Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   23   24   25   26   27   28   29   30   ...   89

 107 
obrazlar + Müəllif obraz Dədə Qorqud» kimi ikiqatlı 
prinsiplə qurulmuşdursa, povestin obrazlar sistemi üçqatlı 
quruluşa malikdir: «Bütün obrazlar + Müəllif obraz Dədə 
Qorqud + Müəllif obraz Anar». Burada (povestdə) «hər 
kəsin» öz süjet yükü var. «Bütün obrazlar» öz süjet funk-
siyaları ilə süjetin funksional sistemini hərəkətə gətirirlər. 
Anar «müəllif-obraz» Dədə Qorqudun eposdakı funksio-
nal strukturunu povestdə olduğu kimi saxlamışdır. Dədə 
Qorqud həm süjetin içində, həm də fövqündədir. Anar özü 
də povestin mətnində iştirak edir. Lakin onun iştirakı mət-
nin quruluşunun süjet qatında deyil, ümumi mətn səviyyə-
sindədir: Dədə Qorqud həm süjetin içində, həm də föv-
qündə olduğu kimi, Anar da həm mətnin içində, həm də 
fövqündədir. Onun mətnin quruluşunu təşkil edən ele-
mentlərin hamısı kimi öz «məna yükü» var. Başqa sözlə, 
yazıçı Anarın ilk baxışda «Kitabi-Dədə Qorqud» eposunun 
sadəcə  bədiiləşdirilməsi təsirini bağışlayan povestinin ən 
əsas və başlıca özəlliyi ondan ibarətdir ki, burada «mətnin 
müəllifi» Anar eyni zamanda mətnin poetik qurumunun 
struktur elementi - obrazıdır.  
Anarın bir müəllif kimi mətnin çölündən mətnə «mü-
daxiləsi» təkcə əsəri beynində bədii  konstruksiya kimi qu-
rub kağıza köçürməklə bitmir. «Mətn müəllifi» öz «məna 
yükü» ilə  mətnin içərisinə daxil olaraq «mətniçi elemen-
tə», başqa sözlə, mətnin yaradıcısından həm də onun işti-
rakçısına çevrilir. «Kitabi-Dədə Qorqud» eposunun Anar 
yaradıcılığında qazandığı yeni cazibədarlığın sirri də elə 
bunda - müəllif-obraz Anarın mətndəki xüsusi «məna 
yükündədir». Bu «yük» nədən ibarətdir? 
Bu - milli tarixi tale yüküdür. Anar milli mədəniyyə-
tin «ana kitabını» povestdə milli tarixin ana sütununa, mil-
li taleyin məhvərinə çevirmişdir. Həmin milli tale yükü 
əsərdə qatbaqat quruluşa malik mürəkkəb müəllif kon-
septini təşkil edir. Burada milli tale epoxal-tarixi layların 
 108
üzvi sistemidir. Bizim təhlilimizdə Anarın mətnə daxil 
etdiyi «milli tale yükünün» hələlik üç qatı aşkarlana bilir: 
1. «Kitabi-Dədə Qorqud» eposundan gələn oğuz 
milli tarixi; 
2. Oğuz tarixinin də onun içərisinə bütövlükdə daxil 
olduğu ümumtürk milli tarixi; 
3. Oğuz-Türk taleyinin içində olan Azərbaycan milli 
tarixi. 
Bu üç qat biri-birinin içində olub, vahid orqanizmi 
təşkil etməklə «ümummilli taleyi» yaradır. Həmin ümum-
milli tale «Kitabi-Dədə Qorqud» dastanlarında «oğuzların 
tarixi» kimi təcəssüm olunmuşdur. Anar isə öz povestində 
hər üç layı - oğuz tarixi, ümumtürk tarixi və Azərbaycan 
tarixini həm ayrılıqda, həm də bütöv bir orqanizm kimi 
əsərə daxil etmişdir.  Əslində, Anarın povestinin «Kitabi-
Dədə Qorqud» dastanlarından «yaradıcı fərqi», başqa söz-
lə, müəllif «payı» məhz bu rolla müəyyənləşir. Povestdə 
biz  ümumtürk tarixi, yaxud Azərbaycan tarixi məişəti ilə 
bağlı çoxlu bədii detallara təsadüf edirik. Bunu tədqiqatçı-
lar yazıçının tarixi-etnoqrafik detallardan istifadə bacarığı 
kimi, yaxud əsərə tarixi kolorit qatmaq istedadı kimi də 
qiymətləndirirlər. Əslində, bu, yazıçı Anarın povestin mət-
nində bir müəllif-obraz kimi iştirak «yüküdür». O, daim 
povestdəki hadisələrin «yanındadır». Öz «məna yükü» ilə 
qədim eposdan gələn süjet və motivləri «ümummilli tale-
yin» enercisi ilə süsləndirir. Onları oğuz tarixinin sxemlə-
rindən ümumtürk, ümumazərbaycan tarixinin sxemləri-
nədək inkişaf etdirir. 
Povestdə bir ciddi məqam da ümumnəzəri aspekt 
kimi diqqəti cəlb edir. Anar eposun obrazları üzərində san-
ki «cərrahi korreksiya» aparır. Müəyyən obrazları bir ob-
razda birləşdirir, birinin funksiyasını digərinə «verir» və s. 
Bütün bunlar zahiri görüm planında yazıçının yaradıcılıq 
sərbəstliyidir. Və hər bir yaradıcı subyekt kimi Anarın da 


 109 
belə  «əməliyyatlardan» istifadə etmək hüququ vardır. 
Lakin məsələnin kökləri bir qədər də dərindədir. Anar bu 
yaradıcı əməliyyatları apararkən eposun poetik quruluşunu 
pozmur. Hər bir eposda olduğu kimi, «Kitabi-Dədə Qor-
qud» dastanlarında da təsadüfi obrazlar ola bilməz. Mətn-
dəki obrazlar epik dünya modelinin quruluşunu əks etdirir. 
Bu cəhətdən dünya modelində  nə  qədər həyati funksiya 
varsa, o sayda da  həmin funksiyaların daşıyıcı obrazı ol-
malıdır. «Kitabi-Dədə Qorqud» eposu ilə bütün yaradıcı 
ömrü boyu bədii-intellektual ünsiyyətdə olan Anar eposun 
poetikasını bütün ruhu ilə duyur. Ona görə də onun obraz-
lar üzərində apardığı  əməliyyatlar,  əslində, epos poetika-
sının quruluşunu, funksiyaların sistemini pozub-dağıtmır. 
Anarın povestdə gördüyü iş  məhz funksiyaların təbiətinə 
uyğun obrazyaratmadır. Onu da vurğulamaq lazımdır ki, 
məhz bu cəhəti Anarın «Kitabi-Dədə Qorqud» dastanı əsa-
sında yazdığı «Dədə Qorqud» povestini yeni bir eposa - 
«povest-dastana», yaxud kino dilində özünün düşündüyü 
kimi «kinodastana» çevirmişdir. 
Bütün bu deyilənləri  əyaniləşdirmək üçün povestə 
müraciət edək. Əsər oğuzların öz aralarında qanlı döyüşü-
nün təsviri ilə başlanır: «O gün Oğuz ellərinin ağır günüy-
dü. Oğuz oğulları biri-birinə qarşı qalxmışdı. Dost-dostla, 
qohum-qohumla cəng edirdi, qardaş qardaşdan, ata oğul-
dan ayrılmışdı» (41, 4). 
Anar yaradıcı kombinasiya edərək «Kitabi-Dədə 
Qorqud» eposunun sonunda İç Oğuzla Daş oğuz arasında-
kı qardaş qırğınını povestin əvvəlinə gətirir: son ilə əvvə-
lin (sonluqla başlığın) yerini dəyişir. Bədii mətn konsturk-
siyasında yerdəyişmə heç vaxt riyaziyyatdakı «iki ədədin 
yerini dəyişdikdə  cəmin dəyişməməsi» kimi mexaniki 
əməliyyat deyildir. Mətndə yerdəyişmə poetik məkanların 
və zamanların yerdəyişməsidir. Bununla mətnin bütün 
xronotopu - məkan-zaman sistemi dəyişir. Bu isə 
 110
müəllifdən dəyişdirdiyi sistemin yeni  kombinasiyada dü-
züm formulunu tapmağı  tələb edir. Süjetdən məlum olur 
ki, bu, Anar tərəfindən düşünülmüş müəllif bədii konsep-
siyasına uyğun bütöv kompozisiya sistemidir. Bu döyüşün 
qəribə sonluğu da həmin sistemin içindədir. Belə ki, dö-
yüşdə öldürülənlər daşa çevrilirlər: «Döyüş meydanının 
qəribə mənzərəsi vardı. İgidlər, atlar bir-bir həlak olduqca 
donub qalırdılar, daşa dönürdülər... Döyüş sona yetdi; indi 
bu meydan daş heykəllər düzülmüş bir çöl idi, insan və at 
heykəlləri müxtəlif vəziyyətlərdə, müxtəlif biçimlərdə do-
nub qalmışdı..» (41, 4-5). 
Bu daş mənzərəsi müəllifin düşüncəsində konstruksi-
yalaşdırılmış tarix konsepsiyasının bədii təzahürüdür. Hə-
min daş heykəllər Azərbaycan-oğuz-türk tarixinin «daşla 
yazılmış kitabı» - «daşa yazılmış tarixidir». Əsərdəki Qo-
bustan obrazı məhz bu daşla yazılmış tarixin obrazıdır. Bu 
tarix əsərdə quru, çılpaq hadisələrin düzümü kimi verilmir. 
Biz burada milli tarixin təməl fəlsəfəsini - həyat-ölüm mo-
delini də görürük. Anar əsərin  əvvəlində  Dədə Qorqudun 
mifoloji  əfsanələrdən bizə  məlum olan «ölümdənqaçma» 
motivini məhz milli tarixin fəlsəfi-bədii əsası kimi mətnə 
daxil etmiş  və povestin bütün süjetini, obrazların bütün 
hərəkət dinamikasını bu həyat fəlsəfəsinin məntiqinə tabe 
etmişdir. 
«Kitabi-Dədə Qorqud» dastanlarının süjet-kompozi-
siya quruluşunu əks etdirən elementləri əsərə üzvi ünsürlər 
kimi daxil edən Anar povestin əsas süjetini eposun ilk bo-
yu olan «Dirsə xan oğlu Buğac» boyunda olduğu kimi Ba-
yandır xanın məclisi ilə başlayır. Üç çadır qurulub: ağ, qır-
mızı və qara. Ağ -oğlu olanlar, qırmızı qızı olanlar, qara - 
övladsızlar üçündür. Biz burada müəllif düşüncəsində mo-
delləşdirilmiş ilk yaradıcı  əməliyyatla qarşılaşırıq: epos-
dan fərqli olaraq Bayandır xanın vəziri var və bu, bizim 
eposda Daş Oğuzun başçısı kimi tanıdığımız Alp Aruzdur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə