Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   29   30   31   32   33   34   35   36   ...   94

 99
1937),  S.Mümtaz (1884-1941), H.Sanılı (1878-1937), 
M.Baharlı (1896-1937) və b. milli yazarlar və alimlər
R.Axundov (1897-1938), D.Bünyadzadə  (1888-1938), 
S.M.Əfəndiyev  (1887-1938),  Ə.H.Qarayev  (1896-1938), 
Q.Musabəyov  (1888-1938),  H.Sultanov  (1889-?),  Ç.İldırım 
(1890-1938) və b. siyasi xadimlər,  Q.Vəzirov  (1899-1937), 
C.Əliyev  (?-1937),  M.Talıbzadə  (1902-1938) və b. hərbçilər 
daxildir. 
Bu təqib və repressiyalar ikinci dünya müharibəsindən 
sonra da müəyyən səviyyədə və formada davam etdirilmişdir. 
Bütün bunlarla yanaşı SSRİ yarandıqdan (dekabr, 1922) 
sonra qeyri-rus xalqları, o cümlədən Azərbaycan türkləri Çar 
Rusiyası dövrü ilə müqayisədə müəyyən üstünlüklər də  əldə 
etmişdi. Bu üstünlüklərə respublikaya malik olma, kütləvi 
savadsızlığın ləğvi, orduda xidmət, ana dilində orta və ali 
təhsil,  ədəbi dilin formalaşması  və s. aid etmək olar. 
Xalqımızın bu nailiyyətləri  əldə etməsinin bir səbəbi sovet 
hakimiyyətinin imperiyanı qorumaq üçün apardığı siyasət 
(mütərəqqi qüvvə kimi özünü dünyaya təqdim etmək, “gözdən 
pərdə asmaq” siyasəti) idisə, bir səbəbi də öncə formalaşmış 
Azərbaycan milli hərəkatı  və onun nəticəsi kimi 2 il yaşamış 
AXC-nin mövcud olması idi. 
Sovet hakimiyyəti xalqlara bu milli haqları versə  də, 
onların bir çoxu formal xarakter daşımış, müstəmləkəçilik 
siyasəti başqa formada davam etdirilmişdir. Belə ki, xalqlarda 
milli azadlıq hərəkatının qarşısını almaq və milli şüuru 
öldürmək üçün totalitar rejim yaradılmış, keçmiş hərəkatçılara 
və milli düşüncəli ziyalilara qarşı təqib və repressiyalar həyata 
keçirilmiş, elm və  təhsil  əsasən rus dilinin inhisarında 
saxlanılmış, tədricən qeyri-rus əhalinin də rusdilliləşdirilməsi 
(assimilyasiya) siyasəti aparılmış, xalqların etnik və dövlətçilik 
tarıxi saxtalaşdırılmış, türk xalqlarının üzərindən “türk” adı 
götürülmüş, bir çox milli adət-ənənələr sıxışdırılmış, elm 
tutumlu aparıcı  sənaye sahələri (iri maşınqayırma, elektronika 
və s.) əsasən Rusiyanın mərkəzi bölgələrində yerləşdirilmiş, 


 100
digər respublikalar isə  əsasən kənd təsərrüfatı  məhsulları  və 
xammal mənbəyinə çevrilmişdir. Bütün bu siyasət sosialist 
ideyaları ilə məharətlə pərdələnmişdir. 
İkinci Dünya Müharibəsi dövründə də həm ölkə daxilində 
həm də mühacirətdə olan hərəkatçılar Azərbaycanın azadlığı 
uğrunda mübarizəni davam etdirmişlər. 1930-cu illərin 
repressiyaları milli hərəkata böyük zərbə vursa da, digər 
tərəfdən rejimə qarşı nifrəti daha da artırmış  və antisovet 
fəaliyyəti gizli şəkildə davam etmişdir. Bu fəaliyyətdə gizli 
tələbə  təşkilatları xüsusi yer tutmuşdur. 1941-ci ildə  tələbə 
Süleyman  İsgəndərovun başçılığı ilə millətçi antisovet qrup 
yaradılmışdır. Bu qrup tezliklə  aşkara çıxarılmış  və  fəalları 
güllələnmişdir. 1943-cü ildə tələbə Gülhüseyn Hüseynoğlunun 
(Abdullayev) (1923) təşəbbüsü ilə gizli “İldırım” təşkilatı 
yaradılmışdır.  Bu təşkilat Sovet hökumətinin milli siyasətinə 
qarşı  təbliğat aparmışdır.  İsmixan Rəhimov, Hacı Zeynalov, 
Aydın Vahidov və b. bu təbliğatda fəal iştirak etmişlər. 1944-
cü ildə Bakının Sabunçu qəsəbəsində bir qrup gənc fəhlənin 
rejimə qarşı gizli beynəlmiləl təşkilat yaratdığı da məlumdur 
(3.114, s.353). 
Müharibədə bolşevizmin mütərəqqi ideyalara xidmət 
etdiyinə inanan və onu faşizmdən üstün tutub sovet dövləti 
üçün səmimi döyüşən azərbaycanlılarla yanaşı SSRİ-nin 
dağılmasını və Azərbaycanın azadlığını istəyən azərbaycanlılar 
da vardı ki, Almaniya tərəfindən döyüşmək üçün qəsdən  əsir 
düşürdülər. Onlar Almaniyanın qələbəsindən sonra SSRİ-nin 
dağılacağına və Azərbaycanın müstəqillik əldə etməsinə şərait 
yaranacağına inanırdılar. Müharibənin ilk illərində Pribaltikada 
almanlar tərəfə keçmiş hərbi mütəxəssis mayor Əbdürrəhman 
Fətəlibəyli Düdənginski (1908-1954) də belə şəxslərdən idi.    
Müharibənin ilk aylarında 3.6 milyon sovet döyüşçüsü, o 
cümlədən 150 min azərbaycanlı almanlara əsir düşmüşdü.  
Sovet ordusu tərəfindən  əsir düşmüş müsəlmanların, o 
cümlədən azərbaycanlıların Almaniya tərəfindən döyüşməsində 
Hitler maraqlı idi. Hətta Hitler Qafqaz və Volqadakı  uğur-


 101
suzluqlardan (1943-cü ilin əvvəlləri) sonra türk xalqlarının 
yaşadığı Türküstan əyalətinə özünüidarəetmə hüququnun 
veriləcəyini vəd etmişdi. 
1941-ci ilin payızında Azərbaycan mühacirləri ilə da-
nışıqar aparmaq üçün Almaniya Xarici işlər Nazirliyi 
tərəfindən M.Ə.Rəsulzadə Almaniyaya dəvət olunur. Danı-
şıqlarda Azərbaycan siyasi mühacirləri 12 bəndlik me-
morandumda öz mövqelərini bildirirlər. Memorandumda 
azərbaycanlıların hərbi  əsir düşərgəsindən azad edilməsi
onların mülki işlərdə  işlədilməsi, Azərbaycan ordusunun 
yaradılması, ordu başçılarının azərbaycanlılardan olması, 
Azərbaycanlıların yalnız  Şərq cəbhəsində vuruşması, Azər-
baycan  ərazisinə ilk olaraq milli ordunun daxil olması  və b. 
şərtlər öz əksini tapmışdı. 
1941-ci ilin dekabrında Hitler Qafqaz müsəlmanlarından 
ibarət hərbi hissələr yaradılması haqqında  əmr verir. 
Tərkibində 7 min azərbaycanlı olan bu hərbi hissələr 1942-ci 
ilin yayında Qafqaz cəbhəsində sovet ordusuna qarşı 
vuruşmuşdur.  
1943-cü ilin yazında Berlində Milli Azərbaycan Komitəsi 
təşkil olunur. Bu komitə Azərbaycan mühacirlərinin tələblərini 
Almaniya dövlətinə  qəbul etdirmək üçün fəaliyyət göstərirdi.  
Lakin Almanların gələcəkdə türk xalqlarına, o cümlədən 
Azərbaycan türklərinə müstəqillik verməyəcəyini başa düşən 
M.Ə.Rəsulzadə 1943-cü ilin avqustunda Azərbaycan legionu 
qarşısında çıxışında Almaniyanın işğal etdiyi ərazilərdə heç bir 
xalqa azadlıq verməyəcəyini qeyd edir. Bundan sonra Hitler 
M.Ə.Rəsulzadənin ölkəni tərk etməsinə göstəriş verir.  
Azərbaycan mühacirlərinin bir hissəsi isə alman hökuməti 
ilə  əlaqəni davam etdirir. 1943-cü ilin noyabrında həmin 
mühacirlər tərəfindən Milli Azərbaycan Komitəsinin qurultayı 
keçirilir. Qurultayın qərarında türk xalqlarının azadlığı üçün 
Almaniya ilə birgə bolşevizmə qarşı mübarizənin lazım olduğu 
qeyd olunur. Bu mövqe Almaniyanı qane edir. 1943-cü ilin 
payızında  Ə.F.Düdənginskinin başçılığı ilə mühacir Azər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə