Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   40   41   42   43   44   45   46   47   ...   94

 132
yurd) sevgisidir. Xatırladaq ki, diyar sevgisi insan varlığına 
xas olan, sosial çevrədən daha çox fərdlərin  şüuraltındakı 
xatirələrindən irəli gələn tamamı ilə  təbii və normal bir 
duyğudur. Milli dəyərlər üzərində köklənmiş düzgün təlim-
tərbiyə, milli ideologiya və onun təbliği, bir sözlə, sosial 
çevrədən gələn təsir təbii diyar sevgisini şüuraltı sahədən şüur 
sahəsinə  çıxararaq bütün ölkəni içərən Vətən eşqinə çevirə 
bilər. Yəni  əslində  Vətən eşqi diyar sevgisindən – insanın 
doğulub boya-başa çatdığı bölgəyə  məhəbbətindən başlayır. 
Lakin burada sosial çevrədən gələn təsirin xarakterini 
unutmaq olmaz. Həmin təsirin xarakteri güdülən siyasi 
hədəflərdən asılıdır... 
Yalnız öz şəxsi, yaxud qrup mənafeyini güdən bəzi 
siyasətbaz qüvvələr  ...yerliçiliyi qabardaraq hədəfə çevirməyə 
çalışırlar. Təbii diyar sevgisini istismar edən bu siyasətbazlar 
ölkənin bütünlüyünü zədələyər və ölkədəki ayrı-ayrı bölgələri 
üz-üzə qoyaraq vahid Vətən siyasi anlayışının tam oturuşma-
sına ciddi zərbə vurar. 
Bəzi qüvvələr də müstəmləkəçi imperiya siyasəti yürüdərək 
ayrı-ayrı ölkələri eyni bir çatı altında toplamağa və vahid 
Vətən kimi göstərməyə can atırlar. Təbii ki, bu müstəmləkəçi 
imperiya siyasəti də milli Vətən anlayışına qarşıdır. 
Millətləşmə sürəci isə  nə ayrı-ayrı diyarları, nə  də 
imperiya ərazisini yox, məhz milli Vətəni hədəfə çevirər. Milli 
Vətən millətin kollektiv şurunda toplanmış sosial hafizənin – 
qan yaddaşının dayağıdır... 
Coğrafiyadan Vətənə keçid millətin yaranmasının coğrafi 
şərtidir. Bu şərtin gerçəkləşməsində iki amili mühüm rol 
oynayır: 1. Toplum üzvlərinin mütləq çoxluğunda təkcə öz 
böyüyüb boya-başa çatdığı bölgəyə yox, bütün ölkəyə yönəlik 
özəl bağlılıq hissinin və vazkeçilməz duyğusallığın – Vətən sev-
gisinin formalaşması; 2. Vətən sevgisinin şüur sahəsinə 
çıxarılaraq dərk edilməsi və insanlarda yüksək vətən şüurunun 
yaranması.  


 133
Bu bölmədə daha sonra fars şovinizmi tərəfindən 
qondarma “İran” anlayışının Vətən kimi qəbul etdirilməsinin 
heç bir əsası olmaması tarixi faktlarla göstərilir və Azərbaycan 
türkləri üçün məhz Bütöv Azərbaycanın vahid Vətən anlayışı 
kimi formalaşmasının vacibliyi vurğulanır:  
Bütöv Azərbaycan Vətəni anlayışının oturuşub sabit-
ləşməsi və  əlli milyonluq Azərbaycan türklüyünün şüuruna 
hakim kəsilməsi millətləşmə sürəcimizi tamamlayar, xalqımızı 
milli  şəxsiyyətə çevirər və Müstəqil, Bütöv, Demokratik 
Azərbaycan idealımızın gerçəkləşməsində  həlledici rol 
oynayar. Bu gerçəkliyi unutmamalı və milli kimlik şüurumuzun 
biçimlənməsində Vətən Amilinə özəl diqqət yetirməliyik. 
Məramnamənin “Milli kimlik şüurumuzun biçimlənmə-
sində ülkü amili” bölməsində deyilir: 
...dil, tarix, mədəniyyət, Vətən və s. kimi amillər nə qədər 
ciddi önəm daşısalar da, bir toplumun millətə çevrilməsi 
ülküsüz – məfkurəsiz mümkün deyil.  
Digər amillərin biçimləndirdiyi milli kimlik şüuru dünəni 
dəyərləndirib bu günü anlamağa imkan verir, milli kimlik 
şüurunu tamamlayan ülkü amili isə sabaha yönəlik həyat 
xəritəsi olub, toplumun hara gedəcəyini, niyə gedəcəyini, necə 
gedəcəyini, nə ilə gedəcəyini və s. göstərir... 
...Milli ülkü toplumun sabahına işıq salan və onun həyat 
yolunu aydınlandıran yaradıcı qüvvədir... 
...Milli ülkü varılası  hədəfləri və bu hədəflərə aparacaq 
yolları  əks etdirən sistemli düşüncə  və  fəaliyyətlərin ölçülüb-
biçilmiş planıdır. Toplumun sabaha yönəlik hədəfləri çox ola 
bilər.  Başlıca məsələ bu hədəflərin  ən mühümlərini doğru 
təsbit etmək və  həmin mühüm hədəflərin toplum tərəfindən 
bilinib-dərk edilməsinə  və toplum üzvlərinin böyük çoxlu-
ğunu hərəkətə  gətirən daxili generatora çevrilməsinə nail 
olmaqdır. Çoxsaylı hədəflər içərisindən ən mühümləinin seçilib 
toplumda geniş yayılmasına nail olmaq milli ülkünün əsas 
şərtlərindən biridir. Ən mühüm hədəflərin seçilməsi toplumun 
düşdüyü  şəraitdən asılı olaraq dəyişkən xarakter daşıyır. 


 134
Toplum üçün hər yeni şəraitə uyğun yeni hədəf aktuallıq 
qazanıb önə çıxa bilər. Bir hədəf əldə olunduqdan sonra başqa 
hədəf ortaya çıxacaq və beləliklə  də  hədəflər bitməyəcək. 
Hədəflərin bitməsi istər insan üçün, istərsə  də toplum üçün 
yalnız ölüm halında mümkündür. Yaşayan, canında güc və 
enerji olan insanın, yaxud toplumunsa hədəfləri bitə bilməz.  
İndiki anda Azərbaycan türklərinin  əlli milyonluq vahid 
bir toplum olaraq ən mühüm hədəfi və milli ülküsünün təməli 
istiqlaliyyətdir. Bu mühüm istiqlaliyyət hədəfi XX yüzilliyin 
əvvəllərində böyük öndərimiz M.Ə.Rəsulzadənin başçılığı ilə 
təsbit olunmuş  və  həmin hədəf üzərində biçimlənən milli 
ülkümüzə müsavatçılıq adı verilmişdir. Azərbaycan türklüyünə 
müsavatçılıq milli ülküsünü qazandıran böyük şəxsiyyət-
lərimizin  fikrincə: 
“Müsavatçılıq böyük türk mədəniyyətinə bağlı, milli, 
mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cüm-
huriyyət və istiqlal ideyasına sadiq Azərbaycan vətən-
sevərliyidir”. 
Lakin müsavatçılıq dəyişməz, donuq və durğun yox, əksinə, 
çevik, yeni şərtlərə uyğun gəlişə bilən, dinamik bir milli ülkdür. 
Unudulmasın ki, artıq günümüz üçün cümhuriyyət anlayışı 
qazanılmış bir davadır və dövlətimizin cümhuriyyət  şəklində 
olmasına heç kim etiraz edə bilməyəcəyi üçün müsavatçılığın 
tanımlanmasında bu anlayışa yer verilməsinə ehtiyac yoxdur.  
Həmçinin günümüzdə demokratiya anlayşı öz məzmu-
nunda hürriyyət, azadlıq, bərabərhüquqluluq, sosial ədalət, 
qanunun aliliyi, hüququn üstünlüyü və s. kimi anlayışları da 
içərdiyinə görə daha uğurludur və dövrümüzün şərtlərindən 
irəli gələrək işlədilməsi daha düzgündür.   
Nəhayət  nəzərə alaq ki, Ə.Elçibəy tərəfindən siyasi 
müstəviyə  gətirilən  Bütöv Azərbaycan idealı  çağımızda 
aktuallıq qazanaraq  önə  çıxmış  və milli ülkümüzün ikinci ən 
mühüm hədəfinə çevrilmişdir.  İstiqlaliyyət və Bütövlük 
Azərbaycan türklüyünün biri-birini tamamlayan iki ən mühüm 
hədəfidir və  qətiyyən vahid milli ülkümüzdən – müsavatçılığı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə