Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

 102
baycan hökuməti (Fuad bəy  Əmircan (müavin), İsrafil bəy 
İsrafilbəyov, professor Cabbar Əliyev və b. ibarət) yaradılır. 
Almaniya hökuməti mühacir hökumətini tanıyır. Mühacir 
Azərbaycan Hökuməti 1944-cü ilin axırlarına qədər fəaliyyət 
göstərmişdir.  
Azərbaycan legionu müharibənin sonlarında Cənubi 
Faransa və  Şimali  İtaliya istiqamətində döyüşmüş, müharibə 
qurtardıqdan sonra isə ayrı-ayrı ölkələrin  ərazilərinə da-
ğılmışdır. Vətənə qayıdan legionerlər isə  təqib və sürgünlərə 
məruz qalmışlar.  
Müharibədən qalib çıxmış SSRİ-nin nüfuzu dünyada  xeyli 
artır. Onun tezliklə dağılacağını gözləyənlərin inamı özünü 
doğrultmur. Bu vəziyyət milli azadlıq hərəkatına da öz təsirini 
göstərir. Lakin rejimə qarşı fəaliyyət müəyyən gizli formalarda 
yenə də davam etdirilir.  
Müharibədən sonrakı illərdə xüsusən ruslaşdırma siyasəti 
güclənir. Belə ki, məktəblərin Azərbaycan bölmələrində rus 
dili saatlarının sayı artırılır, tədricən elm və  tədris tamamı ilə 
rus dilinin inhisarına verilir, rus dili yeganə ünsiyyət dilinə 
çevrilirdi (xüsusən də Bakı  şəhərində). Son məqsəd isə qeyri-
rus xalqlarını tamamı ilə ruslaşdırmaq idi. Hətta sovet 
hökuməti tərəfindən ali məktəblərdə tədris dili kimi yalnız rus 
dilindən istifadə olunması haqqında yeni qanunun qəbulu da 
nəzərdə tutulurdu. Bu isə milli respublikalarda, o cümlədən 
Azərbaycanda ciddi etirazla qarşılanmış  və bu etirazlar 
nəticəsində sovet hökuməti bu qanunun qəbulunu dayan-
dırmağa məcbur olmuşdur. 1956-cı ildə isə Azərbaycan SSR-in 
konstitusiyasına ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili 
olması haqqında bənd əlavə edilmişdir. 
1957-ci il, mayın 28-də AXC-nin ildönümü münasibəti ilə 
gizli hərəkatçılardan olan Cahid Hilaloğlu (Şirinov) (1928-91) 
tərəfindən Bakıda Qız Qalası üzərində üçrəngli Azərbaycan 
bayrağının dalğalandırıldığı da məlumdur. C.Hilaloğlu bu 
hərəkətinə görə 10 il həbsə məhkum edilmişdir. 


 103
Stalinin müharibədən sonrakı hakimiyyəti illərində türk 
xalqları, o sıradan Azərbaycan türkləri kütləvi deportasiya və 
köçürmə siyasətinə məruz qalmışdır. Məqsəd isə türk xalqlarını 
ayrı-ayrı  ərazilərə  səpələmək və yox etmək idi. 1948-53-cü 
illərdə  Qərbi Azərbaycandan 100 mindən çox Azərbaycan 
türkü deportasiya edilmişdir. Bu isə tarixi türk torpaqları olan 
Qərbi Azərbaycan  ərazisində türk əhalinin mövqeyinin 
zəifləməsində  və ermənilərin həmin  ərazidə möhkəmlənmə-
sində həlledici rol oynamışdır. 
Sovet hakimiyyətinin II Dünya Müharibəsindən sonrakı 
dövründə Azərbaycanda milli düşüncə və milli azadlıq ideyası 
Mirzə  İbrahimov (1911-93), Bəxtiyar Vahabzadə  (1925-
2009), Şıxəli Qurbanov (1925-67), Xəlil Rza Ulutürk (1932-
94), Tofiq Bayram (1934-91), Nəriman Həsənzadə (1931) və 
b. yazarlar və siyasi xadimlər,  Ramazan Qurbanov (1916-
1982),  Xudu Məmmədov  (1927-1988),  Məhəmməd Hatəmi 
(1935), Əbülfəz Elçibəy (1938-2000) və b. ziyalılar tərəfindən 
yarıgizli şəkildə olsa da yaşadılmış və inkişaf etdirilmişdir. Bu 
dövrdə MMD-imiz uğrunda rejiminin şovinist siyasətinə qarşı 
fədakarcasına mübarizə aparan milli düşüncəli ziyalılarımız 
təqib və  təzyiqlərə, hətta sui-qəsdlərə  məruz qalmışlar.
 
Ə.Elçibəy 1975-76 illərdə antisovet fəaliyyətinə görə  həbsdə 
olmuşdur.  
İkinci Dünya Müharibəsindən sonra Türkiyə və bəzi Avro-
pa ölkələrində yaşayan Azərbaycan mühacirləri sovet imperi-
yası  tərkibində olan digər xalqların mühacirləri ilə  əlaqəli 
şəkildə antisovet fəaliyyətini davam etdirmişlər. M.Ə.Rə-
sulzadənin vəfatından sonra mühacir Müsavat partiyasına 
M.B.Məmmədzadə (1955-59), Kərim Odər (1959-81) və  Mə-
həmməd Azər Aran (1981-92) başqanlıq etmişdir. Bu dövrdə 
Türkiyədə Müsavat partiyasından başqa onunla əlaqəli mühacir 
Azərbaycan Milli Mərkəzi   Azərbaycan Kültür Dərnəyi 
 fəaliyyət göstərmişdir. Bu təşkilatlar milli ideyaları yaşatmış 
və  təbliğ etmiş, Avropadakı antisovet tədbirlərində  iştirak 
edərək Azərbaycan siyasi mühacirətini təmsil etmişlər.  


 104
Hələ 1924-cü ildə  İstanbulda M.Ə.Rəsulzadə  tərəfindən  
yaradılmış Azərbaycan Milli Mərkəzinə 1955-59-cu illərdə 
M.B.Məmmədzadə, 1959-76-cı illərdə  Əbdülvahab Yurd-
sevər, onun vəfatından (1976) sonra isə Müsavat başqanları 
K.Odər və M.A.Aran rəhbərlik etmişlər.  
1949-cu ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yaradılmış 
Azərbaycan Kültür Dərnəyinin isə ilk başqanı Həmid Ataman 
olmuşdur. 1955-2005-ci illərdə  dərnəyə Müsavat liderlərindən 
olan Əhməd Qaraca başçılıq etmiş, 2005-ci ildən bu günədək 
isə dərnəyə Cəmil Ünal başçılıq edir.  
İkinci Dünya Müharibəsindən sonra Ə.F.Düdənginski, 
C.Hacıbəyli, Ə.A.Şeyxülislam və b. mühacirlər isə bir müddət 
“Azərbaycan Milli Birlik Məclisi” adlı  mühacir təşkilatında 
fəaliyyət göstərmişlər. Bu təşkilat Visbaden (noyabr, 1951) və 
Münhen (oktyabr, 1952) konfranslarında iştirak etmişdir. Bu 
konfranslar antisovet xarakterli olsa da, onun Qərbdən 
maliyyələşən təşkilatçıları – keçmiş rus burjua inqilabçıları 
(Kerenski (1881-1970) və b.) rus imperiyasının bütovlüyünü 
müdafiə etmiş  və onun tərkibində olan qeyri-rus xalqlarının 
müstəqilliyini tanımamışlar. Ona görə  də bu konfranslarda 
yaradılan təşkilatlar da tezliklə parçalanmış  və  fəaliyyətini 
dayandırmışdır (1.36).     
İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Türkiyə  və 
Avropa ölkələrində yaşamış mühacir Azərbaycan ziyalıları 
tərəfindən Azərbaycandakı ictimai-siyasi proseslər daim 
izlənmiş, milli ideyalar yaşadılmışdır. Azərbaycan mühacirləri 
(M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  Kərim Odər (1901-
1981),  Məhəmməd Azər Aran (1911-1993), Əbdülvahab 
Yurdsevər (1898-1976), Hüseyn Baykara (1904-1984), 
Ə.F.Düdənginski, Ceyhun Hacıbəyli (1891-1962), Əhməd 
Qaraca (1929-2005), Məhəmməd Kəngərli (1914-2006), 
Nağı  Şeyxzamanlı (1883-1967), Süleyman Təkinər (1917-
2006),  Məcid Musazadə (1914-1990), Əhməd Cəfəroğlu 
(1899-1975) və b.) mətbuat səhifələrində mütəmadi olaraq 
sovet imperiyasını ifşa edən və Azərbaycanın azadlığını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə