Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə144/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   140   141   142   143   144   145   146   147   ...   156

İslam hüququnda qadının şahidliyi
  
355 
 
 
İSLAM HÜQUQUNDA QADININ ŞAHİDLİYİ 
 
 Əmir Kahayev 
Konya N. Erbakan Universitetinin  
Ərəb dili ixtisası üzrə doktorantı 
amirkahayev@gmail.com 
 
 
Açar sözlər: Şahid, hökm, qadın-kişi, İslam hüququ.  
Key words: Witness, judgement, male-female, Islamic law. 
Kлючевые  слова: 
Свидетель,  приговор,  женщина-
мужчина, 
Исламский 
закон. 
 
Giriş 
İslam hüququnun bir bölməsini təşkil edən mühakimə hüququ şahidlik, 
and/yəmin, nükul (and içməkdən boyun qaçırmaq) kimi isbat vasitələrindən istifadə 
edir və bu xüsusiyyəti ilə də özünə məxsus bir mövqe daşıyır. Bu isbat vasitələrindən 
şahidlik, keçmişdə olduğu kimi bu gündə əhəmiyyətini qoruyur. Şahidlərin sayı fərqli 
olmaqla bərabər  şəhadət/şahidlik vasitəsilə  məhkəmə davaları/iddiaları
1
 bir qərara 
bağlanır. Belə əhəmiyyətli bir müəssəsə təbii ki, ədalət əsasına bağlı olmalıdır. Yəni 
şahidlər adil olmalı, qohumlarının  əleyhinə olsa belə  şahidlik edib ədaləti təmin 
etməlidirlər. Bu haqda Qurani-Kərim belə buyurur: “Ey iman gətirənlər! 
(Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, 
ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik 
edəcəyiniz kəs)  istər zəngin, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə 
(sizdən) daha yaxındır.”
2
  
Şahidliyin önəmi hədisi-şəriflərdə də öz əksini tapmış, hətta şahidliklə Cənnətin 
və ya Cəhənnəmin vacib olacağı ifadə edilmişdir. Bir gün Rəsulullahın (s) yanından 
bir cənazə keçdi. Orada olan səhabələr ölünü öydülər. Hz. Peyğəmbər (s) də “Ona 
Cənnət vacib oldu” deyə buyurdu. Bir müddət sonra başqa bir cənazə keçdi, bu səfər 
səhabələr onu tənqid etdilər. Hz. Peyğəmbər (s) də “Ona Cəhənnəm vacib oldu” deyə 
buyurdu. Səhabələr bunun səbəbini soruşunca bu cavabı verdi: “Möminlər Allahın 
yerüzündəki şahidləridir.”
3
  
İslam mühakimə hüququnda bu gün ən çox mübahisə edilən və aktual olan mövzu 
qadının şahidliyi məsələsidir. Günümüzdə bu mövzuyla əlaqəli müxtəlif görüşlər irəli 
                                                 
1
 Bir şəxsin öz haqqını hakim hüzurunda tələb etməsi (Mehmet Erdoğan,  Fıkıh ve Hukuk Terimleri 
Sözlüğü, Ensar neşriyat, II nş, İstanbul 2005, s. 93). 
2 ən-Nisa, 4/135. 
3
 Buxari, Şəhadət, 6. 


Əmir Kahayev
  
356 
sürülür və mübahisə edilir. Bu görüşlərin indi ortaya çıxmasının səbəbi əsrimizdəki 
inkişaf və qadının ictimai həyatda daha çox iştirak etməsidir. 
 
I. Şəhadətin Tərifi, Rüknü və Hökmü 
Tərifi: Şəhadət, ərəb dilində xəbər vermək (ixbar), bildirmək (ilam), açıqlamaq 
(bəyan) kimi mənaları ifadə edir. Bildiyini söyləyənə  “şahid” deyilir. “Hakim 
hüzurunda şahidlik etdi” demək, bildiyini açıqladı, elan etdi deməkdir.
4
  
 Bir termin olaraq isə şəhadət, bir haqqı isbat etmək üçün məhkəmə məclisində 
doğrunu xəbər verməkdir.
5
 Şəhadətə, gizli olanı açıqladığı, ixtilaflı olanı da həll etdiyi 
üçün “bəyyinə” də deyilmişdir.
6
  
Təcridi-Sarih şərhçisi şəhadətin tərifini bu şəkildə verir: “Görülüb bilinən şeydən 
şəhadət kəlməsilə hakim hüzurunda xəbər verməkdir ki, bu bir şəxsin başqa bir şəxs 
üzərindəki haqqını isbat etmək üçün olur.”
7
  
Şəhadətin daha geniş və açıqlayıcı tərifini bu şəkildə vermək mümkündür: “Bir 
şəxsin başqa bir şəxsdə olan haqqını isbat etmək üçün hakim hüzurunda və 
müttəhimin qarşısında söylədiyi iddia haqqında üçüncü bir şəxsin “buna və buna 
şahidlik edirəm” deyərək davayla/iddiayla əlaqəli məlumatını  xəbər verməsinə 
deyilir.”
8
  
Rüknü: Təriflərdən də başa düşüldüyü kimi şəhadətin rüknü  “əşhədu/şahidlik 
edirəm” ifadəsindən ibarətdir. Çünki, nəslər
9
 bu kəlmənin işlədilməsini  şərt 
qoşmuşdur. Bu mövzudakı Quranın əmri bu kəlmə ilə ifadə edilmişdir.
10
 
Hökmü: Bir hadisədə şahidlər çox olarsa, onlardan hər hansı biri şahidlik etmədə 
sərbəstdir. Yəni belə bir şəhadət fərzi-kifayədir. Əgər şahidlik edənlərin sayı yetərli 
olmazsa, o zaman şahid şəhadəti qəbul etmə məcburiyyətindədir. Bu şəhadət də fərzi- 
ayndır.
11
  
 
 
                                                 
4
 İbn Mənzur, Cəmaləddin Məhəmməd ibn Mükərrəm əl-Ənsari, Lisanul-Arab, haz. Emin Məhəmməd 
Abdulvahhab, Məhəmməd Sadiq əl-Ubeydi, Daru İhyait-Turasil-Arabi, Muəssəsətut-Tarixil-Arabi, 
Beyrut, ts., III nş., VII, s. 222-224.  
5
 Ömer Nasuhi Bilmen, Hukukı İslamiyye ve İstılahatı Fıkhiyye Kamusu, İstanbul Üniversitesi Yayınları, 
İstanbul 1952, VI, s. 326.  
6
  İbn Qudamə, Müvəffəquddin Abdulla ibn Əhməd,  əl-Muğni, tdq. Abdulla ibn Abdulmuhsin, 
Abdulfəttah Məhəmməd, Həcr mət., Qahirə 1990, XIV, s. 125.  
7
 Kamil Miras, Sahihi Buhari Muhtasarı Tecridi Sarih Tercemesi ve Şerhi,  Diyanet  İşleri Reisliği 
Neşriyatı, İstanbul 1941, VIII, s. 75. 
8
 Heffening, “Şahid”, İA, XI, s. 282.  
9
 Quran ayələrinə və hədislərə verilən ortaq ad. 
10
 Vehbe Zuhayli, İslam Fıkhı Ansiklopedisi, tərc. Heyət, Risale yayınevi, İstanbul 1994, VIII, s. 301. 
11
  İbn Qudamə,  e.a.ə., XIV, s. 124; Mövsili, Abdulla ibn Mahmud ibn Məvdud,  əl-İxtiyar li Talilil-
Muxtar, haz. Xalid Abdurrahman əl-Akk, Darul-Marifə, Beyrut 2002, II nş., II, s. 167; Heffening, 
“Şahid”, İA, XI, s. 282. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə