İbrahimova Diyanə Rəşid qızı
322
Moda öz dövrünün aynası olmaqla insanların ictimai-siyasi həyatını,
iqtisadiyyatda məhsuldar qüvvələrin
səviyyə və xarakterini, dövrün daha parlaq
hadisələrini, müasir insanın ən mühüm mədəni və elmi nailiyyətlərini, vərdişlərini və
psixologiyasını, onun estetik ideal barədə təsəvvürlərini əks etdirir. Cəmiyyətin maddi
mədəniyyətinin bir hissəsi olan və insanların estetik görüşlərini əks etdirən modanın
yaranması olduqca mürəkkəb prosesdir [1].
Moda cəmiyyətin inkişaf dinamikasını müəyyən edən müasir insan cəmiyyətinin
əsas komponenti kimi nəzərdən keçirilir. Moda tədqiqatçılarının çoxu modanı kütləvi
davranışla əlaqələndirərək izahını verirlər. Psixoloq Z.Petrovun fikrincə,
moda -
sosial informasiyanın işlənməsinin xüsusi üsulu, yeni meyarıdır [2, s.156]. Sosial
psixoloq E.Boqdanus isə modanı insanların əksəriyyətinə xas olan yeniliklərə
münasibət bildirmənin növü kimi qeyd edərək, yeni hərəkət və düşüncə tərzi kimi
seçim obyektlərinin vaxtaşırı dəyişməsində özünü büruzə verdiyini bildirir [3, s.16].
Məşhur filosof B. Spinozaya görə isə “moda” subyektin bütün vəziyyətini əhatə edir.
Bununla belə əşyaların sonsuz çoxluğu və dəyişən keyfiyyətləri var. Daha sonra bu
terminlə gündəlik həyat, davranış, geyim, saç düzümü və s.
kimi dəyişikliklərin təza-
hürünü müəyyən etməyə başlanmışdır [4, s.98] Sosioloq A.Qofmanın fikrincə isə
moda adət və sosial institutlarda yanaşı davranışın sosial tənzimləmə forması və bu
tənzimləmənin sosial və psixoloji mexanizmidir. Moda – vaxtaşırı dəyişik və kütləvi
davranış nümunələrinin dövri xüsusiyyətinə səbəb olan tənzimləyicidir [2, s.16].
Nəzəri model yaratmaqla alimlər modanın strukturunun aşağıdakı elementlərini
fərqləndirirlər:
1. Moda standartları. Moda obyektləri vasitəsilə reallaşan standartlar-davranışın,
hərəkətin üsulu və ya nümunəsidir.
2. Moda obyektləri. Moda obyektləri material və qeyri-material ola bilər. Bura
əşyalar, ideyalar, sözlərin və onların xüsusiyyəti daxildir.
3. Moda dəyərləri. Moda standartı və ya obyekti dəbə düşürsə o dəbdə olur, moda
dəyərini itirdikdə “dəbdən düşür”.
4.Dəbli davranış. Davranış standart, obyekt və moda dəyərlərinə yönəlmiş
axırıncı moda elementidir.
Modanın strukturu üç dəyər səviyyəsi ilə təmsil oluna bilər:
a) Standartların və obyektlərin
dəyər aspektləri;
b) Atributiv ("daxili") dəyərlərin səviyyəsi;
c) Əhəmiyyətli ("xarici") dəyərlər səviyyəsidir.
Modanın atributiv dəyərləri arasında müasirlik, universallıq (və ya diffuzluq) və
nümayişkəranalıq fərqləndirilir. Modanın fəaliyyət göstərdiyi sosial sistemlərin xa-
rakterik xüsusiyyətləri dinamizm, açıqlıq, zəiflik, sosial fərqlilik və hərəkətlilikdir [3,
s.45].
Moda dəyərinin atribut (daxili) mahiyyətini daha geniş şəkildə nəzərdən keçir-
dikdə görə bilərik ki, modanın strukturunda əsaslı dəyər müasirlik sayılır. “Müasir”
kimi dəyərləndirilən hər hansı bir şey, adətən təsəvvürümüzdə müsbət assossasiyalar
yaradır. Müasirlik mütərəqqilik ilə yanaşı dəyişməyə və yaradıcılığın
dəyişməsinə
Moda dəyərlərinin psixoloji təhlili
323
hazırlıq kimi assossiasiya olunur. Lakin müasirliyin yüksək qiyməti heç də universal
deyildir, o tarixi məhsulu təmsil edir. Demək olar ki, müasirliyin dəyəri tarixin
vərəsəsidir.
Ümumiyyətlə, mədəni ənənə modalı standartların aldıqları əsas mənbələrdən bi-
ridir, lakin standartların ənənədən əldə etdiyi yuxarıda göstərilən moda dəyərləri,
xüsusən də müasirlik dəyərlərini işarə edir. Xapuqinanın “müasirlikdən
geri qalma-
maq üçün mən köhnənin dalınca qaçıram” sözlərilə müvafiq situasiyanı daha dəqiq
ifadə etmək olar [4,s.73].
Müasirliyin dəyərləri sayəsində “köhnə” aktuallaşır, “keçmiş”i ifadə etməklə
“hazırkı” işarə edilir. Belə işarə etmənin imkan dərəcəsi, modanın spesifikliyinin
sosial və mədəni dövrü ilə izah edilir. Əgər ənənə vasitəsilə davranışın nizamlanması
nümunələri arasıkəsilmədən meydana gəlirsə, demək moda vaxtaşırıdır. Belə hallarda
dövrün iki tipi ilə rastlaşmaq olar: ənənədə –arası kəsilməyən və modada – vaxtaşırı
dövrlər. Modalı dövrün vaxtaşırı olması modada sosial yaddaşın
xüsusiyyəti ilə
bağlıdır, buna əvvəlki moda standartların “yaddan çıxması” və moda dəyərlərinin
yada düşməsi təsir göstərir. Bu moda iştirakçılarına təkcə köhnələrin qəbul olun-
masına deyil, həm də yaddan çıxmış mədəni nümunələrdən yenidən istifadə edil-
məsinə imkan yaradır. Əgər standart və obyektlər sahəsində, “köhnə”, atribut dəyərlər
sferasına daxil olaraq oradan müasirliyi sıxışdırıb çıxarırsa,
moda standartlar ənənə
standartına, moda isə transformasiyaya çevrilir.
Müasir dövrdə tarixi xassəli dəyərin qəbul edilməsi, insanın “təbii” yeniliyə meyl
etməsi kimi moda traktovkasının əleyhinədir. Buna bənzər traktovka kifayət qədər
geniş yayılmışdır. Belə ki, sosial psixoloq E. Boqardusun fikrincə: “Modada insanın
yeni təcrübəyə meyl etməsinin mühüm əhəmiyyəti vardır. İnsanlar köhnədən bezir və
ehtirasla yeniliyə can atır” [2, s.278]. Alman sosioloqu R. Keninq insanın yeniliyə
cəhd göstərməsini ona xas
olan xassə kimi təsvir edərək, modanın insanların ma-
raqlarını təzahür edən formalardan biri olmasını qeyd edir [4, s.123]. Əlbəttə, yeniliyə
doğru meylin insanların həyat fəaliyyətindəki mühüm rolunu, eləcə də monotonluğun
əsəb sisteminə və psixologiyaya göstərdiyi mənfi təsirləri inkar etmək olmaz. Mo-
danın meydana gəlməsində bu faktorların müəyyən əhəmiyyəti vardır. Lakin bunlar
modanı izah edə bilmirlər.
Modada “yeniliyə” müasirlik dəyərinin bir ifadəsi kimi, modalı davranış motivi
səviyyəsində baxılmalıdır. Bundan başqa moda istirakçıları müasirlik dəyərinin
ifadəsi və bilavasitə dərk edilən dəyər kimi, həmçinin “mütərəqqilik”, zövqün təkmil-
ləşdirilməsi və s. formalarda iştirak edirlər. Əgər ənənə keçmişə söykənərsə, onda
modada müasirliyə müraciət
etmək bu və ya digər formada, bu və ya digər davranış
nümunəsinin qəbul edilməsi və ya əks etdirilməsi üçün əsas arqument kimi çıxış edə
bilər. Əslində müasir olmaq – öz dövrü ilə birgə addımlamaq deməkdir.
Modanın digər daxili dəyəri onun universallığı və ya diffuzluğudur. Daxili də-
yərin müasirliyin dəyəri ilə eyni olmasına baxmayaraq o geniş yayılmamışdır. Fransız
sosial - psixoloq Qabriel Tard modanın universallıq dəyərinin müasirliyin dəyərinə
olan nisbətinin təhlilinə xüsusi diqqət yetirərək, apardığı təhlil zamanı “universallıq”