Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə147/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   143   144   145   146   147   148   149   150   ...   156

İslam hüququnda qadının şahidliyi
  
361 
cinsini də içinə alır, hətta mərifə/müəyyən olmaması şərti ilə müfrəd müzəkkər (kişi 
cinsinin tək forması) də qadın cinsini ehtiva edir.
39
 
Hənəfilər nikahda, talaqda/boşamada və ricətdə
40
 bir kişi ilə bərabər iki qadının 
şahid olmasını caiz görürlər. Halbuki Talaq surəsinin 2-ci ayəsində boşama ilə əlaqəli 
olaraq (مكنم لدع يوذ اودھشاو) “Aranızdan ədalətli iki kişini şahid göstərin” buyurulur. 
Buradan da görülür ki, Hənəfilər müzəkkər təsniyə (kişi cinsinin ikilik forması) olan 
يوذ  kəlməsinin təğlibi ifadə etdiyini qəbul etmişlər. Bu izah niyə zina və iftira 
haqqında olan ayələr üçün verilməsin?! 
İbn Qəyyim (v. 751/1350) də bu ayənin həm kişilərə  həm də qadınlara  şamil 
olduğunu digər ayələrlə
41
 isbat edir.
42
  
Yuxarıdakı ayələrdə keçən (ةعبرا) “dörd” kəlməsi şahidlərin sayını ifadə etdiyi 
üçün nisabda dörd şahid şərt qoşulmuşdur. Bu səbəblə bu görüş sahibləri,
43
 qadınlar 
şahid qəbul edildiyi təqdirdə (bir kişinin əvəzinə iki qadın olacağı üçün) şahid sayının 
ayədəki “dörd” nisabını keçəcəyini söyləyərək, bunu nəssə zidd görmüşlər.
44
 Ancaq 
Hənəfilər yuxarıdakı ayə
45
 iki şahiddən bəhs etməsinə  rəğmən nikahda, talaqda və 
ricətdə bir kişi ilə  bərabər iki qadının  şahidliyini qəbul edirlər. Beləliklə bu 
davalardakı  şahid sayı üç olur. Bu görüş  nəssə zidd deyilmi?!
46
 Bununla yanaşı 
davalarda şahid sayının üst həddi yoxdur. 
Yenə qadının şahidliyindən bəhs edən ayədə şübhə ifadə edən bir şərtin olması 
da hədd və qisas davalarında şahidliklərinin qəbul edilməməsinə  səbəb olaraq irəli 
sürülmüşdür. Ayəninin tərcüməsi belədir:  
“Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. 
Əgər biri unudarsa, o birisi onun yadına salsın.”
47
 
Cumhur bu ayəyə istinadən qadınların şahidliyinin kişilərin şahidliyindən bədəl
48
 
olduğunu söyləmişdir. Bədəl də hədlərdə kəfalət və vəkalət kimi caiz deyil.
49
  
Bu görüş sahibləri “əsl
50
 imkan daxilində ikən onun yerinə keçəcək olan bədəldən 
uzaq durulmalıdır” ümumi qaydasından hərəkət etmişlər. Hər nə  qədər bir kişi ilə 
                                                 
39
 Abdulkərim Zeydan, əl-Mufassal fi əhkamil-Mərə, Muəssətur-Risalə, Beyrut 1994, IV, s. 171-183. 
40
 Rici boşamadan sonra müəyyən müddət ərzində nikahı söz və ya fel ilə davam etdirməkdir (Mehmet 
Erdoğan, e.a.ə., s. 181). 
41
 Məsələn: سدسلا هملاف ةوخا هل ناك ناف (Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi 
altıda birdir) ən-Nisa, 4/11. Ərəb dilində “ixvətun” kəlməsi “qardaşlar” mənasına gəlməsinə rəğmən bu 
ayədə bacıları da ehtiva edir. 
42
 İbn Qəyyim, e.a.ə., I, s. 81. 
43
 Hənəfilər də bu görüşdədir. 
44
 Fatma Köksal, e.a.ə., s. 111, (İbn Qudamənin Muğni adlı əsərindən nəql edilmişdir). 
45
 ət-Talaq, 65/2. 
46
 Qarşılaşdır: İbn Hazm, e.a.ə., IX, s. 400-401. 
47
 əl-Bəqərə, 2/282. 
48
 Bir şeyin yerini tutan və yə onun əvəzinə verilən əşya. Qarşılıq, əvəz (Mehmet Erdoğan, e.a.ə., s. 48). 
49
 Kəsani, Əlauddin Əbu Bəkr ibn Məsud, Bədaius-Sanaiu, tdq. Əli Məhəmməd Muavvad, Adil Əhməd 
Abdulmevcud, Darul-Kutubil-İlmiyyə, Beyrut 1997, IX, s. 54. 
50
 Bir məsələdə əsas alınan xüsus. Bədəlin antonimi. 


Əmir Kahayev
  
362 
bərabər qadınların şahidliyi, iki kişinin şahidlik edə bilməsindən asılı olmayaraq caiz 
olsa da, bədəl olduğu üçün şübhəlidir. Hədd davalarında da şübhəyə  səbəb olan 
halların davanı düşürməsi səbəbilə qadınların şahidliyi caiz görülmür.
51
 
 Musa Carullah Bigiyev Bəqərə surəsinin 282-ci ayəsi haqqında bu deyilənlərə 
cavab olaraq bunları qeyd edir: 
“Ayə  şəhadətlə deyil, istişhad ilə  əlaqəlidir. (Yəni qadının  şahidlik edib- 
etməyəcəyi ilə  əlaqəli deyil, şahid kimi məhkəməyə çağırılıb-çağırılmayacağı ilə 
əlaqəlidir.) Bununla yanaşı, ayə  şəhadətin  əda anı ilə deyil, təhəmmül anı ilə 
əlaqəlidir.
52
  Əks təqdirdə ayədəki “şahidlər dəvət olunduqları zaman boyun 
qaçırmasınlar” ifadəsinə ehtiyac qalmazdı. Belə bir cümlə, şahid olunan bir hadisə ilə 
deyil, şahidlik etmək üçün çağırılmaqla əlaqəlidir. 
Bununla bərabər iki qadının şahidliyi bir kişinin şahidliyindən bədəl deyil. Bədəl 
olsaydı, “əsl” mövcud ikən iki qadının şahidliyi caiz olmazdı. Bədəl olsaydı, “əgər iki 
kişi olmazsa” kimi varlığı  və yoxluğu birlikdə bildirən bir ifadə yerinə, sadəcə 
yoxluğu bildirən bir təbir seçilərdi. İki qadının şahidliyi bir kişinin şahidliyindən bədəl 
olmazsa, buradan hərəkətlə iki qadının əskikliyindən bəhs etmək də mümkün olmaz. 
Ayrıca, ayədə keçən “onlardan biri unudarsa, o birisi onun yadına salsın” cümləsi 
illət/səbəb bildirən  şərt cümləsi olsa da, şahidlik anında bir qadının digərinə  tərcih 
ediləcəyinə dəlalət edər”.
53
  
Qadınların şahidliyinə məhdudiyyət gətirmədə göstərilən digər bir dəlil isə Allah 
Rəsulundan (s) rəvayət olunan bu hədisdir: 
“Allah Rəsulu (s) (bir bayram namazında qadınların namaz qıldığı yerə keçərək): 
Ey qadınlar! Allah yolunda sədəqə verin, çox tövbə edin. Çünki, mən sizin 
Cəhənnəmdə çoxluq təşkil etdiyinizi gördüm” buyurdu. Dinləyənlərdən cəsarətli bir 
qadın: “Niyə qadınlar cəhənnəmliklərin çox hissəsini təşkil edir?” deyə soruşdu. Allah 
Rəsulu (s): “Ağzınızdan pis söz çox çıxır və ərlərinizə qarşı nankorluq edirsiniz. Ağılı 
və dini nöqsan olanlar arasında, ağıl sahibi kişilərə qalib gələn sizdən başqasını 
görmədim!” buyurdu. O qadın təkrar: “Ey Allahın Rəsulu! Ağıl və dinin nöqsan 
olması nə deməkdir?” deyə soruşduqda: Allah Rəsulu (s) belə cavab verdi: “Ağılın 
nöqsan olması (sözü), iki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər olmasını, 
dinlərinin nöqsan olması isə müəyyən günlərdə namaz qılmamalarını  və oruç 
tutmamalarını ifadə edir” buyurdu.
54
  
Bəzi  İslam mütəfəkkirlərinə görə  hədisdən, qadının ağılının və dininin əskik 
olduğu  şəklində bir mənanın çıxardılması doğru deyil. Belə bir düşüncə  hədisin 
hamısının deyil, təkcə “qadının ağılı  və dini nöqsandır” qisminin diqqətə 
alınmasından qaynaqlanır. Hədisin hamısı göz önünə alındığında ağıl nöqsanlığından 
                                                 
51
 Fatma Köksal, e.a.ə., s. 112-113. 
52
 Bu xüsusa İbn Qəyyim əl-Cəvziyyə də işarət etmişdir. Bx. İbn Qəyyim, e.a.ə., I, s. 83. 
53
 Musa Carullah, Hatun, haz. Mehmet Görmez, Kitabiyat yay., Ankara 2001, s. 116-117. 
54
 Buxari, Heyz, 6; Müslim, İman, 132; Əbu Davud, Sünnə, 15. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə