Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə138/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   134   135   136   137   138   139   140   141   ...   156

Gülnarə Həsənova
  
340 
belə ki, ən yüksək nəticə «qəbul - imtina» şkalasında təsdiqlənərək – 17 (40,4%) və 
«simbioz» - 10 (23,8%). «Simbioz» şkalası, uşaqla ünsiyyət zamanı  fərdlər arası 
məsafəni əks edir. Bu şkalaya uyğun olan valideynlər, uşaqla vəhdət təşkil edirlər
övladları üçün daima narahatlıq hissi keçirərək, onların bütün istək və arzularını 
yerinə yetirməyə səy göstərirlər, həyatdakı çətinliklərdən və xoşagəlməz hadisələrdən 
onları qoruyurlar. Valideyn, uşağı balaca və köməksiz kimi görürdü. 
Tədqiqatın növbəti mərhələsində, ər-arvad münasibətlərinin dinamikası, onların 
uşağın fərd kimi inkişafına təsiri tədqiq edildi. Bizim fikrimizcə, ər-arvad üçün tipik 
olan qarşılıqlı əlaqə strategiyası amili, uşağın fərd kimi inkişafında əks olunur. Bunu 
yoxlamaq üçün, kiçik yaşlı məktəblilər olan ailələrdə xüsusi tədqiqat apardıq. Dörd 
ailə seçdik - ikisi eksperimental və ikisi kontrol. Eksperiment iki hissədən ibarət idi. 
Birinci hissədə, eksperimental və kontrol qruplarını, uşaqların özünüqiymətləndir-
məsi aşağı olan (Dembo-Rubinşteyn metodikası vasitəsilə aşkarlanmış) ailələr təşkil 
edirdilər. Eksperimental qrupda olan valideynlərə, əvvəlcədən uşağına həsr olunmuş 
hekayə hazırlamaqları tapşırığı verilirdi. Yaxşı olardı ki, hekayədə, uşağın gözəl və 
müsbət surəti təsvir olunsun. Bundan sonra, gizli tənqiddən və iki mənalı olmasından 
azad olan bu hekayə, uşağın öz mühim işiylə məşğul olduğu zamanı, uşağın iştirakı 
ilə pixoloqa danışılırdı. Bu hadisədə valideyn tənqidçi və hər hərəkətə nəzarət edən 
mövqeyindən uzaqlaşaraq, sevən, müdafiə edən valideyn, hər zaman uşağın tərəfində 
olması ilə əvəzlənmişdir. Kontrol qrupunun eksperimental qrupdan fərqi ondadır ki, 
əvvəlcədən hazırlıq keçirilmir, valideynlər uşaq haqqında fikirləşdiklərini deyirdilər. 
Çalışırdılar ki, uşağın yalnız müsbət keyfiyyətlərini söyləsinlər, bəzən tipik, valideynə 
xas olaraq, uşaqlara öyüd –nəsihət vermə ünsürləri də peyda olurdu. İkinci dəfə 
aparılan diaqnostikanın nəticələrini təhlil edərkən, məlum oldu ki, yoxlama 
qrupundakı  uşaqlarda özünüqiymətləndirmənin inkişafı olmamışdır, eksperimental 
qrupdakı  uşaqlarda isə statik məna ifadə edən, dinamik özünüqiymətləndirmə  əldə 
olunmuşdur. İkinci eksperimental tədqiqatın keçirilməsinin əsas məqsədi ondan ibarət 
idi ki, ailədəki vəziyyətdən asılı olaraq, uşaqların həyəcan səviyyəsinin yüksək 
nəticələrinin olmasını, ailənin kinetik rəsmi vasitəsilə aşkarladıq. Birinci tədqiqatda 
olduğu kimi uşağın iştirakı ilə valideynə imkan verildi ki, uşağın müsbət 
xüsusiyyətləri, tərbiyə prinsipləri, yaşlılarla necə davranması haqqında danışsın. Eyni 
zamanda, valideyn müstəqqil olaraq, ziddiyyətləri aşaraq, yoxlama qrupunda 
olmayan, razılığı əldə etsin. Orada ziddiyyətlərin nizamlayıcısı rolunu psixoloq icra 
edir. Tədqiqatların nəticələrinə əsasən, eksperimental qrupda müsbət effekt uşaqlarda 
66 % qeydə alınmışdı. 34% -də isə korreksiya effekkti yox idi. Yoxlama qrupundakı 
uşaqlarda (26%) müsbət xüsusiyyətli, bir qədər effekt aşkarlanmışdır. Uşaqların 54%-
də isə hər hansı dinamikanın olmaması, ailədəki vəziyyətdən asılı olaraq, uşaqların 
30%-də həyəcan səviyyəsinin yuksəlişi aşkarlanmışdır. Beləliklə, kontrol qrupunda 
müsbət və  mənfi həyəcan dinamikası, statik göstəricilərə müvafiq deyildi, 
eksperimental qrupda müsbət nəticə  əldə olunmuşdur – ailədəki həyəcan hər iki 
göstəricilərə görə aşagı düşmüşdür. Kontrol qrupunda ailə vəziyyətindəki həyəcanın 
tədqiqatında azalma müşahidə edilmədiyindən, bizim fikrimizcə, heç bir faydası 


Kiçik yaşlı məktəblilərin emosional dəyişkənliyinin formalaşmasında ailənin rolu
  
341 
olmayan, uşaqlara gündəlik verilən öyüd-nəsihətin nəticələrinə əsasən valideynlərin 
stereotipləri mövcuddur. Kifayət qədər elmi mənbələri təhlil edərək, tədqiqatın 
eksperimental hissəsinin keçirərək, diaqnostik müayinənin nəticələrini əldə edərək, 
ailə üzvlərinin fərdi xüsusiyyətlərinin, ailədaxili münasibətlərinin dəyişdirilməsinə 
yönəldilmiş kompleks psixokorreksiya proqramını hazırlamağa cəhd etdik. Bu 
proqramın  əsas məqsədi: ailədə  əlverişli psixoloji iqlim şəraitinin yaradılmasıdır. 
Valideynlərlə  fərdi iş metodundan əlavə olaraq, valideynlərin maarifləndirilməsi 
vasitəsi kimi mini seminarlardan da istifadə edərək, şüurlu olaraq, valideynin özünə 
məxsus tərzdə  uşaqla  əlaqəsi, uşağın tərbiyə olunmasındakı  çətinlikləri aşkarladıq. 
Tematik seminarlarda uşaq-valideyn münasibətlərinin təkmilləşdirilməsinin tipik 
səhvləri təhlil edilmiş, uşaqlarla ünsiyyətin effektiv üsulları ilə iş aparılmışdır. 
Beləliklə, biz ailələrlə diaqnostik - korreksiya işlərini yerinə yetirdik: aşkarlanmış 
bir qrup uşaqlarda ailə  tərbiyəsinin xüsusiyyətləri müəyyənləşdirilmiş, ailə 
tərbiyəsində pozuntuların səbəbi və tipi dəqiqləşdirilmiş, mövcud problemlərin dəf 
olunması yolları müəyyənləşdirilmişdir. Ailə  tərbiyəsinin xüsusiyyətləri ilə  uşağın 
inkişaf xüsusiyyətlərini müqayisə etdikdən sonra, bu yaş qrupundakı  uşaqlardakı 
psixoloji problemlərin, emossional qərarsızlığın ailə  tərbiyəsi ilə  sıx bağlı olması 
nəticəsinə gəldik. 
 
 
ƏDƏBİYYAT 
 
1.  Abbasov A N. Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. 
B.: Mütərcim, 2015, 320 s.  
2.  Cabbarov R.V. Gercəklik terapiyası  və ya yaşamaq sənəti. Monoqrafiya. 
Bakı, “Ecoprint”, 2016, 232 s. 
3.  Çələbiyev N.Z. Ailə psixologiyası. Bakı: Mütərcim, 2015, 424 s. 
4.  Əlizadə Ə.Ə., Abbasov A. Ailə həyatının etikа və psixologiyası – müəllim 
üçün vəsait. B., 2000. 
5.  Əmrahlı L. Ş.Uşaq psixologiyası. Bakı, Nurlar NPM, 2015, 344 s. 
6.  İsmayılov N V. Tibbi psixologiya və psixoterapiya. B.: Maarif, 2008, 416 s
7.  Qurbanova L.M.Ailənin psixoloji problemləri və  həlli yolları, Sumqayıt 
“Bilik” nəşriyyatı, 2012, 240 s. 
8.  Uşaq inkişafı metodikası. Bakı: Acıq Cəmiyyət  İnstitutu – yardım fondu, 
2016. 
9.  Адлер  А.  Наука  о  характерах:  Понять  природу  человека.  Перевод 
Цыпина Е. М.: Академический проект, 2014, 243 с. 
10. Варга  А.Я.  Системная  семейная  психотерапия.  Краткий  лекционный 
курс. СПб.: Питер, 2001, 278с 
11. Венгер  А.Л.  Психологические  рисуночные  тесты:  иллюстрированное 
руководство /А.Л. Венгер. М.: ВЛАДОС-пресс, 2003, 160 с. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə