13
Akademik Vasim Məmmədəliyev həmişə Qafqaz Müsəlmanları İdarəsinin
fəaliyyətində yaxından iştirak etmişdir. Onun 1998-ci ildə QMİ-nin nəzdində
yaradılmış Elmi-Dini Şuranın sədri kimi dini maarifçilik sahəsində böyük xidmətləri
vardır. Vasim Məmmədəliyev bu gün də QMİ-nin həm ölkə daxilində, həm də ölkə
xaricində təşkil etdiyi dini və elmi tədbirlərdə aktiv şəkildə iştirak edir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev
2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi haqqında Sərəncam
imzalamışdır. QMİ-nin təşkilatçılığı ilə bu münasibətlə istər ölkəmizdə, istərsə də
ölkə xaricində bir çox tədbir keçirilmişdir. Akademik Vasim Məmmədəliyev bu
tədbirlərin bir çoxunda yaxından iştirak etmiş, öz dəyərli məruzələri ilə çıxış etmişdir.
Azərbaycan dövləti akademik Vasim Məmmədəliyevin fəaliyyətini daim yüksək
qiymətləndirmişdir. Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev həzrətləri
Vasim Məmmədəliyevin “Şərəf” ordeni, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənabları isə “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman
imazalamışdır. 2017-ci ildə Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə
və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə
Vasim müəllimə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq
mükafatının təqdim olunması da dövlətimizin Vasim Məmmədəliyevə verdiyi yüksək
qiymətin bariz təcəssümüdür.
Həzrət Peyğəmbər (s) bir hədisində belə buyurub: “Allah-Təala bir şəxsin
xeyirini istəsə, onu dində dərin bilik sahibi edər” (
ُهْھﱢقَفُي اًرْي َخ ِهِب ُ ﱠﷲ ِدِرُي ْنَم
ِف
ِنيﱢدلا ي
).
Fikrimcə, Vasim müəllim Allah-Təalanın məhz belə bəndələrindəndir. Mən Vasim
müəllimə sağlam həyat və yeni-yeni nailiyyətlər arzulayıram.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
tarix elmləri doktoru, professor
14
BÖYÜK ZİYALI
Görkəmli şərqşünas alim, ictimai xadim, akademik Vasim Məmmədəliyev bütün
həyatını Azərbaycan xalqının mənəviyyatının zənginləşməsinə həsr etmişdir.
Müəllim və alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və
qayğıkeşliyi, fəal həyat mövqeyi ona xalqımızın dərin rəğbətini qazandırmışdır.
Cəmiyyətimizin mənəvi inkişafına, kamilləşməsinə, yüksəlməsinə xidmət edənVasim
müəllim gənclərimiz üçün mayak sayılan böyük ziyalıdır.
Vasim müəllimin dərin elmi təfəkkürü, hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl
ziyalıya xas keyfiyyətləri onu fenomenal şəxsiyyət zirvəsinə qaldırmışdır. Xalqın dini
maariflənməsində, ölkəmizdə ənənəvi İslamın təbliğində, Azərbaycanda yüksək
ixtisaslı kadrların yetişməsində və formalaşmasında Vasim Məmmədəliyevin
müstəsna xidmətləri vardır.
Vasim Məmmədəliyev çoxşaxəli elmi-pedaqoji və ictimai fəaliyyətə malik olan
nadir şəxsiyyətlərdəndir. Bu gün təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində
və Avropada görkəmli şərqşünas alim kimi tanınan Vasim Məmmədəliyev dilçilik
sahəsində dərin və hərtərəfli biliyə malik kamil mütəxəssisdir. Dilçilik elminin
tanınmış nümayəndəsi kimi Vasim Məmmədəliyev uzun illər ərzində ərəb dilçiliyi və
filologiyasının aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olmuşdur.
Onun ərəb dilçiliyi və filologiyasının bir sıra aspektlərinə həsr olunmuş əsərləri, o
cümlədən müqəddəs “Qurani-Kərim”in təfsiri və dilçilik xüsusiyyətləri ilə bağlı fikir
və mülahizələri mütəxəssislər tərəfindən təqdirəlayiq hesab edilir.Görkəmli
akademikin tədqiqatlarında orta əsr ərəb filoloqları, Avropa şərqşünasları, rus və
müasir ərəbşünasların ərəb dilçiliyi və qrammatika məktəblərinə dair fikir və
mülahizələrinə münasibət bildirilmiş, bu sahənin öyrənilməsində yeni nəticələr əldə
edilmişdir. Qiymətli əsərləri ilə akademik Vasim Məmmədəliyev Azərbaycan
ərəbşünaslığının nüfuzunu dünyaya tanıtdırmışdır. Onun elmi əsərləri dünya
şərqşünaslığına layiqli töhfədir.
Akademik təkcə Şərq dünyasını, ərəb filologiyasını öyrənməklə kifayətlən-
məmiş, habelə elm və din problemi haqqında ilahi kəlamları əsas tutan tədqiqatçı kimi
ilahiyyat elminin uğur qazanmasına xidmət etmişdir. Bakı Dövlət Universitetində
İlahiyyat fakültəsinin yaradılmasında böyük xidmətləri olan akademik Vasim
Məmmədəliyev həmin fakültənin dekanı kimi ölkədə yüksək ixtisaslı dini kadrların
hazırlanması istiqamətində əzmlə çalışır.
Həmçinin Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1997-ci ildən
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şurada
bəşəriyyətin elmi inkişafını təqdir edən İslam dininin müasir cəmiyyətdə rolu və ona
münasibətlə bağlı müxtəlif məsələlərin həllini tapmasına dair fəaliyyətini də uğurla
davam etdirir.
15
Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi mərhum akademik Ziya
Bünyadov ilə birgə Azərbaycan dilinə tərcümə etməsi və bu müqəddəs kitaba şərh,
eləcə də “Ön söz” yazması ölkəmizin və bütövlükdə İslam dünyasının elmi-mədəni
həyatında mühüm hadisə olmaqla yanaşı, V.Məmmədəliyevə geniş oxucu kütləsinin
rəğbətini də qazandırmışdır.Vasim müəllim ölkəmizdə uzun illərdən bəri insanların
mənəvi ehtiyac duyduğu bir işin - Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin
öhdəsindən uğurla gəlmişdir. Vasim müəllim hər nəşrdə tərcümə üzərində yenidən
işləmişdir. Bu yaxınlarda onun üzərində işlədiyi yeni nəşr işıq üzü görəcəkdir.
Vasim müəllimin ibrətamiz söhbətlərini dinləyən hər kəs həqiqətən mənəvi
cəhətdən saflaşır, zənginləşir. Böyük alimin İslam dini dəyərlərinin təbliğində və
yayılmasında, Quran ayələrinin, dini ayinlərin və hədislərin düzgün yozulmasında,
xalqın mənəvi cəhətdən zənginləşməsi və inkişafında böyük xidmətləri vardır. Bu
baxımdan akademikin ilk vaxtlar Azərbaycan televiziyası, sonradan isə “Mədəniyyət”
kanalı ilə "Haqqın dərgahı"ndakı müntəzəm və davamlı çıxışları artıq 20 ildən çoxdur
ki, Azərbaycan tamaşaçısı tərəfindən maraqla qarşılanır. Bu veriliş dini-mənəvi
dəyərlərin ölkəmizdə elmi şəkildə təbliğ olunması işində mühüm rol oynamaqdadır.
Əlaqələrimizin ildən-ilə gücləndiyi və inkişaf etdiyi İraq, İran, Türkiyə, Suriya,
Misir kimi ölkələrdə akademik Vasim Məmmədəliyevin fəaliyyəti elmi qurumlar
tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan alimi həmin ölkələrdə
akademiyaların, elmi cəmiyyətlərin üzvü seçilmişdir. İraq Elmlər Akademiyasının,
Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının, Misir Ərəb Dili
Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ
Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq
Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü olan dünya-
miqyaslı akademik, həmçinin Azərbaycan-İraq Dostluq Cəmiyyətinin uzun müddətdir
ki, sədridir. Bu baxımdan müsəlman ölkələri arasında dostluq münasibətlərinin
qurulmasında, həmrəyliyin yaradılmasında, müstəqil Azərbaycan Respublikasının
beynəlxalq aləmdə tanınmasında Vasim müəllimin bacarıqlı diplomat kimi
fəaliyyətini də nümunə göstərmək olar.
Akademik Vasim Məmmədəliyevin elm və təhsil sahəsindəki əvəzsiz xidmətləri
dövlət və beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Bu
sahədəki səmərəli fəaliyyətinə görə o, 1992-ci ildə Azərbaycanın Əməkdar elm
xadimi fəxri adına layiq görülmüş, 2002-ci ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”
ordenləri ilə təltif edilmiş, 2012-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. 2003-
cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
“Yusif Məmmədəliyev” medalı ilə təltif edilmişdir. 2017-ci ildə isə Heydər Əliyev
Fondunun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən
layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin
təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
görkəmli alim Vasim Məmmədəliyevə Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban xanım Əliyeva tərəfindən "Qızıl çinar” beynəlxalq mükafatı
təqdim edilmişdir.
Dostları ilə paylaş: |