Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   24   25   26   27   28   29   30   31   ...   89

 111 
Bəybura və  Bəybecan da qonaqlığa gəlirlər. Alp 
Aruz Bəyburanı qara çadıra ötürür. Bəybura küsür, inciyir, 
əmr (buyruq) Bayandır xandan olsa da, onunla Alp Aru-
zun arasında konfliktin əsası qoyulur. Eposda biz bu kon-
flikti övladsız Dirsə xanla Bayındır xanın arasında görü-
rük. Lakin Anar əsərdə Dirsə xanı Bəybura ilə əvəz etmək-
lə gələcəkdə doğulacaq Beyrəyin süjet fəallığının və əsərin 
konfliktoloji dinamikasındakı rolunun əsaslarını qoyur.  
Bəybura evinə qayıdıb, arvadı Ayna Mələyin məslə-
həti ilə fəqir-füqəraya ehsanat edir ki, Tanrı ona övlad ver-
sin. Bəybura ilə Bəybecan ovda olarkən Ayna Mələyin oğ-
lan doğması  xəbəri gəlir və  bəylər öz övladlarını beşik-
kərtmə nişanlayırlar.  
Anar Dirsə xanı  Bəybura ilə  əvəz etdiyi kimi, onun 
oğlu Buğacı da Qazanla əvəz edir. Qazan Bəyburanın qur-
duğu məclisdə  zəncirini qırıb qaçmış buğanı  öldürür və 
Dədə Qorqud ona ad (Qazan) qoyur. Bayandır xanın qızı 
Burla ilə Qazan evlənirlər. Eposda onların oğlunun adı 
Uruzdur, povestdə isə Tural. Bütün bu addəyişmələr müəl-
lifin düşündüyü poetik sistem daxilindədir. Eposda on iki 
boyda cərəyan edən və bir çox hallarda biri-birini təsdiq 
etməyərək ziddiyyətlər - anaxronizmlər yaradan süjet və 
obrazları Anar müasir nəsr təhkiyəsinin vahid süjet xətti 
içərisinə salır. Bu baxımdan, eposda ovçu Bəkilin oğlu 
Əmrandırsa, povestdə - Qaraca Çobandır. 
Bu obrazların hər biri ona müəllif tərəfindən verilmiş 
xarakterə malikdir. Məsələn, Qaraca Çoban eposda çoban 
zümrəsinə mənsubdur. Onunla Qazan xan arasında ictimai 
bərabərsizlik var: onlar sosial iyerarxiya nərdivanının fərq-
li pillələrində dururlar. Dastanda Qazan xan təkbaşına evi-
ni qurtarmağa gedərkən Qaraca Çobanın ona kömək etmə-
sini məhz bu sosial bərabərsizlik (bəy-rəiyyət) modeli ba-
xımından özü üçün əskiklik sayır. Anar isə povestdə sosial 
iyerarxiya (şaquli sosial düzüm) modelindən tamamilə 
 112
imtina etmişdir. Burada Qaraca Çoban tamamilə nüfuzlu 
bir adamın - Oğuz elinin keşikçisi Bəkilin oğludur. Po-
vestdə də Qazan xan təkbaşına evin qurtarmağa gedərkən 
Qaraca Çobanın ona kömək etməsini  istəmir. Lakin yazıçı 
bu imtinanı sosial bərabərsizliklə yox, o dövrün cəgavərlik 
kodeksi ilə motivləndirir. Qazan xan «Artıq-əskik danış-
ma, Çoban, - dedi, - özümə nə gəlib ki, mənim evimi sən 
qurtarasan» (41, 61). Burada Qaraca Çobana qarşı heç bir 
üstənaşağı baxma, bəyənməmə prinsipi yoxdur, sadəcə 
olaraq, müəllifin gerçəkləşdirdiyi bədii konsepsiyaya görə, 
hər igid öz savaşına birinci özü getməlidir, sonra el kö-
məyə gəlməlidir. 
Əsərdəki hər bir obrazdəyişmə beləcə müəllif bədii 
konsepsiyasının yükünü daşıyır. Məsələn, eposda Alp 
Aruzun Basat adlı  oğlu varsa, povestdə o, övladsızdır. 
Anar, beləliklə, Basatı mətndən çıxarmış, lakin onun das-
tandakı  əsas funksiyasını Beyrəyə vermişdir. Eposda Tə-
pəgözü Basat öldürürsə, povestdə  Təpəgöz Bəyburanın 
oğlu tərəfindən öldürülür və bu qəhrəmanlıq onun Beyrək 
adını almasının motivini təşkil edir.  
Mətnaltı düşüncədə öz povestini milli həqiqətlərin 
özünütəsdiq vasitəsi kimi düşünən Anar öz əsərində «Ki-
tabi-Dədə Qorqud» eposunda olmayan tamamilə orijinal 
bir süjet işləmişdir: Bayandır xanın ölümü və Qazanın xan 
seçilməsi. Anar burada iki siyasi prinsipi qovuşdurur: və-
siyyət və seçki. Bayandır xan öz yerinə Salur Qazanı və-
siyyət edir, lakin onun hakimiyyətə gəlişi seçki ilə - «xan-
seçmə» mərasimi ilə olur. Yazıçı bununla qədim oğuz-türk 
siyasi mədəniyyətini müasir oxucunun düşüncəsinə  gətir-
məklə onun yaddaşına oğuz-türk babalarının möhtəşəm si-
yasi mədəniyyət daşıyıcıları olması haqqında milli özü-
nütəsdiq impulsları verir. 
Povestdə süjet konfliktini gərgin vəziyyətdə saxlayan 
Alp Aruz obrazıdır. O, Bayandır xanın vaxtında vəzir idi. 


 113 
Salur Qazan Beyrəyi özünə vəzir təyin edir. Nifrətini boğa 
bilməyən Alp Aruz Oğuz elinin düşmənləri ilə  əlaqəyə 
girir. Bütün bu mürəkkəb münasibətlər torunda qurban və 
qəhrəman Beyrəkdir. Eposda olduğu kimi povestdə  də 
ceyran onu beşikkərtmə nişanlısının yanına gətirir. Nişan-
lılar biri-birini tanıyırlar. Lakin onların qovuşması üçün 
bir maneə var. Banıçiçəyin qardaşı Dəli Qoçər.  
Maraqlıdır ki, eposdakı  Dəli Qarcar (prof. Ə.Tanrı-
verdiyə görə «Qarcar» adının etimologiyası «Qaraca ər» 
deməkdir. Bax: 326, 85) adını Anar öz povestində M.Rza-
quluzadədə olduğu kimi, Dəli Qoçər şəklində işlədir. Ya-
zıçı Qoçər obrazını eposdakı Dəli Qarcar və Dəli Domrul 
prototipləri əsasında yaratmışdır. Hər iki obraz «dəli» xü-
susiyyətlərinə malikdir. Anar öz povestində Dəli Qarcarın 
dəliliklərinə Dəli Domrulun eposdakı dəliliklərini də əlavə 
etməklə,  əslində, bir obrazın - Dəli Qoçərin simasında 
«Kitabi-Dədə Qorqud»un epik dünya modelindəki «dəli-
lik» funksiyasına aid olan bütün «dəliləri» ümumiləşdir-
mişdir. Dəli Qoçər öz prototipi Dəli Domrul kimi quru 
çayın üzərindən körpü salır, «keçənlərdən otuz axça, keç-
məyənlərdən döyə-döyə qırx axça alırdı» (41, 31). 
Dəli Qoçər «maneəsi» dastanda olduğu kimi Dədə 
Qorqud tərəfindən dəf edildikdən sonra toy qurulur. Anar 
«Dədə Qorqud» eposu təhkiyəsinin bütün mənalı element-
lərini povestə  gətirir və müasir nəsr təhkiyəsi ilə yenidən 
işləyir: «Qız Bənövşə yaylağında toy dəsgahı idi. Banıçi-
çəyə toy paltarı geyindirirdilər. Qısırca Yengə onun döşü-
nə güzgü tutmuşdu, anası başına qırmızı parçadan çalma 
bağlayırdı» (41, 35). 
Təsvirdə müasir bədii düşüncənin metaforik imkan-
larından istifadə edən müəllif bununla epik yaddaşdan 
məlum olan obrazları müasirləşdirir: oxucu qədim dövrün 
qəhrəmanlarını öz müasirləri, yaşıdları kimi hiss edir. Bu 
tipli təsvirlər povestə xüsusi kolorit verir: «...Banıçiçək 
 114
çadırında uzanmışdı, çadırının qapısından səmaya – kar-
vanqıran ulduza baxırdı, yastığının yanına yığdığı yovşan 
topalarını iyləyirdi. Gözünə yuxu getmirdi... Beyrək də öz 
çadırında yovşan iyləyirdi, karvanqıran ulduzlara baxırdı, 
düşünürdü. Yavaş-yavaş xumarlanırdı, gözlərini  yumdu, 
yuxuya getdi» (41, 36). 
Povestdəki bu təsvirlər mənt elementi kimi polise-
mantik məna - çoxmənalı anlam daşıyır. Burada çoxlu mə-
na qatları var. İkisinə diqqət edək. Birincisi, burada yazıçı 
dili - bədii dil müəllif-mətn-oxucu üçbucağının qovuşdu-
rucu səviyyəsi kimi çıxış edir. Anar əsərdə Azərbaycan 
dilinin tarixi məna arsenalını müasir təhkiyənin funksional 
sisteminə daxil etməklə zamanları, məkanları biri-birinə 
qovuşdurur. Biri-birindən minillərlə ayrılan məkan-zaman 
sistemləri arasındakı «fasilə» aradan qalxır: yazıçı dilin 
gözəlliyindən onun daşıyıcılarını birləşdirən ünsür kimi 
istifadə etməklə milli dili milli tarixin birləşdirici, vəhdət-
yaradıcı sistemi səviyyəsinə  qədər yüksəldir. Bu baxım-
dan, povestin dili xüsusi hadisədir. Əsərin bu xüsusiyyəti 
tədqiqatçılar, o cümlədən xarici ölkə alimləri tərəfindən 
qeyd olunmuşdur. Məsələn, Anarın «Dədə Qorqud» po-
vestinin Türkiyə nəşrinə (bax: 355) ön söz yazmış məşhur 
türk dilçisi prof. O.F.Sərtqaya göstərir ki, «Azərbaycan 
dilinin bütün özəlliklərini özündə cəmləşdirən «Dədə Qor-
qud» povesti «üslub xarüqəsi» sayıla və Türkiyədə Azər-
baycan dilini öyrənənlər üçün dərs vəsaiti kimi istifadə 
edilə bilər» (49). 
İkincisi, Anarın təsvirlərində, o cümlədən nümunə 
verdiyimiz təsvirində bədii baxımdan çox qüvvətli seman-
tikaya malik obraz-elementlər var. Yuxarıda örnək verdi-
yimiz parçada bu semantik element yovşandır. Anar qay-
nağı dastan süjetindən gələn bu bitkini əsərdə  vətənə, yur-
da, el-obaya bağlılığın simvolu səviyyəsinə qaldırmışdır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə