Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə32/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   28   29   30   31   32   33   34   35   ...   89

 127 
yaradıcılığı onun eyni motivlərlə bağlı elmi axtarışlarının 
davamı, yaxud tərkib hissəsidir. Müəllifin elmi və  bədii 
yaradıcılığında müşahidə olunan bu vəhdət K.Abdulla ya-
radıcılığını bütövlükdə səciyyələndirən keyfiyyətdir. Onun 
elmi  əsərləri intellektual axtarışlarının məhsulu olduğu 
kimi, bədii əsərləri də, əslində, bu elmi axtarışların poetik 
müstəvidə davamıdır. «Yarımçıq  Əlyazma» romanının 
cildinin  arxa qabığında müəllif özü bunu aydın  şəkildə 
belə ifadə edib: «Yarımçıq  Əlyazma»ya gətirən yollar, 
izlər, cığırlar, lağımlar: «Əvvəl-axır yazılanlar...», «Yolun 
əvvəli və axırı», «Unutmağa kimsə yox...», «Ruh», «Gizli 
Dədə Qorqud», «Sirriçində dastan və yaxud Gizli Dədə 
Qorqud - 2», «Bir-iki, bizimki...», «Kim dedi ki, Simurq 
quşu var imiş?!», «Sirriçində nəğmələr», «Gümüş dövrün 
sirləri», «Qərar», «İlişin qayıtmağı», «Elə bil qorxa-
qorxa...», «Hərdən mənə mələk də deyirlər...», «Beyrəyin 
taleyi», «Casus», «Hamı  səni sevənlər burdadı...», «Dəvə 
yağışı», «Kədərli seçmələr» və  hətta: «Azərbaycan dili 
sintaksisinin nəzəri əsasları» (bax: 20).   
Müəllifin sıraladığı bu kifayət qədər iri siyahı onun 
irili-xırdalı bir sıra elmi və  bədii kitablarından ibarətdir. 
Bunlar müəllifin janrca və formaca (şeir, hekayə, esse, 
pyes, monoqrafiya və s.) bir çox hallarda biri-biri ilə qətiy-
yən yanaşı durmayan əsərlərini özündə ehtiva edir. Amma 
onların hamısı bir ad altında, vahid tematik motiv boyunca 
birləşə bilir: «K.Abdullanın «Dədə Qorqud» yaradıcılığı». 
K.Abdullanın «Dədə Qorqud» motivləri  əsasında 
elmi yaradıcılığı  bədii yaradıcılığından erkəndir.  Əslində, 
bu yazılarda müəllifin «Yarımçıq Əlyazma» romanının ne-
cə yaranmasının izahı və «texnoloji mexanizmləri» gizlən-
mişdir. K.Abdulla «Kitabi-Dədə Qorqud» dastanlarını ha-
mıdan fərqli oxumağı bacarır və başqalarının fikir vermə-
diyi «gizli» məqamları tutub, onların ardınca mətnin daxili 
aləminə, dərin qatlarına, mətnaltı deyilən məkana enir. 
 128
«Yarımçıq  Əlyazma» romanını bu cəhətdən «Dədə Qor-
qud» eposunun ilk baxışdan görünməyən aləmi – aysber-
qin sualtındakı hissəsi saymaq olar. O, sualtına – görün-
məyən aləmə məhz aysberqin görünən hissəsindəki işarə-
ləri yönlənmə - orientasiya nöqtələri kimi qəbul etməklə 
enə bilir. Bu xüsusi qabiliyyət və bacarıq tələb edir. K.Ab-
dulla buna özünü illərlə hazırlayıb. Onun elmi yaradıcılığı, 
bir növ, bu hazırlığa xidmət etmişdir. Bu cəhətdən onun 
1979-cu ildə çap olunmuş «Kitabi-Dədə Qorqud» dastan-
larının dili və mifoloji təfəkkürü» adlanan məqaləsi ilə 
2004-cü ildə çap olunmuş «Yarımçıq  Əlyazma» romanı 
arasında 25 illik zaman məsafəsi var. Ancaq romanın ədə-
bi mühiti çaş-baş qoyan məzmununun «texnologiyası» 
məhz bu məqalədə var. Müəllif məqalədə dastanın oxu-
cunu heyran qoyan dil gözəlliyinin mifoloji görüşlərlə 
bağlı olduğunu, daha doğrusu, dilin funksional formul-
larının mifin funksional məntiqinə tabe olduğunu, yaxud 
onunla müəyyənləşdiyini göstərmişdir (bax: 8). 
Müəllif bu məqalə ilə «Yarımçıq  Əlyazma» arasın-
dakı əsrin dörddə birini əhatə edən zamanın «bir anını» da 
olsun boş qoymamışdır. K.Abdulla, onun əsərlərinin nəşr 
xronologiyasına  əsaslansaq, 1980-ci ildə eposun şeirləri-
nin, 1981-ci ildə isə nəsr təhkiyəsinin özünəməxsus xüsu-
siyyətlərinə dair məqalə çap etdirmişdir (bax: 9; 10). 
Müəllifin 1983-cü ildə çap olunmuş məqaləsində isə «Ki-
tabi-Dədə Qorqud» dastanlarının Azərbaycan mifologiya-
sının sistemli tədqiqi üçün mənbə olaraq rolu əsaslandırıl-
mışdır (bax: 11). K.Abdulla üçün eposun mətnaltı «sirlər» 
dünyasına gedən yol dastanın dilindən başlanır. Bu baxım-
dan, onun növbəti ildə çap olunmuş məqaləsi tədqiqatçı və 
epik dil probleminin nəzəri-metodoloji  əsaslarına həsr 
olunmuşdur. Bu elmi məqaləni indi oxuyarkən onun müəl-
lifi alim K.Abdullanın obrazı altında yazıçı K.Abdullanın 
da konturlarını aydın şəkildə sezmək olur (bax: 12). Eyni 


 129 
məsələ alimin 1985-ci ildə çap olunmuş «Müəllif - əsər - 
oxucu» kitabında geniş şəkildə şərh olunmuşdur (bax: 13). 
1986-cı ildə K.Abdullanın ədəbiyyatşünaslığımızda tama-
milə yeni və orijinal olan «Beyrəyin taleyi» adlı əsəri çap 
olunur. Bu, həm elmi, həm bədii əsər idi. Belə hesab edirik 
ki, müəllifin «Dədə Qorqud» motivləri üstündə elmi yara-
dıcılıqdan bədii yaradıcılığa keçidinin əsasları bu məqalə-
dən başlanır (bax: 14). Bu üslub onun 1989-cu ildə çap 
olunmuş «Dönük peyğəmbər» əsərində də davam etdirilir 
(bax: 15). 1991-ci ildə bu tipli yazıları özündə birləşdirən 
«Gizli Dədə Qorqud» adlı kitabı  nəşr olunur. K.Abdulla 
burada özünün elmi tədqiqat metodunun əsaslarını da şərh 
etmişdir. Həmin metodu o, əslində, öz bədii yaradıcılığın-
da da davm etdirəcəkdi. Bu cəhətdən, müəllifin əsas tezisi 
ondan ibarətdir ki, «bir tərəfdən Dastanın üzdə olan ifadə 
planı var ki, burada çox məsələ qaranlıq görünə bilər... Di-
gər tərəfdən, üzdəki ifadə planından başqa dastanın dərin, 
gözəgörünməyən mahiyyət planı vardır. Məhz mahiyyət 
planında ifadə planında özünü göstərən qəribəliklər və 
mənqtiqsizliklər duman kimi dağılır, hər  şey öz dəqiq və 
təbii halını alır, bir növ, məntiqsizliklərin məntiqi  əsas 
görünməyə başlayır» (16, 11). Doqquz il sonra bu kitabın 
ardı  nəşr olunur. K.Abdulla «Sirr içində dastan və yaxud 
gizli Dədə Qorqud - 2» adlı yeni kitabında dastanın üzdə 
olan ifadə planındakı qaranlıq və  məntiqsiz təsir bağışla-
yan məqamların məntiqini aydınlaşdırmaq üçün mətnin 
dərinliklərinə - altda, K.Abdullanın obrazlı ifadə etdiyi ki-
mi: gizlində olan mahiyyət planına enir (bax: 18,). Daha 
sonra müəllif «Dədə Qorqud» motivləri üzərində elmi-bədii 
axtarışlarını «kifayət» hesab edir: «Casus» pyesi və «Ya-
rımçıq Əlyazma» romanları meydana gəlir (bax: 19; 20). 
Pyes və romanın süjet və mövzusu əsasən eynidir. 
Bunlar biri-birinin dram və roman variantlarıdır. Ancaq bu 
əsərlər arasındakı  fərq, sadəcə, eyni süjetin dramatik və 
 130
epik üslublarda bədiiləşdirilməsində deyil. Müəllifin yazı-
çı ustalığı ondadır ki, «Dədə Qorqud» motivləri üstündə 
məhz eyni mövzu, məzmun və süjetə malik olan bu əsərlər 
fərqli bədii təəssürat yaratmaqla, sözün həqiqi mənasında, 
müxtəlif bədii aləmlərdir. («Casus» pyesi komediya jan-
rındadır və «Dədə Qorqud» motivlərinin dram yozumun-
dan danışılarkən bu əsərə toxunulacaq). 
«Yarımçıq Əlyazma» romanı, bir növ, başdan-ayağa 
təzadlar və müəyyən mənada qəribəliklər üzərində qurul-
muşdur. Məsələn bu roman kifayət qədər iri həcmə malik-
dir: 288 səhifə. Lakin bu qədər iri həcmli romanın cəmi bir 
neçə cümləyə sığan məzmunu var: Oğuz elinin başçısı Ba-
yındır xan xəbər alır ki, oğuzda cəsus var imiş. Salur Qa-
zan onu tutdurub, sonra da oğuz bəylərinin hamısının razı-
lığı və iştirakı ilə zindandan buraxıb, Oğuzdan getməyinə 
şərait yaradıb. Bayındır xan Qorqudun katibliyi ilə bir 
neçə günlüyə istintaq qurdurur və romanın bütöv məzmu-
nu biri-birini təkrarlayan istintaq süjetlərindən ibarətdir. 
Məlum olur ki, casusun anası Boğazca Fatma bir-bir Oğuz 
bəylərinə yaxınlaşıb, hər bir bəyə ayrılıqda gəncliyini, 
onunla sevişdiyi anları xatırladaraq deyib ki, bu uşaq sən-
dəndir. Beləliklə, Oğuz bəylərinin hər biri elə güman edib 
ki, casus onun oğludur. Ona görə  də  bəylər biri-birindən 
gizlin casusun zindandan buraxılmasında həmrəy olublar. 
Bu çox sadə və qısa məzmun məna etibarilə çox mü-
rəkkəb və nəhəng münasibətlər sistemini əhatə edir. K.Ab-
dullanın ustalığı ondadır ki, burada təzadlı məqamları biri-
birinə üzvi şəkildə qovuşdurub. Süjetin sadəliyi məzmu-
nun məna qloballığı ilə qovuşaraq kompozisiya mürəkkəb-
liyi yaradıb. Daha bir iri təzad romanda komikliklə ciddili-
yin son dərəcə orijinal şəkildə birləşdirilməsidir. Süjet 
zahirən komikdir. Boğazca Fatma Oğuz bəylərini barma-
ğına dolayır. Lakin bu komizmin altında ciddi bir faciə 
görünür: Oğuz elinin birliyi, İç Oğuzla Dış  Oğuzun 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə