Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə141/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   137   138   139   140   141   142   143   144   ...   156

Mehdiyeva Mədinə Arif qızı
  
348 
hərəkətsizliyini yaradan yaradıcılıq üçün də  təkan ola bilər.  İnformasiya-
kommunikasiya texnologiyalarının gələcək tədqiqata ehtiyacı olan psixi proseslərə 
təsirinin bütün bu aspektləri daha dərindən öyrənilməlidir. 
İnformasiya texnologiyalarının tətbiqi bəşəriyyətin sosial-tarixi inkişaf 
perspektivlərini, fərdi taleyini, bu qlobal tarixi prosesdə yerinə  və roluna radikal 
şəkildə təsir edir. Bu şərtləri təhlil edən V.A. Pleshakov rəqəmsal, mobil və internet 
texnologiyalarının inkişafı ilə əlaqəli beşinci informasiya və texnoloji inqilabı (1990-
cı illər) qeyd edir

Onun fikrincə,  əgər insanlığın təkamülü təkamül baxımından 
informasiya inqilabı (kiberevolution) mərhələsinə giribsə, onda cəmiyyətin 
inkişafının yeni bir mərhələsi baş verir - insan kiberinqilablaşma dövrü [9]. 
İnternet  İKT-nın  ən vacib forması kimi.  İnternet bütün dünya üzrə  əlaqə 
yaratmalarda olan maneələri aradan qaldırmışdır. Belə ki, ani müddətdə  hər bir 
məlumat coğrafi, mədəni, siyasi sərhədlər bilmədən dərhal insanın ixtiyarında olur.  
İnternet müxtəlif xalqların bir-birləri ilə birbaşa ünsiyyət yaratmasına səbəb 
olmuşdur. İnternetdə saytların yaranması ilə daxildə və xaricdə insanlar arasında olan 
sədlər aradan qalxdı. Bütün insanlar öz aralarında  əlaqələr yaratmaq imkanı  əldə 
etdilər.  İnternetdən istifadə etməklə insanlar yeni kitabları, jurnalları  və  qəzetləri 
oxumaq imkanı əldə edirlər.  
İnternet artıq gündəlik iş  vərdişinə çevrilmişdir. Belə ki, bəziləri özlərinin 
xatirələrini belə gündəlik olaraq İnternetdə qeyd edir.  
Qeyd edək ki, İnternetə çıxış həm də mobil telefonlar vasitəsilə həyata keçirilir. 
Az vaxtda mobil telefonlar elə sürətlə yayıldı ki, artıq bu sahədə də seçim çox genişdir. 
Belə ki, indi elə bir adam, hətta kiçiklər belə mobil telefonlarla gəzir. Kompüterlərin 
yayılması və istifadəsi mobil telefonlara eyni vaxta təsadüf edir. Kompüter telefondan 
əvvəl məktəblərin, universitetlərin, dövlət idarələrinin, ümumi mərkəzlərin ixtiyarına 
verilmişdir. Bununla belə onlar mənzillərə o qədər də geniş surətdə yol tapmamış və 
yayılmamışdır və yalnız iş yerlərində istifadə olunur (amma bu proses sürətlə davam 
edir).  
Bununla belə geridə qalmış ölkələrin  əksəriyyəti iqtisadi çətinliklər və 
informasiya qıtlığından  əziyyət çəkir. Onlar üçün birinci növbədə informasiya 
vasitələrini gücləndirmək lazımdır: telefon, dövlətin  İnternetdən istifadəsinin 
gücləndirilməsi, xüsusi sahələrdə iştirakı artırma, İnternet xidməti sahəsində bazarı 
qaldırma, bütün sakinlər üçün elektron poбt ünvanları yaratma imkanı, məktəblərə, 
universitetlərə, kitabxanalara və s. elmi-tədqiqat müəssisələrə daxil olmaq üçün 
imkanların açılması, uzaq məsafədən müşahidə etməklə inkişaf etməkdə olan 
ölkələrin müəyyən sahələrinə sərmayə qoyma və s. işlər asanlıqla İnternet vasitəsilə 
həyata keçirir və bu imkan həmin ölkələr üçün çox vacibdir.  
İnternetdən istifadə etməklə insanların onlara edəcək təsirləri təyin etmək üçün 
fərdi, ictimai, iqtisadi, siyasi, mədəni və s. məsələlərə fikir vermək lazımdır.  
Fərdi məsələdə əsas odur ki, əldə olunan hər bir məlumat yeniyetmə üçün faydalı 
olsun. Oradan aldığı biliklərin hansı ictimai və ya ideoloji qruplara aid olmasını təyin 
etmək üçün gərək pedaqoq, psixoloq ya da sosioloq olsun.  


İnternet və psixi proseslər
  
349 
Yeniyetmələr istifadə etdikləri saytları adətən azad surətdə seçirlər. Etiraf 
etməliyik ki, həmin saytların cavanlara təsiri mənfi də olur. Belə ki, müşahidələr 
göstərir ki, İnternet yeniyetmələrin psixoloji durumuna, rəftarına ciddi təsir göstərir. 
Təbii ki, onların rəsmi qaydada tərbiyəsini İnternetdən alan biliklər də formalaşdırır. 
Həm də  İnternetdən istifadə edən işgüzar insanların  əksəriyyəti öz fəaliyyətlərini 
yeniyetməlik dövründən başlayıb.  
Cavanlar  İnternetdən istifadə etməklə, özlərinə faydalı olan bəzi  şeylərdən 
məhrum olurlar. Bu maneələr bir neçə şəkildə ola bilər. Məsələn cinsə, əks cinslərə 
qarşı daxili tələbatın itməsi və s. Bu kimi problemlər təcrübədən keçirilmişdir. Bu 
maneələr böyük və  çətin olarsa, cavanların da problemləri o qədər çətin olacaq. 
Problemlərə dair psixoloji biliklər ümumi xarakter daşıyır. Yeniyetmələrin rəftarının 
müşahidəsi, cavanlarla və valideynlərlə olan müsahibələr, klinik xəstəxanaların 
təcrübələri sayəsində olduqca faydalı üsullar həmin problemlərin həlli üçün təklif 
olunur.  
Pedaqogika və sosiologiya da cavanların problemlərinin həllində yardımçı ola 
bilər. Onların biliklərini də istifadə etməklə cavanların cismani, şəxsiyyətlə bağlı, ailə, 
ictimai  əlaqələrlə bağlı, təhsil, peşə, mədəni, dini, əxlaqi problemlərini həll etmək 
olar. Bu üsulla lazımi proqramlar, tədbirlər həyata keçirilə bilər və onlar cavanların 
problemlərini bir qədər azaldar. Qeyri-rəsmi tərbiyə ilə bağlı fəaliyyət növləri və ya 
proqramlardan kənar fəaliyyət sahələri cavanların problemlərinin həllində böyük rol 
oynaya bilər. 
İnsanlar  İnternetdən istifadə etməklə müxtəlif icmaların və qrupların üzvləri 
olmaqla fərqli adət, ənənələrin, əxlaqi və ictimai dəyərlərin təsiri altına düşürlər. Bu 
məsələlər onların şəxsiyyətlərində öz əksini tapır və nəticədə onların düşüncəsində 
tamamilə fərqli əxlaqi, ictimai və iqtisadi baxışlar meydana gəlir. İctimai dəyərlər və 
normalar də bundan yaxa qurtara bilmir. Bu işdə planlaşdırılan əsas məsələ insanın 
mühitdən asılılığı və insanların buna hazır olmamasıdır. Bəziləri özlərini bunlara qarşı 
qoyurlar. Bu məsələdə  mənəvi-psixoloji amillər mühüm rol oynayır. Həmin 
amillərdən adətən daha çox qorxu, təşviş, nigarançılıq, planlaşdırma, başqaları ilə 
əlaqə yaratmadan çəkinmə, peşə  və  əqidə problemləri, daxili təzadlar, mənəvi 
sarsıntılar və s. hallar müşahidə olunur.  
İnternetdən istifadə tədricən artır və insanlar günbəgün onun təsiri altına düşürlər. 
Xüsusilə bu təsir onların fikirlərində, əqidələrində, əxlaqında, rəftarında özünü büruzə 
verir. Yaşlılardan fərqli olaraq uşaqlar bunlara daha çox aludədirlər. təəssüflər olsun 
ki, bu gün İnternetdən istifadə  həm də cinayətlərə,  əxlaqi pozğunluqlara və başqa 
mənfi hallara də rəvac verir. Həmin hallar həm də İnternetdən istifadə edən uşaqların 
tərbiyəsinə  də  bəzən təsir edir və bütün insanlar arasında yayılmaqla  əqidəsi zəif, 
iradəsiz insanları öz təsiri altına alır. 
 
İKT və İnternet-asılılıq
“İnternet asılılığı” müasir asılılıq (Modern addicition) adlandırmışlar. Həqiqətdə 
internet asılılığı narkotik maddələr və digər asılılıq yaradıcı işlərlə eyni cərgədə durur. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə