Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə146/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   142   143   144   145   146   147   148   149   ...   156

İslam hüququnda qadının şahidliyi
  
359 
Süfyan əs-Səvri (v. 161/778) bir görüşündə, hədlər xaricində qisaslarda və digər 
davalarda qadınların kişilərlə birlikdə şahidliyini qəbul edir. Digər bir görüşündə isə 
hədd davaları ilə bərabər qisas davalarında onların şəhadətini caiz görməmişdir.
23
  
İmam Malik (v. 179/795), iki qadının  şahidliyi və iddiaçının andı ilə mali 
mükəlləfiyyətlərə  səbəb olan cinayətlərdə hökm vermənin caiz olduğunu deyir. 
Bunun səbəbi malla əlaqəli davalarda iki qadının bir kişiyə bərabər olmasıdır. Mali 
mükəlləfiyyətlərlə nəticələnən cinayət davalarının isbat edilməsində bir kişi əvəzinə 
iki qadının şahidlik etməsi caizdir.  
İmam  Şafei (v. 204/819) və  İmam  Əhməd (v. 241/855) bu görüşü qəbul 
etməmişdirlər. Onlara görə iki qadının  şahidliyi, kişinin  şahidliyi ilə 
qüvvətləndirilməzsə qəbul edilməz. Çünki, qadınların şahidliyi zəifdir. Bu zəifliyin 
üzərinə əslində zəif bir dəlil olan and da əlavə edilincə, iki zəif üst-üstə gəlir ki, bu 
qəbul edilməz. Hənəfi alimləri, bir kişi ilə iki qadının şahidliyindən aşağı olan şahidlik 
nisablarının mali mükəlləfiyyətlərdə isbat gücünə sahib olmadığını qeyd edirlər.
24
  
İmam  Əhməd bir görüşündə isə  bəzi mövzularda iki qadının  şahidliyi və 
iddiaçının andı ilə hökm verməni caiz görür.
25
 
Şafei və  Hənbəli fəqihləri mali mükəlləfiyyətlərə  səbəb olan cinayətlərdə iki 
kişinin, bir kişi ilə iki qadının şahidliyi, bir kişinin şahidliyi və müttəhimin nükulu 
(and içməkdən boyun qaçırması) ilə hökm verilə biləcəyi görüşündədirlər. 
Hənbəlilərin bir qismi isə istənilən hədd və qisas davalarında iki kişinin şahidliyindən 
aşağı olan bir nisabın qəbul edilməyəcəyini irəli sürmüşdür. 
Hənəfi alimlərinin mal ilə əlaqəli hədd və qisas davalarında bir kişi ilə iki qadının 
şahidliyini caiz görməsini bu misaldan başa düşürük: Oğurluq hadisəsinin sübut 
edilməsində bir kişi ilə iki qadının  şahidliyi qəbul edilir. Bu şahidliyin nəticəsində 
oğurlanan mal sahibinə qaytarılar, ancaq hədd tətbiq olunmaz. Çünki, qadınların 
şahidliyində şübhə və zəiflik vardır. Şübhə olan məsələlərdə də hədlər tətbiq edilməz, 
ancaq oğurlanan malın sahibinə qaytarılması haqda hökm verilər. Çünki, mal 
davalarında bir kişi ilə iki qadının şahidliyi caizdir.
26
 
Hənəfilər mal ilə  əlaqəli mövzularda, evlilik, boşama və buna bağlı olan 
məsələlərdə kişilərlə bərabər qadınların şahidliyini də qəbul edirlər. Maliki, Şafei və 
Hənbəli alimləri isə ancaq mal ilə əlaqəli mövzularda, buna bağlı olan məsələlərdə və 
malla əlaqəli əqdlərdə kişilərlə bərabər qadınların
27
 şahidliyini caiz görürlər.
28
  
                                                 
23
 İbn Hazm, e.a.ə., IX, s. 398. 
24
 Kemal Yıldız, İslam Yargılama Hukukunda İspat Vasıtası Olarak Şahitlik, İstanbul 1989, s. 101 (Nəşr 
olunmamış magistratura dissertasiyası).  
25
 İbn Qəyyim əl-Cəvziyyə, Məhəmməd ibn Əbi Bəkrİlamul-Muvaqqiin, Darul-Hədis, Qahirə 2002, I, 
s. 83 (Bu qaynaqda “bəzi mövzularda” ifadəsinin izahı yoxdur).  
26
 Kemal Yıldız, e.a.ə., s. 101-102. 
27
 Bu mövzularda İbn Hazmdan başqa digər alimlər tərəfindən kişi olmadan sadəcə qadınların 
şahidliyinin qəbul edilmədiyi unutulmamalıdır. 
28
 Zuhayli, e.a.ə., VIII, s. 155 . 


Əmir Kahayev
  
360 
Qadınlara məxsus məhrəm məsələlərə  gəlincə, burada sadəcə qadınların 
şahidliyi, bəzi mövzularda ixtilaf olsa belə, dörd məzhəb tərəfindən qəbul edilmişdir. 
Şahidlərin sayı haqqında isə fərqli görüşlər vardır.
29
 
  
IV. Cumhurun Şahidlərin Kişi Olması Məsələsindəki Dəlilləri və Bunların 
Tədqiqi 
Cumhura görə Allah (c.c.) davaların çoxunda qadınların şahidlik etməsinə icazə 
vermir. Buna dəlil olaraq da bəzi ayələri irəli sürür. Məsələn, 
مكنم ةعبرا نھيلع اودھشتساف مكئاسن نم ةشحافلا نيتاي يتلاو 
“Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan dörd şahid tutun”
30
 ayəsində 
olduğu kimi zina iftirasından bəhs edən digər ayələrdə
31
  də sayın (ةعبرا) 
müənnəs/qadın cinsində olması, sayılanın (
 
ءادھش) yəni  şahidlərin müzəkkər/kişi 
cinsində olmasını  tələb edir. Bu yozumdan hərəkətlə  şahidlərin kişi olmasının  şərt 
qoşulduğu ifadə edilmişdir. Əks təqdirdə ayə ءادھش عبرا şəklində olardı.
32
 
Halbuki Qurani-Kərimdəki kişilərə xitabın içərisinə təğlib
33
 yoluyla qadınlar da 
daxildir. Buna misal olaraq Qurani-Kərimin bir çox yerində keçən “Namazı düzgün 
qılın, zəkatı verin”
34
 ayəsini verə bilərik. Alimlər bu ayədəki  əmrin müzəkkər/kişi 
cinsində olmasına baxmayaraq, təğlib yoluyla qadınları da ehtiva etməsi məsələsində 
həmfikirdirlər.  
Başqa bir misal: (نيتناقلا  نم  تناكو) “(İmranın qızı  Məryəm) səmimiyyətlə itaət 
edənlərdəndi”
35
 ayəsində “qanitiin” kəlməsilə (ki, cəmi müzəkkər/kişi cinsinin cəm 
forması olduğu üçün itaət eden kişilər mənasına gəlir) təğlib yoluyla kişi-qadın, bütün 
itaətkar insanlar nəzərdə tutulmuşdur.
36
  
Yenə bu ayədəki II şəxs kişi cinsini bildirən (مكنم) “sizdən” əvəzliyinin orucun 
vacibliyini əmr edən ayədəki (مكيلع) “sizin üzərinizə”
37
 əvəzliyində olduğu kimi təğlibi 
ifadə etdiyi deyilə bilər. 
Bu izaha belə  də etiraz edilə bilər:  Əksini sübut edən bir qərinə
38
 olmadığı 
müddətcə Quranın xitabı ümumidir. Yəni ərəb dilində kişi cinsinin cəm forması qadın 
                                                 
29
 Zuhayli, e.a.ə., VIII, s. 315-316. 
30
 ən-Nisa, 4/15, 
31
 ən-Nur, 24/4,13. 
32
 Fatma Köksal, e.a.ə., s. 107, (Əbu Yahya, “Şəhadətun-Nisa”, əl-Məcəllətuş-Şəriə, XIV, s. 210-dan 
alınmışdır). 
33
 Hər hansı bir əlaqədən ötrü bir kəlməni digər bir mənaya da şamil etməkdir. İki ata mənasını verən 
“əbəveyn” və “valideyn” kəlmələri ilə ana və atanı qəsd etmek kimi (Mehmet Erdoğan, e.a.ə., s. 533).  
34
 əl-Bəqərə, 2/43, 83, 110. 
35
 ət-Təhrim, 66/12. 
36
 İsmail Acar, “İslam Ceza Hukukunda Kadının Şahitliği”, İslamiyat, III/2, 2000, s. 81-82. 
37
 əl-Bəqərə, 2/183. 
38
 Bir şeyin varlığına dəlalət edən işarə, nişanə (Mehmet Erdoğan, e.a.ə., s. 292). 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə