p.e.d., dosent Elnarə Əhməd qızı Əhmədova
316
Müasir elmi-tədqiqat ədəbiyyatlarının təhlilinə əsaslanaraq “çətin uşaqlar”
anlayışının məzmununu təşkil edən üç mühüm əlaməti göstərmək olar.
Birincisi, uşaq
və ya yeniyetmədə normadan kənar davranışın mövcud olması. İkincisi, “çətin”
məktəblilər qrupuna davranış qüsurları çətinliklə islah olunan uşaq və yeniyetmələrin
daxil edilməsi. Bununla əlaqədar, “çətin uşaqlar” və “pedaqoji nöqteyi-nəzərdən
baxımsız qalmış uşaqlar” terminlərini ayırmaq lazımdır. Əlbəttə, bütün çətin uşaqlar
pedaqoji nöqteyi-nəzərdən baxımsız qalmış uşaqlardı. Lakin pedaqoji nöqteyi-nə-
zərdən baxımsız qalmış uşaqların hamısı heç də çətin uşaqlar deyil: onlardan
bəziləri
nisbətən asanlıqla yenidən tərbiyə olunur. Üçüncüsü, “çətin uşaqlar” fərdi yanaşmaya,
valideyn və müəllim diqqətinə, bütövlükdə ətrafdakıların xüsusi qayğısına ehtiyacı
olan uşaqlardır. Onlar bütövlükdə pis,
islaholunmaz uşaqlar deyil, onlar sadəcə
ətrafdakıların xüsusi diqqətinə və şəfqətinə ehtiyacı olan uşaqlardır (9, s.140).
“Çətin” uşaqlar məfhumu öz mənşəyinə görə pedaqoji praktika sayəsində
yaranmış, və ilkin olaraq uşaq inkişafından kənara çıxan bütün hadisələri özündə
ehtiva edirdi. Sonrakı birgə elmi-praktiki axtarışlar prosesində yeni istiqamətlər
aşkarlanmış, islaholunmazlığın psixoloji və pedaqoji bir hadisə kimi predmeti
bir daha
dəqiqləşdirilmiş və dərinləşdirilmişdir. Müasir pedaqoqların, psixoloqların, hü-
quqşünasların və təbiblərin əsərlərində uşaq islaholunmazlığına dair növlərinin
mahiyyəti və meyarları, onların fərqləndirilməsi dərin və hərtərəfli şəkildə təhlil
olunur, onun səbəbləri açıqlanır.
Belə ki, yeniyetmələrin aparıcı fəaliyyətinin xarakteri, onların inkişaf səviyyəsi
və mənfi xüsusiyyətlərinin təzahürlərini, habelə onlara tətbiq
olunan tipik tərbiyəvi
təsir metodlarını nəzərə alaraq, M.A.Alemaskin yetkinlik yaşına çatmayan şagirdlərdə
normadan kənara çıxan davranışın strukturunu hazırlamışdı. Həmin strukturda,
“pedaqoji baxımdan pozğun”, “qanunu pozan” və “yetkinlik yaşına çatmamış cina-
yətkarlar”dan fərqli olaraq, “islaholunmaz uşaqlar” bir biri ilə bağlı iki meyar əsasında
müəyyən edilir: nizam-intizamın periodik şəkildə pozulması və onların davranışının
ailə və sinif kollektivi tərəfindən düzəlişinin prinsipial mümkünlüyü(2, s.87).
Bundan başqa, M.A.Alemaskin çətin uşaqlar qrupunu aşkar edir ki, onların sinir
sistemi, psixikası heç bir pozuntuya məruz qalmamış və hansı bir
xüsusi rejim və
xüsusi şəraitdə tərbiyə olunmalarına ehtiyac duyulmur. Bu, L.S.Vıqotskinin qeyd
etdiyinə görə, “kütləvi məktəbdə çətin uşaqlar”dır(6).
Bir sıra psixoloji tədqiqatlarda yetkinlik yaşına çatmamış şəxslərin daxili
stimulları və zahiri normadan kənar davranış təzahürləri təsvir olunur. D.İ.Feldşteyn
“çətin” yeniyetmələrin diferensiasiyasını apararkən üstün olan mənfi tələbatların
xarakterini və onlara uyğun davranış təzahürlərini nəzərə alır. Bununla belə, hər bir
tipoloji qrup üçün spesifik tərbiyəvi təsir vasitələri və islah etmə üsulları kompleks
şəklində təqdim olunur(12).
D.İ.Feldşteyn tərəfindən aparılmış qanunu pozan yeniyetmələrə dair tədqiqatlar
göstərir ki, onların şəxsiyyətinin əxlaqi deformasiyasının əsasını bioloji
xüsusiyyətlər
deyil, ailə və məktəb tərbiyəsində olan nöqsanlar təşkil edir. Belə şagirdlərdə təhsilə
Çətin yeniyetmələrin şəxsiyyət xüsusiyyətlərinin öyrənilməsinin nəzəri aspektləri
317
qarşı marağın olmaması, faktiki olaraq məktəblə əlaqələrin itməsi müşahidə olunur,
bu da onların həmyaşıdlardan 2-4 il təhsildən geri qalması ilə nəticələnir.
Bununla belə, həmin geri qalma, idrak və digər mənəvi tələbatlarla yanaşı, psixi
inkişafda normadan kənara çıxma kimi qiymətləndirilmir:
yeniyetmələrin bu
kateqoriyası normal əqli imkanlara malikdir və onların çoxsahəli fəaliyyət sisteminə
məqsədyönlü şəkildə qoşulması intellektual səviyyələrinin aşağı olmasını və
passivliyin müvəffəqiyyətlə aradan qaldırılmasını təmin edir(13).
V.İ.Abramenko və A.İ.Seletski bir sıra “işlək” pedaqoji və patopsixoloji
terminlərdən istifadə edərək islaholunmazlığın obyektiv şəkildə müşahidə olunan
təzahürlərinin özünəməxsus tipologiyasını təqdim edirlər(1, s.42):
1) qeyri-mütəşəkkil yeniyetmələr qrupu – “coşğun” və “coşğun-ehtiyatlı”
yeniyetmələr;
2) potensial qanun pozan yeniyetmələr qrupu – “geridə qalan”, “dəcəl”,
“ərköyün”, “qaraqabaq”, “emosional baxımdan qanmaz” yeniyetmələr, “avaralar”;
3) psixi baxımdan natamam yeniyetmələr qrupu – “orqanik”, “isterik”, “tez
əsəbiləşən”, “affekt baxımdan qeyri-sabit psixopat”, “hiperseksual” yeniyetmələr.
Q.Q.Boçkaryovanın tədqiqatlarında normadan kənar davranış islaholunmaz
yeniyetmələrə məxsus mövqe baxımından nəzərdən keçirilir və onların etdikləri hər
hansı bir nalayiq hərəkətə və ya hüquq pozuntusuna subyektiv münasibətlərindən asılı
olaraq “peşman”, “konfliktsiz” və “arsız”lara bölünürlər(3). Adı çəkilən yeniyetmə
tiplərinin hər biri nadir hallarda xalis şəkildə mövcud olur.
Lakin müəllim
yeniyetmənin öz davranışına qarşı münasibətində hansı tipə daha çox üstünlük
verməsini müəyyən etdikdən sonra onu “daxildən” psixoloji korrektə etmək, yəni
məqsədlər sistemini və dəyər istiqamətlərini yenidən təşkil olunması yolu ilə tərbiyəvi
effektə nail olmaq imkanını əldə etmiş olur.
“Çətin tərbiyə olunan” yeniyetmələrə dair təsnifatlar və tipologiyaların təhlili bu
anlayışın psixoloji və pedaqoji məzmunu baxımından yüksək səviyyədə dolğun
olduğunu göstərir. Tərbiyə olunan və tərbiyə verənin
fəaliyyət motivləri, onların dəyər
istiqamətləri və məqsədləri arasında olan psixoloji konflikt təsvir edilən hadisələrin
əsasını təşkil edir. Bu konflikt bir-biri ilə qarşıdurmada olan xarakterlərin,
temperamentlərin, şəxsiyyət tiplərinin toqquşmasıdır(11).
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI:
1. Абраменко В.И., Селецкий А.И. Психолого-физиологическая типология
трудных школьников и несовершеннолетних правонарушителей. – М.: Изд-во
Всесоюз. ин-та по изуч. причин и разраб. мер предупреждения преступности. –
1973.
2. Алемаскин М.А., Потанин Г.М., Науч. ред.: Анисов М.И.Методика
предупреждения отклоняющегося поведения несовершеннолетних. Учебное
пособие. – М.: Изд-во МОПИ им. Н.К. Крупской, 1987.