Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə135/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   131   132   133   134   135   136   137   138   ...   156

Səbinə Ələsgər qızı Nemətzade
  
332 
 XV əsrin sonlarından etibarən müshəflərin surə başı təzhiblərində, kiçik çiçəkli 
ot kümələri şəklində görülən yarı stilizə edilmiş çiçəklər, XVII əsrin ikinci yarısından 
bağça çiçəkləriylə əvəz olundu. (6, 113) 
Naturalist çiçəklər  
Naturalist kəliməsi, ümumiyyətlə hər növ sənətdə və hər bir dövrdə, ələlxüsus 
rəsm və heykəllərdə  təsvir olunan reallığı  təbiətə  sədaqətlə  əks etdirmək məqsədi 
güdən bədii anlayışları, bu anlayışla çalışan sənətkarları  və bu istiqamətdə ortaya 
qoyulmuş əsərləri xarakterizə edir. Naturalizm isə, incəsənət əsərində təbii reallığı heç 
bir dəyişiklik etmədən üslublaşdırıb, idealizasiyasız təsvir etməyi məqsəd güdən 
anlayışdır. (7, 171) 
XVI əsrin birinci yarısından başlayaraq XVII əsrin sonlarına qədər çox istifadə 
olunmuş natualist bitki motivləri yetkin bir sənət anlayışını göstəririr. Klassik Türk 
bəzəməsi olaraq adlandıra biləcəyimiz bu dövrdə üslublaşdırılmış naturalist çiçək 
motivləri istifadə edilmişdir. Lalə, qızılgül, qərənfil, sünbül, bənövşə, nərgiz, haseki 
küpesi (akvilegiya) kimi çiçəklər, Yapon xenomelesi (Yapon heyvası), sərv ağacı, 
üzüm yarpaqları kimi bitkilər yeni bir üslub yaradmışdır. (2, 20) 
XVI əsrin birinci yarısından başlayaraq XVII əsrin sonlarına qədər çox istifadə 
olunmuş natualist bitki motivləri yetkin bir sənət anlayışını göstəririr. Klassik Türk 
bəzəməsi olaraq adlandıra biləcəyimiz bu dövrdə üslublaşdırılmış naturalist çiçək 
motivləri istifadə edilmişdir. Lalə, qızılgül, qərənfil, sünbül, bənövşə, nərgiz, “haseki 
küpesi” (akvilegiya) kimi çiçəklər, Yapon xenomelesi (Yapon heyvası), sərv ağacı, 
üzüm yarpaqları kimi bitkilər yeni bir üslub yaratmışdır. (2, 20) Qeyd etmək lazımdır 
ki, İslam sənətində lalə Allahı, qızılgül Hz.Peygəmbəri simvolizə edir. 
Ağaclar və meyvələr 
Yarpaqlarda və çiçəklərdə olduğu kimi olduqca çox çeşidləri olan ağac 
motivlərinin Türk-İslam əlyazmaçılığında mühüm bir yeri vardır. Üslublaşdırılmış və 
ya yarı üslublaşdırılmış şəkildə çəkilmiş bu ağaclar arasında ən çox istifadə olunanlar 
sərv, xurma, həyat ağacı, meyvə  ağacları  və Yapon xenomelesidir. Yapon 
xenomelesinə ruslar “Yapon heyvası”, Türklər isə “bahar dalları (budaqları)” deyirlər. 
Həyat ağacı  qədim dövrlərdən bəri bir çox mədəniyyətlərdə ölümsüzlük ifadə 
edən bir motivdir. İslam sənətində yer tapan həyat ağacına fərqli anlamlar vermişlər. 
Quranda Həzrəti Məhəmmədin Merac əsnasında  ən üst qatda yer alan Sidrətül-
Müntəhaya, yəni məxluqat aləminin son nöqtəsinə  qədər yüksəldiyi anladılır. 
Peyğəmbərin çatdığı Sidrətül-Müntəhadan sonra Cənnətül-mə`va yer alır, bu 
müqəddəs ağacda insan bilgisi sona çatır. (4, 80; 3, 50) 
 
Sərv ağacının fərqlı anlayışlar ifadə etdiyi bilinir. Bir nərdivan vəzifəsi 
gördüyünə, ruhun Allah qatına yüksəlişini təmsil etdiyinə inanılır. Ayrıca, xalq 
arasında incə və uzun boylu sevgiliyə bənzədilir. Dik duruşu ilə vəhdəti, yəni birliyi 
təmsil edir. 
Allah kəlməsinin ilk hərfi olan “Əlif”ə  də  bənzədilən sərv ağacının rüzgarda 
əsdikcə “Hu” səsi çıxartdığı söylənir. Bundan əlavə təsəvvüfdə səbrın simgəsidir.  


Təzhib sənətində naturalist və bestiar motivlər
  
333 
Türk bəzəmə sənətlərində sevilərək istifadə edilən nar motivi, bütövlükdə dün-
yanı, içindəki dənələr insanları, aralarındakı pərdələr dünya üzərindəki insan qrup-
larının din, irq ayrı-seçkiliyinə baxmayaraq bir bütünü meydana gətirdiklərini simvo-
lizə edir. Nar, əbədi həyat, qüdrət simvolu və cənnət meyvəsidir. Saysız tumları bol-
luğu, bərəkəti ifadə etmək üçün də istifadə edilən bir motiv olmuşdur. (8, 33; 3, 50) 
Xurma ağacının yer ve göy üzü arasında bir əlaqə nöqtəsi olduğu düşünülmüşdür. 
Cənnəti, Həcci və Kəbəni xatırlatdığı üçün də rəsm edilmişdir. (3, 50) 
Çiçək açmış meyvə  ağacları albalı,  ərik, badam, şaftalı, alma ağaclarının 
çiçəklənmiş budaqlarıdır. XVI əsrdən etibarən istifadə edilməyə başlanmışdır. Qışda 
qurumuş budaqların baharla yaşıllaşması və çiçək açması axirət və cənnət inancının 
təsviri olaraq düşünülmüşdür. (3, 51) 
Bestiar motivlər: Bestiar (zoomorf, heyvani çıxışlı) motivlər iki qrupdur. Bunlar 
Orta Asiyadan gələn simurq (zümrüdü-anka), əjdaha və kilin (əjdaha atı) kimi 
tamamilə  xəyal məhsulu heyvan motivləriylə yanaşı maral, ceyran, aslan, pars, 
dovşan, quş, balıq, leylək kimi qismən üslublaşdırılaraq, xüsusiyyətlərini və adını 
qorumuş heyvan motivləridir. (5, 61) Qeyd etmək lazımdır ki, xəyal məhsulu olan 
bestiar motivlərə təzyinatda tez-tez rast gəlinir. 
Əjdaha 
Türklərdə əjdər (əjdaha) – ilan ilə timsaha yaxın cinsdən olan bir heyvanın fərqli 
heyvanlarla birləşməsindən meydana gəlmiş  məxluq  şəklində canlandırılır.  İsti 
mövsümdə quş kimi göy üzünə uçduğu, payızda isə su ilanı, timsah kimi yerin altında 
gizləndiyi və ya sularda gəzdiyi qəbul edilir. Çin qaynaqlarında yer alan əjdaha əsasən 
sarı rəngdə olub, imperatorluğun, taxt-tacın, səltənətin, gücün simvolu olmuşdur.  
 Əjdaha qoruyuculuq, ahəng, hərəkət, göy üzü və kainat kimi təsəvvür edilə bilən 
müxtəlif simvolik mənaları daşıyır. Bütün bu simvolik mənaların ortaq nöqtəsi isə 
əjdahanın kosmik bir fiqur olmasıdır. Orta Asiya inancında, kainatın təmsilçisi olaraq 
qəbul edilən əjdaha, göy qübbəsinin nizamını təmin etməyə mükəlləfdir. 
 
Əjdaha gecə və qaranlığı simvolizə edən ayı udmaqla günəşin qalib gəlməsini və 
xeyrin  şər üzərindəki zəfərini ifadə edir. Əjdaha Türk-İslam  əlyazmalarında bütün 
dövrlər üzrə çox rastlanan motivlərdəndir.  İki  əjdaha göy üzünü ifadə edir. İki 
əjdahanın başqa mifolojik, təxəyyül məhsulu olan motivlərlə birlikdə  işlənən 
kompozisiyaları da az deyildir. (9, 7-8) 
Simurq. Simurq sözünün farscadan tərcüməsi “otuz quş”dur. Otuz ayrı quşun 
xüsusiyyətlərini daşıdığına inanırlar. Simurq dövlət quşu olaraq da tanınır. Gövdəsi 
olduqca iri, rəngli ehtişamlı quyruqlu, güclü bir quşdur. Hətta əjdaha ilə mübarizə edə 
biləcək qədər çox gücə malikdir. İnsan kimi danışan, son dərəcə rəngli və bəzəkli bir 
quş olan simurqun, oddan və günəşdən yaradılmış olduğuna inanılır. Simurq, tovuz 
quşu, qrif, aslan və itin ortaq xüsusiyyətlərinə sahib olaraq da səciyyləndirilir.
 
(9, 91) 
Simurq, bir çox mifoloji hekayə və nağılda qarşımıza çıxan, qartal başlı və caynaqlı, 
geniş  ağızlı, quyruğu uzun qıvrımlı, xallı gövdəli, saqqallı  və pipikli olaraq 
ifadələndirilən ikonografik bir motivtir. (9, 9) 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə