Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə31/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   27   28   29   30   31   32   33   34   ...   108

 
97
matoqrafiyası metodlarının inkişafı haqqında danışmaq qəbul 
edilmişdir. 
Qaz xromatoqrafiyası daha yüksək inkişaf səviyyəsinə 
malikdir. Belə ki, bu səviyyə avtomatik şəkildə  işləyən de-
tektora malik həssas və universal qaz xromatoqraflarının yara-
dılması ilə şərtlənir. Adi variantda qaz xromatoqrafiyası yalnız 
kifayət qədər uçucu və termiki cəhətdə dözümlü (dayanıqlı) 
olan maddələri ayırmaq və analiz etmək üçün istifadə edilə 
bilər. 
Qaz xromatoqrafiyasının tətbiq sahələri  pirolizli, 
reaksiyalı, yüksək temperaturlu  və  yüksək təzyiq altında baş 
verən xromatoqrafiyaların inkişaf etməsi ilə  əlaqədar olaraq 
genişlənir. 
  
Cədvəl 7 
Müxtəlif xromatoqrafiya növlərinin təsnifatı 
 
Xromatoqrafiya növü 
Yerinə yetirilmə forması 
Maye (hərəkət edən faza – 
mayedir) 
Bərk maye: 
Adsorbsiyalı .   .   .   .   .   .   .    
İon mübadilə .   .   .   .   .   .   .    
Hel – filtrləmə .   .   .   .   .   .   .    
Maye – maye: 
Paylaşdırıcı .   .   .   .   .   .   .   .    
Kompleks maddələrin əmələ 
gəlməsindən istifadə etməklə .   
Qaz (hərəkət edən faza–qazdır) 
Qaz adsorbsiyalı .   .   .   .   .   .    
Qaz – maye (paylaşdırıcı) .   .    
 
 
 
Kolonkalı, nazik təbəqəli 
Kolonkalı, nazik təbəqəli 
Kolonkalı, nazik təbəqəli 
 
Kolonkalı, nazik təbəqəli, kağız 
 
Kolonkalı, nazik təbəqəli 
 
Kolonkalı  
Kolonkalı 
 
Xromatoqraflaşdırmanın məqsədinə görə analitik xroma-
toqrafiyanı (vəsfi və miqdari analiz); preparativ xromatoq-
rafiya (maddələri təmiz halda almaq üçün, mikroqarışıqların 
qatılaşdırılması  və  kənarlaşdırılması); proseslərin idarə 


 
98
edilməsinin avtomatlaşdırılması üçün sənaye xromatoqrafiyası 
(bu zaman məqsədli məhsul kolonkadan ötürücüyə keçir) 
fərqləndirilir. Xromatoqrafiya – məhlulların, katalitik pro-
seslərin, kimyəvi proseslərin kinematikasının və digərlərinin 
tədqiqi üçün geniş istifadə olunur.  
Son illər maye xromatoqrafiyası tez inkişaf etməyə baş-
lamışdır ki, bu da kolonkanın girişində böyük təzyiqli 
mayelərin tətbiq edilməsinə imkan verən, mexaniki cəhətdən 
möhkəm olan yüksək effektli adsorbentlərin məhlulları üçün 
həssas detektorların yaradılmasında qazanılan nailiyyətlər 
sayəsində mümkün olmuşdur. Buna görə müasir zamanda 
maye xromatoqrafiyası qaz xromatoqrafiyasından daha üstün 
qəbul edilir və yüksək dəyərləndirilir. Qeyd olunan üstün-
lüklərə aşağıdakılar aid edilir:  
1. böyük ayrılma sürəti; 
2. yüksək həssaslıq.  
Bundan başqa, 300-500-dən (qaz xromatoqrafiyası üçün 
yuxarı hədd) bir neçə milyonadək molekul çəkisi diapazonunda 
maddələr qarışığının ayrılması  təmin edilir. Yüksək sürətli 
maye xromatoqrafiyasının müasir vəziyyəti bir sıra elmi 
əsərlərdə, monoqrafiyalarda geniş şərh olunur. 
Bu və ya digər xromatoqrafiya metodunun seçilməsi bir 
sıra amillərdən asılıdır. Tədqiqat işinin daha yüksək dəqiqlik və 
həssaslıqla, daha az əmək və zaman sərfi ilə yerinə yetirilməsi 
üçün tədqiqatçı öz tədqiqat işinin məqsədini, analizin tələb 
olunan dəqiqlik dərəcəsini aydın dərk etməli və eləcə  də 
laboratoriyanın mümkün imkanlarını nəzərə almalıdır.  
Hər bir xromatoqrafik analiz metodu spesifik, özünəməx-
sus xüsusiyyətlərə və müəyyən üstün cəhətlərə malik olur. 
Qarşılıqlı olaraq bir-birini tamamlayan müxtəlif növ 
xromatoqrafiya metodlarından istifadə olunduqda daha tam və 
dəqiq nəticələr əldə etmək mümkün olur. 
 
 


 
99
3.2. Qaz xromatoqrafiyası
 
 
Qaz xromatoqrafiyası – qaz və ya buxar halında tədqiq 
olunan qatışığın kolonka boyunca mütəhərrik qaz fazası ilə 
qarışması, hərəkətsiz fazada onların adsorbsiyası  və ya həll-
olması  nəticəsində  tərkib komponentlərinə ayrılması prosesi 
baş verən analiz üsuludur. Hərəkətsiz fazanın aqreqat halından 
asılı olaraq  q a z – a d s o r b s i y a l ı   (bərk halda olan faza) 
xromatoqrafiyanı      q a z – m a y e   (maye halda olan faza) 
xromatoqrafiyasından fərqləndirilir.  
Qida məhsullarının istehsal proseslərində  və  tədqiq 
edilməsində   q a z – x r o m a t o q r a f i y a s ı   pestisid qalıq-
larının vəsfi və miqdari analizi üçün, texnoloji proseslərin 
gedişinə, mikrobiologiya sənayesində, pivə, konyak, spirt isteh-
sallarında, şərabçılıqda yarımfabrikatların və hazır məhsulların 
keyfiyyətinə  nəzarət etmək məqsədilə, uçucu ətirli birləşmə-
lərin və boyaq maddələrinin tərkibini öyrənmək üçün, məh-
sullarının tərkibindəki ali yağ turşularının və spirtlərin, vita-
minlərin, aminturşuların, üzvi qida turşularının və digər 
komponentlərin miqdarını təyin etmək üçün tətbiq olunur. 
Avtomatik işləyən qaz xromatoqraflarının  əldə olunması 
və onlara qulluq göstərilməsi ilə baölı olan xeyli ilkin xərclərin 
mövcudluğuna baxmayaraq, onların tətbiqi nəticəsində analiz 
göstəricilərinin dəqiqliyinin və  səmərəliliyinin yüksəlməsi 
hesabına kifayət qədər böyük texniki-iqtisadi effekt əldə edilir 
ki, bu da müasir zamanda ən vacib sayılan amillərdəndir.  
 
3.2.1. Qaz xromatoqrafiyası metodunun  
əsasları və prinsipi 
 
Ən müxtəlif oblastlarda daha effektli və universal bir üsul 
kimi  qaz xromatoqrafiyası (QX) kifayət qədər böyük əhə-
miyyət kəsb edir. Qaz xromatoqrafiyası metodunu asanlıqla 
avtomatlaşdırmaq mümkündür ki, bu da onun digər müasir 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə