Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə145/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   141   142   143   144   145   146   147   148   ...   156

İslam hüququnda qadının şahidliyi
  
357 
II. Şahidlik Üçün Tələb Olunan Şərtlər 
Şahidlik etmək üçün tələb olunan şərtlər təhəmmül və əda olmaq üzrə iki qismə 
ayrılır.  
A. Təhəmmül Şərtləri: 
Şahidliyin təhəmmülü, hadisənin görülərək yaxud eşidilərək qavranması və dəqiq 
bir şəkildə təsbit edilməsi deməkdir. Bunun üçün üç şərt irəli sürülmüşdür:  
1. Şahid ağıllı olmalı, 
2. Təhəmmül anında kor olmamalı, 
3.  Şahidlik etdiyi məsələni başqası vasitəsilə deyil, şəxsən görməli və 
bilməlidir.
12
  
B. Əda Şərtləri: 
Məhkəmədə  şahidlik etmək üçün tələb olunan şərtlərə  əda  şərtləri deyilir. Bu 
şərtləri belə sıralaya bilərik: 
1. Şahid mükəlləf olmalı, 
2. Hürr/azad olmalı, 
3. Müsəlman olmalı, 
4. Adil olmalı,
13
  
5. Ürfə/adətə və ictimai mövqeyinə uyğun bir həyat sürməli (mürüvvət), 
6. Eşitdiyini qavramalı, ifadə edə bilməli və hafizə qüsuru olmamalı, 
7. Kor olmamalı, 
8. Şahidlik etdiyi üçün bir mənfəət əldə etməməli və ya bir zərərdən qorunma 
məqsədi olmamalıdır. Belə  şahidliyin qəbul edilməmə  səbəbi  şahidin zənn altında 
olmasıdır.
14
 
Şahidlərin sayı və cinsiyyəti ilə əlaqəli xüsusları isə  aşağıdakı mövzularda ələ 
alınacaqdır. 
  
III. Cumhura Görə Qadının Şahidlik Edə Biləcəyi Mövzular 
 Şahidlərin ən az neçə nəfər olması məsələsi İslam hüququnda şahidliyin mövzusuna 
görə dəyişir. Bu sayı bəzən nəss, bəzən də ictihad ilə müəyyən edilir. İslam hüququ 
şahidlik mövzusunu nəticə  və nisabı  (şahid sayını)  əsas almaq surətilə “hədd
15
  və 
                                                 
12
 Zuhayli, e.a.ə., VIII, s. 303-305; Abdülaziz Bayındır,  İslam Muhakeme Hukuku,  İslami  İlimler 
Araştırma Vakfı Yayınları,  İstanbul 1986, s. 145-146; Fatma KöksalFıkıh ve Hukuk Sosyolojisi 
Açısından Kadının Tanıklığı, İstanbul 1999, s. 24-25, (Nəşr olunmamış magistratura dissertasiyası). 
13
 ət-Talak, 65/2. 
14
  Mərğinani, Burhanəddin  Əli ibn Əbu Bəkr  əl-Hənəfi,  əl-Hidayə  Şərhu Bidayətil-Mübtədi, tdq. 
Məhəmməd Məhəmməd Tamir, Hafiz Aşur Hafiz, Darus-Salam, Qahirə 2000, III, s. 1095, 1102-111; 
Mövsili,  e.a.ə., II, s. 169, 176-180; Bilmen, e.a.ə., VI, s. 338-347; Zuhayli, e.a.ə., VIII, s. 307-313; 
Abdülaziz Bayındır, e.a.ə., s. 149-159; Fatma Köksal, e.a.ə., s. 25-26. 
15
 Allah (c.c.) haqqı olaraq yerinə yetirilməsi vacib olan məhdud və müəyyən cəzalar. (
Hayreddin 
Karaman, Mukayeseli İslam Hukuku, İz yayıncılık, İstanbul 2001, I, s. 179.) 


Əmir Kahayev
  
358 
qisaslar”, “mali mövzular”, “qeyri-mali mövzular” və “qadınlara məxsus məhrəm 
mövzular” şəklində fərqli qismlərə ayırmışdır.  
Ağır cəzalara səbəb olan hədd və qisas davalarında şahid sayına daha çox önəm 
verildiyi halda digər davalarda cinayət və  cəzaların yüngül olması  səbəbilə 
nisab/şahid sayı üzərində bu qədər çox durulmamışdır. Bunun səbəbi hədd və 
qisasdakı  cəzaların ağır olması  və  tətbiq olunduqdan sonra geri dönüş imkanının 
olmamasıdır. Burada, yuxarıda keçən mövzularda qadınların  şahidliyi ilə  əlaqəli 
fəqihlərin görüşlərini verməyə çalışacağıq. 
Cumhur
16
 hədd, qisas və bədənlə əlaqəli təzir
17
 cəzalarında qadınların şahidliyini 
qəbul etmir və bu məsələdə bəzi ayələri, hədisləri və əsərləri
18
 dəlil olaraq irəli sürür. 
Bununla yanaşı bu mövzularda qadınların şahidliyini qəbul edən alimlər də vardır. 
Məsələn, İmam Tavus (v. 106/724) bu məsələ haqqında bunları qeyd edir: “Qadınlar, 
zina xaric, kişilərlə bərabər hər mövzuda şahidlik edə bilərlər. Zinada isə onların buna 
baxmaları uyğun olmadığına görə şəhadətləri caiz deyildir.”
19
 
Yenə Əta ibn Əbi Rabahdan (v. 114/732) belə rəvayət olunur: “Qadınlar kişilərlə 
bərabər hər mövzuda şahidlik edə bilərlər.  İki qadın və üç kişinin zinaya şəhadəti 
caizdir.”
20
 
Əta ibn Əbi Rabah və Hammad ibn Əbi Süleyman (v. 120/738) zina davalarını 
malla  əlaqəli (mali) məsələlərə qiyas etmiş  və bu davalarda üç kişi ilə  bərabər iki 
qadının şəhadətini caiz görmüşdürlər.
21
  
Zahiri imamlarından İbn Hazm (v. 456/1064) isə üç kişi ilə bərabər iki qadının 
və ya iki kişi ilə bərabər dörd qadının ya da bir kişi ilə bərabər altı qadının hətta kişi 
olmadan yalnız səkkiz qadının  şahidliyini caiz görmüşdür.
22
  Yəni bütün davalarda 
qadın tək başına şahidlik edə bilər. 
Əvzai (v. 157/774) və Zühri (v. 124/742) də qisasla nəticələnən cinayətlərdə bir 
kişi ilə iki qadının  şahidliyinin qəbul edilə biləcəyi görüşündədir.  Şövqani (v. 
1250/1834) də bu görüşün doğru olduğunu qeyd edir.  
                                                 
16
 İslam alimlərinin əksəriyyəti. 
17
 Şarii tərəfindən bildirilməmiş və müctəhidlərin öhdəliyinə buraxılmış cəzalar. (Karaman, e.a.ə., I, s. 
197.)  
18
 Səhabə və tabiundan nəql edilən rəvayətlər. (Mücteba Uğur, Ansiklopedik Hadis Terimleri Sözlüğü
Türkiye Diyanet Vakfı Yayınları, Ankara 1992, s. 83.) 
19
 İbn Hazm, Əli ibn Əhməd, əl-Muhalla, tdq. Əhməd Məhəmməd Şakir, Mənşuratul-Məktəbit-Ticari, 
Beyrut, th., IX, s. 397. 
20
 İbn Hazm, e.a.ə., IX, s. 398. 
 
21
 İbn Hazm, e.a.ə., IX, s. 398. Ancaq başqa bir yerdə Hammad ibn Əbi Süleyman bunları qeyd edir: 
“Hədd davalarında qadınların şahidliyi caiz deyildir.” İbn Hazm, e.a.ə., IX, s. 397; (Fərqli bir rəvayət 
üçün bx. İbn Əbi Şeybə, Əbu Bəkr Abdulla ibn Məhəmmədəl-Kitabul-Musannəf fil-Əhadisi vəl-Əsar, 
haz. Məhəmməd Abdussalam Şahin, Darul-Kutubil-İlmiyyə, Beyrut 1995, V, s. 528).  
22
 İbn Hazm, e.a.ə., IX, s. 395-396. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə