83
Səhərə yaxın Beyrək həmin
can səslərini yenidən eşi-
dir. Lakin o, bu dəfə yuxu görmürdü. can səsləri yaxınlıq-
dan eşidilirdi. Beyrək qışqıra-qışqıra həmin səs gələn tərəfə
yüyürür. Yoldaşları zorla onu tutub saxlayırlar. Beyrək
əhvalatı yoldaşlarına danışır. Onlar birlikdə Şöklü Məliyin
qalasına hücum edirlər. Beyrək atlıları ilə qalaya yaxın-
laşanda, Şöklü Məliyin müqəddəslik maskası altında illər
boyu aldatdığı adamlar - «nəzir-niyaz vermək üçün darvaza
önünə yığışmış qocalı-cavanlı, arvadlı-kişili bütün zəvvarlar
arasına çaxnaşma düşdü. Zəvvarlar elə düşünürdülər ki, «bu
müqəddəs» məkana əl qaldıranın əli quruyar və işdir, ora
bir xətər toxununca, dünya alt-üst olar» (292, 73).
Şöklü Məliklə qarşılaşan
Beyrəyin ona söylədiyi
sözlər hekayənin müəllif tərəfindən gerçəkləşdirilən əsas
ideyasını parlaq şəkildə ifadə edir: «Mən ac-yalavac
yetimlərin, nakam ölən cavanların, gözləri yollarda qalan
anaların fəryad səsi, intiqam pəncəsiyəm! Bəli, bizim
ellərdə təmiz və əziz qonaq adına vurulan ləkəni qanla
yuyarlar!» (292, 73).
Şöklü Məlik qaçmağa çalışsa da, Beyrək onu öldü-
rür. Beyrək və yoldaşları illərcə zindanda işgəncələrə mə-
ruz qalan insanları həyətə çıxarırlar. Onların apardığı mü-
barizə xalqımızın minillik mənəvi-əxlaqi
dəyərləri ilə
təsdiq olunduğu kimi, XX əsrin birinci yarısı Azərbaycan
sovet cəmiyyətindəki inqilabi romantikanı, sosial ədalət
haqqında görüşləri də özündə əks etdirir. Yazıçı eposun
süjet və epizodlarına öz istedadı ilə çox maraqlı əlavələr,
bəzən isə tamamilə orijinal süjetlər artırmaqla «Dədə Qor-
qud» dastanını müasirləşdirir, onun həmişəyaşarlığını, müa-
sir gəncliyin, ümumən, sovet insanının ideoloji tərbiyəsi
üçün pozitiv mənəvi dəyərlər qaynağı olmasını təsdiq edir.
Povestin süjeti sonuncu (7-ci) hekayə - «Dənizdə
toy» hekayəsi ilə tamamlanır. Beyrək bu hekayədə
Banıçiçəyə qovuşur. Lakin yazıçı eposdan fərqli olaraq bu
84
qovuşmanı tamamilə orijinal şəkildə həll edir. Beyrək toy
etmək üçün kürəkçi yoldaşları olan gəmini kiralayır və hə-
min gəmidə Quzğun (Xəzər
dənizinin qədim mənbələrdəki
adı - Y.İ.) dənizində toy etmək istədiyini söyləyir. Beyrək
Banıçiçək və yoldaşları ilə gəmiyə minib yola düşürlər. O,
nəzarətçilərin kürəkçiləri qamçılamağını görəndə özünə
edilən işgəncələri xatırlayır. Beyrək və yoldaşları nəzarət-
çiləri dor ağacına sarıyır, kürəkçilərin zəncirini qırıb azad
edirlər. Əsl toy şənliyi başlanır. Səhərə yaxın Beyrək və
yoldaşları ehtiyat qayıqlara minib, gəmini yandırırlar:
«Onlar azadlıq və səadət ümidi ilə sahilə yaxınlaşdıqca,
uzaqda, dənizin ortasında qalan səyyar zindan nəhəng bir
məşəl kimi yanır, od püskürən bir əcdaha kimi sularda
boğulurdu» (292, 76).
Beləliklə, M.Rzaquluzadə eposdan götürdüyü «Bam-
sı Beyrək» boyunu yenidən işləməklə Beyrəyin apardığı
mübarizəni zülm, ədalətsizlik əleyhinə, azadlıq və səadət
uğunda savaş kimi təsvir etməklə «Kitabi-Dədə Qorqud»
dastanını yüksək mənəvi ideallar qaynağı kimi təsdiq edir.
Yazıçı qədim süjet üzərində işləyərkən öz dövrünün este-
tik meyarlarından çıxış edir. Dastanda Beyrək ölür. Onun
ölümü qədim dastançılıq poetikasının tələblərinə uyğun
olub, öz dövrünün mifoloji-mistik görüşlərindən doğurdu.
Povestdə isə Beyrəyin ölməməsi, sağ qalması,
onu sima-
sında sosial ədalət və mübarizə ideyalarının qələbə çal-
ması M.Rzaquluzadənin yaşadığı dövrün estetik tələblərini
əks etdirirdi. Çağdaş estetika inqilabi romantikanı, həyat-
yaradıcı mübarizəni, xeyir idealının qələbəsini tələb edirdi.
M.Rzaquluzadənin yazıçı kimi istedadının gücü və bədii
qüdrəti onda idi ki, o, qədim epik poetika ilə çağdaş döv-
rün estetik ideallarını biri-birinə qovuşdurmağı, onların
vəhdət nöqtəsini tapmağı bacarmış və müasir ədəbiyyatı-
mızda «Dədə Qorqud» ənənələrinin çox uğurlu başlan-
ğıcını qoya bilmişdi.
85
M.Rzaquluzadənin 1948-ci ildə çap olunmuş «El
gücü» povesti də «Kitabi-Dədə Qorqud» motivləri əsasın-
da yazılmış əsərdir. Yazıçı burada eposdan istifadə edərək
«Dirsə xan oğlu Buğac boy»unu 7
hekayədən ibarət silsilə
şəklində işləmişdir (293).
İlk hekayə «İgidin adı» adlanır. Hekayədə Buğacın
necə, hansı qəhrəmanlığı göstərərək ad almasından söhbət
gedir. Əsərin əvvəlində yaz səhərinin təsviri verilmişdir.
Bu təsvir yazıçının bədii bacarığını göstərməklə yanaşı,
onun eposda təcəssüm olunmuş oğuz təbiət duyumunu
müasir bədii düşüncə estetikasına uyğun necə böyük usta-
lıqla yenidən yarada bilmək istedadını da nümayiş etdirir.
Hekayədə deyilir: «Uca dağların almaz kimi parıldayan
qarlı-buzlu təpələrindən sis-duman çəkilir, göylərin gözəl
qızı nazlı-nazlı gülümsəyir, üfüqləri seyr edirdi. Təbiət qış
yuxusundan oyanır, göylər də, yerlər də əlvan rəngə boya-
nırdı. Yamaclarda boynubükük bənövşələrin,
ala-bəzək
dağ çiçəklərinin ətri saçılır, ağaclarda rəngbərəng çiçəklər
açılır, məxmər otların arasından büllur sular süzülür, qön-
çələrə, düyməcələrə parlaq incilər düzülürdü» (294, 15).
Yaz səhərinin bütün füsunkar gözəlliyini ortaya qo-
yan bu canlı təsvir öz estetik ruhunu eposda səhərin açıl-
masını təsvir edən bu şeirin estetikasından almışdır:
Salqum-salqum tan yelləri əsdigində,
Saqalu boz ac turğay sayradıqda,
Saqalı uzun tat əri banladıqda,
Bədəvi atlar issini görüb oğradıqda,
Aqlı, qaralı seçən çağda,
Köksi gözəl qaya dağlara gün dəgəndə... (202, 34).
Yazıçı Buğacın boyda ad alması motivini hekayədə
dastanın epik düşüncə estetikasını müasir təsvirin ruhuna
gətirməklə böyük ustalıqla təsvir etmişdir. M.Rzaquluzadə
86
eposdan gələn süjet konfliktini povestin ikinci hekayəsin-
də («Çuğul») «işə salır». Dirsə xanın yasavul başçısı Qara-
gün Buğacın ad-san qazanmasını istəmir, ona paxıllıq edir-
di. O, əvvəl
düşünürdü ki, «Dirsə xanın övladı yoxdur. Sa-
bah ölər, özü xan olar. Xanın övladı olanda da ümidini itir-
məmişdi. Öz-özünə demişdi: «Kim bilir, böyüyənə qədər
başına nələr gələcək... Gəlməsə də gətirərik» (294, 19).
Qeyd edək ki, yazıçı Qaragün obrazını «Kitabi-Dədə
Qorqud»dakı prototipindən fərqli yaratmışdır. Hekayədə
Qaragün gözü ac, ürəyi qurdlu adam kimi təsvir edilir.
Eposda isə onun adı Qaragünədir, Bəylərbəyi Salur qazı-
nın qardaşıdır və müsbət personajdır. Oğuz elinin dar gü-
nündə özünü tez yetirənlərdən biri də məhz Qaragünədir.
Lakin M.Rzaquluzadə eposdakı Qazanın qardaşı
«Qaragünə»ni Dirsə xanın yasavul başçısı «Qaragün»ə çe-
virmişdir. Fikrimizcə, buna səbəb adın zahiri semantika-
sının onun düşüncəsində qurduğu müəllif konsepsiyasına
uyğunluğu olmuşdur. M.Rzaquluzadə Qaragünə adının
arxaik semantikasına enməmiş, müasir səslənməni əsas
götürmüş, lakin bununla bərabər əski
adqoyma ənənəsini
də bədii konsept kimi əsərə daxil etmişdir. Hekayə deyilir
ki, Qaragün «anadan olanda gün tutulduğu üçün adını belə
qoymuşdular» (294, 18).
Prof. Ə.Tanrıverdinin Qaragünə adı ilə bağlı tədqi-
qatlarından məlum olur ki, «Qaragünə» antroponimindəki
«qara» apelyativi böyük, qüdrətli, «günə» isə ismin yönlük
halında işlənən ən böyük planet anlamlı «gün» (günəş)
mənasındadır. Qədim türk təsəvvürlərində günəş işıq, uca-
lıq, yüksəklik, həyat anlamındadır (324, 61; 325, 114-115;
326, 108-109).
Yazıçının Qaragün adını günün tutulması ilə əlaqə-
ləndirməsi də «Dədə Qorqud» epik ənənəsindən gəlir.
Epos üzərində aparılmış tədqiqatlar
təsdiq edir ki, oğuz-
larda advermə onların arxaik-mifoloji dünyagörüşü ilə