Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə153/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   148   149   150   151   152   153   154   155   156

Bir daha Albaniya və Albanlar haqqında
  
375 
sıra tədqiqatçılarımızın (Z.M. Bünyadov, K.Q. Əliyev, F.S. Məmmədova, N.M. 
Vəlixanlı, T.M. Məmmədov) apardığı araşdırmalar daha dərindən öyrənilməli və 
axtarışlar davam etdirilməlidir. Belə güman etmək olar ki, ümumiyyətlə, alban adı 
ərəblərə heç tanış deyildi. Məsələn,  ərəblərin hakimiyyəti dövründə  Şimali 
Azərbaycanın böyük bir hissəsini idarə edən Cavanşiri  ərəblərin özləri necə 
adlandırırdı? O, özünü ərəblərə necə  təqdim edirdi? Və  nəhayət, niyə  ərəbdilli 
mənbələrdə “Albaniya hökmdarı Cavanşir”in adına rast gəlmirik? 
İstər-istəməz belə bir sual meydana çıxır: Görəsən, tarixi qaynaqlarda ərəb istilası 
ərəfəsində Azərbaycanda başlıca etnos hesab edilən albanların  İran və yaxud 
qafqazdilli olması haqqında tutarlı faktlar varmı? Bu suala cavab qətidir: belə tutarlı 
faktlar yoxdur. Bu məsələyə münasibət bildirən S.S. Əliyarlı yazır ki, heç bir tarixi 
mənbədə irandilli və qafqazdilli xalqların içərisində “alban” və yaxud ona yaxın 
“alpan” adını daşıyan toplum məlum deyildir. Bənzər adı daşıyan toplumlar yalnız 
türk xalqları – qazaxların, qırğızların və türkmənlərin içərisində ötən yüzilliklərdə 
qeydə alınmışdır. Məsələn, Tyan-Şan dağının ətəklərində qazax xalqının “alban” adlı 
boyu bu günə kimi yaşamaqdadır. Türkmənistanda indi də iki “alban” yer adı bəllidir 
(24, 29). 
 “Kitabi-Dədə Qorqud” boylarında da “alp” ifadəsi qarşılaşırıq. Burada “alp” 
sözü  əsasən, “igid”, “cəsur” mənasında işlənmişdir (23, 15-16). “Kitabi-Dədə 
Qorqud”da rast gəlinən etnik məzmunlu maraqlı faktlardan biri də Qazan xanın 
“Alpanlar başçısı” adlandırılmasıdır. Bu epizoda “Qazan bəyin oğlu Uruz bəyin 
dustaq olduğu boy”da rast gəlinir. Burada indiki Gürcüstan ərazisindəki “Başı açıq” 
adlı ərazidə kafirlərin casusu Qazan xanı “Alpanlar başı Qazan” (نازق يشاب رل نپلا) 
adlandırır (25, 80; 26, 494). “Alpanlar” ifadəsinə başqa bir epizodda da rast gəlirik. 
Belə ki, “Qazılıq Qoca oğlu Yeynək boyu”nda Yeynəyin dilindən səslənən “Ağ-boz 
atlar çapdırır alpanlar gördüm” (مدررك رلنپلارردپاچ رلتا زوب غا) ifadəsi ilə rastlaşırıq 
(25, 262; 26, 87; 415).  
Buradakı “alpanlar” ifadəsini iki mənada başa düşmək olar:  
1. Etnik məfhum kimi;  
2. “İgidlər”, “ərənlər” kimi. Əgər ikinci mənaya üstünlük versək o zaman bu ifadə 
“alpanlar” deyil, “alplar” şəklində  işlədilməli idi. Digər tərəfdən, Qazan xanın 
düşmənləri olan kafirlərin Qazan xanı  tərifləyərək onu “igidlər başı” kimi təqdim 
etməsi inandırıcı görünmür. Əksinə, bütün dastan boyu onların Qazan xana düşmən 
münasibətləri və nifrət bəsləmələri açıq-aşkar görünməkdədir. 
Ərəb-fars mənbələri, eləcə  də erməni və gürcü mənbələri  Şimali Azərbaycan 
torpaqlarında baş verən hadisələrdən bəhs edərkən ayrı-ayrılıqda “xəzər” və “hun” 
adları ilə yanaşı, “türklər” ifadəsini də dönə-dönə  işlədirlər. Bütün bunları  əsas 
götürən mühacir Azərbaycan  ədəbiyyatının nümayəndələrindən biri M.B. 
Məmmədzadə “Albaniyanın türk ölkəsi” olduğunu bildirir (7-77, 119-129).  
Əgər yuxarıdakı epizodda “alpanları” etnik məfhum kimi qəbul etsək, belə bir 
qənaətə gəlmək olar ki, burada kafirlər tərəfindən “alpanlar” dedikdə elə albanlar başa 


T.ü.f.d. Ramil Əyyub oğlu Ağayev
  
376 
düşülürdü. Belə olan təqdirdə  həmin alpanların və yaxud albanların elə türklər 
olduğunu qəbul etmək lazım gəlir. Çünki Qazan xan türk, özü də oğuz türkü idi.  
Tarixi  ədəbiyyatda bütün Albaniya əhalisinin yəni, ümumi şəkildə “albanlar” 
şəklində təqdim edilən etnosların dili haqqında da müxtəlif fikirlər mövcuddur (2, 53). 
Bu dilin guya İran, ya da Qafqaz dillərinə, daha dəqiq desək, “Qafqaz dillərinin ləzgi 
qrupuna” aid olması fikri geniş yayılmışdır. 
Yazılı  mənbələrin albanların dili haqqında məlumatları da məhdud və 
qarmaqarışıqdır. Digər tərəfdən həmin müəlliflərin əsərlərində dillə bağlı rast gəlinən 
məhdud faktlar tədqiqatçılar tərəfindən müxtəlif, öz istəklərinə uyğun  şəkildə  şərh 
edilmiş  və beləliklə  də ölkənin mövcud etno-linqvistik mənzərəsi daha da 
mürrəkkəbləşdirilmişdir.  
Ərəbdilli müəlliflərə  (əl-İstəxri, ibn-Havqəl və s.) görə, tarixi Azərbaycan 
ərazisində, daha doğrusu onun şimalında, xüsusilə  Bərdə bölgəsində daha geniş 
istifadə edilən dil “arran” və yaxud “arani” dili olmuşdur (27, 348-349 ; 28, 113). X 
əsrdə yaşamış  ərəb coğrafiyaçısı  əl-Müqəddəsi də özünün “Əhsən  ət-təqasim fi 
mərifət əl-əqalim” (“İqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü”) adlı əsərində yazır 
ki, Arranda əhali “arran” dilində danışır (29, 378; 30, 134). Zənnimizcə, burada dilin 
adı ölkənin adı, yəni coğrafi faktorla bağlı olaraq işlədilmişdir. 
İstər-istəməz belə bir ehtimal meydana çıxır: ola bilsin ki, ərəblər “Albaniya” 
deyil, “Arran” termininə üstünlük vedikləri kimi, “alban dili” əvəzinə “arran dili” 
işlətmişlər. Başqa sözlə, arran dili elə həmin alban dilidir. Odur ki, alban dili və onun 
arran dili ilə eyni olması haqqında bəzi mülahizələrə nəzər salmaq lazımdır.  
Alban dili və  əlifbası ilə bağlı araşdırmalar hələ XIX əsrin  əvvəllərindən 
başlanmışdır. Bir sıra tədqiqatçılar (V.V. Bartold, A.Y. Krımski, K.M. Trever, Z.M. 
Bünyadov, M.X. Şərifli, N.M. Vəlixanlı, K. Bosfort, A.H. Fazili, V. Qukasyan və 
başqaları) öz əsərlərində “arran” dili haqqında müəyyən fikirlər söyləmişlər. 
Tədqiqatçıların böyük əksəriyyəti bir-birini təkrar edərək, heç bir fakta istinad 
etmədən bu dili Qafqaz dilləri, xüsusilə udin dili ilə bağlamağa cəhd etmişlər.  
Arranda işlədilən dillərin Qafqaz dil ailəsinə daxil olduğunu iddia edən 
tədqiqatçılar öz fikirlərini əsaslandırmaq üçün mənbələrdə rast gəlinən hər hansı bir 
konkret fakta istinad etməmişlər. K.M. Trever yazır ki, bir neçə şəxs və yer adlarından 
başqa, qədim alban dilinin xarakteri, onun leksikası və qrammatikası haqqında heç nə 
bilmirik.  O,  əlavə edir ki, Plini, Ptolomey, Plutarx və başqalarının  əsərlərində rast 
gəlinən adlar isə onların latın və yunan dillərinə uyğunlaşdırılmış formalarıdır (5, 306-
307). Lakin o, belə hesab edir ki, udinlər  ərəbdilli müəlliflər tərəfindən “arran” 
adlandırılan alban dilinin daşıyıcılarıdır (5, 310). 
Z.M. Bünyadov yazır ki, Suriya xronikasında aşkar şəkildə deyilir ki, Arranın öz 
dili vardır və bu dil xronikada adı çəkilən digər xalqlardan heç birinin dilinə oxşamır 
(31, 92). O, öz əsərində arran dilini alban dili adlandırmış, lakin onun hansı dil ailəsinə 
aid olması haqqında qəti fikir söyləməmişdir (31, 170). Bununla belə, onun 
əsərlərində udinlərin albanların varisi olması fikri hakimdir.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə