Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə127/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   123   124   125   126   127   128   129   130   ...   156

Leyla Nəbiyeva
  
310 
1.  Sözləşməyə görə, Türkiyənin iştirak etdiyi müharibələrdə xarici ölkələrin 
ticarət gəmiləri ancaq müəyyən qeyd və şərtlərə uyğun olaraq Türkiyə boğazlarından 
keçə bilərlər. ABŞ hökümətinə görə isə bütün ölkələrin gəmiləri sülh şəraitində 
olduğu kimi, müharibə şəraitində də Süveyş və Panama kanallarına bənzər bir şəkildə 
Tükiyə boğazlarından keçə bilərlər. 2 Montre sözləşməsinə görə müharibə zamanı, 
müharibə  iştirakçısı olan ölkələrin hərbi gəmiləri boğazlardan keçə bilməz. ABŞ-a 
görə isə Qaradəniz sahilyanı ölkələrin hərbi gəmiləri hər zaman boğazlardan sərbəst 
keçə bilər. 3Qaradənizin sahilyanı olmayan ölkələrin hərb gəmiləri sülh zamanı yalnız 
bəzi qeydlər və şərtlər əsasında boğazdan sərbəst keçə bilərlər. ABŞ-a görə bu maddə 
də dəyişdirilməli və sülh şəraitində Qaradənizə çıxışı olan ölkələrin icazəsi olduğu 
təqdirdə, ABŞ-ın adına göndəriləcək hərbi gəmilərdən başqa, Qaradəniz sahili 
olmayan dövlətlərə  də türk boğazları qapalı olmalıdır. 4Müqavilədəki Millətlər 
Cəmiyyəti yazısı, günün tələblərinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatıdeyimi 
ilə  əvəz olunmalı  və Yaponiya bu Konvensiyanı imzalayan dövlətlər arasından 
çıxarılmalıdır. 
Buradan çıxan nəticə, ABŞ-ın Boğazlar statusunda əhəmiyyətli dəyişikliklər 
etmək fikrini artıq geridə qoymuş olmasıdır. Amerika Birləşmiş Ştatları, Türkiyəyə 
göndərdiyi notanın bir nüsxəsini ingilis hökumətinə göndərdi. Türkiyə Respubli-
kasının baş naziri Şükrü Saraçoğlu, 5 dekabr 1945-ci ildə, Türkiyənin Amerika 
Birləşmiş  Ştatları notasıyla  əlaqədar düşüncəsini açıqladı  və Türkiyənin Amerika 
Birləşmiş Ştatlarının konfrans təklifinə müsbət baxdığını, bu konfransda Amerikanın 
iştirakının zəruri olacağını bəlli etdi. Beləliklə, Türkiyə Boğazlar məsələsində SSRİ-
yə qarşı tək qalmaqdan xilas olmağa başladı. 
Boğazlar mövzusundakı fikri dəyişməyə başlayan Amerika Birləşmiş Ştatlarının, 
Postdam Konfransından qısa bir müddət sonra, Sovet ittifaqının Türkiyədən torpaq 
tələbləri ilə bağlı fikirləri də  dəyişdi və Türkiyənin torpaq bütövlüyü ilə 
maraqlanmağa başladı. Bunun da əsas səbəbi, yuxarıda qeyd olunduğu kimi, SSRİ-
nin İrana tətbiq etdiyi təzyiq, İran neftinin SSRİ-nin nəzarəti altında girməsi, qısacası 
Orta Şərqdəki yeni hadisələr idi. 
ABŞ-ın hərb gəmisi Missorinin Türkiyəyə gəlməsi:ABŞ ilə Türkiyə arasındakı 
münasibətlərin inkişaf dönəmində, 1944-cü ildə ABŞ-da vəfat edən Türkiyənin 
ABŞdakı  səfiri Münir Ertegünün cənazəsinin Türkiyəyə göndərilməsi mövzusu 
gündəmə gəldi. Amerika Birləşmiş Ştatları, 6 Mart 1946-cı ildə, Münir Ertegün'ün 
cənazəsinin Amerika Donanmasının ən böyük döyüş gəmilərindən biri olan Missouri 
döyüş  gəmisi ilə  İstanbula göndərilməsinə  qərar verdi və  gəminin Mart ayının 
sonlarına doğru Nyu Yorkdan yola çıxacağını bildirdi. Elə həmin gün ABŞ, SSRİ-yə 
İrandan dərhal çəkilməsi üçün ultimatum göndərdi. Vəfat edən diplomatlarının 
cənazələrinin ölkələrinə savas gəmiləriylə göndərilməsini normal bir nəzakət qaydası 
hesab etməklə yanaşı, bunun üçün ABŞ donanmasının ən böyük gəmilərindən birinin 
seçilmiş olması ilk başda siyasi dairələrdə  təəccüb yaratdı. Halbuki, bu hərəkətin 
SSRİ-yə qarşı bir hərəkət olduğuna  şübhə yox idi. Sovetlər Birliyinin İran 
məsələsindəki narazı  rəftarını görən Amerika Birləşmiş  Ştatları Donanma naziri 


XX əsrin 40-50-ci illərində SSRİ-nin Türkiyə siyasəti
  
311 
Forrestal, 1945-ci ilin sonlarında Aralıq dənizinə  əhəmiyyətli bir dəniz qüvvəsi 
göndərilməsini təklif etmişdi. Missorinin Ertegünün cənazəsini aparmaq məqsədiylə 
Aralıq dənizinə göndərilməsi, əslində ABŞ-ın SSRi-yə qarşı rəftarının pisləşdiyinə bir 
işarə idi. Missorinin gəlişi Türkiyə xalqının və idarəçilərin üzərində  təsirini başa 
düşmək üçün o günlərdə  qəzetlərdə yazılanları oxumaq kifayət idi. Məsələn, 
Missurinin Türkiyəyə gələcəyinin elan olunduğu 6 Mart 1946 tarixindən iki gün sonra 
yəni, martın8-də “Cumhuriyet” qəzeti, bütün diplomatların cənazələrinin öz 
ölkələrinə kreyserlə göndərildiyini bildirmiş,Ertegünün cənazəsinin gətirilməsi üçün 
isə ABŞ donanmasının  ən böyük və  məşhur gəmilərindən birini seçməsi ABŞ-ın 
Türkiyəyə qarşı “dostluq əsəri” göstərmək istədiyini yazmışdır. (Ülman, 1961: 73-74) 
Türk qəzetləri ilk gündən etibarən Missorinin Türkiyəyə göndərilməsinin ABŞ-
ın SSRİ-yə qarşı bir hücum olduğunu işarə edirdilər. “Son Posta” qəzeti 9 mart 
buraxılışında Amerikanın Aralıq dənizində  də böyük bir dəniz gücü olduğunu 
göstərmək məqsədində olduğunu və bunu bütün dünyaya isbat etmək istədiyini 
yazmışdı. Ertegün'ün cənazəsi, 23 Mart 1946 günü rəsmi mərasimlə Vaşinqtondan 
keçirildikdən sonra Nyu-Yorka gətirildi. Cənazə eyni gün Missoriniyə yerləşdirildi və 
Missorini mərasimlə Amerikadan yola salındı. Missorinin qarşılanması üçün 
Türkiyədə böyük hazırlıqlar başladı, poçt pulları  çıxardıldı, küçələr təmizləndi, 
prospektlərə bayraqlar asıldı, hətta xüsusi "Missouri siqaretlər" belə istehsal olundu. 
Türk mətbuatına görə Amerika artıq dost idi. Dünyanın ən güclü milləti olan Amerika, 
bu gücünü yalnız insanlıq və  mədəniyyətşərtlərinə görə yaxşı niyyətlə istifadə 
etməkdə idi.ABŞ-ın Missorini gəmisi “Son posta” qəzetinin “Xoş  gəldin Missori” 
başlıqlı xəbərində yazdığı kimi 5 aprel 1946-cı ildə saat 8-də İstanbula çatdı. Gəlişi 
ilə ABŞ prezidenti Trumanın Türkiyə prezidenti İsmet İnönüdən və Türk xalqından 
möhkəm dostluq gözlədiyi” mesajını  gətirən Missouri ziyarətiylə Türkiyə-ABŞ 
münasibətlərində nəzərə çarpan bir iz buraxdı. 
ABŞ-Türkiyə  əlaqələrinin yön dəyişdirməyə başladığını göstərən bir başqa 
yenilik də, ABŞ prezidenti Trumanın Missorinin İstanbula çatdığı günü Çikaqoda 
etdiyi "Ordu çıxışı" oldu. Truman, bu çıxışında Amerikanın xarici siyasətinin yeni 
istiqamətini vurğulayır və qüvvətli bir dövlət olmanın Amerikanın məsuliyyətlərini 
artırdığını, bu məsuliyyətlərdən yayınmanın millətlərarası güvənə böyük bir xəyanət 
olacağını söylədi. Ancaq, Trumanın çıxışında Türkiyədə  ən çox diqqət çəkən Orta 
Şərqin vəziyyəti ilə  əlaqədar olan qismi idi. ABŞ, Boğazlarla yanaşı Türkiyə 
torpaqlarının bütünlüyünü də müdafiə etməyə başladı. 
Missorinin gəlişi ilə yanaşı, Türkiyə ABŞ münasibətlərinin inkişafını təmin edən 
əsas səbəblərdən biri də 1946-cı il 7 mayda qəbul edilmiş razılaşmaya əsasən ABŞ-ın 
II Dünya müharibəsi  ərəfəsində Türkiyənin “Borc vermə  və icarə aktı” vasitəsilə 
aldığı borcları silməsi oldu. Beləcə ABŞ, eynilə Avropadakı bənzər müttəfiqləri ilə 
razılaşmalaya gəldiyi kimi, müharibə sonrasında iqtisadi böhrandan keçməkdə olan 
Türkiyənin çiyinlərindən də ağır bir yük qaldırmış oldu. 
1.  Cüneyt Akalın, Soğuk savaş ABD ve Türkiye, olaylar belgeler (1945-1952) 
İstanbu: Kaynak yayınları, 2003 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə