Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   15   16   17   18   19   20   21   22   ...   89

 75 
daha maraqlı bir cəhət də vardır. Yazıçı eposdakı boyların 
quruluş xüsusiyyətlərindən  ənənə kim istifadə edərkən 
sanki bir ənənəni qəsdən pozmuşdur: eposda boyların sayı 
12, povestlərdə hekayələrin sayı 7 dir. Ancaq burada da 
ənənəyə güclü əsaslanma var. 
Əvvəla, yazıçı istəsə idi, povestdəki hekayələrin sa-
yını 12 edərdi. Bu halda o, məzmun gözəlliyini forma gö-
zəlliyinə qurban verməli idi. Lakin o, bədiiliyi əsas götür-
müşdür. Ancaq bununla belə yenə ənənəyə əsaslanmışdır. 
Məsələ burasındadır ki, 12 və 7 rəqəmləri nutarual ədədlər 
kimi biri-birinə  bərabər olmasa da, onların hər ikisinin 
oğuz-türk rəqəm simvolikasında bütövlüyü bildirməsi bu 
rəqəmləri biri-birinə mənaca bərabərləşdirmiş olur. 
B.Abdulla yazır ki, saylar sırasında 12 bəzi anlayış 
və görüşlərin yaranmasında iştirakı ilə tanınma ucalığına 
yüksəlib. Alim «Kitabi-Dədə Qorqud» eposundan nümu-
nələr verməklə folklor örnəklərində tuş olunan 12 sayının, 
əsasən, çoxluq anlayışında işlədiyini göstərir (7, 124, 126). 
Maraqlıdır ki, 24 boydan ibarət oğuz xalqı 12-12 olmaqla 
İç Oğuz və  Dış  Oğuz tayfalarına bölünürdü. Yəni 12-lik 
oğuz xalqının bütövlük - çoxluq ölçülərindən idi. Mifşünas 
alim R.Qafarlı elə beləcə  də yazır: «Ulu əcdadlarımızın 
əqidəsində on iki «tamlaşmanı», «bütövləşməni» bildirir-
di. Oğuz türklərinin adətincə, oğlanlar ömürlərinin ilk on 
iki ilini adlamaqla ova çıxmaq, yarışlarda iştirak etmək, 
evlənmək, dövlət işlərində  iştirak etmək hüququ qazanır-
dılar və bu həddi aşmamış onlara ad qoyulmurdu (212, 22) 
7 rəqəminin milli mədəniyyətimizdəki yeri daha 
böyükdür. B.Abdulla göstərir ki, Azərbaycan folklorunda, 
eləcə  də xalq məişətimizdə digər hesaba alınan saylarla 
yanaşı, 7-nin işlənmə, deyilmə vəzifəsi çoxdur (7, 97). 7-
nin simvollarından biri onun çoxluq, bütövlük bildirməsi-
dir. Təkcə «Koroğlu» eposundan bir fakta müraciət etmək 
kifayət edər. Çənlibeldəki dəlilərin bütöv sayı 7 rəqəminin 
 76
düzülüşündən yaranır: 7777 dəli. Demək, 12 rəqəmi kimi, 
7 rəqəmi də bütövlüyü - çoxluğu rəmzləndirir. M.Rzaqulu-
zadə öz povestlərində hekayələrin sayını süni şəkildə 12-
yə qaldırmasa da, yenə  də epik ənənəyə riayət edib 7 rə-
qəmindən istifadə etmişdir. 
Yazıçının povestlərinin məzmununa diqqət etdikdə 
«Dədə Qorqud» motivlərinin nəsrdəki bu ilk taleyinin ma-
raqlı  bədii təcəssümləri ilə qarşılaşırıq. Sənətkarın «Dəli 
Ozan» povesti - hekayələr silsiləsi deyildiyi kimi, eposun, 
əsasən, «Bamsı Beyrək» boyu ilə  əlaqədardır. Povestə 
daxil olan hekayələrdən birincisi «Ceyran ovu» adlanır. 
Bu hekayədə boydan bizə məlum olan hadisələr bədiiləş-
dirilmişdir. Beyrəyin ceyran ovuna çıxması, Banıçiçəyə 
rast gəlməsi, onların yarışması canlı bədii dillə təsvir olu-
nur. Lakin M.Rzaquluzadə boydakı hadisələri müasir nəsr 
texnikası ilə, sadəcə olaraq, təkrarlamır.  Əksinə, məlum 
epik hadisələri yenidən canlandıran müəllif məlum epizod 
və obrazları müasir dövrün estetik dəyərləri ilə süsləndirir. 
Bu baxımdan, bir epizod səciyyəvidir. Beyrəklə Banıçiçək 
güləşərkən sonuncunun niqabı üzündən düşür və Beyrək 
qızın üzünü görür. 
«Banıçiçək deyir: Hey, hey oğlan, mənim üzümü hələ 
kimsə görməmişdi. Sən nə etdin oğlan? Öz qanına girdin! 
Banıçiçək çəkməsinin boğazından xəncərini çıxarır 
və Beyrəyi öldürmək istəyir. Bu vaxt Beyrək deyir: Suçu-
mu qanımla yu, gözəl! Bu sən, bu da sinəm... vur! Ancaq 
bəlli bil ki, sənə ölüb-öldürmək yox, yaşamaq və yaşatmaq 
yaraşır...» (292, 54). 
Burada epik sevgililər arasında olan münasibətlər 
müasir estetik düşüncə konsepsiyası  əsasında mənalandı-
rılmışdır. Yazıçı Banıçiçəyin öz namusunu qorumasını, 
Beyrəyin öz sinəsini qorxmadan xəncərin qabağına ver-
məsini Azərbaycan gəncliyinin tarixən dəyişməz mənəvi 
keyfiyyəti kimi tərənnüm etmişdirsə, Beyrəyin qıza 


 77 
müraciətdə «sənə ölüb-öldürmək yox, yaşamaq və yaşat-
maq yaraşır» deməsi artıq müasir gəncliyin estetik idealı-
nın göstəricisi kimi çıxış edir. Bu sözlərdə müasir dövrün 
ovqatı ifadə olunmuşdur. XX əsr qadına təkcə gözəlliyin 
qoruyucusu kimi yox, eyni zamanda daşıyıcısı, yaşadıcısı 
və qurucusu kimi yanaşır. Banıçiçək Beyrəyin arzu-təqdi-
matında müasir Azərbaycan qızlarının gözəllik və namus 
simvolu səviyyəsinə qaldırılır. 
M.Rzaquluzadənin bədii istedadının orijinallığı he-
kayədəki Qoçər surətində reallaşdırılmış  bədii konsep-
siyada da ifadə olunmuşdur. Dastanda Dəli Qarcar dəlisov 
davranışlar müəllifidir. Tədqiqatçı alim M.Kazımoğlu də-
lisovluğu öz əsərlərində belə  əsaslandırır ki, «Dədə Qor-
qud»da dəlilik neçə-neçə obrazı  əhatə edən bir xətdir və 
xətt üzrə təsvir edilən obrazların hərəkətləri, təbii ki, biri-
biri ilə yaxından səsləşir. Ayrı-ayrı obrazlarda özünü gös-
tərən ağlasığmaz hərəkətlərin ümumi mənzərəsindən aydın 
olur ki, belə  hərəkətlərin  ən başlıca səbəbi başqa bir şey 
yox, dəliliyin, dəlisovluğun özüdür (187, 25; 188, 175). 
Yazıçının  əsərində isə Qoçəri (Dəli Qarcarı) biz 
tamamilə başqa bədii keyfiyyətlərin daşıyıcısı kimi görü-
rük. Qoçər atasının ölümündən sonra hamı ilə əlaqəni kəs-
mişdir. Onun eposdakı prototipi bacısını diləyənləri dəlilik 
səbəbindən öldürür. Yazıçı hekayədə epik dəlilik - dəli-
sovluq keyfiyyətindən imtina edərək Qoçəri müasir döv-
rün estetikası ilə təsdiq olunan real cizgilərə uyğun təsvir 
etmişdir. O, nakam aşiqdir; qonşu məliklərdən birinin qızı 
ilə sevişmiş, atası ilə məlik arasında olan mənsəb və təəs-
süb ədavəti bu saf və səmimi eşqi faciəyə çevirmişdir. Ona 
könül verən qız öz yaxın qohumu tərəfindən öldürül-
müşdü. Qoçər də atası öləndən sonra ona düşən xanlıqdan 
imtina etmiş, hamısını bacısı Banıçiçəyə bağışlamışdı. 
Başqa sözlə, M.Rzaquluzadə bu obrazı «dəli»dən «aşiq»ə 
çevirmişdir. Qoçər hekayədə  həm də sosial ədalət 
 78
ideyalarının daşıyıcısı  və müdafiəçisi kimi təqdim olun-
muşdur. O, bəy-xanlarla oturub-durmur: «Oturub-durduğu 
adamlar; çobanlar, dünya görmüş qocalar, ölkələr gəzmiş 
bəzirganlar, el-oba içində tanınmış, sözlü-söhbətli ozanlar 
idi, onun sözləri adi ozanların sözlərinə  bənzəməzdi, çal-
dığı havalar qoşduğu sözlər dinləyənləri yandırıb yaxar, 
günlərcə düşündürərdi.» (292, 56). 
M.Rzaquluzadə Beyrəklə Banuçiçək arasındakı mü-
nasibətlərin taleyini də müasir dövrün inqilabi romanti-
kasına uyğun həll edir. Qoçər onun bacısını var-dövlət 
məqsədi ilə istəyən ətrafdakı bəy-xanların elçilərini söyüb 
qovsa da, Beyrəyin saf və  səmimi sevgisinə çox həssas 
yanaşır: heç nə tələb etmədən bacısını Beyrəyə verir. Toy 
məclisi qurulur və toyun yeddinci günü Beyrəyi dörd yol-
daşı ilə birlikdə əl-qolunu bağlayıb aparırlar. 
Boydakı hadisələrin davamı silsilənin ikinci əsəri 
olan «Qoca canavar» hekayəsində davam etdirilir. Burada 
qoca canavar Şöklü Məlikdir. Yazıçı onu əsil-köksüz, 
nəsil-nəcabətsiz, zalım, yalançı, ikiüzlü, qəddar cani kimi 
təsvir edir. Bayındır xanın hörmətini qazansa da, gizlində 
dəhşətli  əməllərlə  məşğul olur: o, dənizdə, karvan yolla-
rında quldurluq edir. Şöklü Məlik insanlara çox ağır, dəh-
şətli işgəncələr verir. Bəzən bu işgəncələrə dözməyib ölən-
lər də olurdu, sağ qalanları isə uzaq ölkələrə qul kimi satır-
dılar. Toy gecəsi Beyrəyi yoldaşları ilə yatdığı yerdə bihuş 
edib aparanlar Şöklü Məliyin adamları idi. Bunun da 
səbəbi vardı. Vaxtilə Baybecanın ölümündən sonra oğlu 
Qoçərin bəylikdən və var-dövlətdən əl çəkdiyini. hər şeyin 
Banıçiçəyə qaldığını bilib, onu oğulluğa götürdüyü quldu-
ra almaqla mal-dövlətinə yiyələnmək istəyirdi. Ancaq Dəli 
Qoçər onun elçilərini döyüb qovmuşdu. İndi Şöklü Məlik 
Beyrəyi qaçırmaqla ikiqat xeyir etmək niyyətində idi: 
«Həm Banıçiçək bədnam olacaq, onu daha adlı-sanlı bəy-
lərdən istəyən olmayacaq, beləliklə, bəlkə də, o, gec-tez öz 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə