135
Qarışıq 2 saat ərzində su hamamında qaynadır, ikiqat
miqdarda su əlavə edir, ayırıcı qıfda benzol qatını ayırır, o bərk
natrium bikarbonatla neytrallaşdırlır, yuyulur və kağız filtrdən
filtrlənir.
Sulfat turşusu iştirakı ilə soyuqda metanolla pereeter-
ləşdirmə.
100 mq miqdarında lipidləri 10 ml etil efirində həll
edilir. Maqnitli qarışdırıcıda qarışdırarkən 1 ml qatı sulfat
turşusu damcı-damcı əlavə edilir. 20 dəq.-dən sonra 12 ml
mütləq metanol əlavə edir və 20 dəq. sakit saxlanılır. Turşunu
neytrallaşdırmaq üçün 7 ml, kalium qələvisinin 35%-li metanol
məhlulunu əlavə edir və 15-20 dəq. sakit saxlayırlar.
Yağ turşularının metil efirləri heksanla ekstraksiya edilir,
bunun üçün qarışığı 40 ml heksanla ayırıcı qıfa keçirirlər, 80
ml su əlavə edilir və bir dəq. ərzində intensiv çalxalanır.
Aşağıdakı sulu fazanı kənarlaşdırırlar və beləcə üç dəfə təkrar
edilir. Birləşdirilən heksan ekstraktları tablaşdırılmış natrium-
sulfat üzərində qurudulur, filtrləyir və həlledici vakuumda
rotorlu buxarlandırıcıda kənarlaşdırılır.
Alınmış metil efirləri nazik təbəqəli xromatoqrafiya
(NTX) istifadə olunmaqla təmizləmək mümkündür. Möhkəm-
ləndirilmiş silikohel təbəqəli 18x24 sm ölçülü plastinka üzərinə
petroleyn efirində həlledilmiş 100 mq-dək metil efirlərini
sürtür və 19:1 nisbətli petroleyn efiri – etil efiri sistemində ay-
dınlaşdırılır. Sonra plastinkanı qurudur və onun kənarları
(plastinkanın əsas hissəsi şüşə ilə örtülür) fosfor-molibden
turşusunun 20%-li spirt məhlulu ilə çilənilir. Metil efirləri
fraksiyasını plastinka üzərindən təmizləyir və petroleyn efiri –
etil efiri qarışığı ilə bir neçə dəfə elyurə edilir (yuyulur).
Asetil xloridin mövcudluğu şəraitində metanolla
pereeterləşdirmə.
20-25 mq (bir damcı) yağı əks-soyuducu ilə
təchiz olunmuş (bu kalsium xloridli borucuqdan hazırlanır)
yumrudibli kolbaya yerləşdirilir, oraya 0,2 ml mütləq metanol
əlavə edirlər, 3-4 damcı susuz asetil xlorid damızdırır, bir saat
ərzində su hamamında qaynayır, soyudur və 20-30 dəq.
136
ərzində, otaq temperaturunda rotorlu buxarlandırıcıda hidrogen
xlorid kənarlaşanadək buxarlandırırlar.
Yağ turşularının metil efirlərinin əmələ gələn qarışığını
benzolla durulaşdırır və nümunəni xromatoqrafa daxil edirlər.
3.2.8.3. Qeyri-polyar fazalarda
xromatoqrafik ayrılma
Silisium tərkibli üzvi və ya parafin təbiətli vakuum sürtgü
yağları – silikon-SE-30, apiezon-L, apiezon-M, polibuten. yağ
turşuları metil efirlərinin analizində istifadə olunan daha geniş
yayılmış qeyri-polyar fazalardır. Bu fazalarda qatışıqların
ayrılmasını təyin edən əsas faktor, komponentlərin molekul
çəkisidir. Bu fazalar bir karbon atomu zəncirinin C
1
-dən C
34
-
dək hədlərdə uzunluğuna görə fərqlənən efirlərin və doymuş
turşuların tam ayrılmasını təmin edir.
Şaxələnmiş zəncirə malik turşu efirləri kolonkada, eyni
sayda karbon atomlu şaxələnməmiş zəncirə malik turşu efirləri
ilə müqayisədə daha tez hərəkət edir.
Doymamış turşular bu fazalarda kolonkalardan uyğun
doymuş turşulara nəzərən əvvəl elyurə olunur (yuyulurlar),
lakin onları, ikiqat rabitələrin sayına uyğun qeyri-polyar faza-
larda tam ayırmaq mümkün olmur.
Apiezon-L, karbon atomlarının sayına görə mürəkkəb
efirlərin ayrılmasını təmin edir, bu zaman doymuş və mono-
doymamış turşular tamamilə ayrılır, di- və tridoymamış
turşular xromatoqramlarda qarışıq piklər əmələ gətirir.
Silikon-SE-30 yüksək temperaturlarda daha dayanıqlıdır,
lakin onun selektivliyi aşağıdır: yalnız doymamış turşular
ayrılır, eyni sayda karbon atomları bir pik verirlər. Bu fakt,
doymuş turşuların doymamış komponentlərdən ayrılmasında
üstünlüyə malik ola bilər.
137
Qeyri-polyar maye fazalar piyi hidrogenləşdirərkən əmələ
gələn turşuların geometrik izomerlərini ayırmaq üçün müvəf-
fəqiyyətlə istifadə olunur.
3.2.8.4. Polyar fazalarda xromatoqrafik ayrılma
Turşuları, onlardakı ikiqat rabitələrin sayına görə ayırmaq
üçün hərəkətsiz faza kimi polyar mayedən istifadə edir. Belə
faza kimi müxtəlif poliefirlər tətbiq oluna bilər. Bu fazalarda
birqat, ikiqat və üçqat doymamış efirlər kalonkadan eyni sayda
karbon atomlarına malik doymuş efirlərdən dərhal sonra
çıxırlar. Buna görə də, polyar poliefir kolonkalarda diyen, tri-
yen, heksayen, pentayen və s. turşuları ayırmaq mümkündür.
Şaxələnmiş yağ turşularının doymuş efirləri, düz zəncirli
uyğun doymuş efirlərdən qabaqda yerləşir ki, bu da qeyri-
polyar fazalarda olduğu kimidir.
Zəncirində ikiqat rabitələrin yerləşməsinə görə fərqlənən
turşuların efirləri, habelə sis- və trans – izomerlər, sorbentlə
doldurulmuş kolonkalarda pis ayrılırlar, amma kapilyar kolon-
kalardan istifadə edərkən ayrıla bilir.
C
1
-dən C
30
-dək zəncirin uzunluğuna və 1-dən 6-dək
ikiqat rabitələrin sayına görə fərqlənən bitki və heyvan mənşəli
yağ turşularının metil efirlərinin analizi zamanı aşağıdakı
poliefir fazaların tətbiqi daha yaxşı nəticələr verir: polietilen-
qlikoladipinat – PEQA (linoleat, linolenat və oleatları yaxşı
ayırır), polietilenqlikolsuksinat – PEQS (həmçinin, ikiqat
rabitəli turşular da daxil olmaqla, bütün turşuları ayırır), xüsu-
siyyətlərinə görə adipin və kəhrəba turşuları efirlərinin analoqu
olan, lakin stearin və olein turşuları efirlərinin daha dəqiq
ayrılmasını təmin edən butandiolsuksinat.
Yağ turşularını analiz edərkən kolonkalar apiezonlar və
poliefirlərlə doldurulur, bir-biri ilə əvəzlənmir. Apiezonlar və
digər qeyri-polyar fazalar qaynama temperaturuna görə ayrıl-
manı təmin edir, bundan əlavə sis- və transkonfiqurasiyaları
Dostları ilə paylaş: |