119
gözlərini yumub gözləyirdi.
Birdən uzaqdan səslər eşitdi,
gözlərini açdı, başını qaldırdı, diqqət elədi» (41, 89).
Bunlar döyüş meydanında cəsədi tapılmayan Turalın
anası Burla və arvadı Günel idi. Onlar Turalı yaralı halda
tapırlar. Dədə Qorqud Turalın yarasına baxıb: «Xanım, bu
yaradan qorxma, - dedi, - bu yaradan oğlana ölüm yoxdur.
Ana südü, bir də dağ çiçəyi onun yarasının məlhəmidir»
(41, 69).
Göründüyü kimi, Anar «Kitabi-Dədə Qorqud» das-
tanlarında Xızırın funksiyasını M.Rzaquluzadə kimi Dədə
Qorquda verir. M.Rzaquluzadənin Xızırı Dədə Qorqudla
əvəzləməsinin o dövrün ab-havası ilə bağlı motivləri
barədə artıq demişik. Anarın yaşadığı dövrdə Xızırı bədii
ədəbiyyata gətirməyin heç bir «təhlükəsi» olmasa da, ya-
zıçı bu epizodu Dədə Qorqudla bağlamağı məqsədəuyğun
hesab etmişdir.
Fikrimizcə, bu, səbəbsiz deyildir. Məsələnin kökləri
ilk növbədə yazıçının gerçəkləşdirdiyi bədii konsepsiyada-
dır. Povestdə bütün müqəddəs dəyərlər Dədə Qorqud
obrazına konsentrə olunmuşdur. «Ana südü, dağ çiçəyi»
ilə müalicə bir şaman terapiyasıdır, bu mənada həmin tera-
piyanın öz arxetipləri baxımından qam-şaman olması haq-
qında çox deyilmiş Qorquda aid edilməsi tamamilə
təbiidir. Lakin burada məsələnin
mahiyyəti təkcə şaman
terapiyası ilə bağlı deyildir. Eposda qorunub qalmış bu
müalicə, sadəcə, şaman terapiyası yox, oğuzların müqəd-
dəs dəyərləri ilə bağlı qədim görüşləri özündə əks etdirir.
Oğuzlarda ana müqəddəsdir. «Ana haqqı - Tanrı
haqqı» deyimi oğuz şüurunun müqəddəs hökmlərindən
biridir. Türk folklorunda mifik süd simvolunun kosmoloji
semantikası məsələsini araşdırmış folklorşünas Ə.Kərim-
bəyli eposdakı «ana südü, dağ çəçəyi» ilə bağlı yazır ki,
«mifopoetik Ana südü bir sıra mifik funksiyalarla yüküm-
lüdür:
120
1. Ana südü - şəfa simvoludur;
2. Ana südü - mistik simvoldur;
3. Ana südü - mifik auralı simvoldur;
4. Ana südü - hərəkətli (transferli) simvoldur;
5 Ana südü - super simvoldur» (191, 198).
Göründüyü kimi, ana
südü müqəddəsdir və bu süd
hər şeydən öncə ana başlanğıcını ifadə edir. Tural ölümcül
vəziyyətdədir. Qam-şaman görüşlərinə görə, onun ruhu
bədənindən çıxmış, yəni ölmüşdür. Dədə Qorqud onu hə-
yata qaytarır, yəni dirildir. Bu, ölüb-dirilmədir. Folklorşü-
nas alim R.Əliyev bu epizodu məhz ölüb-dirilmə (totem
əcdadların ölmüş qəhrəmana yenidən həyat verməsi) kimi
şərh etmişdir (132, 44). Bu cəhətdən, Turalın həyata qayıt-
ması onun yenidən dünyaya gəlməsi - doğulması demək-
dir. Doğum ata-ana ilə mümkün olur.
Bu halda, bizim
fikrimizcə, «ana südü və dağ çiçəyi» ana və atanı (ana və
ata başlanğıclarını) simvollaşdırır. Ana südü - ana başlan-
ğıcının rəmzidirsə, dağ çiçəyi də - ata başlanğıcının rəmzi-
dir. Türk mifologiyasının dərin qatlarını yazıçı fəhmi ilə
dərindən duyan Anar dağ obrazını povestdə açıq-aşkar
şəkildə ata başlanğıcı kimi təqdim etmişdir. Əsərdə Tural-
la sevgilisi Günelin arasındakı dialoqa diqqət edək:
«Tural dedi:
- Günel, sən niyə dağlara baxanda həmişə yaşmaqla-
nırsan, üzünü gizlədirsən?
Günel xəfifcə gülümsündü:
- Bunu bizə anamız öyrədib, - dedi, ona da nənəmiz
öyüd verib. Deyirlər ki, Qazılıq dağı bizim - Oğuz qızla-
rının, gəlinlərinin qayınatasıdır. Bu dağı görəndə gərək
sifətimizi örtək» (41, 51).
Göründüyü kimi, Qazılıq dağı Günelin qayınatası,
yəni Turalın dağ atasıdır. Ölümcül yaralanaraq dağın ya-
macına düşüb qalmış Tural, əslində, dağ atası, yəni totem
atası (totem əcdadı) Qazılıq dağının quğacındadır. Onu
121
ana südü ilə dağ çiçəyinin sağaltması Turala
bu simvol-
larda bir mifik qüvvə kimi mövcud olan ana əcdadın ruhu
ilə ata əcdadın ruhunun (ana və ata başlanğıclarının) yeni-
dən həyat verməsidir.
Bu simvollar nə eposda, nə də povestdə təsadüfi iş-
lənməyib, xalqımızın dağın əcdad olması haqqında qədim
mifik təsəvvürləri ilə bağlıdır. Türk alimi Ə.İnan göstərir
ki, Türküstan türkləri Xan Tanrı, Buztağ Ata, Bayın Ula
və b. adlarla tanıdıqları dağları «müqəddəs, ulu əcdad, ulu
xaqan» hesab edirdilər (360, 32). M.Seyidov yazır ki, qə-
dim türklərin VI əsrə aid Çin qaynaqlarında qorunub
qalmış təsəvvürlərində dağ «yer tanrısı»,
yer ruhu hesab
olunur. (304, 308). Mifşünas alim C.Bəydilinin şor folklor
mətni əsasında yazdaqlarından məlum olur ki, dağın ruhu
var və dağ əyəsi - dağın ruhudur (72, 89). Bu cəhətdən
eposda Buğacı sağaldan Xızır dağ ruhudur. Bunu Xızırla
bağlı kitabında Ə.Y.Ocak əfsanələr əsasında sübut et-
mişdir (363, 198). Kultlara aid tədqiqatında R.Əlizadə
göstərir ki, qədim türklərin əksər hissəsinin Altay, Bodın-
İnli, Saqçaq, Ağ qaya, Alaş və başqa dağlara tapınmaları,
əslində, mərhələli formada «Dədə Qorqud» oğuzlarının
Qazılıq dağı, Gökçə dağ, Ala dağ,
Qara dağ, Qaracuk dağı
kimi dağlara yönəlmiş inamlarına transformasiya edilmiş-
dir (142, 32). Dağın əcdad ata olması Azərbaycanda uşağı
olmayan qadınların daş pirlərinə gedib özlərini daşa sürt-
mələrində qorunduğu kimi, «telengit türklərində oğlu-
uşağı olmayan qadının mübarək üzlü dağa çıxıb dua etmə-
si ilə övladı olacağı» haqqında inancında da ifadə olun-
muşdur (395, 244).
Beləliklə, dağ oğuz-türk inanclarında əcdad, əcdad
ata, dağ ruhudur. Eposda Xızır həmin dağ ruhunun insan-
laşmış formasıdır. Xızırın Dədə Qorqudla əvəz olunması,
əslində, mifik görüşlərə zidd deyildir.
Mifşünas alim
C.Bəydilinin tədqiqatı göstərir ki, Xızır və Qorqud biri-
122
biri ilə doğma obrazlardır. Belə ki, «müstəqil hami ruh
funksiyalı Boz Qurd, Xızır, İrkıl Xoca, Uluğ Türük, Qor-
qut Ata, Umay (övliya), nurani dərviş və başqa» obrazların
hamısı mifoloji Ulu Ana kompleksində biri-biri ilə birlə-
şirlər (75, 72-73), yəni bu obrazların hamısı, o sıradan
Xızır və Qorqud eyni kökdən çıxmışlar. Bu cəhətdən,
M.Rzaquluzadənin öz əsərində Xızırı Dədə Qorqudla
əvəzləməsi dövrün siyasi-ideoloji iqlimi ilə bağlı idisə,
Anarda bu əvəzlənmə dəqiq mifoloji-epik,
bədii-estetik
məntiqə tabedir.
Əsərin sonunda göstərilir ki, «Dədə Qorqud, Burla
Xatun və Tural harasa gedirdilər. Onlar gəlib haman döyüş
meydanına çıxdılar. Bura tamam dəyişmişdi. Qaraca Ço-
ban yöndəmsiz daş qalıqlarını dığırlayıb kənara atırdı.
Daşlardan boşalmış meydanda öküzlər cüt sürür, adamlar
holavar çağıra-çağıra torpağı xışlayırdı. Qaraca Çoban
qan-tər içində torpağı daşdan kəsəkdən təmizləyirdi. Bey-
rəyin 14 yaşlı oğlu ona kömək edirdi» (41, 91).
Burada Dədə Qorqudla Qaraca Çoban arasında əsərin
bütün sətiraltı məna yükünü özündə daşıyan dialoq olur:
«Dədə Qorqud:
- Çoban, oğul, nə edirsən belə? - dedi.
Qaraca Çoban:
- Torpağı təmizləyirəm, Dədə, - dedi. - İstəyirəm
şumlayaq, əkək, biçək, yeyək, dolanaq. - Məsləhətdirmi,
Dədə?
Dədə Qorqud:
- Çoban, sözün haqdır, - dedi, - yurdumuzun başına
çox
qəzalar gəldi, ərlərimiz, igidlərimiz çox qırıldı. Amma
tamam qırılıb qurtarmadıq. Hələ varıq, hələ olacayıq, qala-
cayıq» (41, 91).
Bu dialoq ikili məna sisteminə malikdir: mətnüstu və
mətnaltı məna sıraları. Mətnüstündə hər şey aydındır: elin
igidləri qırılıb, əkib-biçmək, dolanmaq, artıb-çoxalmaq,