Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə129/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   125   126   127   128   129   130   131   132   ...   156

p.e.d., dosent Elnarə Əhməd qızı Əhmədova
  
316 
Müasir elmi-tədqiqat  ədəbiyyatlarının təhlilinə  əsaslanaraq “çətin uşaqlar” 
anlayışının məzmununu təşkil edən üç mühüm əlaməti göstərmək olar. Birincisi, uşaq 
və ya yeniyetmədə normadan kənar davranışın mövcud olması.  İkincisi, “çətin” 
məktəblilər qrupuna davranış qüsurları çətinliklə islah olunan uşaq və yeniyetmələrin 
daxil edilməsi. Bununla əlaqədar, “çətin uşaqlar” və “pedaqoji nöqteyi-nəzərdən 
baxımsız qalmış uşaqlar” terminlərini ayırmaq lazımdır. Əlbəttə, bütün çətin uşaqlar 
pedaqoji nöqteyi-nəzərdən baxımsız qalmış  uşaqlardı. Lakin pedaqoji nöqteyi-nə-
zərdən baxımsız qalmış uşaqların hamısı heç də çətin uşaqlar deyil: onlardan bəziləri 
nisbətən asanlıqla yenidən tərbiyə olunur. Üçüncüsü, “çətin uşaqlar” fərdi yanaşmaya, 
valideyn və müəllim diqqətinə, bütövlükdə ətrafdakıların xüsusi qayğısına ehtiyacı 
olan uşaqlardır. Onlar bütövlükdə pis, islaholunmaz uşaqlar deyil, onlar sadəcə 
ətrafdakıların xüsusi diqqətinə və şəfqətinə ehtiyacı olan uşaqlardır (9, s.140). 
“Çətin” uşaqlar məfhumu öz mənşəyinə görə pedaqoji praktika sayəsində 
yaranmış, və ilkin olaraq uşaq inkişafından kənara çıxan bütün hadisələri özündə 
ehtiva edirdi. Sonrakı birgə elmi-praktiki axtarışlar prosesində yeni istiqamətlər 
aşkarlanmış, islaholunmazlığın psixoloji və pedaqoji bir hadisə kimi predmeti bir daha 
dəqiqləşdirilmiş  və  dərinləşdirilmişdir. Müasir pedaqoqların, psixoloqların, hü-
quqşünasların və  təbiblərin  əsərlərində  uşaq islaholunmazlığına dair növlərinin 
mahiyyəti və meyarları, onların fərqləndirilməsi dərin və  hərtərəfli  şəkildə  təhlil 
olunur, onun səbəbləri açıqlanır. 
Belə ki, yeniyetmələrin aparıcı fəaliyyətinin xarakteri, onların inkişaf səviyyəsi 
və mənfi xüsusiyyətlərinin təzahürlərini, habelə onlara tətbiq olunan tipik tərbiyəvi 
təsir metodlarını nəzərə alaraq, M.A.Alemaskin yetkinlik yaşına çatmayan şagirdlərdə 
normadan kənara çıxan davranışın strukturunu hazırlamışdı. Həmin strukturda, 
“pedaqoji baxımdan pozğun”, “qanunu pozan” və “yetkinlik yaşına çatmamış cina-
yətkarlar”dan fərqli olaraq, “islaholunmaz uşaqlar” bir biri ilə bağlı iki meyar əsasında 
müəyyən edilir: nizam-intizamın periodik şəkildə pozulması və onların davranışının 
ailə və sinif kollektivi tərəfindən düzəlişinin prinsipial mümkünlüyü(2, s.87). 
Bundan başqa, M.A.Alemaskin çətin uşaqlar qrupunu aşkar edir ki, onların sinir 
sistemi, psixikası heç bir pozuntuya məruz qalmamış  və hansı bir xüsusi rejim və 
xüsusi  şəraitdə  tərbiyə olunmalarına ehtiyac duyulmur. Bu, L.S.Vıqotskinin qeyd 
etdiyinə görə, “kütləvi məktəbdə çətin uşaqlar”dır(6).  
Bir sıra psixoloji tədqiqatlarda yetkinlik yaşına çatmamış  şəxslərin daxili 
stimulları və zahiri normadan kənar davranış təzahürləri təsvir olunur. D.İ.Feldşteyn 
“çətin” yeniyetmələrin diferensiasiyasını apararkən üstün olan mənfi tələbatların 
xarakterini və onlara uyğun davranış təzahürlərini nəzərə alır. Bununla belə, hər bir 
tipoloji qrup üçün spesifik tərbiyəvi təsir vasitələri və islah etmə üsulları kompleks 
şəklində təqdim olunur(12). 
D.İ.Feldşteyn tərəfindən aparılmış qanunu pozan yeniyetmələrə dair tədqiqatlar 
göstərir ki, onların şəxsiyyətinin əxlaqi deformasiyasının əsasını bioloji xüsusiyyətlər 
deyil, ailə və məktəb tərbiyəsində olan nöqsanlar təşkil edir. Belə şagirdlərdə təhsilə 


Çətin yeniyetmələrin şəxsiyyət xüsusiyyətlərinin öyrənilməsinin nəzəri aspektləri
  
317 
qarşı marağın olmaması, faktiki olaraq məktəblə əlaqələrin itməsi müşahidə olunur, 
bu da onların həmyaşıdlardan 2-4 il təhsildən geri qalması ilə nəticələnir. 
Bununla belə, həmin geri qalma, idrak və digər mənəvi tələbatlarla yanaşı, psixi 
inkişafda normadan kənara çıxma kimi qiymətləndirilmir: yeniyetmələrin bu 
kateqoriyası normal əqli imkanlara malikdir və onların çoxsahəli fəaliyyət sisteminə 
məqsədyönlü  şəkildə qoşulması intellektual səviyyələrinin aşağı olmasını  və 
passivliyin müvəffəqiyyətlə aradan qaldırılmasını təmin edir(13). 
V.İ.Abramenko və A.İ.Seletski bir sıra “işlək” pedaqoji və patopsixoloji 
terminlərdən istifadə edərək islaholunmazlığın obyektiv şəkildə müşahidə olunan 
təzahürlərinin özünəməxsus tipologiyasını təqdim edirlər(1, s.42): 
1) qeyri-mütəşəkkil yeniyetmələr qrupu – “coşğun” və “coşğun-ehtiyatlı” 
yeniyetmələr; 
2) potensial qanun pozan yeniyetmələr qrupu – “geridə qalan”, “dəcəl”, 
“ərköyün”, “qaraqabaq”, “emosional baxımdan qanmaz” yeniyetmələr, “avaralar”; 
3) psixi baxımdan natamam yeniyetmələr qrupu – “orqanik”, “isterik”, “tez 
əsəbiləşən”, “affekt baxımdan qeyri-sabit psixopat”, “hiperseksual” yeniyetmələr. 
Q.Q.Boçkaryovanın tədqiqatlarında normadan kənar davranış islaholunmaz 
yeniyetmələrə məxsus mövqe baxımından nəzərdən keçirilir və onların etdikləri hər 
hansı bir nalayiq hərəkətə və ya hüquq pozuntusuna subyektiv münasibətlərindən asılı 
olaraq “peşman”, “konfliktsiz” və “arsız”lara bölünürlər(3). Adı çəkilən yeniyetmə 
tiplərinin hər biri nadir hallarda xalis şəkildə mövcud olur. Lakin müəllim 
yeniyetmənin öz davranışına qarşı münasibətində hansı tipə daha çox üstünlük 
verməsini müəyyən etdikdən sonra onu “daxildən” psixoloji korrektə etmək, yəni 
məqsədlər sistemini və dəyər istiqamətlərini yenidən təşkil olunması yolu ilə tərbiyəvi 
effektə nail olmaq imkanını əldə etmiş olur. 
“Çətin tərbiyə olunan” yeniyetmələrə dair təsnifatlar və tipologiyaların təhlili bu 
anlayışın psixoloji və pedaqoji məzmunu baxımından yüksək səviyyədə dolğun 
olduğunu göstərir. Tərbiyə olunan və tərbiyə verənin fəaliyyət motivləri, onların dəyər 
istiqamətləri və məqsədləri arasında olan psixoloji konflikt təsvir edilən hadisələrin 
əsasını  təşkil edir. Bu konflikt bir-biri ilə qarşıdurmada olan xarakterlərin, 
temperamentlərin, şəxsiyyət tiplərinin toqquşmasıdır(11). 
 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI: 
 
1.  Абраменко В.И., Селецкий А.И. Психолого-физиологическая типология 
трудных школьников и несовершеннолетних правонарушителей. – М.: Изд-во 
Всесоюз. ин-та по изуч. причин и разраб. мер предупреждения преступности. – 
1973. 
2.  Алемаскин  М.А.,  Потанин  Г.М.,  Науч.  ред.:  Анисов  М.И.Методика 
предупреждения  отклоняющегося  поведения  несовершеннолетних.  Учебное 
пособие. – М.: Изд-во МОПИ им. Н.К. Крупской, 1987.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə