəyərlərini özlərinə məxsus şəkildə başa düşür 
və izah edirlər.  
Modada iştirak edən müxtəlif cəmiyyətlər, bir çox sosial qruplar, nəhayət saysız 
– hesabsız fərdlər daxili şəxsi dəyərlərə malikdirlər, onlar modada iştirak etməkdən 
heç də imtina etmirlər.  Əksinə onlar “moda”lara tövsiyyələrini  əlavə edirlər. Bu 
yaxınlaşma əlaqəsi modanın daxili dəyərləri ilə sıxışdırılmır, onlara xüsusi ifadələrin 
izahı verilir. Modanın xarici strukturu üçün təyin olunmuş denotativ dəyərləri, eyni 
zamanda nisbətən “güclü” motiv qatını  və moda istirakçılarının davranışının güclü 
hərəkət qüvvəsini təşkil edirlər [6, s.157]. 
Modada iştirak edilməsilə bağlı olan orientsasiya və motivlər denotativ səviy-
yəsində bir – birindən mühüm dərəcədə fərqlənirlər. Modanın bir qrup iştirakçıları 
üçün kütlədən seçilmək, digərləri üçün isə ona qarışmaq vacibdir. Onların bir hissəsi 
öz iştirakı ilə estetik dəyərlərə, digərləri isə utilitarlığa tərəfdar olduqlarını ifadə 
edirlər. Adamların bir qrupu modada iştirakları vasitəsilə demokratizmə, digər qrupu 
isə elitarlığa meyl etdiklərini ifadə edirlər. Moda iştirakçılarının arasında dəyər 
orientasiyaları və uyğun olaraq motivlərin – öz mənliyi ilə yüksək cəlbedicilər, sosial 
qruplara mənsub olanlar, yüksək statusa və ya pristijə  mənsub olanlar və s. 
mövcuddur. Modanın bu xarici dəyərlərinin məzmununu  əsasən sosial institutlar, 
sosial struktur, cəmiyyəti təşkil edən qrupun həyat obrazı, onların ənənələri və s. kimi 
müxtəlif vəziyyətlər ilə müəyyən edirlər. Bu dəyərlərin müxtəlifliyi və qarşıdurması, 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə