102
baycan hökuməti (Fuad bəy Əmircan (müavin), İsrafil bəy
İsrafilbəyov, professor Cabbar Əliyev və b. ibarət) yaradılır.
Almaniya hökuməti mühacir hökumətini tanıyır. Mühacir
Azərbaycan Hökuməti 1944-cü ilin axırlarına qədər fəaliyyət
göstərmişdir.
Azərbaycan legionu müharibənin sonlarında Cənubi
Faransa və Şimali İtaliya istiqamətində döyüşmüş, müharibə
qurtardıqdan sonra isə ayrı-ayrı ölkələrin ərazilərinə da-
ğılmışdır. Vətənə qayıdan legionerlər isə təqib və sürgünlərə
məruz qalmışlar.
Müharibədən qalib çıxmış SSRİ-nin nüfuzu dünyada xeyli
artır. Onun tezliklə dağılacağını gözləyənlərin inamı özünü
doğrultmur. Bu vəziyyət milli azadlıq hərəkatına da öz təsirini
göstərir. Lakin rejimə qarşı fəaliyyət müəyyən gizli formalarda
yenə də davam etdirilir.
Müharibədən sonrakı illərdə xüsusən ruslaşdırma siyasəti
güclənir. Belə ki, məktəblərin Azərbaycan bölmələrində rus
dili saatlarının sayı artırılır, tədricən elm və tədris tamamı ilə
rus dilinin inhisarına verilir, rus dili yeganə ünsiyyət dilinə
çevrilirdi (xüsusən də Bakı şəhərində). Son məqsəd isə qeyri-
rus xalqlarını tamamı ilə ruslaşdırmaq idi. Hətta sovet
hökuməti tərəfindən ali məktəblərdə tədris dili kimi yalnız rus
dilindən istifadə olunması haqqında yeni qanunun qəbulu da
nəzərdə tutulurdu. Bu isə milli respublikalarda, o cümlədən
Azərbaycanda ciddi etirazla qarşılanmış və bu etirazlar
nəticəsində sovet hökuməti bu qanunun qəbulunu dayan-
dırmağa məcbur olmuşdur. 1956-cı ildə isə Azərbaycan SSR-in
konstitusiyasına ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili
olması haqqında bənd əlavə edilmişdir.
1957-ci il, mayın 28-də AXC-nin ildönümü münasibəti ilə
gizli hərəkatçılardan olan Cahid Hilaloğlu (Şirinov) (1928-91)
tərəfindən Bakıda Qız Qalası üzərində üçrəngli Azərbaycan
bayrağının dalğalandırıldığı da məlumdur. C.Hilaloğlu bu
hərəkətinə görə 10 il həbsə məhkum edilmişdir.
103
Stalinin müharibədən sonrakı hakimiyyəti illərində türk
xalqları, o sıradan Azərbaycan türkləri kütləvi deportasiya və
köçürmə siyasətinə məruz qalmışdır. Məqsəd isə türk xalqlarını
ayrı-ayrı ərazilərə səpələmək və yox etmək idi. 1948-53-cü
illərdə Qərbi Azərbaycandan 100 mindən çox Azərbaycan
türkü deportasiya edilmişdir. Bu isə tarixi türk torpaqları olan
Qərbi Azərbaycan ərazisində türk əhalinin mövqeyinin
zəifləməsində və ermənilərin həmin ərazidə möhkəmlənmə-
sində həlledici rol oynamışdır.
Sovet hakimiyyətinin II Dünya Müharibəsindən sonrakı
dövründə Azərbaycanda milli düşüncə və milli azadlıq ideyası
Mirzə İbrahimov (1911-93), Bəxtiyar Vahabzadə (1925-
2009), Şıxəli Qurbanov (1925-67), Xəlil Rza Ulutürk (1932-
94), Tofiq Bayram (1934-91) , Nəriman Həsənzadə (1931) və
b. yazarlar və siyasi xadimlər, Ramazan Qurbanov (1916-
1982), Xudu Məmmədov (1927-1988), Məhəmməd Hatəmi
(1935), Əbülfəz Elçibəy (1938-2000) və b. ziyalılar tərəfindən
yarıgizli şəkildə olsa da yaşadılmış və inkişaf etdirilmişdir. Bu
dövrdə MMD-imiz uğrunda rejiminin şovinist siyasətinə qarşı
fədakarcasına mübarizə aparan milli düşüncəli ziyalılarımız
təqib və təzyiqlərə, hətta sui-qəsdlərə məruz qalmışlar.
Ə.Elçibəy 1975-76 illərdə antisovet fəaliyyətinə görə həbsdə
olmuşdur.
İkinci Dünya Müharibəsindən sonra Türkiyə və bəzi Avro-
pa ölkələrində yaşayan Azərbaycan mühacirləri sovet imperi-
yası tərkibində olan digər xalqların mühacirləri ilə əlaqəli
şəkildə antisovet fəaliyyətini davam etdirmişlər. M.Ə.Rə-
sulzadənin vəfatından sonra mühacir Müsavat partiyasına
M.B.Məmmədzadə (1955-59), Kərim Odər (1959-81) və Mə-
həmməd Azər Aran (1981-92) başqanlıq etmişdir. Bu dövrdə
Türkiyədə Müsavat partiyasından başqa onunla əlaqəli mühacir
Azərbaycan Milli Mərkəzi və Azərbaycan Kültür Dərnəyi
də fəaliyyət göstərmişdir. Bu təşkilatlar milli ideyaları yaşatmış
və təbliğ etmiş, Avropadakı antisovet tədbirlərində iştirak
edərək Azərbaycan siyasi mühacirətini təmsil etmişlər.
104
Hələ 1924-cü ildə İstanbulda M.Ə.Rəsulzadə tərəfindən
yaradılmış Azərbaycan Milli Mərkəzinə 1955-59-cu illərdə
M.B.Məmmədzadə, 1959-76-cı illərdə Əbdülvahab Yurd-
sevər, onun vəfatından (1976) sonra isə Müsavat başqanları
K.Odər və M.A.Aran rəhbərlik etmişlər.
1949-cu ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yaradılmış
Azərbaycan Kültür Dərnəyinin isə ilk başqanı Həmid Ataman
olmuşdur. 1955-2005-ci illərdə dərnəyə Müsavat liderlərindən
olan Əhməd Qaraca başçılıq etmiş, 2005-ci ildən bu günədək
isə dərnəyə Cəmil Ünal başçılıq edir.
İkinci Dünya Müharibəsindən sonra Ə.F.Düdənginski,
C.Hacıbəyli, Ə.A.Şeyxülislam və b. mühacirlər isə bir müddət
“Azərbaycan Milli Birlik Məclisi” adlı mühacir təşkilatında
fəaliyyət göstərmişlər. Bu təşkilat Visbaden (noyabr, 1951) və
Münhen (oktyabr, 1952) konfranslarında iştirak etmişdir. Bu
konfranslar antisovet xarakterli olsa da, onun Qərbdən
maliyyələşən təşkilatçıları – keçmiş rus burjua inqilabçıları
(Kerenski (1881-1970) və b.) rus imperiyasının bütovlüyünü
müdafiə etmiş və onun tərkibində olan qeyri-rus xalqlarının
müstəqilliyini tanımamışlar. Ona görə də bu konfranslarda
yaradılan təşkilatlar da tezliklə parçalanmış və fəaliyyətini
dayandırmışdır (1.36).
İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Türkiyə və
Avropa ölkələrində yaşamış mühacir Azərbaycan ziyalıları
tərəfindən Azərbaycandakı ictimai-siyasi proseslər daim
izlənmiş, milli ideyalar yaşadılmışdır. Azərbaycan mühacirləri
( M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Kərim Odər (1901-
1981), Məhəmməd Azər Aran (1911-1993), Əbdülvahab
Yurdsevər (1898-1976), Hüseyn Baykara (1904-1984),
Ə.F.Düdənginski, Ceyhun Hacıbəyli (1891-1962), Əhməd
Qaraca (1929-2005), Məhəmməd Kəngərli (1914-2006),
Nağı Şeyxzamanlı (1883-1967), Süleyman Təkinər (1917-
2006), Məcid Musazadə (1914-1990), Əhməd Cəfəroğlu
(1899-1975) və b.) mətbuat səhifələrində mütəmadi olaraq
sovet imperiyasını ifşa edən və Azərbaycanın azadlığını
Dostları ilə paylaş: |