Çətin yeniyetmələrin şəxsiyyət xüsusiyyətlərinin öyrənilməsinin nəzəri aspektləri
319
XÜLASƏ
Müasir elmi-tədqiqat ədəbiyyatlarının təhlilinə əsasən uşaqların normal və əxlaqi
baxımdan qüsurlu qruplara bölünməsi yanlış hesab edilmişdir. Müasir ədəbiyyatda
adətən o uşaqlar çətin adlandırılır ki, onların davranışı hamı tərəfindən qəbul edilmiş
normalardan kəskin şəkildə kənara çıxır və mükəmməl tərbiyəyə maneçilik törədir.
Ona görə sinonim kimi “çətin tərbiyə olunan uşaqlar” terminindən də istifadə edilir.
Çoxsaylı tədqiqatlar
göstərmişdir ki, əgər formalaşan şəxsiyyətə adekvat yanaşma
olarsa, onda çətin yaş dövrü də bir o qədər münaqişəsiz keçə bilər.
АННОТАЦИЯ
В современной литературе было показано, что моральная дефективность не
является некоторой, изначально присущей отдельным особенностью, а
выступает следствием неблагоприятных социальных условий их развития. В
итоге было признано неправомерным подразделение детей на нормальных и
морально дефективных. В современной литературе трудными обычно называют
тех детей, чьё поведение резко отклоняется от общепринятых норм и
препятствует полноценному воспитанию. Поэтому используется также
синоним "трудновоспитуемые дети", т. к. они наименее склонны следовать
педагогическим предписаниям и проявляют крайнюю невосприимчивость к
традиционным педагогическим воздействиям. Многочисленные исследования
показали, что при адекватном подходе к формирующейся личности
критический возраст может протекать бесконфликтно.
RESUME
According to literatures of modern research, it is considered wrongly to divide
children as normal and morally imperfect into groups. In modern literature, usually, it
is denominated difficult such children that their behaviours
lead away norms accepted
by everyone and obstruct perfect upbringing. That’s why it is used a term “difficult
upbringing children” as a synonym. Multiple researches show that if there is an
adequate point of view for nascent personality, then difficult age period can pass as
much as without conflict.
Çapa tövsiyə etdi: p.f.d. M.H. Mustafayev
Moda dəyərlərinin psixoloji təhlili
321
MODA DƏYƏRLƏRİNİN PSİXOLOJİ TƏHLİLİ
İbrahimova Diyanə Rəşid qızı
BDU, Sosial və pedaqoji psixologiya
kafedrasının dissertantı
Açar sözlər: moda psixologiyası, moda standartları, moda obyektləri, moda
dəyərləri, atributiv dəyərlər və denotativ moda dəyərləri, iştirakçıların davranışı,
müasirlik, universallıq, nümayişkəranəlik, oyun
Key words: fashion psychology, fashion standards, fashion objects, fashion
values, attributive and denotative values, behavior of participants, modernity,
universality, demonstration, game
Ключевые слова: психология моды, модные стандарты, модные объекты,
ценности моды, атрибутивные и денотативные ценности моды, поведение
участников, современность, универсальность, демонстративность, игра.
Elmi ədəbiyyatda XVII əsrdə istifadə edilməyə başlanmış moda termini “modus”
latın sözündən götürülmüş – ölçü, hədd, tərz, qayda, təlimat mənasını verir.
Cəmiyyətlərin, ənənələrin, hadisələrin sehirli aynası olan moda dövrlər boyu insanları
öz təsiri altına almış, insanların dəyişiklik etmək arzusundan yaranan və cəmiyyətin
yaşayış tərzinə təsir edərək həyat tərzini hərəkətə gətirən müvəqqəti yeniliklərdir.
Moda həqiqətdə ancaq dəyişikliyə inanan cəmiyyətlərdə ortaya çıxan bir
fenomendir.
Uzun vaxt ərzində, moda əhalinin yalnız çox az hissəsini maraqlandıran
bir fenomen olaraq qalmış və elit təbəqəyə xas olmuşdur. Modanın yalnız parça
trendlərindən, ilin aksesuarlarından, rənglərindən, kimin necə geyindiyini, televiziya
kanalları və ya jurnal səhifələrindən
meydana gələcək qədər məhdud, dar çərçivədə
bir mövzu olması mümkün deyil. Moda - ifadə forması, mədəniyyət və dün-
yagörüşünün, duyğuların, həyatın və bir çox şeyin şərhidir.
Moda geniş mənada mədəniyyətin müxtəlif xarici formalarına nəzərən – həyat
üslubu, adətlər və davranış vərdişləri, məişət predmetləri, avtomaşınlar, geyimlər –
müəyyən zamanda və müəyyən mühitlə bu və ya digər zövqlərin hökmranlığı və
həmin zövqlərin olduqca tez-tez dəyişməsi kimi başa düşülür. Dar mənada moda (dəb)
– geyim formalarının tez-tez dəyişməsidir. Modanın əsas əlaməti olan dəyişkənliyə
görə onu çox zaman “yüngülxasiyyətli” adlandırır və ciddi
öyrənilmə obyekti hesab
etmirlər. Fikrimcə belə mövqe tamamilə yanlışdır. Məhz dəyişkənliyi sayəsində moda
insanı darıxmaqdan və cansıxıcılıqdan xilas edir. İnsanların daxili və xarici
dəyişikliklərə can atması müəyyən mənada insanın da bir hissəsi olduğu təbiətin
özündəki dəyişikliklərin əks olunmasıdır.