Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə140/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   136   137   138   139   140   141   142   143   ...   156

Mehdiyeva Mədinə Arif qızı
  
346 
altında Oksford Universitetinin Təfəkkürün gələcəyi  İnstitutunun mütəxəssisləri
Stenford Universitetində (fəal insan və interaktiv media) də  tədqiq edilir 
(Communication between Humans and Interactive Media Laboratory –CHIMe Lab at 
Stanford University) [7]. Bu mərkəzlərin mütəxəssisləri əsasən idrak psixologiyası, 
nevrologiya və interaktiv texnologiyalar qovşağında tətbiqi fənlərarası tədqiqatlarla 
məşğul olur. Bir çox digər ölkələrdə  də informasiya texnologiyalarının bilik 
proseslərinə  təsirini öyrənmək üçün də ilk addımlar atılır. Hazırki mərhələdə 
tədqiqatların tətbiqi nəticələrinin nəzəri ümumiləşdirilməsi və idrak proseslərinə 
informasiya-kommunikasiya texnologiyalarının təsirinin öyrənilməsi perspektivləri 
təyin edilməsi vaxtı gəlib çatmışdır. 
Problemin işlənmə dərəcəsi. Bir çox tədqiqatçılar müasir informasiya cəmiyyəti 
şəraitində  İK texnologiyalarının istifadəsi nəticəsində insanların yaradıcı düşüncə 
prosesi  əsasında yeni fikirləri yaratmaq qabiliyyətinə malik olduğuna münasibətini 
bildirirlər. Keçirilən tədqiqatları elmi şərtlərlə  əsaslanmaq üçün yaradıcı düşüncə 
prosesinin ümumi bir modelini, yaradıcı təfəkkürdə baş verən əsas zehni vəziyyətləri 
müəyyən edən xüsusi model təsvir edilir. Məlumat toplanılma, fikirdən ideyaya 
doğru, qiymətləndirməyə və həyata keçirilməsinə hərəkət göstərdi ki, İKT-nin insan 
yaradıcılığına təsiri çox vacibdir. Alimlərin gəldiyi gənaətlərdən biri də qlobal şəkildə 
yayılmış texnologiyalarının gələcək inkişafı beyində yaradıcı prosesin inkişafı da 
daxil olmaqla, insan həyatına daha çox ziddiyyətlərin gətirməsidir [1]. 
Müasir cəmiyyətin inkişaf xüsusiyyətləri. XIX əsrin tarixi sənaye cəmiyyətində 
elmi nəzəriyyələrin istifadəsi və praktiki tətbiqi dövrü kimi, əslində mühəndislik 
peşəsinin doğulmasından başlamışdır. Sənaye cəmiyyətində resursların 
təmərgüzləşməsi və  məhsulların standartlaşdırılması kimi proseslər üstünlük təşkil 
etmişdir. XX əsrin son onilliklərindən başlayaraq biz əsasən cəmiyyətin köklü 
transformasiyasına şahid olmuşuq. Ilk növbədə müxtəlif formalarda informasiyanın 
emalı  və kommunikasiyasına aid yeni ixtira və texnologiyaların tətbiqi  əsasən, 
resursların, məhsulların və xidmətlərin mütərəqqi inkişafına yönəldilmişdir. Bu yeni 
cəmiyyətin balansı, informasiya mənbəyi kimi qəbul olunur. Burada aydın bir 
paradoks gizlənir: reallıq göstərir ki, texnologiyalar məlumatın hərtərəfli şəkildə əldə 
olunmasını  nəzərdə tutur, bu da artıq düşüncədə statik bilik və bacarıqlar rəqabət 
üstünlüyünü təmin etmədiyini göstərir. Bu sənədlər, dizaynlar, standartlar, kurslar, 
kontaktlar, bazar strategiyaları, tədqiqatlar, qiymətlər, və sairə indi inkişaf etmiş və 
inkişaf etməkdə olan ölkələrdə demək olar ki, hər hansı bir yerdə bir neçə saniyə 
ərzində əldə oluna və əldə edilə biləcəyini ifadə edən bir fürsətdir. Ötən əsrdə rəqabət 
qabiliyyəti kimi nəzərdən keçirilmiş məlumatlar indi artıq əmtəədir. 
Bununla belə bir çox tədqiqatlar İKT-nin şagirdlərə olan real təsirləri və hazırlıq 
siyasəti,yəni təlim barədə  dəqiq məlumat vermir. Ilk növbədə qeyd edilməlidir ki, 
İKT-nin müxtəlif növləri arasında kompleks qarşılıqlı əlaqələrin xüsusiyyətləri, hər 
hansı bir təşkilatın buraya əsaslı müdaxiləsi, sosial-iqtisadi vəziyyət və institusional 
xərclər kimi digər amillərin təsiri ilə bağlı hərtərəfli tədqiqatlar aparılmır. Daha sonar, 
İKT-nin təhsilə təsirinin geniş miqyaslı tədqiqatları da yoxdur. Avropa komissiyasının 


İnternet və psixi proseslər
  
347 
2010-cu ildə gəldiyi qənaət belədir ki, İKT-nin təhsilə və tələbələrin öyrənilməsinə 
təsirini təhlil etmək üçün hərtərəfli, ciddi və çoxtərəfli bir yanaşma lazımdır [2]. 
Bir sıra araşdırmalarda informasiya-kommunikasiya texnologiyalarının (İKT) 
tədrisin müxtəlif mərhələlərində şagirdlərə təsirinin mövcud vəziyyətinin təhlil etmək 
cəhd edilir. Burada məqsəd  İKT-in necə, nə vaxt və hansı kontekstdə istifadə 
olunduğunu öyrənmək olmuşdur. KT-nin şagirdlərə necə  təsir edəcəyi barədə fikir 
müxtəlifliyi var, həm müsbət, həm də mənfi. İKT-nin şagirdlərə necə təsir etdiyinin 
öyrənilməsi göstərir ki, yüksək dərəcədə təsir edən əsas amillər sırasında həm şagird, 
həm də müəllimlərin istifadə etdiyi texnologiyalar və metodlardır. Müəllifin gəldiyi 
qənaət belədir ki, İKT ilə əlaqəli ola biləcək bütün mənfi təsirlərlə yanaşı bu təsirlər 
əksər hallarda müsbətdir. 
Tədqiqatçıların gəldiyi daha bir qənaət – İKT-nin müxtəlif növləri arasında 
kompleks qarşılıqlı  əlaqələr, təşkilat tərəfindən  İKT-nın tətbiqi dərəcəsi, sosial-
iqtisadi vəziyyət və institusional xərclər kimi digər amillərin təsiri ilə bağlı hərtərəfli 
tədqiqatların olmamasıdır [3]. Bu, Azərbaycana da aiddir. 
Burada bir neçə sual var ki, xüsusi tədqiqatların keçirilməsini nəzərdə tutur. 1. 
Təhsilin nəticələrini stimullaşdıran (müsbət və ya mənfi)  İKT ilə  əlaqəli amillər 
hansılardır? 2. Rəqəmsal KİV-lərin şəxsi inkişaf və təhsilinə təsirləri nədir? 3. İKT 
çevik təlimin təşkilinə və tənzimlənməsinə necə kömək edə bilər? 4. İKT-nin tədris 
təsirlərini təsdiq edən göstəricilər hansılardır və  fərdlər, təşkilatlar və ölkələr üzrə 
müqayisəli səviyyədə bu, necə ölçülür? 
Hal-hazırda  İKT-nın insan təfəkkürünə tisiri xüsusiyyətlərini öyrənən alimlər 
hesab edirlər ki, aparıcı idarəetmə nəzəriyyələri irəli sürən mütəfəkkirlər XXI əsrdə 
(P.Druker, Layson, Handy, və s.) müasir cəmiyyət "texnologiya deyil, insan və 
humanitar idarəetmə sənəti" əsasında inkişaf etməlidir. Eyni şəkildə, onlar gələcəkdə 
iqtisadi və strateji üstünlüyü ən üstün sayılan və ən inkişaf etmiş insan qabiliyyətləri 
olan müxtəlif qrupları qazanacaqlarına inanırdılar. Bir çox HR (insan resursu) aid 
idarəedənlər və menecerlər gündəlik vəzifələrini yerinə yetirməklə məşğul olurlar, bu 
da ümumilikdə inzibati iş kimi qiymətləndirilməlidir [5].  
Bu baxımından “hər hansı bir inzibati iş insanın düşə biləcəyi bir tələdir, ancaq 
İnsan Resursu üçün xüsusilə dağıdıcı ola bilər ki, bu da şöbənin korporativ 
planlaşdırmaya öz töhfəsini vermək qabiliyyətini aşağı sala bilər” [5]. Dəyişən dünya 
və yeni texnologiyanın inkişafı ilə bu informasiya tələbinə cavab vermək zərurəti 
böyük  əhəmiyyət kəsb edir. İnsan Resursları menecerləri bilməlidirlər ki, 
texnologiyanın dəyişməsi yalnız işçilərin məlumatlarının keyfiyyətini yüksəltməyinə 
yox, həm də təşkilatın ümumi iş səmərəsinə güclü təsir göstərə bilər [5].  
Bütün dünya üzrə  İKT hesabına məlumatın həcmi ildən-ilə artır. Alimlərin 
hesabladığı kimi, 2020-ci ildən sonar Yer üzündə yaradılan məlumatların həcmi hər 
iki ildən bir iki dəfə çoxalacaq [8]. Digər tərəfdən, informasiya-kommunikasiya 
texnologiyalarının istifadəsi yaradıcılığın inkişafına kömək edə biləcək məkan-təsvir 
düşünməsinə məsul olan beynin sağ yarımkürəsinin funksiyalarının inkişafına gətirib 
çıxarır. Bu, kompüter şəbəkələrində  işlədilən diqqətin və düşüncə  tərzinin 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə