Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə151/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   148   149   150   151   152   153   154   155   156

Əmir Kahayev
  
370 
 
РЕЗЮМЕ 
 
СВИДЕТЕЛЬСТВО ЖЕНЩИНЫ ПО ИСЛАМСКИМ ЗАКОНОМ 
 
Число свидетельей минимальные по Исламским правам меняется по теме 
свидетельстви. В некоторых исках число четырех свидетельей, а в некоторых 
исках  двух  свидетельей  было  условием  подключения.  На  ровне  с  этими 
условиями  отдавалась  предпочтение  свидетельям  мужского  рода - и  это  и 
другое  но  обязательное  условие  подключения  во  многех  исках.  Те  кто 
предявляли  условия  как  довод  опирались  на  некоторые  аяты  и  хадисы. 
Несмотьря на наши заключения, указывающие на эти аяты и хадисы приговор 
– это приговор связанный по причинам. Если  нет причины то в это время не 
может  быть  и  речи  о  приговоре.  Если  ест  причины  в  каком  то  промежутке 
времени  и  места  приговор  приводится  в  исполнение.  Если  нет  причины,  то 
требовать приговор привести в исполнение по всем параграфам юридической 
философии не подлежит к исполнению. 
 
 
 
Çapa tövsiyə etdi: i.f.d. M. Q. İsmayılov 
 
 


Bir daha Albaniya və Albanlar haqqında
  
371 
UOT 94(479.24) 
  
BİR DAHA ALBANİYA VƏ ALBANLAR HAQQINDA 
 
 T.ü.f.d. Ramil Əyyub oğlu Ağayev 
 AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu 
 E-mail: Ramilmahir@gmail.com  
 
 
Açar sözlər: Azərbaycan, Albaniya, əhali, Qafqaz, mənbələr. 
Key words: Azerbaijan, Albania, population, the Caucasus, sources. 
Ключевые слова: Азербайджан, Албания, население, Кавказ, источники. 
 
Antik müəlliflər öz əsərlərində indiki Şimali Azərbaycan ərazisini “Albaniya”, 
əhalisini isə “albanlar” adı altında təqdim etmişlər. Lakin həmin  əsərlərdəki 
məlumatlar “alban” anlayışının etnik və yaxud ərazinin adına uyğunlaşdırılaraq 
coğrafi baxımdan işlədildiyini aydın bir şəkildə müəyyən etməyə imkan vermir. 
Albaniya dövrünü araşdıran tarixçilər də etiraf edirlər ki, antik müəlliflərin  əhali 
haqqında məlumatları ayrı-ayrı fraqmentlər şəklində qalmışdır. Məlumatların heç də 
hamısı  səhih deyildir, bəziləri ziddiyyətlidir və buna görə  də onlar diqqətlə  təhlil 
olunmalıdır (1, 16). Başqa sözlə, həmin mənbələr albanların etnik mənsubiyyəti 
haqqında qətiyyətli fikir söyləmirlər. Bu isə öz növbəsində müxtəlif elmi 
mübahisələrə gətirib çıxarmışdır.  
Tarixşünaslıqda “Albaniya” adı  və onun mənası ilə bağlı müxtəlif elmi 
mübahisələr mövcuddur (2, 52-55). Bu mübahisələrin nə vaxt və necə başa çatacağını 
söyləmək hələlik, mümkün deyildir. Məsələni çətinləşdirən cəhətlərdən biri də, bu 
terminə  və yaxud onun oxşarına Balkan, İtaliya,  Şotlandiya, Mərkəzi Asiya 
toponimikasında da rast gəlinməsidir. 
Albanşünaslıq uzun müddət digər millətlərə  məxsus tarixçilərin inhisarında 
olmuşdur. Onlar isə Albaniya tarixi ilə bağlı  məsələlərdə, xüsusilə onun əhalisinin 
etnik tərkibi ilə bağlı məsələlərdə təhriflərə və saxtalaşdırmalara yol vermiş, onu tam 
bir müəmma halına gətirmişlər. Artıq tarixi ədəbiyyatda qeyd edildiyi kimi, nədənsə 
alban etnosu ilə bağlı bütün məsələləri ya ermənilərin, ya da Qafqaz dil ailəsinin 
xeyrinə həll etmək cəhdləri vardır. Bu cəhdlər yeni deyil və XIX əsrin ikinci yarısı – 
XX əsrin əvvəllərindən etibarən mövcuddur (3, 373).  
Bəzi Roma tarixçiləri yazırlar ki, albanların saçlarının rəngi açıq olduğuna görə 
onları belə adlandırmışlar. Başqa sözlə, onların  fikrincə, Albaniya latın sözü 
“albus”dan (“ağ”) yaranmışdır (4, 63). 
 K.V. Trever öz əsərində “Albaniya” adı ilə bağlı bir sıra fikirlərə münasibət 
bildirərək bu terminin həm latın dilindəki “ağ” mənasını verən “albus” sözü, həm də 
Aran şəxs adı ilə bağlı olması ehtimalını rədd etmişdir (5, 4-5).  


T.ü.f.d. Ramil Əyyub oğlu Ağayev
  
372 
Y.Y. Yusifov öz məqaləsində Albaniya və Arran yer adlarının etimologiyası 
haqqında söylənilmiş fikirlərə münasibət bildirərək belə  qənaətə  gəlmişdir ki
“Albaniya”, Ağvan”, “Arran”, “Ran” eyni ərazinin müxtəlif formaları  və müxtəlif 
dillərdəki adlarıdır (6, 24-25). Lakin o, Arran adının izahını Qafqaz dilləri ilə 
bağlamağa çalışmışdır. Müəllif “Alban” adını “Halban” adı ilə əlaqələndirərək, onu 
“hal” adlı avar qəbilələrindən biri ola biləcəyini ehtimal etmişdir (6, 25-27). Əlbəttə, 
onun Alban və Arran adlarını Qafqaz dilləri ilə izah etmək cəhdi ilə razılaşmaq 
mümkün deyildir. 
M.B. Məmmədzadə “Albaniya” adının dağlıq, yüksəklik, bəyazlıq, parlaqlıq, 
qəhrəmanlıq, hakimiyyət kimi bir çox mənalar ifadə edən xalis türkcə bir kəlmə 
olduğunu qeyd etmişdir (7, 120-121). T.M. Məmmədov “Alban” sözünün “Al-mən” 
şəklində oxuna bilməsini də mümkün sayır (2, 54). 
“Albaniya” sözünü kelt dili ilə bağlamaq cəhdləri də olmuşdur. Lakin M.M. 
Seyidov onun mənasının türk dilindən kənarda axtarılmasına qarşı çıxaraq qeyd edir 
ki, bu sözün kökünü türk dillərində axtarmaq daha doğru olardı (4, 81).  
Albaniya və albanların tarixini iranmənşəli etnoslarla bağlamaq cəhdləri də 
olmuşdur. İ. Markvart isə yazır ki, “Albaniya qeyri-ari ölkə” olmuşdur (8, 28).  
Bu adın mənşəyi məsələsi hələ erkən orta əsrlərdə Moisey Xorenatsinin və Musa 
Kalankatlının da diqqətini cəlb etmişdir. Onların hər ikisi bu adı Aran şəxs adı ilə 
bağlamağa çalışmışlar. Moisey Xorenatsi Alvan (Aran) adının yaranma tarixindən 
bəhs edərək yazır ki, I əsrdə Parfiya şahı Valarş (I Vologez) Arazdan Xunanakertə 
(Xunan qalasına) və Qafqaz dağlarına qədər uzanan və  əhalisi sıx olan bu ölkənin 
idarəsini adlı-sanlı, ağıllı və müdrik Arana tapşırdı. O, mülayim təbiətli, həm də çox 
səxavətli və əliaçıq olduğundan, ölkə də onun adı ilə “Axvank” yəni, “səxavətlilər, 
comərdlər ölkəsi” adlanmışdı (9, 58). Başqa sözlə, Ağvan “mülayim təbiətli əhalisi 
olan bir ölkə” deməkdir. Moisey Xorenatsi sözlərinə davam edərək yazır ki, utilər, 
qardamanlar, savdeylər və qarqarlar onun törəmələrindəndirlər (9, 58). 
Musa Kalankatlının  əsərində  həmin oxşar epizod aşağıdakı kimi şərh edilir: 
“Aran Araz çayından başlayaraq Hunan qalasına qədər uzanan Alban ölkəsinin 
düzənliklərini və dağlarını miras olaraq almışdır. Onlar öz ölkələrinə Ağvan (Alban) 
adını ona görə vermişlər ki, Aranın özünü, yumuşaq xasiyyətinə görə, “ağu” 
(“Mehriban”) deyə çağırırdılar. Deyilənə görə, həmin Aranın nəslindən olan məşhur 
və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti, Girdiman, Tsvod 
və Qarqar knyazlıqlarında yaşayan xalqlar da həmin Aranın oğullarının nəslindəndir” 
(10, 19). 
 “Alban” terminini izah etməyə çalışan V. Qukasyan yazır ki, A.A. Bakıxanov 
özünün “Gülüstani-İrəm”  əsərində Quba rayonu ərazisindəki Alpan kəndinin adını 
“Alban” adı ilə eyniləşdirirdi. Sözlərinə davam edən müəllif yazır: “Nəzərə almaq 
lazımdır ki, Azərbaycan Respublikasının müxtəlif rayonlarında Alpout adlı kəndlər 
də vardır” (11, 74). Alpan yer adına “Dərbəndnamə”də də rast gəlinir (12, 30). Bu 
adların kökündə “alp” sözü durur. Məlum olduğu kimi, Firdovsinin “Şahnamə” 
əsərində  də adı tez-tez çəkilən turanlıların başçısı  Əfrasiyab türkdilli xalqlar 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə