115
Beyrəyi Alp Aruzun fitvası ilə Parasarın Bayburd
hasarının xaqanı Qara Arslan qaçırtdırıb öz qalasında
dustaq edir. Qara Aslan ona Oğuza qarşı çıxmağı təklif
edir. Beyrək: «Mərd oğul öz yurduna yad olmaz»
- deyib
(41, 41) bu təklifdən imtina edir. Anar burada bir çox ya-
radıcı kontaminasiyalar - obraz-süjet çarpazlaşmaları apar-
mışdır. Eposda Salur Qazan dustaq olarkən Təkurun arva-
dı ilə onun arasındakı dialoqu yazıçı əsərdə Beyrəyə aid
edir. Bundan başqa, eposdan məlum olan Qanturalı-Selcan
xatun xəttini də Beyrək obrazına yönəltmişdir. Beyrək
eposdakı Qanturalı kimi xaqanın vəhşi heyvanlarını məğ-
lub edir. Bu zaman Selcan xatun ona aşiq olur. Beyrək
vəhşi heyvanlarla vuruşmada qələbə qazanıb Selcan xatu-
na evlənmək imkanı əldə etsə də, o: «Mənim öz elimdə
göz açıb gördüyüm, könül verib sevdiyim adaxlım var» -
deyərək (41, 48) Selcandan imtina edir. Onu yenidən zin-
dana salırlar. Selcan onu şəhvani nəfslə sınağa çıkir. Hər
gecə yanına gəlib soyunaraq özünü Beyrəyə təklif edir.
Beyrək isə aralarına qılınc qoyub öz sevgisinə sadiq qalır.
Nəhayət, bir gün ağır, üzücü, sonu görünməyən əzab öz
işini görür: Beyrək Selcanın təklifini qəbul edir. Selcan
başa
düşür ki, o, oğuz igidini daxilən sındırıb, indi Beyrək
heç yana qaçıb getməyəcək. Odur ki, Beyrəyi zindandan
azad elətdirir. Beyrək nə qədər istəyirsə, qaçıb gedə bil-
mir, çünki o, sevgilisi Banıçiçəyə xəyanət etmişdi. Bir gün
atası Bəyburanın göndərdiyi tacirlər onun olduğu qalaya
gəlib çıxırlar. O, özünü tacirlərə tanıtmayıb onlara deyir
ki, Beyrək ölüb. O, bunu deməklə, əslində özünü mənəvi
cəhətdən, doğrudan da, ölmüş sayırdı.
Tacirlər ona Beyrəyin qəbrinə tökməyə vətən torpağı
verib gedirlər: «Beyrək uzun-uzun karvanın dalınca baxdı,
sonra torpaq bükülü dəsmalı açdı. Üzünü ovcundakı torpa-
ğa
qoyub iynədi, bayıldı, yavaşcadan:
116
- Yovşan iyi, - dedi və birdən anladı ki, daha burada
qala bilməyəcək. Yerindən sıçradı, dəli kimi qaçmağa baş-
ladı. Yamaclardan, qayalardan, yarğanlardan atıldı. Hasa-
rın üstündə, Ağca bürcdən Selcan xatun Beyrəyin qaçdı-
ğını gördü, yaralı quş kimi çırpındı, hasardan pırlayıb uç-
maq istədi. Keşikçiləri səsləyib əmr etmək istədi ki, Bey-
rəyi qovub tutsunlar, qaytarsınlar. Amma birdən-birə o da
başa düşdü ki, hər şey əbəsdir, Beyrəyi daha qaytarmaq
olmayacaq» (41, 73).
Göründüyü kimi, yovşan obrazı çox
qüvvətli məna
yükünə malikdir. Yovşan ilk öncə Beyrək və Banıçiçəyin
arasındakı məhəbbətin saflığını, müqəddəsliyini simvolizə
edir. Hər ikisi biri-birinin iyini yovşandan alır. Yovşan bu
halda vətən övladlarının biri-birinə can bağlığını, qan bağ-
lılığını, ruh bağlılığını rəmzləndirir. Lakin onun funksiyası
daha böyükdür. Zindanın əzabları və Selcanın şəhvani
gözəlliyi qarşısında duruş gətirə bilməyən Beyrək öz na-
musunu - kişilik bəkarətini qurban verir. Bu, onu mənəvi
cəhətdən öldürür, atasının göndərdiyi tacirlərə «Beyrək
yoxdu, Beyrək ölüb» xəbərini buna görə deyir. Çünki o,
özünü Oğuz eli üçün ölmüş sayırdı. Onu həyata, mənəvi
diriliyinə yovşan qaytarır. Yovşanı iyləyən Beyrəyin bey-
ninə yurdun, sevgilisinin ətri çatınca o, mənəvi ölümdən
qurtulur, qüruru, diriliyi özünə qayıdır: yovşan Oğuz eli
üçün ölmüş Beyrəyi məhv olmağa qoymur,
onu vətənə,
yurda, el-obaya qaytarır. Fikrimizcə, Anarın toy gecəsi öz
çadırlarında Beyrəyə və Banıçiçəyə «yovşan iylətdirməsi-
nin» və bu təsvirləri bədii dilin milli incisi səviyyəsinə
qaldırmasının səbəbi budur.
Povestin mərkəzi surətlərindən biri Salur Qazan və
onun oğlu Turaldır. Qazan oğluna igidlik öyrətmək üçün
onunla ikilikdə ova çıxır. Yenə də Alp Aruzun xəyanəti ilə
Qıpçaq Məlik onları tutub əsir aparır. Qazanın obasına
basqın edib qız-gəlinini, evini, mal-dövlətini də
117
yağmalayırlar. Anar eposdan Uruzla anası arasındakı məş-
hur epizod-dialoqu povestə mühüm element kimi daxil
edir. Bu hissələrin təsvirləri emosional baxımdan çox güc-
lüdür. Çünki milli Azərbaycan-oğuz insanının mənəviyyat
tarixinin ən parlaq səhifələrindən biridir. Qıpçaq Məlik
Salur Qazandan heyif almaq üçün onun arvadının namusu-
na sataşmaq istəyir. Lakin qırx qızın
içərisində Burla Xa-
tunu tanıya bilmirlər. Turalın (Uruzun) ətini kabab çəkib
qızlara yedirtmək istəyirlər ki, ananı tapa bilsinlər. Çünki
heç bir ana öz övldaının ətindən yeməyə razı olmazdı.
Anar əsərdə Turalın dili ilə Azərbaycan milli varlığının
tarixlər boyu sarsılmayan həqiqətini olduğu kimi səsləndi-
rir və burada Uruzun eposdakı sözlərinin povestdə Turalın
dilindən dəyişmədən bəyan edilməsi Azərbaycan milli mə-
nəviyyatının, milil özünütəsdiq dəyərlərinin əbədilik mani-
festi kimi səslənir: «Tural...: - Ağlama, ana, - dedi... - Qoy
mənim ətimi qovurma eləsinlər. Hamı bir yesə, sən iki ye,
təki səni bilməsinlər, duymasınlar. Ta ki, atam Qazanın
namusunu sındırmayasan» (41, 63).
Oğuz eli köməyə gəlir. Qazanı, onun oğlunu xilas
edirlər. Yazıçı Anar bu səhnədə Oğuz milli dövlətinin baş-
çısı Salur Qazanın dili ilə milli tariximizin ən ulu və əbədi
həqiqətini səsləndirir: «Oğul Tural,... gördünmü,
bu dün-
yada baş kəsmədən, qan tökmədən keçinmək olmur. İndi
bildinmi mənim sözlərimin haqq olduğunu?» (41, 69).
Bu sözlər öz ruhu etibarilə «Kitabi-Dədə Qorqud»
dastanından gəlsə də, dastanda bilavasitə yoxdur. Anar
burada üstüörtülü məna «oyunu» qurur: ata ilə oğulun -
milli dövlətin hökmdarı ilə onun varisinin arasındakı dia-
loqda Tural atasının «baş kəsmək-qan tökmək» fəlsəfəsinə
etiraz edir: «Yox, əziz ata,... indi onu bildim ki, dünyada
baş kəsməkdən, qan tökməkdən, zalımlıqdan pis şey yox
imiş» (41, 69).
118
Ata ilə oğulun bu dialoqunda atanın sözləri Azərbay-
can xalqının milli özünütəsdiq həqiqəti,
oğulun sözləri isə
yazıçının (Anarın) rejimə nökərçilik edən saxta tənqidçilər
tərəfindən qan tökmək fəlsəfəsini təbliğ etməkdə tənqid
olunmamaq (daha dəqiqi isə - senzura) üçün işlətdiyi bədii
söz priyomudur.
Qazanın evini qurtarırlar, Beyrək yurduna dönür, na-
mərdlər, yağılar öz cəzasına çatır. Onları gözləyən dəhşətli
bəladan xəbərsiz Oğuz xalqı sevinir. Məzarının üstündə
oturaraq ölümünü gözləyən Dədə Qorqud hadisələrin ardı-
nı belə nəql edir: «Beyrək əsirlikdən qayıdıb gəldi, toyun
etdi. Banıçiçəyi gərdəyinə gətirdi, oğulları oldu. Beyrəyin
bacısı Güneli Qazanın oğlu Turala nişanladılar. Şadlıq elə-
dik, çaldıq, oxuduq. Elə bildik ki, Oğuz elinin qadalı-bəlalı
günləri qurtardı getdi. Nə biləydik ki, müsibətli günlərimiz
qabaqdaymış, nə biləydik ki, hələ başımıza
necə qəzalar
gələcək, yurdumuz nə bəlalar görəcəkmiş» (41, 83).
Alp Aruzun xəyanəti üzə çıxır, o, öz qan qohumla-
rını başına toplayıb Salur Qazana düşmən olur. Beyrəyi öz
tərəfinə çəkmək istəyir. Barış adı ilə evinə çağırtdırıb
ölümcül yaralayır. Yaralı Beyrək evinə qayıdır və arva-
dını, bacısını, qoca atasını, anasını Qazana, oğlunu da igid
kimi böyütməyi can dostu Qaraca Çobana tapşırmağı və-
siyyət eləyib gözlərini yumur. Oğuz elinə qardaş qırğını
düşür. İgidlər öldükcə daş topalarına dönürlər. İçoğuzlu-
Daşoğuzlu bütün igidlərin, demək olar ki, hamısı həlak
olur. Tək-tük insanlar salamat qalır.
Məzarı başında oturaraq bu qəmli «dastanı» söyləyib
başa çatdıran Dədə Qorqud artıq yaşamaqda bir məna
görmür: «Dədə Qorqud sözünü deyib qurtardı, qopuzunu
götürüb köynəyinə taxdı, bir kənara qoydu, sakitcə məza-
rına baxdı,
üsulluca ora girdi, uzandı, fısıllıqdan ala ilan
çıxıb fışıldaya-fışıldaya məzara tərəf süründü. Dədə Qorqud