Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə136/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   132   133   134   135   136   137   138   139   ...   156
    Bu səhifədəki naviqasiya:
  • SUMMARY

Səbinə Ələsgər qızı Nemətzade
  
334 
Sonda qeyd etmək lazımdır ki, Müshəf təzyinatında istifadə edilən motivlər 
içərisində bestiar motivlərə rast gəlmək mümkün deyil. Yarı üslublaşdırılmış və ya 
xəyal məhsulu olan bestiar motivlər Qurani-Kərimə qarşı duyulan və göstərilən 
hörmət səbəbi ilə heç bir dövrdə müshəf təzhibində istifadə edilməmişdir.  
 
 
ƏDƏBİYYAT 
 
1.  AKGÜN, Banu., Türk Süsleme Sanatın`da Hatailer . 
http://www.ayk.gov.tr/wp-content/uploads/2015/01/AKG%C3%9CN-Banu-
T%C3%9CRK-S%C3%9CSLEME-SANATINDA-HATA%C4%B0LER.pdf 
2.  Ayla Ersoy. Türk tezhip sanatı. İstanbul, 1988, (95 s). 
3.  Hamide Nur Özsoy Tezhip Sanatinda Kullanilan Bitkisel Motiflerin 
Kökenleri. Fatih Sultan Mehmet Vakif Üniversitesi Güzel Sanatlar Enstitüsü 
Geleneksel Türk Sanatlari (Tezhip) Anasanat Dali (Yüksek Lisans Tezi) İSTANBUL 
2013, (s.201) 
4.  İlhan Özkeçeci, Şule Bilge Özkeçeci, Türk Sanatında Tezhip, Seçil Ofset
İstanbul 2007, (312 s) 
5.  İnci Ayan Birol Tezhip. İslam Ansiklopedisi. cilt 41, DİA,  İstanbul 2012, 
(s.617) 
6.  İnci Birol, Çiçek Derman, Türk Tezyîni Sanatlarında Motifler, Kubbealtı 
Neşriyat, İstanbul 2005, (s.206). 
7.  Metin Sözen, Uğur Tanyeli, Sanat Kavram ve Terimleri Sözlüğü, Remzi 
Kitabevi, İstanbul 1986, (s.291). 
8.  Mustafa Öztürk, “Konya ve Çevresinde Anadolu Selçuklu Dönemi 
Çinilerinde Kullanılan Bitkisel Motiflerin Dili ve Resim Eğitimi Açısından 
İncelenmesi”, Selçuk Üniversitesi SBE Basılmamış Yüksek Lisans Tezi, Konya, 
2008.  
9.  Şenay Alsan. Türk Mimari Süsleme Sanatlarında Mitolojik kaynaklı Hayvan 
Figürleri (Orta Asya’dan Selçuklu’ya). Doktora Tezi, Marmara Üniversitesi Türkiyat 
Araştirmalari Enstitüsü Türk Sanati Ana Bilim Dalı İstanbul, 2005, (s.290). 
 
 


Təzhib sənətində naturalist və bestiar motivlər
  
335 
 
РЕЗЮМЕ 
 
В статье рассматривается философско-эстетическая структура исламского 
искусства  Тазхиб.  В  статье  изложены  параметры  формирования  и  развития  в 
исламском  мире  натуралистических  и  бестиарных  мотивов,  относящихся  к 
этому искусству, и их различные формы. Также была представлена подробная 
информация о философии и символике этих мотивов. 
 
 
SUMMARY 
 
The article considers the philosophical and aesthetic structure of Islamic art 
Tazhib. The article describes the parameters of the formation and development in the 
Islamic world of naturalistic and bestial motifs related to this art, and their various 
forms. Also, detailed information was provided on the philosophy and symbolism of 
these motives.  
 



Kiçik yaşlı məktəblilərin emosional dəyişkənliyinin formalaşmasında ailənin rolu
  
337 
 
 
KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL DƏYİŞKƏNLİYİNİN 
FORMALAŞMASINDA AİLƏNİN ROLU 
 
Gülnarə Həsənova  
Psixologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Slavyan Universiteti 
e-mail gulya_psy@mail.ru 
 
 
Açar sözləri: ailə, tərbiyə üslubu, korreksiya, həyəcan 
Keywords: familyparenting style, correction, anxiety 
Ключевые слова: семья, стиль воспитания, коррекция, тревожность  
Rəyçi: prof. E.M.Quliyeva, dos. Z.S.Məcidova 
 
Uşağın formalaşması  və inkişafında  əsas amillərdən biri ailədir.
  Cəmiyyətin 
mühüm təsisatlarından biri sayılan ailədə həyat əhəmiyyətli dəyərlər formalaşır. Ailə 
daxilində baş verən bütün mənfi tendensiyalar, uşağın şəxsiyyətində öz əksini tapır və 
onun emosional aləmindəki dəyişikliklərə, davranışındakı pozuntulara səbəb olur. 
Tədqiqatın aktuallığı böyüməkdə olan nəslin formalaşması  və  tərbiyəsində 
valideynlərin rolunun artması ilə bağlıdır. Cəmiyyətin bütün sahələrində baş verən 
dəyişikliklər - müasir texnologiyalar, ümumdünya qloballaşması, inteqrasiya və s. ailə 
problemlərindən yan keşmir,  ər-arvad, valideynlər və  uşaqlar arasındakı 
münasibətlərə  də  təsir edir. Uşaqların düzgün tərbiyə olunması problemi, uşağın 
psixologiyası haqqında bilik, onun fərdi yaş xüsusiyyətləri, məktəbdə  uşaq və 
həmyaşıdları arasında baş verən proseslər, pedaqoji psixologiya haqqında ümumi 
təsəvvürlər və s. minimum məlumatlardır ki, valideynlər bilməlidirlər. 
Qeyd etmək lazımdır ki, problemin nəzəri aspektləri ilə Rusiyada, xaricdə  və 
Azərbaycanda da bir çox alimlər, müəllimlər, psixoloqlar, məşğul olublar. Ailədaxili 
problemlərin mənfi təsiri, uşaqlarda nevrotik simptomların, təcavüz, ya da əksinə 
özünəqapanma faktını psixologiya elmi qeyd-şərhsiz qəbul edir. Ailədə problemlərin 
mövcud olması, bir valideynin ailəni tərk etməsi, daimi çəkişmələr, münaqişələr, 
uşağın tərbiyə olunmasında ardıcıllığın pozulması, valideynlərin qeyri-adekvat 
davranışı, valideynin uşaqla ünsiyyətinin olmaması  və s. bütün bunlar sonradan 
uşağın psixi sağlamlığında dəyişikliklərə gətirib çıxarır. 
T.M.Mişina [14], A.S.Spivakovskaya [17], L.A.Petrovskaya [12] kimi alimlərin 
işlərində ailənin uşağda həyəcan, qorxu hisslərinin inkişaf prosesinə  təsir edən 
problemlər öyrənilmiş və ailə, ailədəki nifaq, ailədə hökm sürən mənfi mühit, uşağı 
tərbiyə etmə bacarığının olmaması və s. kimi əsas səbəblər açıqlanmışdır. A.Adler 
«Xarakterlər haqqında elm» əsərinin giriş hissəsində yazırdı: «Valideynlərin 
əksəriyyəti  şikayət edərək bildirirdilər ki, öz uşaqlarını  dərk edə bilmirlər və eyni 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə