Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə75/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   71   72   73   74   75   76   77   78   ...   89

 301 
ideologiyası ilə sovet ideologiyasının qarşılaşdırılmasında 
qəsdən fərqli dramatik üslubdan - komediya janrından 
istifadə etmişdir. Ola bilər ki, ciddi janrda bu məsələlərin 
qoyuluşu ona əsərdəki Oğuz-Sovet dramatik konflikt mo-
delini qurmağa imkan verməzdi. Pyesdə sovet insanı üçün 
xarakterik olan sülhsevərlik, barışyaradıcılıq, quruculuq 
kimi keyfiyyətlərin daşıyıcısı kimi təqdim olunan Dəli 
Domrul obrazının həm də «dəliliklərinin» onun müsbət 
xarakterinin üstünə kölgə salması məhz komediya üslubu - 
gülüş vasitəsi ilə «ört-basdır» edilir. Çünki ciddi xarakterli 
əsərdə baş  qəhrəmanın bu cür «ziddiyyətli» təqdimatına 
sosializm realzmi yaradıcılıq metodu heç vaxt imkan ver-
məzdi. Yazıçının bir sıra obrazların, o cümlədən  Şişman 
surətinin vasitəsi ilə Domrulu «tənqid etməsi» A.Məmmə-
dovun bu obrazı heç də birmənalı olaraq sovet mənəviy-
yatının daşıyıcısı kimi düşünmədiyini göstərir. Körpüdən 
keçmədiyinə görə Domrul tərəfindən zorakılığa məruz 
qalan Şişman ona deyir: «Elin igid oğulları kafirləri yağma 
eləyir, sən Domrul öz eloğlularını soyursan» (238, 220).   
Dəli Domrulun obrazının məfkurəvi səciyyəsi onun 
dostu Dondarla dialoqunda daha aydın açılır: 
«Dondar: Varıb savaşa gedirik Rum elinə, bu dəfə 
bizi yalqız buraxmazsan...  
... Domrul: Yox, Dondar, mən bir kərrə söz verdim, 
Oğuz hüdudlarından çıxmaram. Qürbət ellərdə qan 
tökmərəm. 
Dondar: Niyə belə oldu? 
Domrul: Çox düşündüm-daşındım. Dədəm Qorqud 
vağyama girdi, dedi: «Hey Dəli Domrul, Oğuz eli viran 
qalıb, acı çaylar üzərində körpülər qur, təzə-təzə bağlar 
sal, enli-enli arxlar çək, hamar-hamar yollar sal...» 
Dondar: İnanmıram Dədə Qorqud böylə deyə. O, alp 
igidləri sevir, hər qovğadan, hər savaşdan sonra gələr, 
 302
igidlərə  nəğmə deyər, düzər-qoşar Oğuznamə... Ya sənin 
körpünəmi söz söyləyə, dastan deyə? İnanmıram! 
Domrul: Mən körpüyü çox sevərəm, Dəli Dondar. 
Birləşdirir insanları, abad edir elimizi. Dədəm Qorqud xoş 
sözlər söylər sağ olsun, söyləməz də sağ olsun... 
Dondar: Düşmən gəlsə bu yerlərə, yağı keçər bu 
körpüdən. 
Domrul: Elimizə yağı  gəlsə, sinəm mənim süpər 
olar. Nəfəsimdən alov qalxar. Fəqət bil ki, yad ellərdə öl-
mərəm mən yağma üçün. Ağ evləri uçurmaram talan üçün, 
gəlinləri ağlatmaram... yetər daha havayı qan verməm da-
ha» (238, 222-223). 
Domrulun son sözləri sovet ideologiyasının mühari-
bə haqqında beyinlərə yeridilən təbliğatını sanki sözbəsöz 
əks etdirir. Rəsmi sovet təbliğatında müharibələr iki kate-
qoriyaya ayrılırdı: vətəni təcavüzkar düşməndən müdafiə 
naminə aparılan  ədalətli müharibə  və başqa xalqların 
haqlarına təcavüz naminə aparılan  ədalətsiz müharibə. 
Sovet dövlətinin apardığı bütün müharibələr özünümü-
dafiə xarakterli ədalətli müharibələr hesab olunurdu. Ya-
zıçı Domrulu, əslində, rəsmi sovet ideologiyasında təbliğ 
olunan  ədalətli müharibə, Dondarı  və onun simasında 
digər oğuzları ədalətsiz - təcavüzkar müharibə tərəfdarları 
kimi təqdim edir. 
Bu dialoqda A.Məmmədovun  əsas ideyasını  təcəs-
süm etdirən körpü haqqında Dəli Domrulun «Mən körpü-
yü çox sevərəm, Dəli Dondar. Birləşdirir insanları, abad 
edir elimizi» fikri əsas qəhrəmanın izlədiyi qayəni - əsərdə 
təcəssüm olunan ideoloji kredonu əks etdirir: sovet dövləti 
heç vaxt ədalətsiz müharibə apara bilməzdi. Başqa sözlə, 
əsərdə XX əsr sovet sülhsevərlik ideyalarının təcəssümü 
olan Dəli Domrulun «ədalətli müharibə» fəlsəfəsi altında 
Macarıstan, Polşa kimi dövlətlərdə demokratiya və müs-
təqillik uğrunda xalqların keçirdiyi nümayişlərin sovet 


 303 
tanklarının tırtılları altında qana qərq edilməsi, sovet qoşu-
nun  Əfqanıstanda uzun illər xalqın qanını tökməsi təca-
vüzkar kapitalist sisteminə qarşı aparılan mübarizə kimi, 
dünya proletariatının istismarçılardan xilas edilməsi kimi, 
dünya sosialist inqilabının ayrı-ayrı ölkələrdə növbəti qələ-
bəsi kimi, «sovet-sosializm» körpüsünün «insanları, xalq-
ları birləşdirməsi, elləri abad etməsi» kimi təqdim olunur. 
A.Məmmədovun «Kitabi-Dədə Qorqud» eposunda 
mühüm element olan körpü obrazını ideallar, fəlsəfələr, 
zamanlar, insanlar, sahillər arasında birləşdirici kimi çox-
mənalı funksiyada təqdim etməsinin kökləri dastanın özü-
nə gedib çıxır. Bu gün «Dəli Domrul» boyu haqqında çap 
olunmuş irili-xırdalı əsərlərə nəzər saldıqda, folklorşünas-
lığımızda bu obraz haqqında söylənmiş fikir və mülahi-
zələri nəzərdən keçirdikdə dastandakı körpü obrazının əsl 
mahiyyəti barədə yekdil fikir olmadığını görürük.   
Dastanda baş qəhrəmanın - insanları ölümdən qurtar-
maq üçün Əzrayılla savaşa qalxan Dəli Domrulun bu in-
sanpərvər, humanist addımları ilə onun körpüdəki hərəkət-
ləri uyğun gəlmir. Belə insansevər, rəhmli qəlbə malik 
olan insan adamlara münasibətdə ədalətsizliklərə yol verir: 
«Məgər xanım, oğuzda Duxa qoca oğlı  Dəli Domrul de-
yərlərdi bir igid var idi. Bir quru çayın üzərinə bir köpri 
yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçmiyənin-
dən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böydə edərdi? 
Anunçun ki. «Məndən dəli, məndən gücli ər varmıdır ki, 
çıqa mənümlə savaşa, - deyirdi; mənim ərligim, bəhadirli-
gim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana» - 
deyirdi» (202, 79). 
Göründüyü kimi, o, qolunun gücünə arxayın olub, 
insanları incidir, ədalətsizlik edir. Lakin burada bir analşıl-
mazlıq var. O, insanlara qarşı ədalətsizdirsə, onda niyə in-
sanları xilas etmək üçün özünü böyük təhlükəyə atıb 
Əzrayılla vuruşur və ölümlə üzləşir? 
 304
Bizcə, bunlar dastanın sirləridir və tədqiqatlara nəzər 
saldıqda bu sirlərin hələ də açılmadığını görürük. Həqiqə-
tən, quru çayın üstündən körpü salmazlar, yaxud körpüdən 
keçəndən çox pul almaq əvəzinə, keçməyəndən çox pul, 
yaxud ümumiyyətlə pul almazlar. Lakin Domrul bunları 
edir. Biz bütün bu ziddiyyətli sirlərin dastandakı körpü 
obrazı ilə bağlı olduğunu düşünürük. Tədqiqatçılar buna 
dair müxtəlif işarə - istiqamətlər vermişlər. Məsələn, gör-
kəmli mifşünas alim M.Seyidov, onun ardınca qorqudşü-
nas alim B.Abdulla üzərində körpü tikilmiş çayın quru de-
yil, sulu olduğunu göstərmişlər (305, 440; 5, 40). Lakin 
A.Acalov çayı elə olduğu kimi - quru çay olaraq qəbul 
etmiş  və onun quruluğunu «ölümün yaşayışı üstələməsi 
kosmik ahəngin pozulması» kimi izah etmişdir (33, 230). 
Fikirlərin toqquşması göz qabağındadır: körpünün nə 
məqsədlə tikilməsi aydın deyildir. Dastanda o, quru çayın 
üzərində tikilmiş, tədqiqatçılar da bunu müxtəlif mənalar-
da izah etmişlər. Demək, yazıçı da öz komediyasında kör-
pü obrazını çoxmənalı  şəkildə  təqdim edərkən körpünün 
dastandakı çoxmənalığından çıxış etmişdir. 
Pyesin ağırlığı Domrul-Əzrayıl konfliktinin üzərində 
qurulmuşdur.  Əsərin  əsas hissəsini  əhatə edən bu xəttin 
ümumi cizgiləri, demək olar ki, dastanda olduğu kimidir. 
Eposdakı kimi, Əzrayıl Domrula qalib gəlir. Tanrı Dom-
rula can əvəzində can verməklə xilas yolu qoyur. Domrul 
ata-anasına can üçün müraciət edir, onlar isə vermirlər. 
Əzrayıl bunu insan oğlunun qorxaqlığı ilə izah edir. Lakin 
Domrulun xatunu öz canını onun yolunda verməyə hazır 
olmaqla insan övladının mənəvi cəhətdən ucalığını təsdiq 
edir. Lakin dastandan fərqli olaraq, komediya janrında ya-
zılmış bu əsərdə Domrul-Əzrayıl xətti tamamilə gülüş üs-
tündə işlənmişdir. Bunların arasında çoxsaylı komik hadi-
sələr, söz-söhbətlər olur. Bu xətdə Domrul bütün hallarda 
alicənab, mərd, igid, Əzrayıl isə  mənfi keyfiyyətlərin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə