Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   32   33   34   35   36   37   38   39   ...   94

 108
...AXC respublikanın təbii  şəraitini, coğrafi mövqeyini, 
tarixi-ənənəvi və milli xüsusiyyətlərimizi nəzərə alaraq 
iqtisadiyyatımızın qurulması  və inkişafı üçün aşağıdakıların 
həyata keçirilməsini zəruri sayır:  
-...iqtisadiyyatın asılı, müstəmləkə xarakterli struktu-
rundan rəqabət qabiliyyətli mütərəqqi struktura keçidinin 
sürətləndirilməsi.  
-İqtisadiyyat üzərində ifrat dövlət inhisarının aradan qal-
dırılması...  
-Müxtəlif mülkiyyət formalarının ahəngdar vəhdətinə, azad 
sahibkarlığa, təşəbbüskarlığa, işgüzarlığa, sağlam rəqabətə, 
ədalətli vergi və ödənclər sisteminə  əsaslanan uyumlu, 
çoxukladlı və sosial-ekoloji təmayüllü iqtisadiyyatın formalaş-
dırılması. 
-İqtisadiyyatın idarə olunmasında inzibati-amirlik metod-
larından imtina edilməsi, özünüinkişafa və iqtisadi yüksəlişə 
təkan verən tənzimləmə üsullarına üstünlük verilməsi, çevik, 
demokratik idarəetmə sisteminin yaradılması.  
...-Torpağın müvafiq norma ilə pulsuz və vərəsəlik hüququ 
ilə  kəndliyə verilməsini təmin edən aqrar islahatın həyata 
keçirilməsi və  kəndli təsərrüfatının inkişaf etdirilməsinə 
güzəştlı şərtlərlə yardım göstərilməsi. 
...-Dünyanın bütün ölkələri ilə qarşılıqlı faydaya əsaslanan 
iqtisadi  əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan xalqının 
mənafeyinə uyğun şərtlərlə xarici kapitalın cəlb olunması üçün 
əlverişli  şərait yaradılması, respublikanın beynəlxalq  əmək 
bölgüsü sistemində öz yerini tutmasına nail olunması. 
   Məramnamənin “sosial sahə”  bölməsində deyilir:  
AXC cəmiyyətin hər bir üzvünün ləyaqətli yaşayışını təmin 
etmək üçün sosial sahədə  aşağıdakı  məsələlərin həllini zəruri 
sayır: 
...-Əhalinin sosial müdafiəsinin təşkili məqsədiylə sahə və 
peşə birliklərinin, azad həmkarlar təşkilatlarının fəaliyyətinə 
kömək göstərilməlidir. 


 109
-...hər bir vətəndaş üçün minimum yaşayış  vəsaiti təyin 
edilməli, dövlət tərəfindən düzgün sosial sığorta siyasəti 
hazırlanıb həyata keçirilməlidir.   
-...cəmiyyətin ilkin əsası kimi gələcək nəsillərin 
yetişməsinin və  tərbiyəsinin təməl, milli mədəniyyətin 
ötürücüsü və  mənəviyyatın formalaşmasında mühüm əhəmiy-
yəti olan ailənin dövlət tərəfindən qorunması  və  hərtərəfli 
təminatı üçün şərait yaradılmalıdır. 
 Məramnamənin  “demokratiya və insan hüquqları”  
bölməsində deyilir: 
-Hüquq sistemində demokratik islahatlar keçirilməli, 
dövlət də daxil olmaqla bütün hüquq subyektlərinin qanun 
qarşısında bərabərliyi təmin edilməlidir. 
...-Qanunlar qəbul edilərkən xalqın milli-mənəvi 
xüsusiyyətləri gözlənilməli, mövcud qanunların və hüquq 
normalarının demokratikləşməsinə çalışılmalı, vətəndaşların 
qanun qarşısında bərabərliyi, insan hüquqlarına hörmət 
prinsipləri  əsas götürülməli, köklü məhkəmə islahatı 
keçirilməli, azadlıqdan məhrum olunmuş  vətəndaşların insan 
hüquqları təmin edilməlidir.  
-...çoxpartiyalılıq bərqərar edilməli, ordu, milli 
təhlükəsizlik, məhkəmə,  ədliyyə  və hüquq mühafizə orqanla-
rının  əməkdaşlarından başqa, bütün vətəndaşların ictimai-
siyasi qurumlarda birləşmək hüququ qorunmalıdır.   
...-Vətəndaşların siyasi hüquqlarının, seçmə  və  fəaliyyət 
azadlıqlarının, sosial hüquqlarının,  şəxsi mənafe və maraqla-
rının qorunması mexanizmi yaradılmalıdır. 
Məramnamənin  “Mədəniyyət, təhsil, elm”  bölməsində 
deyilir: 
...-Milli mədəniyyətin hərtərəfli inkişaf konsepsiyası 
hazırlanmalıdır.  
...-Mədəniyyət tarixinin öyrənilməsi, Azərbaycan xalqı 
üçün milli-mənəvi dəyərə və tarixi əhəmiyyətə malik abidələrin 
– miniatürlərin, xalçaların, əlyazma kitablarının, sənədlərin və 
s. Azərbaycana qaytarılması, tarixi yaddaşımızın salnaməsi 


 110
olan milli mədəniyyətimizin tədqiqi və  təbliği üçün dövlət 
maliyyələşməsi artırılmalı, maddi mədəniyyət abidələrinin 
qorunması, bərpası  və  təbliği ilə bağlı dövlət orqanlarının və 
vətəndaşların məsuliyyətini artıran normalar müəyyənləş-
dirilməli və beynəlxalq təşkilatlarla  əməkdaşlıq genişləndiril-
məlidir. 
-Azərbaycanda yaşayan hər bir şəxsin (öz) mədəni 
tələbatını ödəməsi təmin olunmalı, azsaylı xalqlara və etnik 
qruplara mədəni muxtariyyət verilməli, onların öz dillərində 
təhsil almaları üçün şərait yaradılmalıdır. 
-Azərbaycan mədəniyyəti və tarixi ümumtürk mədəniy-
yətinin və tarixinin tərkib hissəsi kimi öyrənilməli, türk 
xalqlarının tarixi, mədəniyyəti və  mənəviyyatı sistemli və 
hərtərəfli araşdırılmalı, vahid əlifba və ümumi ədəbi dil 
ənənəsi bərpa edilməli, daimi informasiya mübadiləsi təmin 
edilməli və türk ölkələri televiziyalarının vahid ötürücü sistemi 
yaradılmalıdır. 
-Azərbaycan türklərinin milli və mədəni bütövlüyünü təmin 
etmək məqsədiylə Azərbaycanla  İran arasında iqtisadi, siyasi, 
dini, elmi-texniki və s. əlaqələr inkişaf etdirilməli, gediş-gəlişlə 
bağlı  məhdudiyyətlər aradan qaldırılmalı, sərhəddən keçid 
mexanizmi sadələşdirilməli, Azərbaycan xalqının tarixini, 
mədəniyyətini, mənəviyyatını  və s. vəhdətdə öyrənmək üçün 
əlaqəli tədqiqatlar aparılmalı, birgə  mədəni cəmiyyətlər 
yaradılmalı, dini və tarixi abidələrin bərpası üçün qarşılıqlı 
əməkdaşlıq genişləndirilməli, birgə bayramlar, mədəni-kütləvi 
və idman tədbirləri keçirilməlidir. 
-Xalqımızın Azərbaycan hüdudlarından kənarda yaşayan 
övladlarının milli kökdən ayrılmaması, milli və  mənəvi 
dəyərlərimizi qoruya bilməsi üçün onların Vətənlə  hərtərəfli 
əlaqələri təmin edilməli, Azərbaycana gediş-gəlişləri 
sadələşdirilməli, yaratdıqları milli və  mədəni cəmiyyətlərə 
yardım göstərilməli, həmin cəmiyyətlərin fəaliyyətlərini 
əlaqələndirmək üçün tədbirlər həyata keçirilməlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə