Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə128/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   124   125   126   127   128   129   130   131   ...   156
    Bu səhifədəki naviqasiya:
  • RESUME

Leyla Nəbiyeva
  
312 
2.  Melih Aktaş. 150-1960 Demokrat parti dönemi türk-Sovyet ilişkilerinde 
Amerikan faktörü. 
3.  Fahir Armaoğlu. Belgelerle türk-Amerikan ilişkileri. Ankara 1991 
4.  Avcıoğlu Doğan. Ortadoğudakı harp. Ankara 1957 
5.  Поцхверия  Б.М.  Политика  Турции  в  арабских  странах // 
Международные  отношения  на  Ближнем  и  Среднем  Востоке  после  второй 
мировой войны (40–50-е годы). – М., 1974. 
6.  Tamkoç, Metin. The Warrior Diplomats. Guardians of the National Security 
and Modernization of Turkey. – Lake City, 1976. 
7.  Oran, B. (Ed.), (2002). Türkdışpolitikası: 1919-1980. (6.Basım).  İstanbul: 
İletişim 
8.  Sönmezoğlu, F. (2006). II. Dünya Savaşı’ndan günümüze Türk dış politikası. 
İstanbul: DerYayınları. 
9.  Ülman, H. (1991). Türk-Amerikanmünasebetleri. Ankara: SevinçMatbaası. 
10. https://kaynaklarlatarih.blogspot.com/2015/12/sarper-molotov-
gorusmesi.html (baxılma tarixi 20.02.2017) 
 
 
 


XX əsrin 40-50-ci illərində SSRİ-nin Türkiyə siyasəti
  
313 
 
XÜLASƏ 
 
Müharibədən sonra Sovet İttifaqı Türkiyənin genişlənmə siyasətinə  təhlükə 
yaratmağa başladı. 1945-ci ildə Sovet İttifaqı Türkiyədən boğazlarda donanma 
saxlamaq hüququ və Türkiyənin  şərqində torpaq tələbləri etməyə başladı. Türkiyə 
suverenlik hüququnu itirmişdi. Buna görə də, qəbul ediləbilməz şərtlər qarşısında tək 
mübarizə apara bilmirdi. Yardım üçün Türkiyə qərb ölkələrinə üz tutmağı qərara aldı. 
Bu məqalədə ABŞ-ın SSRİ-nin siyasətindən narahat olub necə Türkiyəyə yardım 
etmək qərarına gəldiyini araşdırılıb.  
 
 
RESUME 
 
After the war, the Soviet Union had become a threat to Turkey's policy of 
expansion. In 1945, the Soviet Union demanded the fleet on the Straits and the land 
on theeast from Turkey. Turkey had lost the right of sovereignty that is why colud not 
compete alone in the face of conditions that can not be accepted. Simultaneously 
Turkey wanted support from Western countries. In this reaserch we tried to find out 
how USA was anxious from the SSR policy and decided to help Turkey. 
 
 
PЕЗЮМЕ 
 
После  войны  Советский  Союз  начал  угрожать  политике  расширения 
Турции. В 1945 году Советский Союз предоставил Турции право держать флот 
в  проливах  и  требовать  земли  на  востоке  Турции.  Турция  потеряла  свой 
суверенитет.  Поэтому  он  не  мог  бороться  в  одиночку  при  неприемлемых 
обстоятельствах. Для помощи Турция решила отправиться в западные страны. 
В  этой  статье  рассматривается,  как  Соединенные  Штаты  были  обеспокоены 
политикой СССР и как он решил помочь Турции. 
 



Çətin yeniyetmələrin şəxsiyyət xüsusiyyətlərinin öyrənilməsinin nəzəri aspektləri
  
315 
 
 
ÇƏTİN YENİYETMƏLƏRİN ŞƏXSİYYƏT XÜSUSİYYƏTLƏRİNİN 
ÖYRƏNİLMƏSİNİN NƏZƏRİ ASPEKTLƏRİ 
 
p.e.d., dosent Elnarə Əhməd qızı Əhmədova 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 
p.e.d., dosent Yamən Əziz qızı Vəliyeva 
Bakı Dövlət Universiteti 
 
 
Açar sözlər: “çətin” uşaqlar, yeniyetmə, ailə, məktəb, əxlaq,tərbiyə 
Keywords: “difficult” children, teenager, family, school, morality, upbringing 
Ключевая  слова:  «трудные»  дети,  несовершеннолетних,  семья,  школa, 
мораль, воспитания 
 
 “Çətin tərbiyə olunan” termini tərbiyə olunan şəxsin pedaqoji və psixoloji təsirə 
qarşı qabiliyyətsizlik və müqavimət göstərməsi deməkdir. Bu müqavimətin səbəbi 
çox vaxt həmin  şəxsin müsbət inkişafdan geridə qalması ilə bağlıdır və  nəticədə 
nöqsanlar, xarakterdə mənfi xüsusiyyətlər, davranışda yanlış məqsədlər, qeyri-normal 
tələbatlar və s. əmələ  gəlir. Bunun ən qorxulu yekunu isə “çətin” uşaqların, 
məktəblilərin sabit mənfi xüsusiyyətlərə  və davranış pozuntularına malik olan 
böyüklərin çoxalmasıdır (7). 
XX əsrin 20-30-cu illərinə aid pedaqoji-psixoloji araşdırmalarında həmin termin 
praktiki olaraq tədrisi və tərbiyəsi çətin gedən bütün uşaqlara şamil edilirdi(8) . Çətin 
uşaqlar dedikdə faktiki olaraq bütün anormal uşaqlar nəzərdə tutulurdu, hansılar ki 
indi xüsusi kateqoriyaya aid edilirlər. Kimsəsiz, azyaşlı cinayətkar, “əxlaqi baxımdan 
qüsurlu” kimi xarakterizə olunan uşaqlar həmçinin bu qrupa daxil idi. 
P.P.Blonski, L.S.Vıqotski, A.B.Zalkind və digərlərin tədqiqatlarında 
göstərilmişdir ki, əxlaqi qüsurluluq heç də  əvvəlcədən ayrı-ayrı  fərdlərə xas olan 
xüsusiyyət deyil; o, onların inkişafında mövcud olan əlverişsiz sosial mühitlərin 
nəticəsidir(4;5). Bununla əlaqədar, uşaqları normal və  əxlaqi baxımdan qüsurlu 
qruplara bölünməsi yanlış hesab edilmişdi. Müasir ədəbiyyatda adətən o uşaqlar çətin 
adlandırılır ki, onların davranışı hamı tərəfindən qəbul edilmiş normalardan kəskin 
şəkildə kənara çıxır və mükəmməl tərbiyəyə maneçilik törədir. Ona görə sinonim kimi 
“çətin tərbiyə olunan uşaqlar” terminindən də istifadə edilir. Çoxsaylı  tədqiqatlar 
göstərmişdir ki, əgər formalaşan şəxsiyyətə adekvat yanaşma olarsa, onda çətin yaş 
dövrü də bir o qədər münaqişəsiz keçə bilər. Ona görə bəzən rast gəldiyimiz “çətin 
yaş dövrü” anlayışı kifayət qədər  şərtidir; inkişaf prosesində yaş xüsusiyyətlərinin 
nəzərə alınması bir sıra çətinliklərdən uzaqlaşmağa imkan verir ki, bunlar da müəyyən 
yaş dövrünə nisbətən daha çox fərdi inkişaf şəraitinə xasdır (10). 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə