Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə142/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   138   139   140   141   142   143   144   145   ...   156

Mehdiyeva Mədinə Arif qızı
  
350 
Düzdür bu asılılığın cismi problemləri az olsada amma yaratdığı ictimai problemlər 
baxımından digər asılılıq növləri ilə demək olarki eyniyyət təşkil edir.  
Davranışlarına cavabdeh olmamaq, guşəneşin olmaqdan doğan xoşagəlməz 
əlamətlər, ictimai inziva, peşə və təhsildən soyumaq internetə asılılığın xoşagəlməz 
asılılıqlarıdır. İnternet asılılığı olan insanlar üçün digər bir sıra əlamətlər də göstərilir 
ki, o cümlədən çətinliklərdən yayınmaq, günahkarlıq hissi, iztirab, pərişanlıq, ailə 
üzvlərini və dostları  təkrarən aldatmaq İnternetə asılılığın  əlamətlərindən hesab 
olunur.  
Kəmiyyət səbəbi: İnternetdən istifadə saatlarının çox olması meyarı üzrə bir sıra 
araşdırmalar aparılmışdır ki, nümunə üçün “Texas universitetində” 351 tələbə 
arasında aparılan araşdırmadan məlum oldu ki, həftə ərzində onlar orta həddə 11 saaat 
internet ilə məşğul olmuşlar [11].  
Keyfiyyət səbəbləri: İnternet asılılığını tərif edərkən kəmiyyət amilindən də daha 
mühüm olan amil iş əsnasında “keyfiyyət amili” hesab olunur. Həqiqətdə insanların 
çoxu “iyirmi” saatdan çox İnternet ilə məşğul olsalar da heç bir problem yaşamırlar. 
Araşdırmalardan məlum olur ki, bəzi İnternet çalışmaları (oyun, tanışlıq) daha çox 
asılılıq yaradır. Ümumiyyətlə götürdükdə o vaxt ki İnternet ilə məşğul olmaq həyatın 
digər sahələrinə  əhəmiyyətin azalmasına gətirib çıxararsa “xəstəlik” (anormal) 
halətinə çevrilir.  
Psixoloqlar hələ qəti qərara gələ bilməyiblər ki, bu fenomeni necə adlandırsınlar. 
Bəziləri onu “İnternetə asılılq pozuntusu” adlandırırlar, amma bir çoxları isə İnternet 
onların həyatlarına daxil olmazdan öncə öz kompüterlərindən asılı  vəziyyətə 
düşmüşlər. Bəziləri isə  şiddətlə öz kompüterlərindən asılı  vəziyyətə düşmüş  və 
İnternetə heç bir meyil göstərmirlər. Bəlkə də biz bu fenomeni “kompüterə asılılıq” 
adlandırmalıyıq [12]. 
 
Texnologiya asılılığı zarafat deyil 
Habelə bəzi insanların video oyunlara qarşı olan asılılıq və bağlılığını da unutmaq 
olmaz. Təsviri oyunlar da kompyuterlərdir və ya elə kompyuterlərdir ki, çoxlu 
işlənməyə ehtiyacı vardır. Ancaq eyni zamanda da kompyuterlərdir. Telefon 
barəsində də bunu söyləmək olar. İnsanlar telefon asılılığına da düçar olurlar. Bu təkcə 
qərb ölkələrinə aid deyil. Kompyuterlər də olduğu kimi telefonlar da texnoloji 
cəhətdən geniş formada yaranmışlar. Bəlkə  də onları kompyuter əlaqələrinin 
cərgəsinə aid etmək olar ki, tədqiqatçılar onu internet fəaliyyəti kimi qələmə almışlar 
(onları SMS adlandırırlar). 
 
Virtual aləm asılılığı 
Yaxın zamanlarda təsviri kompyuter, telefon və texnologiya mümkündür ki bir 
yerdə cəmlənsin və bunulada daha çox asılılıq əmələ gətirsin. Məcazi fəza asılılığı 
bəzisində oyun və  rəqabətdən, bəzilərində ictimai tələbatdan və  bəzilərində isə  işə 
asılılıqdan əmələ gəlirlər. Elə isə mümkündür ki, təfavütlər zahiri xarakter daşısın. İş 


İnternet və psixi proseslər
  
351 
və oyuna asılılıq sən deyən elə  də geniş yayılmadığı üçün bu barədə olan geniş 
məqalələr toplusuna da rast gəlinməmişdir.  
Bu mövzular daha aktuallıq kəsb etmir. İndi yazılan məqlaələr  əsasən internet 
asılığı barəsində dövr edir.  
 
İnternet asılılığı. 
İKT ilə bağlı psixoloji asılılıq növləri çoxdur. Onlardan biri də İnternet-asılılıqdır. 
Bu pozuntunun adı müxtəlif formada səslənir o cümələdən,  İnternetə davranış 
asılılığı, İnternetdən xəstəlik istifadəsi,  İnternetdən həddən artıq istifadə  və s. kimi 
tanınır.  
Bütün istifadəçilərin İnternet asılılığına düçar olması mümkün olsa da bəziləri 
daha çox əziyyət çəkirlər. Adətən daha çox asudə vaxtları olanlar, evdə daha çox vaxt 
keçirənlər, şagirdlər asudə vaxtlarında məxsusən də yay fəslində bu xəstəliyə tutulma 
ehtimalları vardır. Cinsi mənsubiyyət də İnternetə asılılıq ölçüsü və istifadə növünü 
təsir altına salır. Kişilər İnternetdə daha çox qüdrət, vəzifə, hakimiyyət və cinsi arzular 
axtarışındadırlar. Qadınlar isə dostluq və himayə  əlaqələri, aşiqanə  və özlərini 
digərlərindən qoruya bilən himayəedici axtarışındadırlar. Son bir neçə ilə  ərzində 
dünyada baş verən dəyişikliklər sırasında həm də yeni texnologiyalarının həyatımıza 
daxil olması  və onların istifadəsinin çoxalmasıdır. Amma kompyuter əsrinin 
başlanması ilə müxtəlif tipli proqramların yaranması  və bunun da məntiqi nəticəsi 
olaraq İnternetin istifadəyə verilməsindən sonra “İnternet asılılığı” meydana gəldi.  
Mütəxəssislər qeyd edirlər ki, insanı dostlarından və ailəsindən uzaqlaşdıran, 
onda davranış və şəxsiyyət pozuntuları yaradan İnternetdən həddən artıq və xəstəlik 
formasında istifadə etmək “İnternet asılılığı” adlanır.  
Tədqiqatçılar spirtli içkilər, narkotik maddələr, qumar və s. düşgünləri kimi 
asılılıq yaranan insanları araşdırarkən bu nəticəyə gəldilər ki, bu insanlar kompüterdən 
daha çox istifadə edənlərdir ki, onlarda bu yeni texnologiyaya tərəf meyillənmə vardır. 
Çünki ilk öncə nəzərə çarpırdı ki, bu asılılıq daha çox proqramistlər, hard disk və nərm 
disk yazanlar arasında müşahidə edilməsi idi.  
O zaman kompüter istifadəçilərinin sayı çox az idi və bu yeni texnologiya təkcə 
ordu və böyük maliyyə  mərkəzlərində yerləşirdi. Elə bu səbəblərə görə  “İnternet 
asılılığı” elə də ciddi əhəmiyyət kəsb etmirdi. Amma hal-hazırda hər gün kompüter 
və  İnternet istifadəçilərinin sayı artmaqda davam edir. Həmin artım arxasınca bu 
texnologiyaya nisbət asılılığı olan insanların sayı getdikcə artmağa başladı.  
İnternet asılılıq xəstəliyi o insanlara şamil edilir ki, uzun zaman və davamlı olaraq 
kompüter oyunlarına vaxtını sərf edib və İnternetdə qrup şəklində olan müzakirələrdə 
iştirak edir. Deməli bu texnologiyadan o, asılı vəziyyətə düşmüdşür. Bu insanlar öz 
barəsində olan bütün hadisələrdən xəbərsiz olub, iştahdan kəsilir, öz dostlarından 
uzaqlaşır və davranışında problemlər meydana çıxır.  
Tədqiqatlar sübut edir ki, həddən artıq kobud rəftar, davranış adərtlərinin 
dəyişilməsi,  şəxsi gigiyena qaydalarına fikir verməmək, cəmiyyətdə  iştirak etməyə 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə