Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə131/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   127   128   129   130   131   132   133   134   ...   156

İbrahimova Diyanə Rəşid qızı
  
322 
Moda öz dövrünün aynası olmaqla insanların ictimai-siyasi həyatını, 
iqtisadiyyatda məhsuldar qüvvələrin səviyyə  və xarakterini, dövrün daha parlaq 
hadisələrini, müasir insanın ən mühüm mədəni və elmi nailiyyətlərini, vərdişlərini və 
psixologiyasını, onun estetik ideal barədə təsəvvürlərini əks etdirir. Cəmiyyətin maddi 
mədəniyyətinin bir hissəsi olan və insanların estetik görüşlərini əks etdirən modanın 
yaranması olduqca mürəkkəb prosesdir [1]. 
Moda cəmiyyətin inkişaf dinamikasını müəyyən edən müasir insan cəmiyyətinin 
əsas komponenti kimi nəzərdən keçirilir. Moda tədqiqatçılarının çoxu modanı kütləvi 
davranışla  əlaqələndirərək izahını verirlər. Psixoloq Z.Petrovun fikrincə, moda - 
sosial informasiyanın işlənməsinin xüsusi üsulu, yeni meyarıdır [2, s.156]. Sosial 
psixoloq E.Boqdanus isə modanı insanların  əksəriyyətinə xas olan yeniliklərə 
münasibət bildirmənin növü kimi qeyd edərək, yeni hərəkət və düşüncə  tərzi kimi 
seçim obyektlərinin vaxtaşırı dəyişməsində özünü büruzə verdiyini bildirir [3, s.16]. 
Məşhur filosof B. Spinozaya görə isə “moda” subyektin bütün vəziyyətini əhatə edir. 
Bununla belə əşyaların sonsuz çoxluğu və dəyişən keyfiyyətləri var. Daha sonra bu 
terminlə gündəlik həyat, davranış, geyim, saç düzümü və s. kimi dəyişikliklərin təza-
hürünü müəyyən etməyə başlanmışdır [4, s.98] Sosioloq A.Qofmanın fikrincə isə 
moda adət və sosial institutlarda yanaşı davranışın sosial tənzimləmə forması və bu 
tənzimləmənin sosial və psixoloji mexanizmidir. Moda – vaxtaşırı dəyişik və kütləvi 
davranış nümunələrinin dövri xüsusiyyətinə səbəb olan tənzimləyicidir [2, s.16].  
Nəzəri model yaratmaqla alimlər modanın strukturunun aşağıdakı elementlərini 
fərqləndirirlər: 
1. Moda standartları. Moda obyektləri vasitəsilə reallaşan standartlar-davranışın, 
hərəkətin üsulu və ya nümunəsidir. 
2. Moda obyektləri. Moda obyektləri material və qeyri-material ola bilər. Bura 
əşyalar, ideyalar, sözlərin və onların xüsusiyyəti daxildir. 
3. Moda dəyərləri. Moda standartı və ya obyekti dəbə düşürsə o dəbdə olur, moda 
dəyərini itirdikdə “dəbdən düşür”.  
4.Dəbli davranış. Davranış standart, obyekt və moda dəyərlərinə yönəlmiş 
axırıncı moda elementidir. 
Modanın strukturu üç dəyər səviyyəsi ilə təmsil oluna bilər:  
a)  Standartların və obyektlərin dəyər aspektləri;  
b)  Atributiv ("daxili") dəyərlərin səviyyəsi;  
c)  Əhəmiyyətli ("xarici") dəyərlər səviyyəsidir. 
Modanın atributiv dəyərləri arasında müasirlik, universallıq (və ya diffuzluq) və 
nümayişkəranalıq fərqləndirilir. Modanın fəaliyyət göstərdiyi sosial sistemlərin xa-
rakterik xüsusiyyətləri dinamizm, açıqlıq, zəiflik, sosial fərqlilik və hərəkətlilikdir [3, 
s.45].  
Moda dəyərinin atribut (daxili) mahiyyətini daha geniş şəkildə nəzərdən keçir-
dikdə görə bilərik ki, modanın strukturunda əsaslı dəyər müasirlik sayılır. “Müasir” 
kimi dəyərləndirilən hər hansı bir şey, adətən təsəvvürümüzdə müsbət assossasiyalar 
yaradır. Müasirlik mütərəqqilik ilə yanaşı  dəyişməyə  və yaradıcılığın dəyişməsinə 


Moda dəyərlərinin psixoloji təhlili
  
323 
hazırlıq kimi assossiasiya olunur. Lakin müasirliyin yüksək qiyməti heç də universal 
deyildir, o tarixi məhsulu təmsil edir. Demək olar ki, müasirliyin dəyəri tarixin 
vərəsəsidir. 
Ümumiyyətlə, mədəni ənənə modalı standartların aldıqları əsas mənbələrdən bi-
ridir, lakin standartların  ənənədən  əldə etdiyi yuxarıda göstərilən moda dəyərləri, 
xüsusən də müasirlik dəyərlərini işarə edir. Xapuqinanın “müasirlikdən geri qalma-
maq üçün mən köhnənin dalınca qaçıram” sözlərilə müvafiq situasiyanı daha dəqiq 
ifadə etmək olar [4,s.73]. 
Müasirliyin dəyərləri sayəsində “köhnə” aktuallaşır, “keçmiş”i ifadə etməklə 
“hazırkı” işarə edilir. Belə  işarə etmənin imkan dərəcəsi, modanın spesifikliyinin 
sosial və mədəni dövrü ilə izah edilir. Əgər ənənə vasitəsilə davranışın nizamlanması 
nümunələri arasıkəsilmədən meydana gəlirsə, demək moda vaxtaşırıdır. Belə hallarda 
dövrün iki tipi ilə rastlaşmaq olar: ənənədə –arası kəsilməyən və modada – vaxtaşırı 
dövrlər. Modalı dövrün vaxtaşırı olması modada sosial yaddaşın xüsusiyyəti ilə 
bağlıdır, buna əvvəlki moda standartların “yaddan çıxması” və moda dəyərlərinin 
yada düşməsi təsir göstərir. Bu moda iştirakçılarına təkcə köhnələrin qəbul olun-
masına deyil, həm də yaddan çıxmış  mədəni nümunələrdən yenidən istifadə edil-
məsinə imkan yaradır. Əgər standart və obyektlər sahəsində, “köhnə”, atribut dəyərlər 
sferasına daxil olaraq oradan müasirliyi sıxışdırıb çıxarırsa, moda standartlar ənənə 
standartına, moda isə transformasiyaya çevrilir. 
Müasir dövrdə tarixi xassəli dəyərin qəbul edilməsi, insanın “təbii” yeniliyə meyl 
etməsi kimi moda traktovkasının  əleyhinədir. Buna bənzər traktovka kifayət qədər 
geniş yayılmışdır. Belə ki, sosial psixoloq E. Boqardusun fikrincə: “Modada insanın 
yeni təcrübəyə meyl etməsinin mühüm əhəmiyyəti vardır. İnsanlar köhnədən bezir və 
ehtirasla yeniliyə can atır” [2, s.278]. Alman sosioloqu R. Keninq insanın yeniliyə 
cəhd göstərməsini ona xas olan xassə kimi təsvir edərək, modanın insanların ma-
raqlarını təzahür edən formalardan biri olmasını qeyd edir [4, s.123]. Əlbəttə, yeniliyə 
doğru meylin insanların həyat fəaliyyətindəki mühüm rolunu, eləcə də monotonluğun 
əsəb sisteminə və psixologiyaya göstərdiyi mənfi təsirləri inkar etmək olmaz. Mo-
danın meydana gəlməsində bu faktorların müəyyən əhəmiyyəti vardır. Lakin bunlar 
modanı izah edə bilmirlər.  
Modada “yeniliyə” müasirlik dəyərinin bir ifadəsi kimi, modalı davranış motivi 
səviyyəsində baxılmalıdır. Bundan başqa moda istirakçıları müasirlik dəyərinin 
ifadəsi və bilavasitə dərk edilən dəyər kimi, həmçinin “mütərəqqilik”, zövqün təkmil-
ləşdirilməsi və s. formalarda iştirak edirlər.  Əgər  ənənə keçmişə söykənərsə, onda 
modada müasirliyə müraciət etmək bu və ya digər formada, bu və ya digər davranış 
nümunəsinin qəbul edilməsi və ya əks etdirilməsi üçün əsas arqument kimi çıxış edə 
bilər. Əslində müasir olmaq – öz dövrü ilə birgə addımlamaq deməkdir. 
 Modanın digər daxili dəyəri onun universallığı və ya diffuzluğudur. Daxili də-
yərin müasirliyin dəyəri ilə eyni olmasına baxmayaraq o geniş yayılmamışdır. Fransız 
sosial - psixoloq Qabriel Tard modanın universallıq dəyərinin müasirliyin dəyərinə 
olan nisbətinin təhlilinə xüsusi diqqət yetirərək, apardığı təhlil zamanı “universallıq” 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə